|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
455
mışlar?‖ və s. kimi suallar verilir. Beləliklə, şagirdlər artıq məlum
faktları sadalamaqla hadisənin müəyyən hissəsini təsvir etməli ol-
mur, əksinə müstəqil və məntiqi təfəkkürə əsaslanaraq, daha çox
yaradıcılıq fəaliyyəti göstərirlər. Bir neçə məlum faktın köməyi ilə
mövzunu ideya istiqamətinə uyğun ehtimallar irəli sürürlər. Müxtə-
lif detallar arasında möhkəm məntiqi əlaqə yaradır, sistem hazırla-
yır, inşa qururlar.
Mövzu və sonluq şagirdlərin düşüncələrini əvvəlcədən qarşıya
qoyulmuş məqsədə düzgün istiqamətləndirmişdir. Ona görə də şa-
girdlərin
hər biri canlı, yaradıcı inşalar qururlar. Hər birinin inşa-
sında
mühakimə elementləri özünü göstərir.
Yaxud IV
sinifdə müəllim yazı taxtasına qurulacaq inşanın
mövzu
və başlanğıcını yazır:
Sürü necə xilas oldu?
Payız fəslidir. Sürü meşənin kənarındakı talada otlayırdı. Birdən
sürü hürkdü. Çoban yapıncısını soyundu. Alabaş yerindən sıçradı...
Mövzu və başlanğıc bir növ fraza olur, şagirdləri düşünmək, ax-
tarmaq vəzifəsilə qarşılaşdırır. Bu zaman şagirdlər inşanın inkişaf
istiqamətini müəyyənləşdirir, hadisənin fabulasını, kulminasiya
nöqtəsini, fınalını mühakimənin köməyi ilə verməyə çalışırlar.
Ola bilər ki, III-IV siniflərdə müəllim inşanın fabulasını özündə
əks etdirən mövzunu və onun ətrafında şagirdləri mühakimə yürüt-
məyə təhrik edən sualları (və ya planı) yazı taxtasına yazsın. Sonra
həmin sualın (planın) hər bir maddəsinə aid ətraflı cavab hazırla-
mağı şagirdlərdən tələb etsin.
Təcrübə göstərir ki, belə priyomların müntəzəm tətbiqi əsasında
şagirdlərin hamısı öz düşüncələrini, hiss və həyəcanlarını, əşya və
hadisələrə münasibətini inşaya daxil edirlər. Nəticədə hər bir inşa
müstəqil təfəkkürün məhsulu kimi meydana çıxır.
|
|
|