Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 136 
 
VƏ ÇİMKƏND 
 
 
Çimkəndə yaxınlaşarkən əvvəlcə  Çimkəndlilərin “daçaları” 
görünür. Daça çoxmənzilli binalardan bezən insanların torpaqla, ağacla, 
çiçəklə birlikdə olduqları məkanlardır. Demək olar ki, hər sovet 
şəhərinin  ətrafında belə yerlərə rastlamaq mümkündür. Buralarda 
adətən hər kəsin 500 metr torpaq yeri vardır. 60 və ya 70  metr torpaq 
üzərində evlər tikilmiş, qalan ərazi isə bağçaya çevrilmişdir. Varlıların 
daçaları güclərinə  uyğun olaraq villa şəklindədir.  Varlı,  yoxsul demək 
olar ki, hər daçanın  ortaq xüsusiyyəti isə bağçanın bir kənarında 
tikilmiş saunalardır. Sovetlərin hər yerində insanlar saunaya girməyi 
çox sevirlər. Hətta saunalara görə daçalar qışda da istifadə olunur.  
Çimkənd çox qədim bir Türk  şəhəri olmasına baxmayaraq, 
şəhərin içində onunla bağlı məlumat almaq mümkün deyildir. On 
üçüncü əsr Qaraxanlılar dönəmindən qalmış məscid kimi bir neçə tarixi 
əsər də,  ancaq maraqlananların  axtarmaqla tapa biləcəkləri yerlərdir. 
Bura tipik bir sovet şəhəridir.  Böyük və heç bir memarlıq xüsusiyyəti 
olmayan mənzil bloklarının arasında yeriyərkən geniş meydanlar  və 
mərkəzdəki bəzi yerlər insan nisbətən rahatlıq tapır. 
Yol boyunca Abay Mirzə bizlərə  Qazıqurdun  müqəddəsliyini 
izah edirdi. O şirin Qazax  ləhcəsi ilə “Khasiyetli Tav” deyirdi. “Çox 
mühüm xüsusiyyətləri var bu dağın”  deyə söhbət edirdi. Gün axşama 
yaxınlaşırdı. Ali Ağabəylə gecəni Çimkənddə keçirməyi qərarlaşdırdıq. 
Bu fikrimizi Abay Mirzəyə söylədik. Lakin onun özünə həddindən artıq 
inamı qarşısında israr etmədik. Doğrusu, bir az narahat idik. Bu dərviş 
tipli  Qazaxın arxasınca gedirdik. İstiqamətimiz  bir dağ idi. Orada 
harada  qalacaqdıq? Abay Mirzənin bəhs etdiyi yerlərdə doğurdanmı 
qalmaq olardı? Yoxsa Qazıqurd sevdasını bir az şişirtmişdik? 
Çimkəndin çıxışında tərk edilmiş kimi dayanan gübrə zavodunun 
görüntüsü narahatçılığımızı bir az da artırırdı. Bura,  keçmişdə 5000 
işçinin çalışdığı gübrə zavodu idi. Bir müddət bağlı qalmış və çox aşağı 
istehsal gücüylə çalışırdı. Amerika filmlərindəki mafiya 
hesablaşmalarının aparıldığı məkanları xatırladırdı. Artıq yollar da 
xarab olmuşdu. Hər an qarşımıza bir çuxur  çıxa bilərdi. Yolların 
xarablığı sürətimizi aşağı salırdı. Çimkəndin ana asfalt yolundan çıxıb 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 137 
 
ara yollara keçmişdik. Günəş yavaş-yavaş üfüqdə görünməz olurdu
hava qaralmağa başlamışdı. Çimkənddə  qalmağı planlaşdırmasaq da, 
ikimizin  də ağlından “niyə  gecəni Çimkənddə keçirmədik” sualı 
keçirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 138 
 
QAYİB EREN – 40 ŞİLTƏN” 
 
 
Bu arada Abay Mirzə  “Qayib Eren – 40 Şiltən” adlı bir yerdən 
bəhs edirdi. Yolumuzun üzərində olduğunu söylədiyi bu yeri mütləq 
gedib görməyimiz lazım olduğunu vurğuladı. “Bax, gəlib çatdıq” deyə 
kənd asfaltına  çıxaraq,  ara yola keçməyimizi söylədiyi zaman günəş 
batmaq üzrə idi. Yarım kilometr getmədən yolumuz Orta Asiya 
şəhərlərinin  girişlərində tez-tez rast gəlinən  kəmərə çatmışdı.  Ətrafda 
yaşayış  yeri görünmürdü. 500 metrə irəlidə iki mərtəbəli bir evdən 
başqa, heç kimsənin olmadığı yerə, ayaqları yolun iki tərəfində və 40-
50 metr yüksəklikdə bu kəməri niyə tikmişdilər? “Bax,  buradır” Abay 
Mirzə dedi. Qazaxların bu yeri çox müqəddəs saydıqlarını söylədi. Ali 
Ağabəylə birlikdə maşınımızdan düşüb,  bir fatihə oxuyub yolumuza 
davam etmək niyyətində idik. Çünki məsafələr dostumuzun dediyindən 
daha uzun olmağa başlamışdı. Bundan sonra hava da qaralacaqdı, sürəti 
azaltmağa məcbur olacaqdıq. Gedəcəyimiz yerə vaxtında çatmağın 
xeyri var idi. Maşınımızdan düşüb fatihə oxumağa başlamışdıq ki, orta 
yaşlı bir Qazax bizlərə işarə edərək yanımıza gəldi: “Xeyr” dedi, “beş-
on dəqiqə səbir  etməlisiniz. Baxın,  günəş batır. Günəş batarkən dua 
etmək olmaz”. Söylədikləri doğru idi. Günəşin doğması və batması 
zamanı heç bir ibadət etmək olmazdı. Dinin bu xırda detalına diqqət 
edən birisinə rastlaşdığımız üçün çox məmnun olmuşduq. Abay Mirzə 
“Türkiyəli qardaşlarımız”  deyərək bir az da qürurla bizləri tanış etdi. 
Türkiyədən gəlib də, onların  müqəddəs saydıqları yerlərə dəyər verən
bunun üçün zəhmətə qatlanmağı gözə alan insanlara himayədarlıq 
etməsindən son dərəcə məmnun idi. Bizi dayandıran adamın buranın 
türbədar ailəsindən olduğunu öyrəndik. Qazaxıstandakı bir çox 
müqəddəs yerdə rastlandığı kimi,  bu ailə də özünü Qayib Eren–Qırx 
Şiltənin  baxımına  məsul  sayırdı. Daha sonra vaxt itirməmək üçün əl 
kamerası ilə ətrafı çəkməyə  çalışdım. Orta boylu iki təpənin arasında 
bir vadi vardı. Sağdakı təpənin üzəri qayalıqla örtülmüşdü. Kamera ilə 
qayaları çəkirdim ki, görüntüdəki daş sanki bir aslanı xatırladırdı, bir 
digəri sanki daşdan buğa idi. Bu vəziyyəti günəşin başındakı işıq 
oyunlarına və ya təbiətin qəribəliyinə yazıb,  kameranı söndürüb, 
söhbətə qayıtdım. Abay Mirzə sözü türbədara vermişdi. Türbədar “Nuh 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 139 
 
peyğəmbərin gəmisi Qazıqurd Dağına endikdən sonra ona inananlar ilə 
buraya gəldiklərini və Nuh Peyğəmbərin burada Allaha: Mənim 
hümmətimə yol ver, deyə dua etdiyini” anladırdı. “Allah bu duanı qəbul 
edib onlara elm yolu, sənət yolu, qoyunçuluq, keçicilik kimi müxtəlif 
yollar açmışdır”.  
Digər bir rəvayətə görə isə İmam Gazali təhsil görməyə gedərkən 
burada həramilərlə qarşılaşmışdır. Yeddi yaşında bir uşaq olan Gazali 
atası tərəfindən bir karvana əmanət edilir.  Dəyərli əşyalarını  anası alt 
paltarlarının içində gizlədir. Burada karvan haramilərlə qarşılaşdığı 
zaman kiçik Qazali gizli pullarını bir-bir yerlərindən çıxararaq 
haramilərə verir. Bu vəziyyətə  çaşan harami dəstəsinin başçısı ondan 
niyə belə etdiyini soruşur. Qazali “Atam mənə əgər möhtac insanlar 
səndən bir şey istəyərlərsə onlara əlindəkiləri ver deyə öyrətdi. Sizlər də 
hər halda möhtacsınız ki, karvan önünə keçib istəyirsiniz. Mən atamın 
nəsihətini yerinə yetirdim”  cavabını vermişdir. Quldurbaşı bu sözdən 
çox təsirlənir və “bizim üçün dua et” deyir. Qazalı də onlara dua edir və 
qırx həraminin hər biri, Nuh Peyğəmbərin duası ilə açılan yollara 
girərək yaxşı insan olurlar.  
Kamera görüntüsündəkilər  işıq oyunlarından olmaya bilərdi. 
Günəş təpənin arxasında batdığından, təpənin bizim görə bildiyimiz üzü 
kölgələnmişdi və tam görə bilmirdik. Təkrar kameranın yaxınlaşdırma 
xüsusiyyətindən istifadə edərək təpəni yoxlamağa başladım. Həqiqətən 
də təpənin üzəri müxtəlif canlılara bənzəyən daşlarla doluydu. Aslan və 
qurbağadan sonra iti, dəvəni xatırladan qayalar da vardı. Türbədar on 
beş gün sonra burada böyük bir ehsan  təşkil edəcəklərindən bəhs edib 
bizi də dəvət etdi. Hər il iyun ayının əvvəlində xalqa ehsan verilirmiş. 
Türbədar bu işə Qazaxıstanın müstəqilliyindən  başladıqlarını 
danışarkən,  bu ənənəni bərpa etdikləri üçün də qurur duyduğu hər 
halından bəlli idi. Ətraf kəndlərdən, şəhərlərdən hər il yüzlərlə insan bu 
ehsana qatılırmış. Vaxt keçirdi. Günəş də artıq batmışdı. Madam ki, bu 
yerlər müqəddəs idi, bir duanın heç kəsə zərəri olmazdı. Duamızı 
oxuyub icazə istədik. Qalacağımız yerə mümkün qədər tez çatmalı idik. 
Bəlkə  də qalacağımız yerdə  problem çıxa bilərdi. O zaman Çimkəndə 
geri qayıtmalıydıq. Bir yandan bəlli etməməyə çalışdığımız təlaşımız 
davam edərkən, digər yandan da Abay Mirzə sayəsində özümüzü içində 
olduğumuz  “Qazax xalq inanclarını tətbiq etmək  kursu” dan çox 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə