Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 119 
 
Doğrudur, dedim. Əmir Teymur Bəyazidi Ankarada məğlub 
etmişdi. Bəyazid mənim atamdırsa da, ancaq Əmir Teymur da həmçinin 
atamdır. Tarixdə belə şeylər olmuşdur. 
O ana qədər söhbətə heç qarışmayan Qazax: 
- Dayanın görüm. Özbəkə dönüb “Əmir Teymur sənin atan isə, o 
zaman siz bir-birinizin nəyi olursunuz?” 
- Məndən soruşma dedim, ondan soruş. 
Özbək bir az dayandı, taktikası alınmamışdı. Bu dəfə başqa bir 
yol sınamağa başladı. 
- Bizim Ulu Türkistanımız var (Biznig Ulug Türkistan bar)  
Bax, bu söz məni canlandırmışdı. Yetmiş il boyunca Ulu 
Türkistan  sözünü ağzına alanların turançılıq, pantürkizm iddialarıyla 
başlarına gəlməyənin qalmadığı bir ərazidə, heç gözləmədiyim bir anda 
bir adam masama oturur və Ulu Türkistandan bəhs edir. Necə 
həyəcanlanmaya  bilərdim?... Lakin üzümdəki ciddiyyəti dəyişməməyə 
çalışaraq: 
-Ulu Türkistanı bilirəm, dedim. 
Özbək dostum mənim Ulu Türkistandan xəbərdar ola biləcəyimi 
heç ehtimal etmirdi. Öyrətmək istəyən bir tərzdə: 
-Türkistan, bir şəhər demək deyil. O çox böyükdür. Ulu Türkistan 
bugünkü Qazaxıstan, Özbəkistan və Türkmənistanın hamısı deməkdir. 
Hətta Tacikistanı belə saymaq olar.  
Artıq bu gözlənilməz qonaqlardan həddindən artıq məmnundum. 
İndi artıq növbə mənimdi: 
-Yaxşı, dedim. İndi sən  cavab ver. Türkistan nə deməkdir? 
O hələ də mənə Ulu Türkistanı başa salmaq dərdində idi. “Bir 
zamanlar” deyirdi “bu yerlər bir dövlət idi. Sonra Stalin biz güclü 
olmayaq deyə böldü, müxtəlif dövlətlər yaratdı”. 
Məni tanıyanların asanca təxmin edə biləcəkləri kimi, bir 
Türkistanlıdan bu sözləri duymaqla məst olmuşdum. Amma yenə də bu 
halımı bəlli etməməyə çalışırdım. 
-  Yaxşı dedim, bu söylədiklərinin heç birinə etirazım yoxdur, 
amma sən söylə, Türkistan nə deməkdir? 
Bu suala cavab vermək istəmirdi, mənim sualımı eşitməmiş kimi: 
-  Əmir Teymur da “Biz ki Əmür-ül Türkistanız, Biz ki Turanın 
başbuğuyuz” demişdir. Ulu Türkistan çox böyük bir ölkədir. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 120 
 
Səbir kasam daşırdı. Ayağa qalxıb bu adamı öpmək istəyirdim, 
ancaq Bektaşi misali iş bir az inada minmişdi: 
-Yaxşı, dedim.  Qazaxıstan Qazaxın yurdu demək, Özbəkistan 
Özbəkin  Vətəni deməkdir. Bəs Ulu Türkistanın mənası nədir? 
Sual çox aydın verilmişdi. Yenə də  o ana qədər sözə heç 
qatılmayan Qazax araya girdi: 
-Məsələ aydın oldu, ağa (ağabəy) dedi. Bu Özbəyin inadı tutdu. 
Sən bizə bir-bir yüz qram söylə, o hər söylədiyinə razı olar. 
“Yüz qram” bu yerlərdə jarqon ifadə sayılır və araq anlamına 
gəlir. Amma bu sürpriz deyildi, çünki bir çox söhbətin sonu bu yerlərdə 
“yüz qrama” gəlib çıxa bilirdi.  Bu xoş söhbətin də cəriməsi yüz qram 
olsun, nə  edək?  Ofisiantı  çağırıb qonaqlarıma “nə istədiklərini 
soruşmasını” söylədim. 
   


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 121 
 
QAZAXLARIN İSTİQLAL ARZUSU 
 
 
Qazax tarixini bilməyənlər bu qardaşlarımızın rus hakimiyyətini 
qəbul edəndən sonra sadiq təbəə olaraq Çar Rusiyasına və sovetlərə 
vətəndaşlıq etdiklərini zənn edə bilərlər. Halbuki əslində həqiqət heç də 
belə deyil və Türkistanı anlamaq üçün ümumi  vəziyyəti bilmək çox 
vacibdir. 
Qazax  Türklərinin istiqlal hərəkatları Ebulhayır Xanın 1731-ci 
ildə, Rusiyanın himayəsini qəbul etməsindən sonra başlayır və davam 
edir. Qazaxlar rus imperializminə ilk etirazlarını məşhur Puqaçov 
üsyanına köməklik edərək göstərdilər. Gənclər rus qalalarına basqınlar 
təşkil etdilər. Tatar, Çuvaş, Başqırd və Kalmık kimi başqa xalqların da 
qatıldığı bu üsyana Qazaxlar 1773-cü ildə dəstək verdilər. Rusların 
Xəzər dənizi ətrafındakı Qazax  torpaqlarını xüsusi mülkiyyət adı 
altında  xalqın əlindən almağa başlamaları və qalalar inşa etmələri 
üsyanın güclənməsini təmin edirdi. Dosqali və Şergazi Sultanların 
liderliyi altında hərəkat 1775-ci ilə qədər davam etdi. Təəssüf ki, bu 
hərəkat nəticəsiz qaldı və tarixə Qazaxların ilk istiqlal mübarizəsi 
olaraq yazıldı. 
Puqaçov üsyanının yatızdırılmasından on il ötəndən sonra 
döyüşlərdə  böyük xidmət göstərmiş və xalq içində geniş şöhrət 
qazanmış Sırım Datoğlunun liderliyi ilə istiqlal hərəkatı başladı. 1785-
ci ildə başlayan bu hərəkat qısa müddət ərzində 6000 əsgərə sahib oldu. 
Bir il ərzində o, Rusiyaya bağlı olan Nurqali Xanın nüfuzunu yetərincə 
zəiflətdi. İstiqlal mücahidləri gah rus qalalarına basqınlar edir, gah da 
ruslarla işbirliyi edən bəyləri öldürürdülər. 
Çar Yekaterina fərman verib Nurqali xanın əvəzinə 1790-cı ildə 
Erali Sultanı xan təyin etdi. Dörd il xanlıq edən Erali da Datoğlu 
hərəkatının qarşısını ala bilmədi və 1794-cü ildə öldü. Onun  yerinə 
ruslar Esim adlı bir nəfəri taxta çıxartdılar. Esim var gücüylə Sırım 
Datoğlunun üzərinə hücuma keçdi, lakin nəticə əldə edə bilmədi. 1796-
cı ildə bütün Qazaxıstanı yandırıb yaxan qıtlığı xalq “xanın 
uğursuzluğuna yozdu” və Esim Xanın malikanəsinə hücum edib onu 
öldürdülər. 
Sırım Datoğlu hərəkatının on ikinci ilində ruslar hərbi güclə 
üsyanı yatıra bilməyəcəklərini anlayıb hiyləyə əl atdılar. Qazax 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 122 
 
adətincə xan boy bəylərinin qurultayında seçilirdi. Bu qurultaya 
Qazaxlar, “Xan seçmə qurultayı” deyərdilər. Rusiya satın aldığı boy 
bəylərinin üstünlük təşkil etdiyi xan qurultayı çağırdı. Qurultaya Sırım 
Datoğlu da dəvət edildi. Adətə uyğun olaraq bu qurultayda iştirak edən 
Datoğlunu mübarizəni dayandırmağa inandırdılar. Beləliklə, on iki il 
sonra 1797-ci ilin avqustunda bu istiqlal hərəkatı də dayandırılmış oldu. 
Qurultaydan beş il sonra, 1802-ci ildə Hivədən dönərkən vəfat edən 
Datoğlunun qəbri, xalq tərəfindən ziyarətgaha çevrildi. İnsanlar xalqın 
övliya dərəcəsinə yüksəltdiyi bu istiqlal qəhrəmanının qəbrinin şəfa 
verdiyinə inanırdılar.  
Datoğlu hərəkatından sonra Qazaxlar, bu dəfə də İsatayın 
liderliyi ilə yeni bir mübarizəyə başladılar. 1835-38-ci illərdə, üç il 
davam edən hərəkat sürətlə yayıldı. İstiqlal mücahidləri 15 oktyabr 
1836-cı ildə Terek şəhərini rusların əlindən alaraq paytaxt elan etdilər. 
Buradan müqəvva xanın mərkəzinə hərəkət etdilər. Məqsədləri 
müqəvva xanı taxtından endirib müstəqil bir dövlət qurmaq idi. Xanın 
paytaxtı Jaskusta dörd kilometr qalmış Xan İsataydan möhlət  istədi. 
Qardaş qanı tökülməməsi üçün buna razı olan İsatay rus qüvvələri 
tərəfindən aldadıldığını əvvəlcədən hiss etməmişdi. Aldadıldığını 
anlayan İsatay Jamankuma tərəf çəkildi. Burada təkrar güc toplayan 
İsatay 1838-ci ildə Ağbulaq ətrafında rus əsgərləri ilə qarşılaşdığı 
döyüşdə şəhid oldu. İsatayın əsgərləri Kenesarı Xanın liderliyi ilə 
başlayan hərəkata qoşuldular. Kenesarı Xan Orta Cüzün xanı Abılay 
Xanın nəvəsi idi və 1802-ci ildə dünyaya göz açmışdı. Kenesarı hələ 35  
yaşında ikən Aktav ətrafında rus qoşunlarıyla qarşılaşdığı döyüşdə rus 
ordusuna qalib gəldi və çoxlu miqdarda silah-sursat ələ keçirdi. 
1838-ci ilin 26 aprelində Akmola qalasını mühasirəyə alan 
Kenesarı onu fəth etdi. Daha sonra Akmoladan Torqaya qədər olan 
bölgəni özünə tabe etdirərək cənuba tərəf yola çıxdı. Ruslarla işbirliyi 
edən boy bəylərini həbs etdi və cəzalandırdı. Cənubda Buxara Əmirliyi 
ilə dostcasına münasibətlər yaradan Kenesarı Çinlə də diplomatik 
münasibətlər qurdu. Kenesarı Xan özünü bütün Qazaxların xanı elan 
etdi. Xalq arasındakı etibarı hər gün bir az da artırdı. Nizamlı ordu və 
kəşfiyyat təşkilatı da yaratmışdı. O, 1841-45-ci  illərdə bütün 
Qazaxıstanı idarə edirdi. Ruslarla apardığı müharibələrdə yalnız qələbə 
çalırdı. 1844-cü ildə rusların böyük  güclə hücum etdikləri zaman da 
Kenesarı Xan böyük bir zəfər qazandı. Bu müharibədən sonra xarici 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə