Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 126 
 
qalmışdı. Keçilərin sayı isə yeddi milyon başdan, doqquz yüz əlli minə 
düşmüşdü. At, dəvə hamısı bərabərdi, onlar da qırılmışdı. 
Qazaxlar  üsyan etdilər. 1928-1932-ci illərdə Qazaxıstanda 200 
müxtəlif  üsyan  oldu. Coğrafiya çox böyük idi, tapdalananlar güclərini 
birləşdirməkdə çətinlik çəkirdilər və üstəlik əllərində Qızıl Orduya 
qarşı mübarizə aparmaq üçün  silahları yox idi. Üsyanların  ən 
böyüklərindən biri Cənubi Qazaxıstanda Sozak şəhərində başladı. 
Ayrıca, Sozak etirazı üsyanların  ən yaxşı təşkil olunanı idi. 1929-cu 
ildə noyabr ayında üsyanın  hazırlıqlarına başlanmışdı. Üsyanın 
liderliyini Səfər Əli İbrahim edirdi və Alma-ata, Çimkənd, Jambıl, hər 
yerdən qatılanlar olurdu. 7 yanvar 1930-cu ildə sayıları 400-ə çatmışdı 
və üsyan başladı. 
Bərabərləşdirmə planını həyata keçirənlər, 
idarəedicilər 
öldürülürdü. Ətraf ərazilərdən Sozaka qoşulmağa başladı. Üsyan 
yatızdırıla bilmirdi, etiraz edənlərin sayı sürətlə artırdı.  Altı ay 
içərisində üsyana qatılanların sayı səksən minə çatmışdı.  
Dövrünün modern silahları ilə təchiz olunmuş Qızıl Orduya qarşı 
qılıncla, baltayla döyüşürdülər. Ən yaxşı halda əllərində ev tüfəngləri 
vardı. Bir digər böyük üsyan da Qərbi Qazaxıstanda başladı. Aday boyu 
kütlə üsyan edib müstəqillik elan etdi. 
Qızıl ordu xalqla sakitliyi təmin etməyə deyil, aclıq ilə öldürə 
bilmədiyini silahla öldürməyə gəlirdi. Adayların üsyanını yatızdırmağa 
gedən general “Son Adayın kəllə sümüyünü Moskva muzeyində 
görmədən, könlüm rahat olmaz” deyirdi. 
Bir yandan aclıq, bir yandan silahsızlıq... Qızıl Orduya qarşı 
davam gətirmək çətin idi. 6 fevral 1931-ci ildə üsyanlar qanlı bir 
şəkildə yatızdırıldı. Bəzi üsyançı Qazaxlar  Moyınkum çölünə doğru 
qaçdılar. Bir quşun belə uçmadığı  bu geniş boşluqda Robinson Cruzo 
həyatını üstün tutdular. Yörə xalqı, bu gün belə Moyınkum çölünün 
ətrafında vəhşi həyat yaşayan insanların göründüyünü söyləyirlər. 
1932-ci ildə artıq “Qazaxıstanın bütün zənginlikləri bərabər” 
olmuşdu, ancaq iki milyon Qazax  ölmüşdü. Rəsmi statistikada 
Qazaxların sayı 1926-cı ildə 3.628 min, 1939-cu ildə isə 1.321 min 
göstərilirdi. 
İki milyon insan, iki milyon can aclıqdan öldü, öldürüldü. Qazax 
nə desin: “Qazax, gördüyün əzab”.     


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 127 
 
ZİRVƏDƏKİ DİLƏK DAŞI 
 
 
May ayının sonu idi. Yesəvi Türbəsinin müdiri, dostum Temirxan 
“çox qiymətli bir rəssamın Türkistanda olduğunu və Əhməd Yesəvi 
Universitetinin  Mədəniyyət Mərkəzində əsərlərinin  sərgisini açmaq 
istədiyini” söylədiyi zaman bu rəssamın bizi haralara apara biləcəyini 
təxmin etməyimiz çətin idi.  
Temirxanla söhbətimizdən  yarım  saat keçməmişdi ki, rəssam 
mədəniyyət mərkəzinə gəldi. Başında ağ rəngdə araqçın vardı. 
Köynəyi,  şalvarı,  hətta ayaqqabıları belə ağ idi. Başqa bir şəhərdə 
qəribə görünə  biləcək bu geyim tərzinin Türkistana Əhməd Yesəvini 
ziyarətə gələn Qazaxlar  üçün mənasını bildiyimdən təəccüblənmədim. 
Hamı deyil, amma Türkistana ziyarətə gələn Qazaxların çoxu,  qadınlı 
kişili belə geyinirdilər. Xalq tərəfindən Türkistan  ikinci Kəbə, Yesəvi 
ziyarəti yarım  həcc olaraq qəbul edildiyindən,  həcc ibadəti zamanı ağ 
rəngdə geyinildiyi üçün onlar  da belə geyinirdilər. Məlumdur ki, 
qonağımız orta yaşlı olsa da, Qazax ənənələrini bilən biri idi. O, 
dodaqlarının kənarından aşağıya doğru buraxdığı incə  bığlardan, 
qarabuğdayı, tipik bir Qazax idi.  
Adının Abay, Türkistandakı vaxtının məhdud olduğunu 
söylədilər. Odur ki, qısa vaxt ərzində onun rəsm sərgisinin 
təşkilatçılığına başladıq. İki gün sonra sərgini açdığımız zaman 
rəsmlərin bu  günə qədər çox rast  gəlinməyən  tərzdə olduğunu görərək 
çaşmışdım. Rəssam Abay Mirzə rəsmlərində “bəzi Quran surələrini və 
müqəddəs məkanların onda yaratdığı  təəssüratları  təsvir etməyə 
çalışdığını” söyləyirdi. Alma-atada bir klub açdığını və bura gələnlərin 
qısa müddət sonra eyni tərzdə rəsm çəkdiklərini söyləyirdi. Üstəlik bu 
adamların əvvəldən  rəsm təhsili almaqlarının lazım olmadığını 
söyləyirdi. İnanmaq çox çətin idi. Lakin çox keçmədən bunu bizə isbat 
etdi. Sərgini gəzən 8-9 yaşlarında iki məktəbli ilə bir gün məşğul 
olduqdan sonra uşaqlar  da Abay Mirzə tərzində rəsm çəkməyə 
başladılar.  
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 128 
 
 
 
 
QAZIQURD SEVDASI 
 
 
Sərgini dolaşan zaman bir rəsmin qarşısında dayanıb: “Bu 
Qazıqurd  dağının tərənnümüdür” dedi. Qazıqurdun onda buraxdığı 
təfərrüatı  vəsf etməyə çalışmışdı. Sonra birdən döndü və “siz 
Qazıqurdu mütləq görməlisiniz” dedi. 
Bir ay sonra Qazaxıstandakı vəzifəmdən ayrılıb Türkiyəyə qayıda 
bilərdim. Hələ dəqiqləşməmişdi. Lakin ehtimal olunurdu. Doğurdan da 
biz Qazıqurdu görmədən Türkiyəyə gedəcəkdik? 
Dədə Qorqudun Salur-Qazan ilə qarşılaşdığı bu dağı görmədən 
Türkiyəyə dönəcəkdik? Qorqud Dədəmin:  
“Qazıqurd dağından aşağı daş atdı,  
Salur-Qazan qarşı çıxıb onu tutdu. 
İt-beçene onu görüb ağlı getdi, 
Qəhrəmanlar, bəylər görən varmı Qazan kimi....” 
deyə soyladığı Qazıqurdu görməmək, həm də Qazaxıstanda uzun 
müddət qaldıqdan sonra heç mümkün deyildi. Qəlbimdə  Türkiyədən 
gəlib və buralarda gəzib  Qazıqurdu görmədən gedənlər üçün 
heyfsiləndim. 
Hər Daşkənd və Çimkənd arasında səfər etdiyim zaman dağın 
arxasına yaslanmış şir heykəlləri diqqətimi çəkərdi. Baxmayaraq ki, 
heykəllərin qanadları yox idi, amma bu şirlər bir qanad taxınca Alpər 
Tunqanın simvolu olurdu. Türk mədəniyyətində şirə iltifat ta Alpər 
Tunqadan başlayırmı, bilmirəm, amma o gündən bu günə gəlib qanadlı 
halıyla Tatarıstanın dövlət simvolu olur, “aslanım” deyərkən bu varlıq 
dilimizdə tərif olur. Qazax sevgisi bu mədh edilmiş simvolu məşhur bir 
dağın bağrına yerləşdirmişdir. Bu dağ Qazıqurd  dağıdır. Dağ 
Özbəkistanın sərhədinə çox yaxın olmaqla yanaşı,  Qazaxıstandaydı və 
Qazaxlar üçün hələ də müqəddəsdir. Qazaxlara “Nuhun gəmisi haraya 
oturdu?” deyə sorulsa,  hamıdan bir cavab eşitmək olar: Qazıqurd 
dağına.  Qazıqurd  Oğuzların  mühüm yaylalarından biridir. Ebulqazi 
Bahadır Xan Türkmənlərin şəcərəsində Oğuz elinin gün doğuşu 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə