Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 132 
 
Yağı alınmış qatığa duz qatıb qurudaraq qurud  hazırlanır. Quruda 
qatılan duz faizi və qurutma dərəcəsi tayfalara görə dəyişir. Cənubi 
Qazaxıstanlı  Qazaxlar qurudun duzunu çox qatarlar, ancaq çox 
qurutmazlar. Şimallıların qurudu isə daş kimi bərkdir. Birinin yeməyinə 
alışan, digərlərini çox sevmir. Mən də cənubun qurudunu sevirəm. Quş 
yumurtası böyüklükdə yumrulanmış quru qatığı ağzınıza ilk aldığınız 
zaman hiss edilən dad kəskin bir duz dadıdır. Qurudun əsl ləzzətinin 
damağa yayılması üçün isə ağızda bir müddət gözləmək lazımdır. Bax, 
o ləzzətin  dadına doyulmur. Bu ləzzətin ömrünü uzatmaq üçün qurud 
şəkər kimi ağızda sorularaq yeyilir. Bir gün yolunuz Qazaxıstana düşsə 
və bir yanağı şişmiş uşağa rastlaşsanız bilin ki, o qurud yeyir.  
Koji şorbasına gəlincə,  o bu ərazinin ən geniş yayılmış 
yeməyidir. Anadoluda geniş yayılan adı “toga” olaraq tanınan bu şorba, 
Orta Asiyanın ən sevimli yeməklərindən biridir. Ankara-Qızılcahamam 
ətrafında bu şorbanın adının “köce” olduğunu öyrənincə doğrusu, çox 
çaşmışdım. Əsl tərkibi buğda və qatıqdan ibarət olan şorbaya noxud və 
nanə qatırlar. Novruz bayramında qaynadıldığı zaman adı Novruz 
kojesi olur və demək olar ki, hər evdə hazırlanır. Novruz günlərində hər 
evə  getdiyiniz zaman bu şorbadan mütləq içməlisiniz. Digər zamanlar 
isə bu şorbanı  piyalə adlandırdıqları kasalara tökərək satırlar. İsti 
günlərdə onu sərinləyir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 133 
 
TÖRTKÖL VƏ QOVUN 
 
 
Orta Asiya ərazisinin ən geniş yayılmış meyvəsi nədir, soruşulsa, 
hər halda cavabı qovun olur. Qovun  mövsümü gəldiyi zaman bütün 
ərazi qovun qoxusuna bürünür. Bu ətrafda qovunun min bir çeşidi 
yetişir. Hər il mövsümü uşaq başı boyda tez yetişən növlər açır. 
Qabıqları sapsarı olan bu kiçik qovunlar çox şirin kimi görünürlər. 
Halbuki qabıqlarındakı o rənglə dadlarının heç bir əlaqəsi yoxdur. Əsl 
şirin qovunlar  iyulun sonlarına doğru yetişir və qabıqları yaşıl 
rəngdədir.  Ankaranın yuva qovununu xatırladır. Bunların dadına 
doymaq olmur. 
Qovunun ən dadlısı isə bu tərəfdə Törtköldə yetişir. Bunu bilənlər 
Törtköldən keçərkən mütləq dayanıb qovun alırlar. Onsuz da Törtköl 
yol qovşağı cərgə-cərgə qovun satan piştaxtalarla doludur.  
Qovun bu qədər geniş və çox yetişdirildiyindən hamısını 
mövsümündə istifadə etmək mümkün deyil. Bu səbəbdən buranın 
insanları qovunu da qurudub qışa saxlayırlar. Quruyan qovun qəhvə 
rənginə çalan qırmızı bir rəng alır və  şirinliyi artır. Qışda bazarlarda 
qovun qurusu tapmaq mümkündür. Maraqlandığım üçün bir iki dəfə 
qovun qurusunun dadına baxdım, lakin bəyənmədim. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 134 
 
TEYMURUN ÇAYI: ARIZ 
 
 
Türkistan  –  Çimkənd ərazisinin ən mühüm xüsusiyyəti isə Arız 
çayının buradan keçməsidir. Çayın düz kənarında adını böyük Türk 
hökmdarı Əmir Teymurdan alan Temirlan adlı bir yaşayış  mərkəzi də 
vardır. Altın Ordu,  Anadolu və Hindistan səfərlərindən sonra Əmir 
Teymur  ən böyük səfəri olan Çinə  sonda  çıxmışdır. Qış mövsümü 
yaxınlaşdığından əsgərin və komandirlərin arasında səfər vaxtının yaxşı 
seçilmədiyinə dair şikayətlər olur. Əmir Teymur bunları eşidir.  Böyük 
ordu Arız çayının sahilinə gəldiyi zaman Əmir onları dayandırır və 
çayda çimməyə qərar verir. Məqsədi əsgərlərə ruh vermək və dedi-
qoduların qarşısını almaq idi. Havanın və suyun soyuqluğuna fikir 
vermədən ordunun gözləri qarşısında Arızın sularına atılır. Lakin 
şiddətli bir burulğana yaxalanır və qurtarıla bilmir. İndiki adı Temirlan 
olan ərazidə Haqqın rəhmətinə qovuşur. Buradan keçərkən qoca Türk 
Əmirinin ruhuna fatihə göndərmək lazımdır. 
Temirlan ətrafında iqlim də fərqlidir. Türkistanın yayı çox quraq 
və isti olan iqlimi Çimkəndə doğru getdikcə yumşalır. İyun ayının 
sonlarında Türkistandan yola çıxarkən ətraf saralmış mənzərə ilə örtülü 
ikən Temirlandan etibarən təbiət yaşıllaşmağa başlayır. Türkistan şəhəri 
Çimkənd əyalətinə bağlı olmasına baxmayaraq, iqlim nöqteyi-nəzərdən 
cənubdakı Səmərqənd, Buxara iqlimlərinə daha yaxındır. İqlimin bu 
dəyişməsində Qara Dağlar  mühüm rol oynayır və şimali və  cənubi 
Qazaxıstanı bir-birindən ayırır. Şimalın iqlimi  Sibir iqliminin bir sıra 
xüsusiyyətlərini daşıyarkən, cənub bölgələr tipik Orta Asiya iqliminə 
bənzəyir. Qazax coğrafiyaçılarının dediklərinə görə Sibirdən gələn hava 
qurşaqları Qara Dağlara toxunaraq dayanır. Lakin Qara Dağların 
arasında olan dərin kanyondan bir qədər  hava axını bu dağ silsiləsini 
ötərək  Temirlan ətrafından cənuba keçir. Bu soyuq küləklər isə 
Qazıqurda  və Sırdəryanın üzərindəki buxar kütləsinə toqquşaraq 
dayanırlar.  Bax,  buradan sonra Orta Asiyanın o məlum olan isti və 
quraq havaları başlayır. 
Türkistan ətrafında bu istilərin ən çoxu iyul ayının başlaması ilə 
gəlir və 40 gün davam edir. Qazaxlar bu dönəmə şildə (çilə) ayı 
deyirlər. Həqiqətən  də kölgədə 46-47 dərəcəyə çatan istilərin 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 135 
 
öhdəsindən gəlmək insana  əzab olur. Amma sözün əsli farscadan 
alınmışdır. Farsca 40 demək olan şildə sözü bu aya adını vermişdir. 
Şildə sözü “şildəxana” olaraq coğrafiyada bəzi məscidlərin  adı 
olmuşdur. Şildəxanalar divarlarının yarısı torpaq qazılaraq yerə 
gömülən ibadətxanalardır. O yüksək istilərdə hər halda buralar üstünlük 
verilən məkanlar olmuşdur. Şildəxanalar yarısı yerə gömülmüş 
olduqlarından onların içərisi sərin, qışın soyuğunda isə isti olur.  
Temirlanı keçincə ard arda  düzülmüş kiçik vadilər  sıralanır. 
Orta Asiyanın dümdüz ərazi quruluşu içərisində bu vadilər diqqəti 
çəkir. Ali Ağabəylə bölgədəki müharibələrdə komandirlər lazım gəldiyi 
zaman öz əsgərlərini vadilərin içində gizlədirmişlər, deyə düşünürük.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə