Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 69 
 
ÇAYXANALAR 
 
 
Türkistanda maşınların sayı çox olduğundan,  yolun ətrafında 
çayxanalar sıraya düzülür. Kiçik yeməkxanalara bu yerlərdə çayxana 
deyirlər. Burada “şişli” adlanan şiş kabablar bişirilir. Bunlardan maraqlı 
olanı cümə məscidinin düz qarşısında yerləşən “Ümidə” çayxanasıdır. 
Hər cümə namazından sonra baş çəkdiyimiz Ümidə çayxanası bir 
Özbək ailənin öz oturduqları evdir. Çayxananın aşpazı, xidmətçisi, hər 
biri  ailənin  üzvləridir. Burada hər şey,  müştərinin qarşılanması, 
yerləşdirilməsi, qonaq edilməsi ənənəvi Özbək mədəniyyəti ilə həyata 
keçirilir. Atalarının ölümündən  sonra evin idarəetməsini  öz üzərinə 
götürən  anaları evinə qonaq qəbul etmiş kimi sizi qarşılayır, hal-əhval 
tutur. Burada yaşayanlar gəlinlərlə,  qızlarla bərabər çox böyük bir 
ailədir. Hətta bizim kimi bura tez-tez gedib-gələnlər bu ailənin 
sevincinə də, kədərinə də ortaq olurlar. Böyük gəlinin qızı olduğu 
zaman müştərilərin çoxu bu hadisəni qeyd edib hədiyyələr verdilər. Bu 
hədiyyələri “apay” əvəzsiz qoymur, o da müştərilərinin xüsusi 
günlərində hədiyyə göndərir.  
Orta Asiyada “şişli” adlanan şiş kabablar şişə çox yağ vurularaq 
bişirilir. Şişin üzərinə bir ət,  bir yağ doldurulur. Əslində bu bişirmə 
tərzi heç də səhv deyil. Çünki  ətin yağları üzərində toplanan ləzzət 
maddələri kababı daha yumşaq və dadlı edir. Türkiyədən gedənlərin 
yağ yeməyini çox sevmədiyini bilən “Ümidə” kafesində şişliyə çox az 
yağ qatılır. Buralarda şişli mütləq sirkə turşusunun içinə sarımsaq, 
tərəotu  əlavə edilərək hazırlanan “uksız”la birlikdə süfrəyə verilir. Bu 
ləzzətə öyrəşməyənlərə çox ləziz görünməsə də, buranın  adamları 
uksızı  ətin üzərinə tökürlər. Ləzzəti bir yana, onun səhhət üçün çox 
faydası vardır. Xüsusilə,  isti yay aylarında şişli yeyənlər uksızla 
birlikdə yesələr təzyiq problemindən xilas olurlar. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 70 
 
QAZAXI SORUŞSAN, DOMBIRANIN QOLUNDADIR 
 
 
Xalq arasında deyilir ki, hər iki Qazaxdan biri mütləq bir musiqi 
aləti çalmağı bacarır. Biz bu iddianı yumşaldaraq deyirik ki, Türkistan 
şəhərində hər ailədə mütləq bir nəfər musiqi aləti çalır və bu çalınan 
alət dombradır. 
“Qazaxı soruşsan, dombıranın qolundadır”. Bu yəqin ki, xalqla 
onun musiqisi arasındakı əlaqəni ifadə edən ən gözəl sözdür... Dombıra, 
iki telli musiqi aləti və bəlkə də Anadolu sazının atasıdır. Anadolu 
sazının da üç telli olduğu illər uzaqda deyildir. Sazda tel sayının 
çoxalması 80-100 illik məsələdir. Bəlkə daha əvvəl, o da dombıra kimi 
yalnız iki telli idi. 
Ailə məclislərində, qonaqlar çox olanda şirin söhbətlər  zamanı 
söz dombıraya verilir. Sevgi, həsrət dolu, insanın yaşantılarını anladan 
türkülər səslənir. Dombıranın iki teli üzərinə vuran barmaqlar və qısa 
sapının üzərində gəzən əllər elə bir səs gözəlliyi yaradır ki, insan bilmir 
bu cür əllərə, yoxsa dombıranın özünə çaşıb qalsın? Dombıra çalan 
adamın sazın köksündə gəzişən sağ əlin barmaqları başqa, qol üzərində 
gəzişən sol əlin barmaqları isə  başqa  ahənglə insan qulağına xoş 
gələcək səslərin yerlərini tapır. 
Küylər isə başqa aləmdir. Rəsmin sehri nə isə, Qazax musiqisinin 
sehri da küylərdir. Küy sözün, dilin köməyinə müraciət etmədən, yalnız 
əlin, telin və sazın köməyi ilə duyğuları anlatmaqdır. Sehrli musiqi olan 
küylərin dombıraları da, sənətçiləri də ayrıdır və ümumiyyətlə, küy 
çalan kişilər “en” söyləməyə çox maraqlı deyildir. Onların küylərini 
dinləyib ardından en çalmaları üçün israr edənlərin xətrinə dəyməzlər
ancaq bu istəkdə olanların musiqi duyumu səviyyələrinə ağız büzərlər. 
Küy, dombıra ilə də çalınır, ancaq əsil klassik yerini qıl qopuzla 
icra edildiyi zaman tapır. Onsuz da, xalq arasında danışılanlara görə, 
küyün atası da, qıl qopuzun ustası da Qorqud Atadır. Rəvayətlərə görə, 
Dədə Qorquda, qıl qopuzun necə ediləcəyini röyasında göstərmişlər. 
Yuxuda  öyrədilmək  və röyada vəzifələndirilmənin  necə bir müqəddəs 
tərəfi  varsa, qıl qopuzun səsində də sanki o müqəddəslik vardır. At 
tükündən hazırlanan bu  yaylı çalğı aləti  inləməyə başladığı zaman 
təbiət bir araya toplanmış, qıl qopuzun qarnından səslənirmiş kimi bir 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 71 
 
başqa aləm yaranır. Bəzən  ondakı  atların kişnəməsidir, bəzən maral 
buynuzdan üflənən bir döyüş xəbəri, ya uşaqların səsi və ya şux qadının 
qəhqəhəsidir... Bu təsirindəndirmi, yoxsa səsindəki vəlvələdəndirmi 
bilinmir, qıl qopuz Qazaxlar arasında hər zaman böyük bir hörmətlə ələ 
götürülür və dinlənilir. 
Qorqud Atanın qıl qopuzla bağlı röyası özüylə  qalmır, nəsillər 
boyu davam edir. Bu gün də  bu röyanın sahibləri vardır və 
yaşamaqdadır. Xalq arasında jıravşı adlanan  kişilər qıl qopuzla Dədə 
Qorqud hekayətlərini danışırlar. Bu gün də Türkistana gətirmək və bir 
konsert verdirmək üçün çox cəhd etməyimizə baxmayaraq, heç cür nail 
olmadığımız,  Nukusta yaşayan qoca jıravşı, bu işi yerinə yetirənlərin 
yaşayan son təmsilçilərindən biridir. Söyləninlərə görə, jırvaşı otuz 
yaşlarında ikən Dədə Qorqudu yuxusunda görür və onun 
vəzifələndirilməsi ilə ertəsi gün Qorqud Atanın hekayələrini qıl qopuz 
müşayiət  etməyə  başlayır. Mülakatı yapan soruşur: “Bəs  sizdən 
sonra?”. Özündən arxayın “Narahat olmayın,  mənim kimi  birisi və ya 
biriləri gördükləri yuxu ilə bu işi davam etdirər” deyir. 
Mədəniyyət necə bir şeydir, bunu dərk etmək çətindir. Kuantum 
elektronu kimi, nə zaman var, nə qədər var, müəyyənləşdirmək çox 
çətindir, ancaq o hər hansı  şəkildə hər zaman vardır. Jıravşılar kimi 
Qazax musiqisinin Cənubi Qazaxıstanda hələ dipdiri yaşayan bir növü, 
“termələr” də tarixin dərinliklərindən süzülüb gəlir. 
Tarixçilər deyirlər ki, Türk musiqisi əvvəl Şamanların xalqa 
təlqin və ayinlərindən kökünü  aldı. Din adamları xalqa nəsihətlərini 
musiqi vasitəsiylə etdilər. Bu metodun bu gün hələ də yaşayan forması 
termələrdir. Onlar sözləriylə, xalqa öyüdlər verib,  doğru yolu 
göstərməyə çalışan,  bəlkə bir az da maarifləndirmək  uğrunda  estetiki 
bir kənara buraxmayan əsərlərdir. Deyəsən Qazax termələrinin və termə 
mədəniyyətinin Anadoluda yaşayan növü də deyişmədir. Termə və 
deyişmə arasındakı bənzərlik yalnız  maarifləndirmə  və sazın telinə ilk  
toxunulduğu ən qədim günlərimizdən bu günlərə gəlmələrindən başqa 
bəzən duyğu və düşüncə olaraq çox olmaqdadır. 
Anadoluda Qul Hikmət bir deyişmədə “Qafil gəzmə çaşqın, bir 
gün ölərsən, Bülbül kimi dilin olsa nə fayda” deyərkən Qazax terməci 
də Orta Asiyada “qara torpağa girdikdən sonra, bülbül kimi dildən nə 
fayda” deyə səslənir.  


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə