Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 144 
 
divara xalı asan kəndlərə rast gəlmək mümkündür. Divarların dibi isə 
bir metrdən bir az geniş, “körpeşe” adlanan döşəkcələrlə əhatələnmişdi. 
Otaqdakı televizor otağın dizaynındakı ənənəvi vəhdəti  pozan tək 
element idi. Ev sahibimiz ilk çaşqınlığını tamamilə üstündən atmış, 
sanki gözlədiyi qonaqlar gəlmiş kimi isti münasibətlə bizi əyləşdirdi. 
Ali Ağabəyə əliylə işarə edərək baş hissəni göstərdi. Söhbət 
zamanı  oturmaq qaydasının Qazax  adətində çox mühüm olduğunu 
bilirdik. Qazaxlar baş hissəyə “tör” deyirdi və o sırada ən yaşlı kim 
varsa o, törə otururdu. Törə oturan o məclisi idarə edən də sayılırdı. 
Onsuz da qazaxcada sədr mənası “törə ağadır. Törə adəti tətbiq edənin 
oturduğu yerdir. Muxtar, Ali Ağabəyə “törə çıxın” dedi və hələ oturar-
oturmaz  döşəkcələrin  üzərində olan geniş yastıqlardan dirsəyimizin 
altına qoymağımız üçün ikisini birdən uzatdı. Özü qapıya ən yaxın 
yerdə oturmuşdu. Qazax adətinə görə ev sahibi qonaqdan əsla yuxarıda 
oturmur. 
Abay Mirzə bizləri tanış edərkən  Muxtarın Qazaxıstanın çox 
məşhur sənətçilərindən olan Bavurcanın böyük qardaşı, bu  evin də 
Bavurcanın ata ocağı olduğunu söylədi. Bu taleyə baxın: deməli biz 
məşhur sənətçinin kənddəki evinə qonaq olmuşduq. Bavurcan 
məşhurluğu baxımından Türkiyədəki Levent Kırca ilə müqayisə edilə 
bilərdi. Ali Ağabəyin də, mənim də çox sevdiyimiz sənətçilərdən idi. 
Onun tamaşalarının  video və maqnitofon kasetlərini hər kaset satılan 
mağazada tapmaq olardı. Xalq onu çox sevirdi. Hətta bir kasetini də Ali 
Ağabəylə almış və ara-sıra avtomobildə dinləyirdik. 
Bavurcan çıxışlarında gündəlik məsələlərə də yer verirdi. Rüşvəti 
tənqid edən çıxışına Ali Ağabəy ilə çox gülürdük: “Qazaxlar böyük bir 
bina  tikməyə qərar vermişlər. Türk tikinti firması üç milyona tikərəm 
demişdir. Arxasınca ingilis firması gəlmiş və altı milyon dollara işi 
görəcəyini söyləmişdir. Ən son Qazax firması gəlmiş və iş üçün doqquz 
milyon dollar istəmişdir. Tenderi keçirən çaşıb qalmış və demiş ki: 
Türklər üç, ingilislər altı milyon istədilər. Sən niyə doqquz deyirsən? 
Təklifi edən Qazax  gülmüşdür. Ağa demiş, nə var bunda başa 
düşülməyəcək, üç milyon sənə,  üç milyon mənə, qalan üç milyonu da 
Türk qardaşlarımıza verib işi gördürəcəyik”. 
Bavurjan iki həftə əvvəl şəhərin yaranmasının 1500 illik bayram 
tədbirləri səbəbiylə Türkistana gəlmiş və iki konsert vermişdi. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 145 
 
Universitetin Mədəniyyət Mərkəzi müdiri olaraq mənim də sənətçilərin 
Türkistana gəlməsi və Türkistandakı bəzi  məsələlərin həllində payım 
olmuşdu. Teatr truppasının menecerindən bəhs etdim. “O, mənim 
böyük oğlumdur” Muxtar dedi. İsti bir mühit yaranmışdı. Hətta mən ev 
sahibinə “Muha”, o da Ali Ağabəyə “Aləkə” deməyə belə başlamışdıq. 
Qazaxlar özlərinə yaxın bildikləri böyüklərə adının ilk hecasının ardına 
“Ağa” sözünün qısaldılmışı-a və ya yenə “ağabəy” mənasını verən –ə-
kə əlavə edərək səmimiyyətlərini ifadə edərlər. İsmin ilk hecasına görə 
bunu müəyyənləşdirərlər. “Muha” Muxtar Ağa, Aləkə isə Əli Əkə 
mənasını verirdi. Bu gözlənilməz təsadüfdən hər halda ən çox Abay 
Mirzə məmnun olmuşdu. Bu arada ortalıqda görünməyən  gənc ev 
sahibi qaşla-göz arasında çay suyunu qaynatmış, bal, kərə yağı, qoz, 
fıstıqla serviz hazırlayırdı. Bu da bir Qazax  adətiydi: evdə söhbət 
edilərkən mütləq bu cür şeylərə qonaq edilirdi. Təbii ki, qımızda. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 146 
 
QAZIQURD QIMIZI 
 
 
   Qazıqurd hər şeyə adını verirdi: “Qazıqurd qımızı” Muxtar dedi 
və əlinə aldığı çömçəni qımızla doldurdu. Çömçəni qımızla 
doldurduqdan sonra yarım metr qədər qaldırıb, sonra təkrar qabına 
tökürdü. “Bu yuvaş qımız” dedi. “Yuvaş” Anadoludakı “yavaş” 
sözünün eynisiydi və yeni mayalanmış qımıza yavaş qımız deyilirdi. 
“Yuvaşsa, bu şəkildə etməyə ehtiyac varmı?” deyə soruşdum. “Olsun” 
dedi, “yavaş olsa da,  belə etdikcə qımız ləzzətlənir”. Bu cür etdikcə 
qazlar ayrılır və həqiqətən də qımızın ləzzəti artırdı. “Biz həmşəri 
sayılırıq” Muxtar dedi. Zarafat ola bilər deyə diqqətlə dinləyirdik. 
Çünki Qazaxlar arasında səmimiyyət artınca zarafatlar başlayardı. 
Nüansı  tuta bilməmək gülüşməyə səbəb oldu. Biz də bu sözün 
arxasından nüansı  tutmaq üçün gülüşməni başlayan tərəf olmaq 
arzusuyla diqqətlə qulaq asırdıq. Sən demə muxtar bir nüansı deyil, bir 
hadisəni anlatmaq niyyətində imiş. “Babam Güney Azərbaycandan 
buraya gəlmiş və bir Qazaxla  evlənmişdir. Yəni məndə oğuz qanı 
vardır. Bu qıpçaqların içində özünüzü tənha hiss etməyin” deyərək 
Abay Mirzəyə sataşdı. Yenə də gözlədiyimiz olmuş,  hadisənin 
arxasından qoca Qazax  nöqtəsini qoymuşdu. Bir az çaşmış halda bu 
nüansa gülürdük. O da sözünün bizdəki təsirindən çox məmnun halda 
gülüşməyə qoşuldu. 
 Bavurcanı bizim çox sevməyimizin səbəbləri yalnız yüksək 
aktyorluq qabiliyyəti və ağıllı zarafatları deyildi. Bavurcan eyni 
zamanda hər oyununa Türk  xalqlarının qardaşlığı, yaxınlığı, Türkiyə-
Qazaxıstan dostluğu, Özbək-Qazax qardaşlığı kimi mövzuları mütləq 
yerləşdirirdi.  Bu qədər məşhur və sevilən bir sənətçinin hər zarafatı 
xalq üzərindəki təsiri nöqteyi-nəzərindən cildlərlə kitaba bərabər idi. 
Baxmayaraq ki, Türk Dünyası şüurunda olan ziyalılar Qazaxıstanda az 
deyildi, amma mən yenə də Bavurcanın israrlı mövqeyində Güney 
Azərbaycanlı babasının təsiri nə qədərdir?  deyə düşünürdüm. Muxtar 
qımızı köpükləndirərək yoruldu və çömçəni gənc ev sahibinə verdi. Biz 
çaylarımızı içərkən qımız köpüklənməyə davam edirdi. İki Türkiyəlinin 
Qazıqurdu görməyə gəlməkləri Muxtarı çox məmnun etmişdi. O da 
Qazıqurdu tərifləyirdi. Daha öncə Abayla birlikdə  ora çıxmışdılar. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə