Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 98 
 
Mitinqdən sonra 6 aya yaxın bir vaxt keçmişdi ki, Ankarada bir 
konfransda  “Orta  Asiyada missioner fəaliyyətləri” haqqında məlumat 
verən bir dosentimizin Türkistanlı gənclərin bu mübarizəsindən  bəhs 
etdiyini öyrənmək məni çox xoşbəxt etdi. Xoşbəxtliyimin səbəbi 
hərəkatımızın elmi təbliğata keçməsindən çox,  əksini düşündüyüm 
zaman  duyduğum rahatlıq hissi idi: ya o məlumatda mitinq yerinə 
Yesəvi  Türbəsinin düz qarşısında kilsə açıldığından bəhs edilsəydi, 
necə olacaqdı? Millətin üzünə necə baxardıq, necə söyləyərdik ki, biz o 
zaman Türkistanda olmuşuq. 
Missionerlər Antəpli xaric olmaqla, 
bütün adamlarını 
Türkistandan çıxarmışdılar; bir o qalmışdı. Həyat yoldaşını göndərib, 
özü yalnız yaşayırdı. Onu da uzaqdan təqib edirdik. Görünən heç bir 
fəaliyyəti yox idi. 60-dan çox yaşı olan bu adam ağarmış saqqalı ilə 
arada-bir lazım olan şeyləri almaq üçün şəhərə  çıxır,  vaxtının çoxunu 
isə adətən evində keçirirdi. Ev işlərini görən ailədən başqa onun evinə 
gəlib gedən yox idi.  
1997-ci ilin oktyabrında həyata keçirdiyimiz bu mitinqdən sonra 
üç il keçmiş və Türkistanda missioner fəaliyyətləri tamamilə 
dayandırılmışdı. Lakin 2000-ci ilin mayında Antəpli təkrar gündəmə 
gəldi.  Türkiyədən gələn işgüzar bir tarix dosentimiz Antəplini kəşf 
etmişdi. Özü də necə bir kəşf. Bizim Antəplinin necə dəyərli bir elm 
adamı olduğundan bəhs edilirdi. Sən demə, Antəpli bu müddət ərzində 
“Türkistanda İslam” mövzusunda bir kitab hazırlayırmış. Doğrusu, 
onun tədqiqatçı olduğunu bilirdik. Bu yaşlı vaxtında Qazaxıstanda bir 
namizədlik işinə başlamış və dissertasiyasını Qazaxca müdafiə etmişdi. 
Dissertasiyasının redaksiya olunması üçün kömək istədiyi Qazax 
ədəbiyyatçıları heyranlıqla “dissertasiyada bir dənə də olsun Qazax 
dilində qrammatik xəta tapmadıqlarından” bəhs edirdilər. Mən bu 
vəziyyəti şişirdilmiş hesab edirdim və onun dissertasiyasını bir Qazaxa 
yazdırdığını düşünürdüm.  
Bu arada  Qazaxlar öz aralarında Antəpliyə Qazaxca bir ad da 
qoymuşdular: Böru bəy. Ancaq bu qədər ola bilərdi. Tam da “börü”nü 
tapmışdılar! Börü Qazax  dilində boz qurd mənasını verir. “Börü  bəy” 
isə “boz qurd bəy” deməkdir. 
“Tüküstanda İslam” tədqiqatı isə yeni idi. Bunu ingiliscə 
hazırlayıb və İngiltərədə nəşr etdirməyi planlaşdırırmış. Bu böyük 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 99 
 
tədqiqatçını kəşf edən işgüzar tarixçimiz,  Türkiyəli tarixçi olan 
prorektoru inandıraraq 2000-ci ilin mayında Börü bəy üçün bir konfrans 
təşkil etmişdilər. 
Belə şey ola bilməzdi! İllərlə mübarizə apardığımız adamı 
kürsümüzə çıxardıb məşhurlaşdıracaqdıq. Buna dözmək mümkün 
deyildi.  Əlimizdən gələn hər şeyi edib,  bacardığımız qədər vəziyyəti 
başa salmağa çalışırdıq, lakin anlamaq istəyən heç kimi tapmırdıq. Hələ 
də digər prorektor vəzifəsini davam etdirən Ziya bəyə “bu adamlar nə 
edirlər?” deyə soruşdum. Əllərini iki yana açıb çarəsiz boyunu bükdü. 
Birinci prorektor bəlkə bir az da bizim acığımıza bu konfransı 
keçirməkdə qərarlı idi. Nəhayət konfrans günü gəldi  və gördüklərin 
məni daha çox məyus etdi. Artıq Börü bəyin konfrans verməsinə məyus 
deyildim. Məni daha çox məyus edən  konfrans keçirilən mədəniyyət 
mərkəzinin əməkdaşlarının Börü bəyi  canfəşanlıqla qarşılamalarıydı. 
Məmurlar, texniki işçilər, hər biri öz çalışdıqları məkanı “şərəfləndirən 
hörmətli Börü bəyi” kiçik olsa da, hədiyyələr verərək sevgi və hörmətlə 
qarşılayır və “xoş gəldiniz” deyirdilər. Bu mənzərəni seyr etmək mənə 
pis təsir etmişdi. Doğrusu, bu konfransı təşkil edən birinci prorektorun 
özünə  belə,  vəzifədə olarkən Börü  bəyə edilən hörmət ona 
göstərilməmişdi. 
Börü bəyin konfransı başladığı zaman dissertasiya işinin dili 
haqqında deyilənləri xatırladım: Börü bəy Qazaxca çox gözəl danışırdı. 
Bu salonda qazaxcanı yaxşı bilən Türkiyəlilərdən biri  də mən idim. 
Lakin Börü bəyin  istifadə etdiyi qazaxca mənimkindən yaxşı idi. Hətta 
qazaxcanı bu dərəcə yaxşı bilən Qazaxlar belə azdır,  desəm şişirtmiş 
olmaram.  Digər tərəfdən konfransın tərtib olunmasına səbəb olan 
işgüzar dosentimizin bütün təkidimizə baxmayaraq,  vaz keçməyən 
birinci prorektor və salondakı bir çox Türkiyəlinin kürsüdə 
söylənənlərin bəlkə onda birini anlaya biləcək səviyyə vardı. Lakin 
konfransı dinləyən universitetdə oxuyan Qazax tələbələr sıxıntı içində 
idilər. Konfrans bitən zaman eşitdiklərinə etirazları vardısa da, sitəmləri 
daha çox idi. Onlardan bir neçəsi “bu adam Qazaxları geridə qalmış 
cəmiyyətlərlə bir tutdu, dinimizi, mədəniyyətimizi pislədi. Niyə bunu 
danışdırdınız?” deyə bizə sitəm etdilər. 
O il Börü bəy  də,  mən də Türkistandan ayrıldıq. O,  təkrar 
Türkistana getdimi, bilmirəm. Ancaq doğrusu, Börü bəyi  təqdir 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 100 
 
etməmək mümkün deyil. Kaş ki,  bizim də Türk mədəniyyəti üçün, 
sənin öz missiyan üçün göstərdiyin qeyrət qədər qeyrət edən Börü 
bəylərimiz olsa!... 
  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 101 
 
BAKSI XANSEYİD 
 
 
Bir Türkistan axşamında günün yorğunluğunu atmaq üçün 
etdiyimiz gəzintilər zamanı, Əhməd Yesəvinin qızı Gövhər Ana 
Türbəsinin türbədarının  “Zikr var, görmək istəyirsinizmi?” sualıyla 
məndə başlayan həyəcanı, bizi Baksı Xanseyidə və islamdan əvvəl Göy 
Tanrı dininin hələ də İslam içində yaşayan izlərinin içinə aparacaqdı. 
Bu suala ilk etirazım heyrətlə açılan gözlərlə ona baxarkən, 
“Yesəvi zikrimi?” deyə soruşmaq olmuşdu. Doğrusu, Türkistana 
gəldiyim gündən bəri Yesəviyədən izlər axtarmaqla məşğul idim. Türk 
mütəfəkkirlərinin ilk və ən böyüklərindən olan Əhməd Yesəvi 
Həzrətlərinin yolçularından bir xəbər, bir bilgi qırıntısı axtarırdım. Bura 
gəlməzdən əvvəl oxuduğum bir kitabda amerikalı tədqiqatçı, Yesəviyə 
təriqətinin bu  gün də davam etdiyini iddia edirdi. Aleksandr Benigson 
adlı Orta Asiya mütəxəssisi məşhur amerikalının yazdıqlarına görə 
“Yesəviyə sovet işğalından sonra hələ də davamçıları olan təriqətlərdən 
idi”. Hətta o dönəmdə  Yesəviyənin öndə olanları əvvəl sovet işğalını 
dəstəkləyirlər, çox keçmədən sosialistlərlə münasibətləri pozulur və 
onlarla mübarizəyə  başlayırlar. Bu mübarizələr  sovetlər dönəmində də 
uzun illər davam etmişdir”. Tədqiqatçının əsərində əvvəl işğalın nədən 
dəstəkləndiyi, sonra niyə əks  mübarizəyə başladıqları və bu mübarizə 
zamanı nələr etdiklərinə dair heç bir məlumat yox idi. Doğrusu, bu iki 
sualın cavabını tapmaq çox çətin kimi görünürdü: əvvəl bir aldanma və 
dəstək, tanıdıqdan sonra üz-üzə dayanmaq. Yesəviyə və sosialistlərin 
fikir və  davranışlarını düşününcə, aralarındakı münasibət bu şəkildə 
dəyişməli idi. Sonra? Hansı davranışlarını  dəyişdirdilər? Sovetlərlə 
mübarizədə hansı strategiyanı və taktikanı istifadə etdilər. Passiv və ya 
aktiv,  nə kimi mübarizələr apardılar? Bunları təxmin  etmək daha 
çətindi. Üstəlik Benigson, Yesəviyənin işğal dönəmində “İşanlar” 
adıyla məlum olan sovetlərin dağılmasından sonra da İşanların var ola 
biləcəyini yazırdı. Tarixin bəlkə ən qəddar rejimlərinin altında 
yaşayarkən və üstəlik onunla mübarizə apararkən varlıqlarını necə 
davam etdirə bilərdilər? Yeni  üzvlər daxil etdilərmi? Daxil etdilərsə, 
onları necə sınadılar və onlara necə təklif etdilər? Öz aralarında əlaqəni 
necə yaratdılar? Bu gün onların sayı nə qədərdir? 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə