Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 108 
 
insan  meydanı doldurmuşdu.  İnsanlar mənfi 15-20 dərəcə soyuqda, 
qarın-buzun üzərində bayram namazına tələsirdi. O zaman Leninin 
heykəli hələ də meydanda dayanırdı”. 
O soyuqda dizlərini nə qədər şiddətli üşütdü isə,  damarlarında 
əmələ gələn problem nəticəsində hələ də isinmir. Amma o hər bayram 
yaxınlaşarkən “Ah, mümkün olsaydı,  bayram namazını Lenin 
Meydanında qılsaq” deyir. Son günlərdə onun ən böyük arzusu 
“Şabdan Batur” la bağlı bir sənədli kitab yazmaqdır. 
Bir gün Bişkekdə tanış olduqları Qırğız xanım ondan xahiş edir: 
“Məndə  bir yazı var,  ərəblərə göstərdim, oxuya bilmədilər, İranlılara 
göstərdim,  bir şey başa düşmədilər, bir də siz baxın!” Əlbəttə, Özer 
Ağabəy deyir. 
Hər anlatdığında hələ də çox həyəcanlanır: “Qadının gətirdiyi 
yazıya baxanda gördüm  ki, altında Əbdülhəmid Xanın möhürü var. 
Qadının gətirdiyi bir tarixi  əsər idi, bir padşah  fərmanıydı.  Həm də 
Anadolu ilə Tanrı  dağlarını bir-birinə  bağlayan bir fərman idi”.  “Ailə 
mirasıdır” qadın demişdi. 
Sənəddə Qırğız bəylərindən Şaduman Batır mədh edildikdən sonra 
“həccə gedərkən bütün Osmanlı torpaqlarında səyahətinin rahatlıq 
içində keçməsinin təmin edilməsi” əmr edilirdi.  Qırğızların qısaldaraq 
“Şadman Batur” dedikləri Şaduman Batır, həccə gedərkən İstanbula baş 
çəkmiş, çoxlu hədiyyələr vermiş, cənnətməkan Əbdülhəmid Xanın 
hüzurunda olmuş və bu fərman ona verilmişdi. 
Qadın Şaduman Batır üçün “Mənim böyük babam” deyirdi. 
Özər Ağabəyin ağlına “Asiyada beş Türk” kitabındakı Hüsaməddin 
gəlir. Qırğız xanım Şaduman Batırın nəvəsi  Hüsaməddin üçün 
“Babam” deyir.  Qarşısında oturan bu xanım Türkiyənin Mahsusa 
Təşkilatından beş gənc Türk zabitinin də qatıldığı, Qırğızların ən böyük 
istiqlal  hərəkatını  sərvətinin son qəpiyinə  qədər dəstəkləyən 
Hüsaməddinin qızıdır. 
Bu günlərdə Özər Ağabəyi  ən çox həyəcanlandıran mövzu 
Anadolu və  Tanrı dağları arasında gedib-gələn bu böyük ailənin 
kitabını yazmaqdır. “İşlərdən fürsət tapa bilmirəm” deyə heyfsilənir. 
Saçlar ağararkən ürək necə gənc qalır?!  Bunu hamı səndən 
öyrənməlidir, Ağabəy!. 
  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 109 
 
YAŞAYAN DƏDƏ QORQUD 
 
 
Rəhmanqul Berdibay Türkistan  deyilincə mütləq anladılması 
lazım olan şəxsiyyətlərdən birisi və ən əsasıdır. Onun adı olmadan 
Türkistanın şəhərinin  mədəni həyatının bir tərəfi  əskik  olacaqdır. 
Rəhmankul Berdibay, “elim, yurdum deyib, xalqım deyib” gecə-
gündüz yatmayan ziyalılardandır. Qazax xalqının mədəniyyətinə 
hakim,  Türk Dünyasının hər küncünü ovcunun içi kimi bilən bir 
alimdir. Bilmək hər zaman kifayət deyil. Bu bilgi ilə əməl edib gəncləri 
Türklüyə istiqamətləndirməyə səy göstərən, Türkün tarixini, 
mədəniyyətini sevdirən bir “ağsaqqal”dır. Tanıyanlar ona 
“zəmanəmizin Dədə Qorqudu” deyirlər. 
Qoca Qorqud “Qazaxı axtarırsan, kənarda deyil, dombıranın 
qolunda ara” deyir. Qazax özünün  xalq musiqisi aləti olan dombıraya 
hopmuşdur. Qazaxın ruhunu, mədəniyyətini, dərdlərini, sevincini, hər 
şeyini  bu pərdələrin arasında tapmaq mümkündür. Təbii ki, əgər 
görməyi, duymağı bacarırsanız. 
Bir  axşam onun əlində heyrət doğuracaq qədər dəyişən,  adətən 
danışan dombıranı dinləyərkən elektrik kəsildi. Bu gözlənilməz 
hadisəni böyük bir talehsizlik kimi dəyərləndirən bizlər “Heç 
yeriydimi?” deyərkən o, “üzülməyin” dedi və zil qaranlıqda əlini təkrar 
dombıranın qolunda gəzdirməyə başladı. Qaranlığın içindən gələn 
dombıranın səsi sanki əvvəlkidən daha fərqliydi. Yaşayan Dədə Qorqud 
bizləri qaranlığın içindən Qazax tarixinə doğru apardı. “Bu Koroğlunun 
nərəsi, bu səslər  Dövlət Girayın əsgərlərdən  qaçışı, indi başlayan 
Qazaxın köçü... Qazaxı onunla tanımaq, Qazaxı ondan dinləmək ayrı 
bir gözəllikdir. Çünki o yalnız Qazax xalq ədəbiyyatı professoru deyil, 
eyni zamanda qəzetçi, ədəbiyyat tənqidçisidir. Son yarım  əsrlik Qazax 
ədəbiyyatında elə bir ədəbi əsər yoxdur ki, onun  qələmindən tənqid 
almamış olsun. Bir tarix-etnoqrafiya kitabı yoxdur ki, səhifələrinin 
arasına Qorqudun göz nuru enməmiş olsun. Və son əlli ildə yetişən heç 
bir Qazax ziyalısı yoxdur ki, Berdibayın yazdığı bir kitabı, bir məqaləni 
oxumamış olsun. 
O ziyalılarla mübahisəlidir. Öz tarixini, mədəniyyətini tanımayan 
ziyalıları  “gözübağlılar” adlandırır. “Onların gözləri, öz  millətlərinin 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 110 
 
dəyərlərini görmür. Mədəniyyət imperializminin hazırladığı bu 
manqurtlar yalnız Qazaxın gözübağlıları deyil, bütün Türk Dünyasında 
bunlardan vardır” deyir. Gözləri bağlı olanların gözünü açmaq üçün 
Berdibay yeni - “Baykaldan Balkana” isimli kitab nəşr etdirdi.   
Əsərin mövzusu Türk Dünyası, Türk xalqlarının ortaq ədəbi 
mirası, ortaq taleyi və Türk birliyi ideyasıdır. İki hissədən ibarət olan 
kitabın birinci hissəsində Saxa, Altay, Uyğur, Xakas, Tuva, Özbək, 
Tatar, Türkmən... bütün türk xalqları tarixi etnoqrafik və ədəbi 
mənzərələrlə  doludur. Bu xalqların çətin taleləri mədəniyyət və 
ədəbiyyatları tanıtdırılır. İkinci hissədə Türk xalqlarının gələcəkləri 
müzakirə edilir və Türk Birliyi olmadan heç birinin ayaqda 
durmayacağı vurğulanır. Onun sətirlərini oxuyarkən Türklük sevgisi 
sətirlərdən çıxaraq sizi də bürüyür. “Bayrağı enməmiş, istiqlalı 
sönməmiş, yıxılmayan, yıxıla bilməyən Türkiyə” deyərək Türkiyə 
Türklüyünü anladan sətirlərdəki həyəcanı hiss edərək siz də 
coşursunuz. 
Kitab Türkiyə türkcəsinə də çevrilərək “Biliq”  Nəşrlər Evində 
işıq üzü gördü. 
Rahmankul Ağamızın qazaxcanı istifadə etməkdəki hünəri və 
qazaxcaya bağlılığı son dərəcə yüksəkdir. Qorqudumuz Amerikaya bir 
konfransa dəvət edilmişdir. O illərdə Amerikada doktorluq təhsili alan 
dostum Orxan Söyləməz  Rəhmankul Berdibayın gələcəyini öyrənincə 
könüllü olaraq onu qarşılamaq vəzifəsini  üzərinə götürmüşdür. Orxan 
nəql edir: “Xocanı təyyarə  limanında qarşıladım, birlikdə konfrans 
keçirilən şəhərə gəlirdik. Söhbət edərkən Qazax dilini yaxşı 
bilmədiyimdən, ingilis dilində sözlər işlətmək məcburiyyətində 
qalırdım. Yanımda rus dilində lüğət də götürmüşdüm, ingilis dilində 
dərdimi anlada bilməyincə lüğətə baxıb sözləri rusca deyirdim. 
Anlayırmış kimi özünü göstərir, ancaq davamlı qazaxca  danışırdı. İki-
üç gün söhbət bu formada davam etdi. Anladım ki, Xoca nə rusca, nə 
də ingiliscə bilmir. Daha sonra konfransda amerikalılarla bir az ingilis 
dilində, ancaq Rusiyadan  gələnlərlə çox gözəl rus dilində danışdığını 
görüncə anladım ki, “Qorqud Dədəmiz  mənimlə qəsdən bu  şəkildə öz 
dilimizdə ünsiyyət qurmağa cəhd edirmiş”. 
Hadisəni özünə  danışdığım zaman  güldü. “Biz, birimiz Qazax, 
birimiz Anadolu Türkü olsaq da, dilimiz birdir. Dünən bu dillə 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə