Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 102 
 
Suallar bir-bir ağlımdan keçir, marağım və həyəcanım artırdı. 
Gövhər Ana Türbəsini ziyarətə gəlib gedərkən onun yanında kiçik 
bir evdə yaşayan türbədar ailə ilə yaxınlıq etmiş və onlara Yesəviyənin 
bu  gün də olub olmadığına dair üstü örtülü  suallar vermişdim. Əgər 
Türk mistikasının bu ilk təşkilatı hərəkatının davamçıları hələ də varsa, 
türbədar ailənin bunlardan xəbərdar olma ehtimalı çox böyükdü. 
Türkistan  şəhərinin keçmiş adıyla “Kommunizm”, yeni adıyla Yesi 
məhəlləsinin arxasında,  Arslan Baba Türbəsinə gedən Şavuldur yolu 
üstündəki bu kiçik türbəni mütləq ziyarətə gəlməli idilər. 
Doğrusu, bu suallarıma çox da qaneedici  cavab almamışdım, 
onsuz da çox açıq bir cavab da gözləmirdim. Səksən il əvvəl yer altına 
çəkilmiş və gizlilik pərdəsini üzərinə çəkmiş bir quruluşun, bir-iki 
təşəbbüslə ortaya çıxacağını gözləmək sadəlövhlük  olardı. Yalnız bu 
təşəbbüslərimiz bizi Yesəviyəyə və ya İşanlara çatdırmasa da, xalq 
mədəniyyəti nöqteyi-nəzərindən çox diqqət çəkici olan yerlərə 
aparacaqdı. 
Tez bir taksi tapıb yola çıxdıq. Türbədarın tərifiylə yol gedirdik. 
Türkistanın Qızıl  Orda çıxışında bir məhəlləyə gəlmişdik. Məhəllədə 
Şəhər İcra Hakimiyyətinin xalqa payladığı beş yüz metr torpaq 
ərazilərdə  üzərində adamların  özlərinin tikdikləri kərpic evlər var idi. 
Maşınımızın məhəlləyə girməsi ilə it səsləri də artmağa başlamışdı. 
Nəhayət bir yerdə dayandıq və bizləri qarşılayan ev sahiblərinin isti 
münasibətləri ilə içəriyə təşrif buyurduq. Evə girərkən üzərində nəyin 
olduğunu tam anlaya bilmədiyim gur atəş yanırdı. 
Əvvəlcə salona keçirildik. Evin geniş salonunda divar diblərinə 
sərilən və adına “körpəcə” deyilən geniş yer döşəkcələrinə oturmuş bir 
qələbəlik vardı.  Hamısının zikr üçün gəldiyi bəlli idi. Girişdən sağ 
tərəfə kişilər, sol tərəfə isə  qadınlar oturmuşdu. Qələbəlik arasında 
bizim oturacağımız yerin boş saxlanılması  və həmin bu boş yerə 
“buyurun” deyilməsi 
bizim gələcəyimizdən buradakıların da 
xəbərlərinin olduğu qənaətini yaradırdı.  Yerimizə  oturub ətrafdakılarla 
təkrar salamlaşıb, hal-əhval soraraq gözləməyə başladıq. Salonun dolu 
olan qapı önləri ilə sağ və sol divar kənarlarına baxmayaraq, “baş 
hissə” adlanan kənarı boş qalmışdı.     
Çox keçmədən bu hissənin nədən boş olduğunu anlayacaqdıq. 
Üçü qadın olmaqla,  yeddi nəfər topuqlarına qədər enmiş ağ libasların 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 103 
 
içində salona girdilər  və  onlar  üçün ayrılan yerlərdə oturdular. 
Başlarında, alınlarına bantlar  taxılmış ağ örtüklər vardır. Əvvəlcə 
gözüm bantların rənglərinə ilişdi. Biri xaric, digərlərinin başındakılar 
yaşıl idi. Anadoluda Ələvi məkanlarına yaxın yerlərdə satılan Həzrət 
Əli və ya Hacı Bektaş təmsilçilərinə və ya səma rəqslərində bəzi folklor 
qruplarının üzvləri başlarına parlaq yaşıl bağlayırlar. Hətta başlarındakı 
ağ örtüyün duruşu da səmaçıların baş örtüklərini xatırladırdı. Ağlar 
içindəki üç kişinin sağına, üç qadının da soluna oturduğu ortadakı 
kişinin  isə başındakı bant  qırmızı idi.  Bu qırmızı qızılı rəngə çalırdı. 
Daha sonra adının Xanseyid olduğunu öyrəndiyimiz ortada oturan bu 
kişi yəqin ki, ən böyükləri idi. 
Onların hamısı özündən çox əmin tərzdə hərəkət edirdilər. 
Qırmızı bantlı  olan biz də daxil olmaq üzrə salondakılarla baş və göz 
hərəkətləri ilə salamlaşdıqdan sonra tədbiri açdı. Sıralanmasını səhv və 
saylarını əksik xatırlaya bilərəm,  ancaq Sayramda İbrahim Ata, 
Şavuldurda Arslan Baba, Türkistanda Yesəvi Baba, Gövhər Ana, Umay 
Ana, Ökeş Ata... başda olmaq üzrə bir çox övliyanın ruhu üçün fatihələr 
oxundu. Cəm halda Esma ül Hüsnadan bəzi isimlər təkrarlanmaya 
başlandı. Bəzən qazaxca ilahilər də oxunurdu. Yarım saat, bəlkə də bir 
az daha artıq vaxt keçmişdi  ki, hamımız birlikdə ayağa qalxdıq. Ağ 
paltarlılar salonun ortasına doğru hərəkət etdilər. Bellərinə bağladıqları 
qurşaq indi diqqətimi cəlb etdi. Hər birinin başındakı bantla eyni rəngdə 
qurşaqları vardı. Xanseyid toplaşanlara açıqlama verərkən onlar da 
bellərindəki qurşağın arasına saldıqları qamçıları çıxarırdılar. 
Xanseyid “bizim işarə etdiklərimiz ortaya çıxacaq və onlara 
açmaları deyilənə qədər gözlərini bağlı saxlayacaqlar” deyirdi. Bu 
arada kənarda gözləyənlərin vəzifəsi hündür səslə “dak salmaq” sözünü 
təkrar etmək idi.  
Əvvəlcə özləri “dak salmaq” deyərək ikinci hissəni başladılar. 
Yığılan adamlar hamısı bir ağızdan eyni şeyi təkrar edirdi. Sonra 
Xanseyid başda olmaq üzrə hər biri bir nəfəri salonunun  ortasına 
çağırırdı. Çağırma forması da maraqlı idi. Əllərindəki qamçını dairə 
halına gətirib və bir adamın başından keçirərək boyun hissəsinə 
endirdikdən sonra özlərinə doğru çəkirdilər. Ortaya çıxan insanlar “dak 
salmaq” səslərinin arasında gözləri bağlı öz ətraflarında fırladılırdı. Bu 
zaman kimisi mövlana səmaçıları kimi öz ətrafında fırlanır, kimisi 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 104 
 
tullanmağa başlayır, hətta bəziləri özlərini yerə çırpırdı. Adamların 
zamanı bitəndə Xanseyidin nəzarətində gözləri açması söylənilir və 
yerlərinə keçib otururdular.  
Xanseyid qamçısını boynuna taxıb məni ortaya çağırdığı zaman 
yavaş səslə təşəkkür etdim. Ortaya çıxmaq istəmədiyimi görüncə israr 
etmədi və məni buraxaraq yanımdakını çağırdı.  
Nə qədər zaman keçdi, bilmirəm, amma salondakı hər kəs bir-bir 
ortaya çıxmışdı ki, böyük bir mis ləyəninin içində qızdırılaraq qızıl qora 
dönmüş tökmə soba qapağı salonun ortasına gətirildi. Evə girərkən gur 
yanan atəşin bu soba qapağını qızdırmaq üçün yandırıldığını indi 
anlayırdım. Salonun ortasındakı ağ köynəkli yeddi nəfər sıra ilə çılpaq 
ayaqlarını qələbəliyin heyrət dolu baxışları arasında qızıl qor halındakı 
soba qapağına vururdular. Qələbəlikdən  “dak salmaq” səsləri əməlli-
başlı yüksəlmişdi. Hər biri iki və ya üç dəfə sıra ilə qapağa ayaqlarını 
vurdular. Bunlar tamamlandıqdan sonra bir kişi qapağın üzərinə bir az 
su tökdü və qızıl qor halındakı qapağın üzərində su o dəqiqə 
buxarlanaraq yox oldu.  
Bundan sonra Xanseyid əlinə ucu qızıl qor halına gətirilmiş bir 
dəmir çubuq alaraq sıra ilə hər kəsin qarşısında durdu və çubuğun qor 
ucunu dili ilə yalayaraq insanların üzünə üflədi. Tək-tək bu hərəkət 
tamamlandıqdan sonra dualar oxundu və “amin” deyildi. 
Qələbəlik dağılarkən bizə qalmağımız üçün işarə edildi.  
Evin xanımları biri  kişmiş,  üzüm, badam və rəngli şəkərlərlə 
birlikdə çaya qonaq etdilər. 
Aralarında olduğum bu adamların “işanlar” olmadıqlarını 
anlamışdım.  Bu, oxuduğum kitablardakı Yesəvi toplantılarından fərqli 
bir şey idi. 
Hələ ilk çayımızı içib bitirməmişdik ki, uzun boylu, qarabuğdayı 
bığları dodaqlarının kənarından bir az kənara çıxan bir nəfər içəriyə 
girdi. Gələnin bir az əvvəl başı qırmızı bantlı,  tədbiri idarə edən 
Xanseyid olduğunu  anlamamışdım.  Bizi  tanış etdilər. Bir neçə dəqiqə 
əvvəl özündən arxayın dünyanın hakimi kimi davranan qızğın qoru 
ayağı ilə basan,  dili ilə yalayan adam getmiş,  yerinə çiyinləri çökük, 
sakit görünüşlü,  hətta bir az da utancaq adlana bilən 45-50 yaşlarında 
bir Qazax gəlmişdi. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə