Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 140 
 
məmnunduq. Bu qədər  xalq inancını öyrənə  bilmək üçün aylarla 
çalışmaq lazım idi. Hətta bu inancların bəziləri ya kitablarda yoxdu, ya 
da bizim onları əldə etmək imkanımız məhdud idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 141 
 
SƏHRANIN ORTASINDAKI GECƏ 
 
 
Artıq qaranlıq əmməli-başlı düşmüş,  sürətimiz  azalmışdı. Abay 
Mirzə Qazıqurd dağının kəramətindən danışırdı. Nə qədər müqəddəs bir 
dağ olduğunu söyləyirdi. Hətta bizim gəlişimizdən məmnun olub-
olmadığına dair bizə işarələr verəcəyindən bəhs edirdi. Ali Ağabəylə 
təkrar göz-gözə gəldik. Gecəni qalacağımız yerlə bağlı narahatlığımız 
azmış kimi,  bələdçimizə nə qədər etibar etməyimizlə  bağlı  tərəddüd 
edirdik. Baxmayaraq ki, Göy Tanrı dininin xalq arasında yaşayan ritual 
və inanclarına Qazaxlar  arasında  tez rastlanmasını bilməyimiz bu 
vəziyyəti nisbətən rahatlıqla qarşılamağımıza imkan verirdi. Yolumuza 
davam edirdik və ətraf qaranlıqlaşmışdı. Abay Mirzə birdən:  “Baxın 
işarə orada göründü. Bu  Qazıqurdun bizi qəbul etdiyinin, ona 
gəlişimizdən məmnun olduğunun  işarəsidir”deyə həyəcan içində 
barmağı ilə göy üzünü göstərdi. İşarə etdiyi yerdə buluda bənzər bir şey 
dayanmışdı. Quyruğu  həm  ulduzun quyruğuna, həm də şahzadənin 
əmmaməsinə də bənzətmək mümkündü. Sanki Qazıqurdun zirvəsi 
Şahzadənin  başı idi və yerə  doğru başına bağladığı əmmamə 
sallanmışdı. Amma Abay Mirzə “Baxın, bu işarədir. Baxın, bu bulud 
deyil”. Bulud olsa yerə paralel durmalıydı. Bu isə yerə perpendikulyar 
dayanırdı. “Siz heç yer üzünə perpendikulyar dayanan bulud 
gördünüzmü?” deyə soraraq öz fikrini qüvvətləndirməyə çalışdı. Bu 
bacadan çıxan duman ola bilər,  deyə ətrafda bir ev və ya zavod 
axtarmağa başladıq. Xeyir, səhranın ortasındaydıq. Ətrafda nə bir ev, nə 
də bir zavod var idi. Dostumuz onunla həmfikir olmadığımızı anlamışdı 
və bunun Qazıqurd  işarəsi olduğu istiqamətindəki qənaətini 
qüvvətləndirən hadisələri danışır, daha əvvəlki ziyarətlərində də oxşar 
işarələri  gördüyündən bəhs edirdi. Ali Ağabəylə bunun bir bulud 
olduğundan əmindik, ancaq buludun necə belə düz dayandığını izah edə 
bilmirdik. Abayın fikrini qəbul edirik kimi görünməkdən başqa çarəmiz 
qalmamışdı. Üstəlik dostumuzun dediyinə görə Qazıqurd hər kəsi işarə 
göstərərək qarşılamazdı. Bu işarə bizim təmiz qəlbli və yaxşı niyyətli 
insanlar olduğumuzun işarəsiydi. Etiraf etməliyəm ki, bu 
dəyərləndirmədən xoşum də gəldi. Amma yenə də bu qəribə duruşlu 
şey hər halda bulud idi. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 142 
 
Abay Mirzənin “bax, bu kənddə gecəni keçirəcəyik” dediyi yerə 
gəldiyimiz zaman saat gecə on biri keçmişdi. Yol onsuz da kəndin 
içindən keçirdi. Evlərin pəncərələrindən  sızan işıq  kənddə elektrik 
olduğundan xəbər verirdi. Qazaxıstanın bu iqtisadi sıxıntıları içərisində 
şəhərlərdə belə elektriklər tez-tez kəsildiyi halda, elektrikin bu kəndə 
gəlməsi bir şans idi. Kəndin küçələri bomboş idi. Maşınımızın səsi və 
işığı ilə künclərinə çəkilmiş itlər bir-bir başlarını qaldırıb ortalığı 
gurultuya salmışdılar. Abayın işarəsiylə bir evin qarşısında dayandıq.    
Qazaxlar sanki uzun illər çadırda yaşamağın acığına geniş evlər 
tikirdilər. Əlbəttə,  evlərin genişliyində qohumluq əlaqələrinin hələ də 
çox qüvvətli olmasının rolu da böyükdür. Evin qarşısındakı eyvana 8-
10 pilləli bir nərdivanla çıxılırdı. Qazaxıstandakı kənd evlərinin demək 
olar ki, hamısı bu evə oxşayırdı. Bura bir mərtəbəli geniş bir ev idi. 
Evdə heç bir işıq görünmürdü. Burada da bizi ev sahibinin iki iti 
qarşıladı. Bu səhranın ortasında gecə yarısı qalmaq ehtimalımızın 
olduğu evdə kimsə yox idimi? Türkistanda ikən “qalacağımız yerlərə 
telefonla xəbər verək” təklifimizə “lazım deyil” deyərək Abay etiraz 
etmişdi. Qazıqurd sevdasının arxasınca tamamilə bir səhra adamı kimi 
davrandığım üçün bir az da utanırdım. Bu səbəbdən Ali Ağabəylə göz-
gözə gəlmədən, gözucu onun halını anlamağa çalışdım. Gözləmək və 
evdə bizi gülər üzlə qarşılaya biləcək birinin olmasını arzu etməkdən 
başqa bizim üçün çıxış yolumuz yox idi.  Ali Ağabəy də səbirlə 
gözləyirdi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 143 
 
TÖRƏNİN GÜCÜ 
 
 
Evdəkilər itlərin səsinə oyandılar,  işıq göründü və qapı açıldı. 
Evdə qonaq qalmağa imkan var idi, yox idi, bilmirdik, yenə də evdə 
adamın olması bizi bir az rahatlatdı. Abay maşının pəncərəsini açaraq 
salam verdi. Ev sahibi Abayı tanımışdı. Ev sahibinin yanında bir nəfər 
də göründü. Birlikdə gəlib itləri sakitləşdirdilər və bizi içəri dəvət 
etdilər.  Bu  adət-ənənənin gücündən başqa bir şey deyildi: ev 
sahiblərimiz Tanrı qonağını qarşılamağın şərəfi ilə bizi içəri dəvət 
etdilər. Nərdivanlardan evin eyvanına çıxıb,  mavi rəngli qapıdan içəri 
girdik.  Bura evin salonu idi. Salondan pərdəylə ayrılmış bir qapıdan 
bizi otağa apardılar. Çadır ənənəsi bu qapılara asılan pərdələrdə də 
özünü göstərirdi; salondan otaqlara açılan qapılar tipik çadırın 
qapısındakı kimi pərdə ilə örtülüydü. 
Abay bizi ev sahibi ilə tanış etdi. Uzun boylu, iri bədənli, adətən 
bir dastan qəhrəmanını xatırladan bu orta yaşlı adamın üzünə, 
mimikasına diqqət edirdik. Gecə yarısı gələn gözlənilməz qonaqları 
görəsən necə qarşılayacaqdı? Heç öyrəşmədiyimiz bu vəziyyətimizdən 
çox narahat idik. Adının Muxtar olduğunu öyrəndiyimiz ev sahibi olan 
”uşaqlar evdə deyilmi?” deyə Abay soruşdu. Evdə bizi qarşılayan iki 
nəfərdən başqa heç kim yox idi. Muxtar “kənddə bir toy olduğunu, 
xanımının və qızının ora getdiklərini” söylədi. 
Evdə  xanımların olmaması bizi rahatlatmışdı. Heç olmasa 
universitet tələbəçiliyimiz zamanı subay evlərinə etdiyimiz ziyarətlərlə 
bir oxşarlıq vardı. Əslində  bu oxşarlıqdan çox Muxtarın üzündə ən 
kiçik bir narazılıq ifadəsinin olmaması bizi rahat etmişdi. Abayla 
dostluğunun çoxdan olduğu hərəkətlərindən bəlli idi. Oturduğumuz 
otaq ənənəvi Qazax üsulu ilə  döşənmişdi. Qapının olduğu tərəf xaric, 
digər divarlara böyük Qazax xalıları asılmışdı. Bu Türklərin çadırda 
yaşadıqları dövrlərdən qalan bir ənənəydi. Bu  gün də Qazaxlar  “jurt” 
dedikləri çadırlarını qurunca onun  divarlarını xalılarla bəzəyir. Xalı 
bayırdan gələn istinin və soyuğun qarşısını aldığı kimi, çadırın içinə də 
gözəl  bəzək verir. Çadırdan oturaq evlərə yaşanmağa keçildiyi zaman 
isə xalı yerini qoruyub,  bu dəfə də evin divarlarını bəzəmiş olub. 
Qazaxlar arasında olduğu qədər geniş yayılan olmasa da, Anadoluda da 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə