Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 115 
 
YESƏVİ TÜRBƏSİNDƏ FƏRQANƏLİ ÖZBƏK ANA 
 
 
Türkistanda dini həyatın böyük təntənə ilə bayram edilən günləri 
qəndillərdir  və xüsusilə Mövlud Qəndilidir. Bu gecəyə  digər 
qəndillərdən  daha çox önəm verilir. Bu  vəziyyəti  yalnız  Türkistan 
şəhərində  deyil, Ulu Türkistanın hər yerində müşahidə etmək 
mümkündür. 
Məsələn, Özbəkistanın müxtəlif yerlərində yaşayan Nəqşibəndi 
sufiləri bu qəndildə Əhməd Yesəvini ziyarətə və Türkistan şəhərinə 3-4 
km məsafədəki Ökeş Ata Türbəsində zikir etməyə gəlirlər.  Qəndil 
gecəsindən əvvəlki gün Yesəvi Türbəsində Fərqanə, Səmərqənd, 
Buxara kimi, Özbəkistanın hər yerindən insanlar və əlbəttə ki
Qazaxların axın-axın ziyarətə gəldiklərini görmək mümkündür. 
Xoş bir təsadüflə yenə belə bir gündə Türkiyədən dostum və 
Xocam prof. Hüseyn Karadağ Türkistana gəlmişdi. Daha sonra 
dəfələrlə gələcək olan Xocanın bu ilk gəlişiydi və təbii olaraq Yesəvi 
Türbəsini görmək istəyirdi.  Türbəyə girdiyimiz zaman qiyafətlərindən 
Özbək olduqları bilinən kişili-qadınlı bir qrup da ziyarətə gəlmişdi. 
Hüseyn Xoca aralarından yaşlı bir xanımı mənə göstərərək “bu qadın 
bibimə nə qədər çox bənzəyir” dedi. Onların oxşarlığına çox heyrət 
etdiyi bəlliydi və biz Türbəni gəzərkən Xocanın göz ucu bu oxşarlığa 
diqqət etdiyini müşahidə edirdim. 
Onlar ayrı, biz ayrı gəzərkən muzey adlanan kiçik bir salona 
birlikdə girdik və o andan etibarən biz də qrup üzvlərinin arasına 
qarışdıq. Bayaqdan gözlədiyim fürsəti tapdığımı düşünərək söhbətə 
başladıq: Özbəkistandan - Fərqanədən gəlirdilər. Mövlud Qəndili 
səbəbiylə ziyarət edib Ökeş Ata Türbəsinə keçəcəkdilər. Biz də 
özümüzü təqdim etdik. Bu arada mən bir yol tapıb qadına və qrupa 
“bizlərin eyni millətdən olduğumuzu, hamımızın Türk olduğunu, 
dilimizin, dinimizin, tariximizin eyni olduğunu” anladan bir zəmin 
üçün, Xocanın bibisini xatırladan bu qadının fiziki bənzərliyindən 
dolayı, çox yaxşı bir fürsət əldə etdiyimi  düşünərək Özbək Anaya 
dönüb: 
-Xoca  sizin Türkiyədəki bibisinə çox oxşadığınızı  söyləyir. Sizi 
görüncə bibisini görmüş kimi oldu, dedim. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 116 
 
Doğrusu, heyrət dolu üz hərəkətləri və sözlər gözləyirdim. Bax, 
bundan sonra mənim üçün Türklüyün ortaq tarixi və dolayısıyla ortaq 
gələcəyi olmasının  zəruriliyi  ilə bağlı nitqim üçün tam bir zəmin əldə 
etmiş olacaqdım.  Lakin gözlədiyim heyrət duyğularını və çaşqınlığı 
yarada bilməmişdim. Hətta “burda təəccüblü nə var, övladım” -  deyə 
Özbək Ana bir ifadə ilə üzümə baxmışdı. 
-Gənclər,  özündən çox razı bir ədayla dedi. Siz köhnə kitablara 
baxın. Buraxın bu yeni yazılanları. Oxşaya bilərik, təbii ki. Nə olub ki? 
Hamımız Türkük. Biz də Türkük. Siz köhnə kitablara baxın və onları 
oxuyun. 
Sözlərini bir yandan Hüseyn Xocaya tərcümə edir, bir yandan da 
sevinc və heyrət duyğuları içində  özümü güclə  saxlayırdım. 
Duruşundakı ciddiyyət bu qədər yüksək olmasaydı  və mən 
utanmasaydım, boynuna sarılardım.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 117 
 
BASLIK BOLAMIN 
 
 
Baş olmaq  istəyi,  yəqin  ki,  Türk  mədəniyyətinin insanları 
hərəkətə gətirən ən təməl prinsiplərindən biridir. Bu istək  Türk sosial 
həyatının da bəzən çox qurucu, bəzən də ən dağıdıcı ünsürlərindən biri 
halına gəlir. Bu tutqunun tarixini Anadoluda da “baş ol da, soğan başı 
ol” deyimiylə anladırlar. 
Türkistana gəldiyim ilk günlərdə bu  istəklə qarşılaşmağım məni 
həm çaşdırmış, həm də düşündürmüşdü. 
Kiçik bir piştaxtanın üstündə  başında siqaret, biskvit kimi kiçik 
şeylər satan 10-11 yaşlarında Qazax uşağı ilə, alış-veriş edərkən 
ürəyimdən zarafatlaşmaq keçmişdi. 
-Böyüyəndə nə olacaqsan?-deyə soruşdum. 
Uşaq bir az düşündü və: 
-Başlık bolamın (baş polis, məmur) dedi. 
Bu heç gözləmədiyim cavab çox xoşuma gəlmişdi. Bax, bu 
millətin ən böyük dəyəri də budur, öz-özümə dedim. Gülmək istəyimin 
üzümdə bilinməməsi üçün də üz-gözümə zorla hakim oldum. 
-Çox gözəl, ancaq müəllim, həkim, mühəndis kimi bir sənət 
sahibi ol, sonra yenə “baslık” olarsan dedim. 
Başını bir az yana çevirib gözlərini boşluğa dikərək bir müddət 
düşündü. Hər halda fikrimi ciddiyə almadığı üçün qərar verməsi çox 
uzun çəkmədi. 
-Baslık bolamın, deyərək təkrarladı. Bunu söyləyərkən göz 
qırpma hərəkətiylə birlikdə çıxardığı “çık” səsi isə qərarından əmin 
olduğunun işarəsiydi. 
Rəhmətlik Osman Turan Xocanın “Türklər dünyanı idarə etmək 
üçün gəlmişlər” fikrinə haqq verməmək mümkün deyil... 
Bu millətin hamısı birdən idarəedici olmaq istəyir. Hətta deyəsən 
məslək sahibi olmanı belə idarəçi olmalarını asanlaşdıran vasitə hesab 
edirlər. 
   


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 118 
 
BİZNİQ ULUQ TÜRKİSTAN BAR 
 
 
Türkistan  coğrafiyasında  nə  zaman, hansı şüurlu insanlarla 
qarşılaşacağımızı təxmin etmək çətindir. Bu torpaqlarda edilən 
səyahətlər kimi, insanlar da adətən gözlənilməz hadisələrlə doludurlar. 
Buralarda bir yolçuluğa çıxarkən heç bir şeyin gözlənilən və 
planladığınız kimi getməyəcəyinə başdan hazır olmalısınız.  Səyahətin 
uğurlu keçməsinin bəlkə ilk on şərti yəqin ki, budur. Tanış olduğunuz  
insanlar  haqqında  qabacadan fikir yürütməməlisiniz. Onlar da 
səyahətlər kimi sürprizlərlə sizləri çaşdıra bilərlər.  
Bir gün şirniyyat mağazasında oturub qəhvə içirdim. Demək olar 
ki, hər gün eyni vaxtda baş çəkdiyimiz bu məkanda ofisiantlar 
soruşmadan qəhvəmi gətirirdilər. Gözəl  bir bahar günündə,  divarın 
dibindəki masamda gündən və günəşdən zövq  almağa çalışarkən, 
birdən tanımadığım iki nəfərin mənə yaxınlaşdıqlarını hiss etdim. 
“Oturmaq olarmı?” deyə soruşdular. Doğrusu, çaşqın və bir az da 
dilxor idim. Digər masaların çoxu boş idi. Niyə mənim əyləşdiyim 
masaya oturmaq istəyirdilər ki? Olmaz demək nəzakətsizlik olardı, 
məcburən “buyurun” dedim. Oturdular. 
Onlar mənim Türkiyəli  olduğumu bilirdilər. Bunu təxmin etmək 
çox çətin deyildi. O zamanlar üst dodağımın üstündə qalın və qapqara 
bığlarım özünü  o dəqiqə tanıtdırırdı. Onlar da özlərini təqdim etdilər: 
Biri Özbək, digəri isə Qazax idi. 
Bu məcburi qonaqpərvərliyimə etiraz olaraqmı, yoxsa səhra 
adamlarının, pəhləvanların qarşısındakını yoxlayaraq başlayan söhbət 
ənənəsindəndirmi, bilmirəm Özbək: 
-Əmir Teymur mənim atamdır,  deyərək sözə başladı. Bir Özbək 
belə başlayarsa söhbətin necə gedəcəyi də məlumdur. Bu oyuna 
düşməmək üçün:  
-Əmir Teymur mənim də atamdır dedim. 
Etmək istədiyi tikanlamağı anlamadığımı düşünərək “damarıma” 
basmaq istəyirdi: 
-Əmir Teymur Anadoluya gedərək Bəyazidi məğlub etdi, dedi və 
arxasına söykəndi. 
Çox sakit bir tərzdə: 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə