Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 88 
 
Böyük mükafatlarla təşkil olunan kökpar oyunlarına qonşu 
xalqlardan da kökparçılar dəvət olunurlar.  Bu kökpar oyununda hər 
cinsdən  olan atları bir yerdə görmək mümkündür. Zərif əndamı ərəb 
atları,  uzun boyunları ilə dünyaya bir  az təpədən baxan Akhaltəkə 
atları,  əsil ingilislər və ya iri  gövdəli Kökçetav atları və müxtəlif 
mələzlər kökpar meydanında şücaətlərini göstərirlər. 
Kökpar başlayarkən dualarla kəsilən oğlaq sahənin ortasına 
buraxılır. Komandalar hakimin əmri ilə oğlağı qapmaya çalışır. Oğlağı 
alan qrup öz yoldaşlarını qoruyaraq,  əvvəldən müəyyən olunmuş  bir 
sərhədi  keçməyə  çalışır.  Böyük bir qarışıqlıqda  cərəyan edən oyunda 
atların və oyunçuların qabiliyyətlərinə görə vəzifələri vardır. Məsələn, 
iri gövdəli atlar  sinələri ilə vuraraq oğlağı qapdırmamaq üçün bir araya 
toplanmış qarşı qrupu  yararaq aralarına girmək üçün yol açırlar. At 
üzərində daha yaxşı hərəkət edə bilən güclü atsürənlər onun qrupun 
arasına girərək oğlağı qapmaya çalışırlar. 
Kökparın bu geniş yayılan etibarını bilməyən avropalı atçılar 
yaxşı bir kökpar atına iyirmi,  otuz min dollar qiymət qoyulduğunu da 
heç cür anlaya bilməzlər. 
Dünyada məşhur olan oğlaq oyununun başqa bir şəkli  də 
Anadoluda oynanılır. Muhittin Aralın nəql etdiyinə görə Samsun və 
Bafra ətrafında post yarışları yörənin ən maraq çəkən 
əyləncələrindəndir. Anadoluda post yarışlarının məlum olan digər adı 
isə  post qovğasıdır. Hələ dilimizdə yaşayan “post qovğası” deyimi 
qaynağını yəqin ki, bu yarışlardan alıb. Post yarışlarında qələbə çalmaq 
Orta Asiyadakı oğlaq oyununda olduğu kimi böyük şan və şərəf idi. 
Keçən əsrin 70-ci illərində  yörə dəliqanlıları  post yarışlarını 
səbirsizliklə gözləyərdilər. 
*** 
“Türk ata minən kimi bütün qayğılarını,  əndişələrini unudur, 
qorxusu gedir, könlü coşur. Dördnala gedən atın üzərindən dünyaya, 
cahanın hakimi ədasıyla baxır. Atdan endikdən sonra darıxmağa 
başlayır”, bu ifadələr Qazaxıstanın ən məşhur elm adamlarından olan 
türkoloq professor Rəhmankul Berdibaya aiddir. “Ata minəndə Allahı, 
atdan enəndə atı unutma!” deyən atalar sözündə də eyni ruh halı 
anladılır. Bu ruh halını ifadə edən bir deyimi də  anamdan eşidərdim 
“Türk ata minəndə özünü bəy sanır”.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 89 
 
Bu sözlərin  həyatda necə öz əksini tapdığını bir Qazaxın at 
üzərindəki duruşuna baxaraq görmək mümkündür. Piyada yeriyərkən 
çiyinləri düşmüş,  başı bir az öndə olan Qazax atın üzərində başı dik, 
dünyaya meydan oxuyurmuş kimi  baxmağa başlayır. Çünki o atla 
birlikdə böyüyür. Onun ata ilk minməyi təntənə ilə qeyd olunur. Yeddi 
yaşı olan uşaqlar dostunu-tanışını dəvət edərək, qoyun kəsib süfrələr 
quraraq “at mindirmə toyu” təşkil edirlər. Ata minmək  hələ də atalar 
üçün  mühüm məsələlərdən biri sayılır. Ata mindirmə toyundan sonra at 
və Qazax bir-birilərinin ən yaxın dostu və  yoldaşı olurlar. “At igidin 
qanadıdır” bir Qazax atalar sözündə belə deyilir. Atlı igid üçün uzaqlar 
yaxındır, çünki o qanadlıdır. 
Yeddi yaşında yəhərə oturan Qazax, 8-10 yaşlarına çatanda artıq 
yaxşı at minicisidir  və xalq arasında çox məşhur olan “beygə” 
yarışlarının miniciləri bu gənc süvarilərdən seçilir. 
Beygə  yarışları  da,  kökpar kimi və hətta ondan daha çox xalq 
arasında maraq doğuran yarışlardandır. Beygədə ata daha az yük 
qoyulması üçün çəkiləri az olan gənc minicilərə üstünlük verilir. Beygə 
toylara, düyünlərə rəng qatan yarışlardır. Bu gün dünyada təşkil olunan 
ən ağır şərtlərə malik  dözümlülük yarışları beygələrdir desəm 
yanılmaram. Yalnız atın deyil,  onu minənin də müqaviməti vacibdir. 
Bu ağır şərtlərə malik  beygələr bir yaşındakı atlar arasında “tay 
beygəsi”,  iki yaşındakı atlar arasında “qulum beygesi” olaraq təşkil 
olunur. Lakin əsl iddialı beygələr daha böyük yaşdakı atlar arasında, 
adətən bir liqa üsulu kimi şəhər,  bölgə və ölkə üzrə keçirilir. 30, 40, 
hətta 50 km məsafənin qət olunduğu bu yarışlar olduqca iddialı keçir və 
mükafatları da çox yüksəkdir. Məsələn, Türkistan kimi şəhər 
bölgəsində birinci yerə çıxana avtomobil verilərkən,  ölkə miqyasında 
olan yarışlarda mükafat yeni model ciplərdir. Bir Türkistan beygəsində 
birinci yerə çıxan uşağın qazandığı maşından çox, ona verilən maşının 
açarı ilə maraqlanması  diqqətimi cəlb etdi. 
Qazaxlar arasında geniş yayılan və at üzərində oynanılan 
“avdarıspak” oyunu da böyük qoçaqlıq tələb edir. Oyunçular atları ilə 
bir-birilərinə yaxınlaşaraq rəqiblərini at üzərindən düşürməyə çalışırlar. 
Toylarda,  şənliklərdə gənclərin qatıldıqları “tengə  aluv” 
oyununda isə minici at üzərində ikən yerdəki metal pulları toplamağa 
çalışır.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 90 
 
Qazax şənliklərinin zövqlü yarışlarından biri  də “kız kour” yəni 
“qız qovalamaq” oyunudur. Gənc qızlar və oğlanlar arasında təşkil 
olunan bu oyunda əvvəlcə müəyyən bir məsafə təyin edilir. Buraya bir 
hakim qoyulur. Qızlar gənc oğlanlardan 10 metrə  qədər irəli  çıxırlar. 
Yarışda hakimə qədər olan məsafədə qızın altındakı dəsmalı almaq 
lazımdır. Dəsmalı almayan yarışı uduzur.  
At yarışı deyilərkən, rahvan at yarışlarını da yaddan çıxarmamaq 
lazımdır. Qazaxların “jorqa jarıs” dedikləri və Anadoluda da təşkil 
olunan rahvan at yarışları xüsusi yeriməyə öyrədilmiş atlarla təşkil 
olunur. Anadoluda olduğu kimi,  Qazaxıstanda da rahvan atlara xüsusi 
ehtiram göstərirlər. Çünki bu rahvan atlar minicisini heç yormadan 
gəzdirir. Qazax onun üzərində kresloda oturmuş kimi rahatdır. 
Atla iç-içə yaşayan Qazaxların dilində atla bağlı sözlər hər halda 
ayrı bir lüğət olacaq qədər çoxdur. Atın yaşı ilə bağlı çoxlu sözlər var. 
Məsələn, yeni doğulan ata Qazaxlar “kulun” (qulun) deyirlər. Qulun 1 
yaşı  olunca tay lur. Dişi taylara  “batyal” deyilir. İki yaşında  “kunan”, 
üç yaşında  “dönən”  və dörd yaşında  “betsi” olur. Atların rəngləri, 
xasiyyətləri,  davranışları ilə bağlı sözlər bir yerə yığılsa, böyük bir 
lüğət alınar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə