www.kitabxana.net
– Milli Virtual Kitabxana
91
AT ƏTİ VƏ QISRAQ SÜDÜ
Bugünkü ev atının atası olan, Tarpan və Prezevalski atlarının
olduqları coğrafiyalar Türklərin yaşadıqları ərazilərdir. Atı
əhliləşdirərək dünya mədəniyyətinə qazandıran Türklərdir. Atın ilk
əhliləşdirildiyi zaman ətindən və südündən yararlanmaq məqsədi
güdüldüyü zənn edilir. Daha sonra onun ilk dəfə nəqliyyat kimi və
döyüş vasitəsi olaraq istifadə olunması Türklər tərəfindən həyata
keçirilmişdir.
Türkistanda at idman, iş-güc, ət və südündən istifadə məqsədilə
saxlanılır. Orta Asiya səhralarında gedərkən bu məqsədlə yetişdirilən
“yılkılara” tez-tez rast gəlmək olur.
At südündən hazırlanan, tarixi Türk içkisi - qımız, digər Qıpçaq
Türklərinin yaşadığı bölgələrdə olduğu kimi, Türkistanda da sevilən
içkilərdən biridir. Qısraq südünün mayalanması ilə əldə edilən qımız bu
gün də, Qazax, Qırğız, Tatar, Özbək, Türkmənlərin istifadə etdikləri
kimi, Türkistan şəhərində də geniş şəkildə hazırlanır.
Baharda dünyaya gələn kiçik taylarla birlikdə qımız mövsümü da
açılmış olur. Hər evdə ilin ilk qımızını içmək bir bayrama dönür.
Qısrağın ilk südü qatı olur və daha yağlı olan ağız südüdür. Bu ağız
südündən hazırlanan qımıza da “üz qımız” deyirlər və üz qımızın
içilməsi üçün yaxın qohumlar, dostlar dəvət olunurlar.
Qazaxıstanda həqiqi qımız at dərisindən hazırlanan və içi məlikə
ağacının dumanıyla hisə verilmiş və adına “saba” deyilən tuluqlarda
hazırlanır. Saba olmadığı zaman ağac yayıqlar istifadə olunur və yenə
məlikə ağacının dumanıyla hisə verilməsi lazımdır.
Qurudulmuş və adına “kor” deyilən qımız mayası sobanın dibinə
qoyulur və tuluq qısraq südüylə doldurulur. İlıq bir yerdə yarım saat
qədər saxlanılır. Yumurta böyüklüyündə kor əridiyində qımız hazır
olur. Artıq südün dadı turşumuşdur və qımız hazırdır. Qazax qımızın
mayalanmasına “asıtmaq” deyir, yəni südü acılaşdırmaq.
Mayanın əriməsiylə birlikdə artıq süd olmaqdan çıxmış qımıza
“yuvaş” və ya “saumal” qımız deyirlər ki, mayanın az olması
səbəbindən bundakı alkoqol faizi haradasa sıfıra yaxındır. Kiçik
uşaqlara və ya yaşlılara içirirlər. Sinir xəstəliklərinin müalicəsində də
www.kitabxana.net
– Milli Virtual Kitabxana
92
bu qımızdan istifadə olunur. Qımızın saxlanılması zamanı içindəki
maya da irəliləyir və alkoqol faizi bir qədər artır. Ancaq maya nə qədər
çox olursa olsun, alkoqolun faizi 1-1,5-i keçmir. Bu acılıq nəticəsində
qımızın dadı turş ayranın dadına dönür və içilməsi sərtləşir.
Qımızın bir digər növü də “sarı qımız”dır. Sarı qımız yayın
ortasında, səhranın otları yaxşıca saraldığı zaman sağılan südlərdən
hazırlanır. Qımızın qidalılıq gücünü daha da artırmaq və dadını,
rayihəsini bir az dəyişdirmək üçün içinə bir az bal qataraq içməyi
sevənlər də vardır. Bu qımıza “bal qımız” deyirlər.
Bunların xaricində adlarını eşidib də, heç dadmadığımız qımızlar
da vardır. Məsələn, bol maye ilə hazırlanıb uzun müddət gözlənilən
“tünemel” qımız 3 gün, yəni 72 saat boyu mayalanan “kunan” qımız,
dörd gün gözlənilən “dönən qımız”, beş günlük “betsi qımız”, daha çox
gözlənilənlərə “asau qımız” deyilir ki, bu qımızlar acılığından asılı
olaraq ət və digər başqa şeylərlə yanaşı yeyilir.
Baharda qımız mövsümü dualarla açıldığı kimi, payızda dualarla
bağlanılır. Payızda südləri azalan qısraqlardan sağılan südlər bir neçə
gün saxlanılaraq sirkə qımız hazırlanır. Sirkə qımızı içmək üçün el-oba
dəvət olunur, süfrələr qurulur. Süfrədə içilən bu qımızlar ilin son
qımızları olur.
Qımızın ən qiymətli olduğu mövsüm heç şübhəsiz qış aylarıdır.
Qısraqların süddən kəsildiyi bu aylarda Qazaxın köməyinə qısır
qısraqlar gəlir. Qışda qısraqların südündən hazırlanan bu qımıza da
“qısır qımız” adı verilir. Xəstələr, canı qımız istəyən hamilə gəlinlər və
çox hörmətli qonaqlar üçün bu qımızdan istifadə olunur.
Qımızın insan sağlamlığına çox faydalı olduğuna dair elmi
fikirlər mövcuddur. Bu xüsusiyyətinə görə sinir sistemi, nəfəs yolu
xəstəlikləri olan Qazaxlar yayda yaylaqlara çıxaraq, burada 15-20 gün
yalnız qımız və qatıqdan hazırlanan diyetdən istifadə edirlər.
Atın südü kimi, əti də bu ərazilərdə sevilən yeməklərdəndir. Orta
Asiyada hörmətli qonaqlara verilən “beşbarmaq” yeməyi qoyun əti ilə
olduğu kimi, at əti ilə də hazırlanır. Yenə bölgənin ən məşhur
qidalarından olan “kazı” yalnız at ətindən hazırlanır. Kazı hazırlanarkən
atın qabırğa ətindən istifadə olunur. Atın qalın bağırsağı təmizlənir və
ətlə doldurulur. Qabırğa ətləri bağırsağa doldurulmazdan əvvəl istiot,
sarımsaq, duz və zövqə görə digər ədviyyatlarla doldurulur. Sucuq
www.kitabxana.net
– Milli Virtual Kitabxana
93
şəklini alan kazı həmin dəqiqə bişirilmir. Hazırlanan ədviyyatların ətə
hopması üçün bir müddət gözlənilir. Mükəmməl bir ləzzət dadan ətlər
səhər yeməyi daxil, hər zaman yeyilə bilər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
94
TÜRKİSTANDA MİSSİONER FƏALİYYƏTLƏRİ, BÖRÜ
BƏY
Qaziantəpdə dünyaya gələn bir ingilislə Türkistan şəhərində
qarşılaşa biləcəyimi heç ağlıma gətirə bilməzdim. Dünyada
Qaziantəpdə doğulan neçə ingilisə rast gəlmək olar ki? Ancaq biri
burada idi. Öz dinlərini Orta Asiyada yaymaq üçün fəaliyyət
göstərənlərin arasında çalışırdı. Türkistandakı saylarının neçə nəfər
olduğunu bilmirəm. Ancaq fəaliyyətlərinə görə 10 nəfərdən az
olmamalıdırlar. Antəpli ingilisdən başqa liseydə ingilis dilində
müəllimlik edən 20-25 yaşlarında iki gənc qızı tanıyırdım. Antəplinin
həyat yoldaşı da vardı. Onların evinə tez-tez gedib gələn 4-5 nəfərdən
bəhs edilirdi.
Türkistana gəldiyim ilk günlərdən etibarən onların fəaliyyətləri
haqqında çox şey eşidirdim. İstər Qazaxlar, istərsə də Türkiyədən gedən
yoldaşlarımız bu fəaliyyətlərdən narahat olduqlarını söyləyirdilər.
Gəncləri təlqin edərək iqtisadi sıxıntıda olan insanları maddi
yardımlarla öz dinlərinə keçirməyə çalışırdılar. Missionerlərin tarix
boyu istifadə etdikləri bütün metodları burada sınayırdılar. Çox böyük
uğurlar əldə etməsələr də, öz yanlarına çəkdikləri bir neçə nəfər
cəmiyyətdə ciddi narahatlıq yaratmışdı. Bu məsələ yalnız Türkistan
şəhərinin deyil, bütün Orta Asiyanın problemi idi. Əslində onların
Türkistana xüsusi əhəmiyyət verdiklərini də söyləmək olardı.
İstanbulda qeyri-müsəlman
ailələrin qonşuları onlarla
münasibətlərindən çox məmnun olaraq “çox yaxşı insanlar, kaş ki,
müsəlman olsaydılar, axirətləri gözəl olardı!” dediklərinə dair
rəvayətlər söylənilir. Əlbəttə hər insan öz dinini ən doğru inanc sistemi
olaraq görür. Belə olmasa o dində qalmaz. Bu səbəbdən başqa
insanların da “bu həqiqətləri” görmələrini və onların da “qurtuluşa”
çatmalarını istəyə bilər. Buraya qədər hələ ki, hörmət duymaq
mümkündür. Ancaq öz dinini iqtisadi sıxıntıları olan insanların
vəziyyətlərini istismar edərək yaymağa çalışmaq istəyini qəbul etmək
mümkün deyildir.
“Nə etmək?” deyə çox ağıllı bir gənc olan Dinis başda olmaq
üzrə, bir neçə yoldaşımla bərabər düşünürdük. Axırda missionerlər
Dostları ilə paylaş: |