Ağarəhim Əsərlər
449
b) Şəxsi təcrübə üzrə şagirdlərin yaradıcı fəaliyyətinin
monoloji şifahi nitqin inkişafına təsiri
Uşaqlar öz həyat təcrübələrindən danışarkən deyilənlərin həya-
tiliyi,
öz fikirlərini müəllimlə, yoldaşları
ilə bölüşdürmək arzusu şa-
girdlərin nitq imkanlarından səmərəli və yaradıcı şəkildə istifadə et-
mələrinə şərait yaradır. Bu prosesdə şagirdlərin daxili nitq ehtiyatı
hərəkətə gəlir, bir çox sözlər və ifadələr qeyri-fəal lüğətdən fəal lü-
ğətə keçirir.
Kiçik yaşlı məktəblilər şəxsi təcrübələri əsasında inşa qurarkən
özlərindən heç bir şey uydurmadan keçmiş təəssüratlarını xatırlayır,
müəllimin istiqamətverici sualları əsasında
hadisənin baş verdiyi
yeri, onun başlanmasını, inkişaf dinamikasını və s. fikirləşir, təfək-
kürlərində nizama salır, bitkin bir hekayə qurmağa çalışırlar.
Uşaqların şəxsi təcrübələri əsasında qurduqları hekayələr tema-
tik cəhətdən iki qrupa ayrılır: a) kütləvi xarakter daşıyan (bütün si-
nif üçün ümumi olan) mövzular; b) fərdi xarakter daşıyan mövzu-
lar.
Birinci qrup mövzular bütün sinif üçün ümumi xarakterə malik-
dir. Onlar bir mövzuya
təxminən eyni istiqamətdə,
lakin müxtəlif
cəhətdən yanaşmalı olurlar. Belə ki, kütləvi xarakter daşıyan möv-
zulara I-II siniflərdə ―Səhərcikdə mükafat‖, ―Otaq
bitkilərinə necə
qulluq edirik‖, ―Sinfi necə təmizlədik‖, ―Novruz bayramında şən-
lik‖, ―Çiçəklərdən çələngi necə hördük‖, ―Səmənini necə əkdik‖,
―28 May bayramına necə hazırlaşdıq‖, III-IV siniflərdə isə ―Topla-
nışda‖, ―Əmək dərsində‖, ―Özfəaliyyət dərnəyində‖, ―Bizim səhər-
ciyimiz‖, ―Məktəbin emalatxanasında‖ və s. daxildir.
Göründüyü
kimi, burada mövzuların məzmunu formaları kimi ümumidir. Belə
mövzularda danışmazdan əvvəl müəllim həmin obyekt (mövzu)
üzrə müsahibə aparmalı, şagirdlərin gördüklərini, bildiklərini onla-
rın təsəvvüründə üç-dörd sualla yenidən canlandırmalıdır, məsələn,
II sinifdə ―Otaq bitkilərinə necə qulluq etdik‖ mövzusu ilə əlaqədar
―Otaqda hansı bitkilər əkilib?‖, ―Bitkilər harada qoyulmuşdur?‖,