Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 129 
 
anladılarkən  İssız Göl, Almalık, Sayram və Qazıqurd  dağını sayır. 
Oğuz Xan dastanında qəbilə  adı da olur. Qəbiləmi adını dağdan alır, 
dağ  qəbiləndənmi bilinmir. Radlof, Qazıqurdun mənasını “mübarək 
dağ” olaraq açıqlayır. Qazaxca lüğətdə isə “dərsi ulu, özü pak”dır 
Qazıqurdun mənasıdır. “Dersi ulu” Göy  Tanrı dininin dağlara verdiyi 
müqəddəsliyi də anladır...   
Qazıqurd içimdə böyüməyə başlamışdı. Dağ sehriylə sanki məni 
özünə çəkirdi. Amma Türkistanda da mühüm işlər var idi. Qazıqurd iki 
saatlıq məsafədəydi, ancaq gedib çıxa bilmirdim. Dağa çıxdıqdan sonra 
eniləcəkdi.  Türkistandakı toplantıya çata bilməməməyimizin nəticələri 
heç də yaxşı olmazdı. Abay Mirzə  də mənim tərəddüdümü gördükcə 
israr edirdi: “Qazıqurd dağını görmədən Türkiyəyə dönmək olmaz”. O 
gün axşam dəyərli Ali Akbaş Ağabəyimlə bu məsələni məsləhətləşdik. 
Nə etməli? Bu gün çərşənbə günü idi, sabah günortadan sonra yola 
çıxsaq,  cümə günü saat axşam altıya yaxın Türkistana qayıda 
bilərdikmi?  Bu qısa müddətdə  Qazıqurda çıxmaq,  enmək və üstəgəl 
yolçuluq hamısının bir arada bacara bilərdikmi? Şair könlü coşğun olur. 
Ali Ağabəyi də Qazıqurd  sevdası bürümüşdü. Ertəsi gün günortadan 
sonra yola çıxmağa qərar verdik. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 130 
 
TÜRKİSTANDAN ÇİMKƏNDƏ 
 
 
Abay  Mirzə  qalmaq üçün yerin problem olmayacağını söylədi. 
Hətta Qazıqurdun ətəyində Akbuğra türbəsinin düz yanında kiçik bir 
pansionat  olduğundan bəhs edirdi. Abay Mirzə çox sevinmişdi. Bizə 
Qazıqurdu göstərəcəyi üçün sanki ibadət edirmiş kimi davranırdı. Yola 
çıxa  bilməyimiz planladığımızdan daha sonraya qaldı. Rəsmlər 
haqqında məlumat almaq istəyən qonaqlar bizi gecikdirirdilər. Abay 
saat yarım Türkistan-Çimkənd, yarım saat qədər də Çimkənddən sonra 
yolumuz olduğunu söyləyirdi. 
Türkistan  və  Çimkənd arasınadkı asfalt yol son günlərdə 
təmirdən çıxmışdı. Çuxurlar doldurulmuş,  xarab yerlər düzəldilmişdi. 
Bu səbəbdən Abay söylədiyi müddətdə Çimkəndə çata bildik. Təmirdən 
əvvəl bu yolda hər an qarşımıza bir çuxur çıxa bilərdi. Bunlardan 
bəziləri təkərinizi partladacaq və hətta qəzaya səbəb  ola biləcək qədər 
böyükdü. Türkistanın 1500 illik ildönümünə gələn xarici qonaqların 
eşqinə yollar da təmir edilmişdi.  
Türkistan  –  Çimkənd yolu Qazaxıstanın bir çox bölgələrindəki 
yollardan bir az fərqlidir. Məsələn, Qızıl Ordaya və ya Tarazdan Alma-
ataya doğru səyahət edərkən ucsuz-bucaqsız səhra gözünüzə  yapışmış 
kimi sizi heç tərk etmir. Maşınınız nə qədər sürətlə getsə belə, 
ətrafınızdakı mənzərə heç dəyişmir. Bu yollarda qarşıdakı yaşayış 
mərkəzlərinə olan məsafələri göstərən tablolara da çox az rast gəlmək 
olur. Yollarda naşı olanlar itmək qorxusuna da qapıla bilirlər. Bu hissi 
ilk səyahətlərimdə mən də yaşamışdım. Türkistan  Çimkənd arasında 
yol tez-tez kəndlərin arasından keçir. Doğrusu, bu kənd adlanan yerlər 
Anadoluda olsalar qəsəbə    statusu alarlar. Qazaxıstanda kəndlər 
Anadolu kəndləri ilə müqayisədə daha yaxşı vəziyyətdədir. Bu 
kəndlərin su, elektrik, yol kimi problemləri yoxdur. Hətta bəzilərində 
təbii  qaz belə var. Məktəb, mədəniyyət mərkəzi, tibb məntəqəsi 
olmayan kəndə rast gəlmək olmur. Kəndlərə getdikcə yolçuluğun 
monotonluğu da aradan qalxır.  
Türkistan-Çimkənd arasındakı kəndlər İntımaqla  başlayır, 
İntımaqla  bitir. “Sülh, rahatlıq” mənasına gələn İntımaq sözünün bu 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 131 
 
maraqlı təsadüfü,  mənə əsrlərdir müharibələrdən rahat nəfəs almayan 
bu yerin adamlarının sakit həyat arzusunun timsalı kimi gəlmişdir.  
Yol İntımaq kəndindən sonra, buranın ən mühüm mərkəzlərindən 
biri olan İkana gedir. İkan çox qələbəlik bir məkan olub,  əhalisinin 
hamısı Özbəklərdən ibarətdir. İkan keçmiş xanlıq mərkəzlərindən 
biridir, hətta adının da Xan sözündən yarandığı rəvayət edilir. Rusların 
bu bölgəni işğalı  zamanı uzun müddət rus qərargahının  mərkəzi 
olmuşdur. Keçmiş İkan dedikləri yer isə Qaradağa daha yaxın və 
yoldan nisbətən uzaqdadır. İndi  əhalinin böyük hissəsi yeni İkanda 
yaşayır. Keçmiş İkan rus işğalı zamanı dağıdılmış  və bundan sonra 
məskunlaşma daha yaxın bir yerdə  olmuşdur. İkan bu gün də 
Qazaxıstanda yaşayan Özbəklərin mərkəzinə çevrilib. Bu rayondakı 
televiziya  antenalarının istiqaməti Daşkəndə tərəfdir  və Özbəkistan 
televiziya kanalları istifadə edilir. Bölgədəki Özbəklərin sənət, 
mədəniyyət və hətta siyasi əlaqələri həmişə İkanla bağlıdır.  
Bu ərazinin üç, dörd yerində kəndlərin girişlərində səyahətçilər 
üçün qurulmuş səyyar satıcı piştaxtaları, şişlik  manqallarından  ibarət 
olan kiçik bazarlar da bu yolçuluğa gözəllik verir. Gündə 10 dollar pul 
qazanmaq üçün yayın yandırıcı istisində, qışın soyuğunda onlar müştəri 
gözləyirlər. Satıcılar adətən orta yaşlı xanımlardır, ya da 20 yaşlarında 
gənclərdir. Amma kişilərin sayı hər bazarda olduğu kimi,  qadınların 
sayından azdır.  
Kiçik piştaxtaların üzərində biskvit, siqaret, qımız, qımran, qurud 
və koji şorbası tapa bilərsiniz.  Sadalananların son dördü Türk 
mədəniyyətinin tarixi yeməkləri və içkiləridir.  Məşhur qımızımız 
məlum olduğu kimi, at südündən maya qatılaraq hazırlanır. Qımran isə 
qımızın dəvə südündən hazırlanan növüdür. Onu bəyənənlər üçün 
qımızdan daha xoş içki sayılır. Dəvənin inadı insana da keçir, 
düşüncəsiylə  Qazaxlar qımranı hamilə qadınlara içirmirlər. İnanclara 
görə hamilə qadın qımran içərsə, doğuşu həm gec, həm də çətin olar.  
Qurud  və qurudulmuş ət Türk  ordularının qitədən-qitəyə səfər 
edərkən ərzaq sıxıntısı çəkmələrinin  qarşısını alırdı.  İkisi də xarab 
olmayan qida, dəyəri yüksək və əsgərlərin çox sevdiyi yeməklər 
olduğundan kifayət qədər qurudu və quru əti olan ordu yemək sıxıntısı 
çəkmədən istədiyi qədər səfərə çıxa bilirdi. Ət qurutma adəti azalmış 
olsa da, qurud hələ də qıpçaq boyunun çox sevdiyi yeməklərdən biridir. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə