Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə439/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   435   436   437   438   439   440   441   442   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
452 
li hadisələrlə qarşılaşmalarını xatırlayaraq, heç kimin təsiri olma-
dan daha maraqlısını, daha əlverişlisini seçdilər. Şagirdlərdən heç 
biri yoldaşının danışığını, onun işlətdiyi cümlələri, fikirləri təkrar-
lamadı, hər biri öz gördüyündən, rast gəldiyindən söhbət açdı. Belə 
ki, şagirdlərdən biri yoldaşları ilə balıq tutarkən ayağı sürüşüb çaya 
düşməsindən, böyük qardaşı və qardaşının dostunun ona köməyə 
gəlməsindən, çətinliklə sudan çıxarılmasından, ikincisi, ağacdan 
ərik yığarkən üstündə durduğu budağın sınmasından, başqa budaq-
dan tutub asıla qalmasından, qışqırıb ağlamasından, atasının ona 
köməyə gəlməsindən, üst-başının cırılmasından, qollarının ağrıma-
sından, üçüncüsü, budaqdakı alça ağacında quş yuvası görməsin-
dən, yuvadan quş yumurtalarını götürmək istərkən it arısının onu 
sancmasından və bədəninin bərk ağrımasından, dördüncü dağın ətə-
yindəki kolluqda yoldaşları ilə böyürtkən yığarkən qoyun sürüsünə 
və itə rast gəlmələrindən, itin onlar tərəfə hürə-hürə gəlməsindən
yoldaşlarından birinin yıxılmasından, itin onun yanında dayanma-
sından və çobanın iti səsləməsindən danışdı. Beləliklə, sinifdə şa-
girdlərin sayı qədər rəngarəng inşalar alındı. Şagirdlər müstəqil fəa-
liyyət göstərməklə, aydın düşünməklə, maraqlı mülahizələr yürüt-
müş, keçirdikləri psixoloji halları da verməyə çalışmışlar. Ona görə 
də hər birinin inşasında maraqlı faktlar, hadisələr təsvir olunmuşdu. 
Fikirlər arasında məntiqi ardıcıllıq, rabitəlilik var idi. Onların hər 
biri hekayələrin məzmunu ilə əlaqədar nitqi bədiiləşdirəcək dörd-
beş ifadə də işlətmişdi. 
Şagirdlər öz şifahi inşalarını bəzi qüsurlarına (təkrarlara, yersiz 
söz və ifadələrə və s.) baxmayaraq, yığcam, aydın, dəqiq və məz-
munlu vermişdilər. Hər bir inşada şagirdlərin hissi, duyğusu, daxili 
aləmi açılır. Müstəqil sərbəst fikirlər meydana çıxır. Hər üç inşanı 
müstəqillik dərəcəsinə, əhatə dairəsinə, məzmun və zənginliyinə və 
ifadə tərzinə görə məqbul hesab etmək olar. 
Təcrübə göstərir ki, yazı taxtasına iki-üç (I-II siniflərdə ―Meşə-
də necə azdım‖, ―Ən çox sevdiyim oyun‖, ―Atamın sənəti‖, ―Mə-
nim anam‖, ―Səmənini necə qoyduq‖, ―Həyatımda ən maraqlı hadi-
sə‖, ―Həyatımda ən qorxulu hadisə‖, III-IV siniflərdə isə ―Gözlənil-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   435   436   437   438   439   440   441   442   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə