Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 123 
 
nüfuzu da yüksələn Kensarı xana Hivə xanı və Buxara Əmirlərindən də 
hərbi yardımlar gəlirdi, lakin Hokant xanı ilə problemlər hələ də həll 
edilməmişdi. 
1845-ci il Hokant Xanına qarşı hərəkət edən Kenesarı rusların 
şimaldan Baykal gölü ətrafındakı hücumlarına qəflətən yaxalandı. 
Mühasirədən qırğızların köməyi ilə xilas ola biləcəyini düşünən 
Kensarı xan qardaş xalqa müraciət etdi. Halbuki ruslar bunu daha 
əvvəldən təxmin etdiklərindən qırğız bəylərini “Kenesarının onları Çinə 
tabe etdirəcəyi” yalanı ilə aldatdılar. Qırğızlardan dəstək almayan 
Kenesarı ordusu ilə birlikdə rus hücumunun ortasında qaldı. Yüz 
nəfərlik güclə hücumu yaracağını bilsə də, o, bunu qəbul etməyərək 
əsgərləri ilə birlikdə şəhid oldu. Kenesarı xandan sonra Qazaxıstan 
yenidən rusların tabeçiliyinə daxil oldu. Kenesarı xanın  şəhid 
olmasından beş il sonra, Ural gölü ətrafında yeni bir hərəkat başladı. 
Eset Batırın liderliyi ilə olan bu hərəkat 1850-53-cü illəri əhatə etdi. 
Eset Batır xanlıq iddiasında deyildi. O, bölgə Qazaxlarını Hivə 
Xanlığına tabe etdirərək vahid dövlət qurmaq istəyirdi. 
Sonrakı illərdə Oral və Torqay vilayətlərində 1869-cu ildə 
başlayan yeni mübarizənin liderliyini, böyük qəhrəman Sırım 
Datoğlunun nəvəsi Seyil etdi. Hərəkat 1873-cü ildə rus əsgərləri 
tərəfindən yatızdırıldı. 
Daha sonrakı böyük istiqlal hərəkatı isə 1916-cı ildə başladı. Bu 
hərəkat bütün Orta Asiyaya yayılmışdı. 1916-cı ildə Qazaxlar  səksən 
min şəhid verdilər. Ancaq “Qazax qəzeti” ətrafında toplanan ziyalılar, 
xalqın bu hərəkatını zaman nöqteyi-nəzərindən erkən hesab edirdilər. 
1910-cu ildən etibarən “Qazax qəzeti” ətrafında toplanan Mustafa 
Çokay, Magjaan Cumabay, Ahmet Baytursun, Mir Jakıp Devlet, Alihan 
Bökeyhan kimi ziyalılar, xalqı istiqlal hərəkatına hazırlamağa 
çalışırdılar. Rusiyada siyasi nüfuzun zəifləməsi ilə “zamanın gəldiyini” 
düşünərək fəaliyyətə başladılar. 1917-ci ildə Orenburq şəhərində 
çağırdıqları “Qazax qurultayları” nəticəsində “Alaş Partiyasını” 
yaratdılar. Partiya qısa müddət sonra Alaş hökumətini formalaşdırdı və 
əsgər toplamaya başladı. Rusiyadakı qırmızılar və ağlar arasındakı 
mübarizədən istifadə edərək istiqlala doğru addımlayırdılar. Bir müddət 
sonra həm qırmızıların, həm də ağların düşməni halına gələn Alaş 
hərəkatı, bolşeviklərlə yaxınlaşmaq məcburiyyətində qaldı. Sonrakı 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 124 
 
illərdə bu hərəkatın üzvləri sistemli şəkildə sürgün və edamlarla şəhid 
edildilər.  
Bu 
tarixi yaxşı bilən 
ziyalılar Qazaxıstanın hazırkı 
müstəqilliyinin fikir təməllərinin o günlərdə atıldığı qənaətindədirlər. 
Qazaxların istiqlal tarixinə 1930-31 illərdə Sozak və Aday 
hərəkatlarını da əlavə etmək lazımdır. Sovetlər dönəmində baş verən bu 
hərəkatda Aday Boyu xan seçilərək müstəqillik elan etmişdi. 
Kiçik üsyanlar və Dükci İşan Hərəkatı kimi Türkistanın başqa 
bölgələrində başlayan üsyanlara verilən dəstəkləri saymasaq, 
Qazaxların istiqlal mübarizələri yeddi böyük hərəkat ətrafında 
cəmlənir. 
İstiqlal hərəkatlarının müvəffəqiyyət qazanmamağının və ya 
Kensarı hərəkatında olduğu kimi əldə olunan uğurların 
qorunmamağının səbəbləri arasında çox geniş əraziyə yayılan 
Qazaxların bir yerə yığılmasındakı çətinlik    mühüm yer tutur. Digər 
yandan, cüz adı verilən Qazax  qruplarının müxtəlif tarixlərdə 
müstəqilliklərini itirmələri istiqlal hərəkatlarına kiçik qrupların 
qatılmasına səbəb olurdu. Hivə Xanlığı və Buxara Əmirliyinin qardaş 
Qazax  xalqının istiqlal mübarizəsini dəstəkləmələri ilə yanaşı, Hokant 
Xanlığına, şimalda ruslara qarşı aparılan mübarizələr, cənubdan 
zəiflətmələr də hərəkatın müvəffəqiyyətinə maneçilik törədirdi. 
Qazaxıstanın 1991-ci ildəki müstəqilliyinə qədər səkkiz dəfə 
istiqlal hərəkatına qoşulan Qazaxlar,  demək olar ki,  hər 25 ildən bir 
tapdandılar. Rusların  tabeçiliyinə daxil olduqdan sonra istiqlal 
hərəkatlarına qatılmamış, bu hərəkatların yandırdığı atəşi ürəyində 
duymayan Qazax nəsli yoxdur. Bunu çox gözəl bilən ruslar, planlı 
şəkildə Qazax əhalisini yox etməyə çalışdılar. İyirminci əsrin əvvəlində 
Türkistanın əsas  xalqı olan Qazaxlar  öldürülə-öldürülə azaldılar. Bu 
qırğınlar bəzən savaşlarda atəşli silahlarla, bəzən atom sınaqları kimi 
gizli metodlarla həyata keçirildi. Hazırda Qazax  əhalisinin  qırx faizi 
radiasiya yüksək olan ekoloji fəlakət zonasında yaşayır. 
Bütün bunlara baxmayaraq, Qazaxlar yox olmadılar və istiqlal 
istəklərini də itirmədilər. 1986-cı ilin dekabr ayındakı hərəkatla 
Sovetlər Birliyinin təməllərini yenidən sarsıtdılar. Əsrlərdir arxasınca 
qaçdıqları müstəqilliklərini nəhayət əldə edən Qazaxlar indi onu 
qorumaq mübarizəsini davam etdirirlər. 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 125 
 
            QAZAX, GÖRDÜYÜN ƏZAB! 
 
 
Bu bir Qazax deyimidir. Qazaxlar sıxıntıda olduqları zaman “Bu 
mənim deyil, soyumun taleyidir” deyib içlərinə çəkirlər  və Qazax 
Türklərinin məruz qaldıqları böyük fəlakətləri xatırlayaraq “Qazax, 
görüdüyün əzab” deyirlər. 
Qazax Türklərinin tarixdə məruz qaldıqları ən böyük 
fəlakətlərdən biri də 1928-1932-ci illəri əhatə edir. Anadolu türkcəsində 
bir deyimdir “dünyada ac məzarı  yoxdur” deyilir. Xeyr, Qazaxıstanda 
vardır. Bir deyil, min deyil, milyonlarla ac məzarı vardır. 1928-1932-ci 
illərdə insanlar da, heyvanlar da aclıqdan öldülər. Bu bir soyqırımdı, 
həm də soyqırımda ən pis metoddan-aclıqdan istifadə olundu. 
Qırmızıların “bərabərləşdirmə” adıyla 1928-ci ildə başladıqları 
proqram sürətlə həyata keçirilirdi. 1930-cu ildə Qazax xalqının əlindəki 
malların 50%-i dövlətə verilmişdi. Qırmızılar nə öz imkanlarını 
hesablayır, nə də xalqı düşünürdülər. “Varlı, kasıb yoxdur, hər şeydə 
ortağıq” şüarı ilə hərəkət edirdilər. 1929-cu ilin payızında 
heyvandarlıqla keçinən xalqın əlindəki qoyun, keçi, at, dəvə, nə varsa 
alınırdı. Qoyacaq yerləri yox idi, verəcək yemləri yox idi, amma onlar 
xalqın əlindən heyvanları alıb ərazinin ortasına toplamaya davam 
edirdilər. 
Səhranın qışı üstlərini aldığı zaman mal-qara  soyuqdan və 
aclıqdan ölürdü. Qazaxların sıx olduğu Çimkənd, Akməscid, Taraz, 
Övliya-Ata, Semey bəy kimi vilayətlərdə hər gün minlərlə insan 
cənazəsi götürülürdü. Hər vilayətdə,  hər gün min kişi aclıqdan can 
verirdi.  Onların öz əlləriylə, zəhmətləriylə saxladıqları  heyvanlar isə, 
ərazinin ortasında yemsizlikdən və soyuqdan ölürdü. Kimsə xalqın öz 
malının, heç deyilsə ölməyəcək qədərinin xalqa geri verilməsi üçün əmr 
vermirdi. Bu bir vandalizmdi, soyqırımdı. 
İnsanlar aclıqdan öldükcə,  onlar “bərabərləşdirməyə” davam 
edirdilər. “Qazaxıstanın qoyunu, keçisi” nəqliyyat imkanları daxilində 
Rusiyaya  doğru daşınırdı. Göndərilə bilməyənlər ərazinin ortasında 
saxlanılırdı. 
Bərabərləşdirilirdi. Bu aclığın və ölümün ortaqlığı idi. 
Bərabərləşdirmə proqramı davam etdirilirdi. Qazaxıstanda 1928-ci ildə 
on doqquz milyon qoyundan 1932-ci ilin sonunda bir milyon yarım 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə