www.kitabxana.net
–
Milli Virtual Kitabxana
144
divara xalı asan kəndlərə rast gəlmək mümkündür. Divarların dibi isə
bir metrdən bir az geniş, “körpeşe” adlanan döşəkcələrlə əhatələnmişdi.
Otaqdakı televizor otağın dizaynındakı ənənəvi vəhdəti pozan tək
element idi. Ev sahibimiz ilk çaşqınlığını tamamilə üstündən atmış,
sanki gözlədiyi qonaqlar gəlmiş kimi isti münasibətlə bizi əyləşdirdi.
Ali Ağabəyə əliylə işarə edərək baş hissəni göstərdi. Söhbət
zamanı oturmaq qaydasının Qazax adətində çox mühüm olduğunu
bilirdik. Qazaxlar baş hissəyə “tör” deyirdi və o sırada ən yaşlı kim
varsa o, törə otururdu. Törə oturan o məclisi idarə edən də sayılırdı.
Onsuz da qazaxcada sədr mənası “törə ağadır. Törə adəti tətbiq edənin
oturduğu yerdir. Muxtar, Ali Ağabəyə “törə çıxın” dedi
və hələ oturar-
oturmaz döşəkcələrin üzərində olan geniş yastıqlardan dirsəyimizin
altına qoymağımız üçün ikisini birdən uzatdı. Özü qapıya ən yaxın
yerdə oturmuşdu. Qazax adətinə görə ev sahibi qonaqdan əsla yuxarıda
oturmur.
Abay Mirzə bizləri tanış edərkən Muxtarın Qazaxıstanın çox
məşhur sənətçilərindən olan Bavurcanın böyük qardaşı, bu evin də
Bavurcanın ata ocağı olduğunu söylədi. Bu taleyə baxın: deməli biz
məşhur sənətçinin kənddəki evinə qonaq olmuşduq. Bavurcan
məşhurluğu baxımından Türkiyədəki Levent Kırca ilə müqayisə edilə
bilərdi.
Ali Ağabəyin də, mənim də çox sevdiyimiz sənətçilərdən idi.
Onun tamaşalarının video və maqnitofon kasetlərini hər kaset satılan
mağazada tapmaq olardı. Xalq onu çox sevirdi. Hətta bir kasetini də Ali
Ağabəylə almış və ara-sıra avtomobildə dinləyirdik.
Bavurcan çıxışlarında gündəlik məsələlərə də yer verirdi. Rüşvəti
tənqid edən çıxışına Ali Ağabəy ilə çox gülürdük: “Qazaxlar böyük bir
bina tikməyə qərar vermişlər. Türk tikinti firması üç milyona tikərəm
demişdir. Arxasınca ingilis firması gəlmiş və altı milyon
dollara işi
görəcəyini söyləmişdir. Ən son Qazax firması gəlmiş və iş üçün doqquz
milyon dollar istəmişdir. Tenderi keçirən çaşıb qalmış və demiş ki:
Türklər üç, ingilislər altı milyon istədilər. Sən niyə doqquz deyirsən?
Təklifi edən Qazax gülmüşdür. Ağa demiş, nə var bunda başa
düşülməyəcək, üç milyon sənə, üç milyon mənə,
qalan üç milyonu da
Türk qardaşlarımıza verib işi gördürəcəyik”.
Bavurjan iki həftə əvvəl şəhərin yaranmasının 1500 illik bayram
tədbirləri səbəbiylə Türkistana gəlmiş və iki konsert vermişdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
145
Universitetin Mədəniyyət Mərkəzi müdiri olaraq mənim də sənətçilərin
Türkistana gəlməsi və Türkistandakı bəzi məsələlərin həllində payım
olmuşdu. Teatr truppasının menecerindən bəhs etdim. “O, mənim
böyük oğlumdur” Muxtar dedi. İsti bir mühit yaranmışdı. Hətta mən ev
sahibinə “Muha”, o da Ali Ağabəyə “Aləkə” deməyə belə başlamışdıq.
Qazaxlar özlərinə yaxın bildikləri böyüklərə adının ilk hecasının ardına
“Ağa” sözünün qısaldılmışı-a və ya yenə “ağabəy” mənasını verən –ə-
kə əlavə edərək səmimiyyətlərini ifadə edərlər. İsmin ilk hecasına görə
bunu müəyyənləşdirərlər. “Muha” Muxtar Ağa,
Aləkə isə Əli Əkə
mənasını verirdi. Bu gözlənilməz təsadüfdən hər halda ən çox Abay
Mirzə məmnun olmuşdu. Bu arada ortalıqda görünməyən gənc ev
sahibi qaşla-göz arasında çay suyunu qaynatmış, bal, kərə yağı, qoz,
fıstıqla serviz hazırlayırdı. Bu da bir Qazax adətiydi: evdə söhbət
edilərkən mütləq bu cür şeylərə qonaq edilirdi. Təbii ki, qımızda.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
146
QAZIQURD QIMIZI
Qazıqurd hər şeyə adını verirdi: “Qazıqurd qımızı” Muxtar dedi
və əlinə aldığı çömçəni qımızla doldurdu. Çömçəni qımızla
doldurduqdan sonra yarım metr qədər qaldırıb, sonra təkrar qabına
tökürdü. “Bu yuvaş qımız” dedi. “Yuvaş” Anadoludakı “yavaş”
sözünün eynisiydi və yeni mayalanmış qımıza yavaş qımız deyilirdi.
“Yuvaşsa, bu şəkildə etməyə ehtiyac varmı?” deyə soruşdum. “Olsun”
dedi, “yavaş olsa da, belə etdikcə qımız ləzzətlənir”.
Bu cür etdikcə
qazlar ayrılır və həqiqətən də qımızın ləzzəti artırdı. “Biz həmşəri
sayılırıq” Muxtar dedi. Zarafat ola bilər deyə diqqətlə dinləyirdik.
Çünki Qazaxlar arasında səmimiyyət artınca zarafatlar başlayardı.
Nüansı tuta bilməmək gülüşməyə səbəb oldu. Biz də bu sözün
arxasından nüansı tutmaq üçün gülüşməni başlayan tərəf olmaq
arzusuyla diqqətlə qulaq asırdıq. Sən demə muxtar bir nüansı deyil, bir
hadisəni anlatmaq niyyətində imiş. “Babam Güney Azərbaycandan
buraya gəlmiş və bir Qazaxla evlənmişdir. Yəni məndə oğuz qanı
vardır. Bu qıpçaqların içində özünüzü tənha hiss etməyin” deyərək
Abay Mirzəyə sataşdı. Yenə də gözlədiyimiz olmuş, hadisənin
arxasından qoca Qazax nöqtəsini qoymuşdu. Bir az çaşmış
halda bu
nüansa gülürdük. O da sözünün bizdəki təsirindən çox məmnun halda
gülüşməyə qoşuldu.
Bavurcanı bizim çox sevməyimizin səbəbləri yalnız yüksək
aktyorluq qabiliyyəti və ağıllı zarafatları deyildi. Bavurcan eyni
zamanda hər oyununa Türk xalqlarının qardaşlığı, yaxınlığı, Türkiyə-
Qazaxıstan dostluğu, Özbək-Qazax qardaşlığı kimi mövzuları mütləq
yerləşdirirdi. Bu qədər məşhur və sevilən bir sənətçinin hər zarafatı
xalq üzərindəki təsiri nöqteyi-nəzərindən cildlərlə kitaba bərabər idi.
Baxmayaraq ki, Türk Dünyası şüurunda olan ziyalılar Qazaxıstanda az
deyildi, amma mən yenə də Bavurcanın israrlı mövqeyində Güney
Azərbaycanlı babasının təsiri nə qədərdir? deyə düşünürdüm.
Muxtar
qımızı köpükləndirərək yoruldu və çömçəni gənc ev sahibinə verdi. Biz
çaylarımızı içərkən qımız köpüklənməyə davam edirdi. İki Türkiyəlinin
Qazıqurdu görməyə gəlməkləri Muxtarı çox məmnun etmişdi. O da
Qazıqurdu tərifləyirdi. Daha öncə Abayla birlikdə ora çıxmışdılar.