Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 111 
 
danışaraq, Türk Dünyasının hər tərəfini rahatca gəzmək mümkün idi. 
Bu gün bir az bir-birindən fərqlənmişdir, ancaq bir az cəhd etsək təkrar 
rahatca bir-birimizi anlaya bilərik. Biz cəhd etməsək,  kim cəhd 
edəcək?”.  
Altmış altı yaşındakı gənc, Türkiyə türkcəsini öyrənmək üçün 
hələ də cəhd edir. 
Türklüyün də səndən öyrənəcəyi çox şey vardır, Qorqud Dədə!  
       


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 112 
 
 TÜRKİSTAN ŞƏHƏRİNİN ƏN YADDAQALAN 
XATİRƏSİ 
 
 
Türkistan  şəhərindən  danışarkən  burada öz həyatım üçün çox 
mühüm iki hadisəni qısa da olsa nəql etməliyəm. Yoxsa özümə və 
sevdiklərimə haqsızlıq edərəm. Bunlardan birincisi, Türk Dünyası 
idealı arxasınca qaçarkən gecikən evliliyimin ilk illərinin bu tarixi 
şəhərdə keçmiş olması və digəri isə bircə qızım Özgənin Türkistan 
şəhərində dünyaya göz açmasıdır. 
Toyumuzdan bir həftə sonra, həyat yoldaşımla bərabər Türkistana 
gəlmiş və bir toy da Qazax  adətlərinə görə burada etmişdik. 
Universitetdən müəllimlərin, tələbələrin və texniki işçilərin qatıldığı bu 
mərasim çox gözəl keçmişdi. 
Mənimlə birlikdə böyük bir həyəcan  və sevgiylə Türkistanın 
məhrumiyyətlərinə də qatlanmağı gözə alan həyat yoldaşım işində də 
eyni  həyəcanı  davam etdirirdi. Ona verilən vəzifə Universitetdə açılan 
xalq təhsil kursu çərçivəsində tələbələrə Türkiyə türkcəsi öyrətməkdi. 
Həyat yoldaşım əsil təhsilliləri, xalı toxumaq, biçmək-tikmək, bərbərlik 
kimi sənətlər öyrənən  tələbələrə dərs saatlarının  az olmasına 
baxmayaraq,  qısa müddət ərzində çox yaxşı dərəcədə Türkiyə 
türkcəsini öyrətməyi bacarmışdı. Hətta tələbələr türkcə biliklərini ilin 
sonunda bir teatr tamaşasını səhnədə göstərəcək  qədər irəliyə 
getmişdilər. Ali Akbaş Ağabəyin yazdığı əsərin  səhnələşdirilməsi 
hamını çaşdırmışdı. Bu müvəffəqiyyətdən 15 gün sonra arzumuzun 
əksinə Universitetdən ayrılmağımıza qərar verilmişdi. Lakin bu hadisə 
hələ də içimizi isidərək xatırladığımız bir müvəffəqiyyətdir.  
Lakin Türkistanın bizdəki ən böyük və Allah ömür verdikcə 
əsirgəməyəcək xatirəsi qızım Özgə Züleyxanın dünyaya gəlməsidir. 
Türklüyün ilk beşiklərindən, 
Türk mədəniyyətinin mənəvi 
memarlarından Yesəvi Babanın əbədi məkanı ideallarımızın simvolu 
olacaq qədər böyük Türkistan  şəhərinin  adının şəxsiyyət vəsiqəsində 
doğum yeri olaraq yazılması  bizdə qalan ən böyük xatirədir.  Bizlər 
bundan çox böyük xoşbəxtlik hiss edirik. İnanırıq ki, Özgə də bu xatirə 
ilə qürur duyacaq tərzdə formalaşacaqdır.  
   


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 113 
 
 
 
2000-Cİ İlİN OKTYABRINDA TÜRKİSTANIN TOYUDUR 
Türkistan  şəhəri 2000-ci ildə 1500 illik yubileyini qeyd edəcək. 
UNESKO tərəfindən yaranmasının 1500 il olduğu elan edilən Türkistan 
şəhərində məskunlaşma tarixi haqqında isə müzakirələr hələ də davam 
edir. Son arxeoloji tədqiqatlarda, Türkistan şəhərinin yaranma tarixinin 
2200 il olduğu iddiası ortaya atıldı. Türkiyə və Qazaxıstanın birgə 
Universiteti olan Əhməd Yesəvi Universitetində aparılan tədqiqatlara 
görə  Türkistanın tarixini daha da qədimə aparan arxeoloji qalıqların 
tapıla bilinəcəyi ehtimalı var. Tədqiqatçılar, bütün enerji və imkanları 
ilə çalışırlar, lakin UNESKO bu tarixi 1500 il elan etdiyindən, gələn il 
Türkistan şəhərinin 1500 illik yubileyi qeyd olunacaqdır. 
Oğuz Xanın paytaxtı Piri Türkistan, Xoca Əhməd Yesəvinin 
istirahət etdiyi yer və Türk Dünyasının mənəvi mərkəzi Türkistan 
şəhərində 1500 illik yubiley həyəcanı hər kəsi bürümüşdür. Şəhər 
əhalisi Türkistanın 1500 illik yubileyinə hazırlaşır. Hətta yalnız 
Türkistan  şəhəri deyil, bütün Qazaxıstan Türkistanın bayramına 
hazırlaşır.  Türkistanın 1500 illik yubileyi ilə bağlı yaradılan Hazırlıq 
Komitəsinə Qazaxıstanın baş naziri rəhbərlik edir. 
Türkistan toya hazırlaşır. 
Ötən günlərdə Türkistanda bir toplantı keçirildi. Bu toplantının 
digər toplantılardan, digər hazırlıq tədbirlərindən fərqi Qazaxıstanın 
bütün şəhərlərindən nümayəndələrin buraya qatılması idi. Sanki 
Bayandır Xan çadır qurmuş və boy bəylərini  bir yerə toplamışdı. Hər 
şəhərin təmsilçi Türkistanın 1500 illik toyunda necə iştirak edəcəyindən 
danışdı. 
Türkistan xoşbəxt idi. Biz də xoşbəxt idik. Ancaq toplantını seyr 
edərkən bunu düşündük: Türk Dünyasının mənəvi mərkəzi Türkistan 
şəhərinin yubiley tədbirinə qatqılar, kaş ki, bütün Türk Dünyasından 
olaydı; bu toplantı yalnız Qazaxıstanın şəhərlərindən gələn təmsilçilər 
arasında deyil, bütün Türk dövlətlərinin təmsilçiləri arasında keçirilə 
bilsəydi... 
Bu zaman Türkistan valisi Ömürzak Əhmədoğlunun açıqlamaları 
bizi sevindirdi. Əsl Qazax ziyalısı olan Əhmədoğlu, “Bizlər ev sahibləri 
olaraq hazırlıq görürük, ancaq bu toy yalnız Qazaxıstanın deyil,  bütün 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 114 
 
Türk Dünyasının toyudur. Türkistanın toyuna Türk Dünyasının hər 
yerindən iş adamlarını və ayrı-ayrı şəxsləri dəvət etdik. Bu 
çağırışımızın Türk Dünyasının hər yerində əks-səda verəcəyini 
düşünürük. Biz Türkistan  şəhərinin əhalisi olaraq onun toyunda bütün 
Türk Dünyasından təmsilçiləri aramızda görmək istəyirik”. 
Türk aləminin yenidən qovuşduğu və qucaqlaşdığı günümüzdə bu 
birliyin  artaraq davam etməsi üçün ortaq dəyərlərimizi bərabər 
yüksəltməyə ehtiyacımız var. Türkistan şəhərinin 1500 illik yubileyi bu 
istiqamətdə böyük bir fürsətdir. Türk Dünyası Türkistana sahib çıxmalı 
və bu toya hər kəs öz qatqısını etməlidir. 
Dünən könülləri birləşdirən mesajlar, bu mübarək şəhərdən 
yüksəldi. Özü ayət olan, özü hədis olan hikmətlər şeir olub Yesəvi 
Həzrətlərinin dodaqlarından töküldü. 
Hikmətlər Hacı Bektaş oldu, Geyikli Baba oldu, Taptuk oldu, 
Yunus oldu, dalğa-dalğa bütün Türk Dünyasına yayıldı. 
 Söz oldu, dil oldu, türkçə oldu. 
Anamızın ağ südü kimi təmiz türkçəmiz, uluların əlində, dilində 
ucaldı, qorundu. 
Türkistana sahib çıxmaq, “Türkəm” deyənlərə bir borcdur. 
Türkistana sahib çıxmaq, “Türk Dünyası yaxınlaşmalı, qaynayıb-
qarışmalı” deyənlər üçün bir vəzifədi. 
Türkistan uğuruna malı olanlar malından keçməlidirlər; 
Dili olanlar, bu il Türkistanın toyunda danışmalıdırlar; 
Qələmi olanlar bunu yazmalıdırlar; 
İmkanı olanlar gəlib bu toyda iştirak etməlidirlər; 
Bunu da etməyənlər, Türkistanın toyunun qeyd ediləcəyi 2000-ci 
ilin oktyabrında,  evində Divani Hikmətdən Yəsəvi şeirləri oxuyaraq 
könüllərindən Türkistana bir salam yollamalıdırlar. 
2000-ci ilin oktyabr ayı Türkistan  şəhəri Türk Dünyasının hər 
yerindən insanların görüşdüyü gün olmalıdır. 
Türkistan yenidən Türklüyü birləşdirən nöqtə olmalıdır. 
 
Qeyd: Bu yazı 2000-ci ilin aprel ayında qələmə alınmışdır. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə