Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 105 
 
Tanışlıq  və hal-əhval  tutandan sonra tədbir haqqında fikrimi 
soruşdu. Doğrusu, mənim də soruşacağım çox sual var idi. Çaşqınlığımı 
gizlətmədim  və bunun “klassik Yesəvi zikri” olmadığı haqqındakı 
qənaətimin doğru olub-olmadığını öyrənmək istədim. Xanseyid 
“Yesəvi Babanı biz  də  çox  sevir və hörmət edirik, ancaq bizim 
etdiyimiz Yesəvi zikri deyil. Biz baksıyıq” dedi.  
Baksı, tarixi məlumatlara əsasən şamanlardır. Şamanizm və ya göy 
Tanrı dininin, din adamlarına verilən isimdir.  
“Ancaq toplantıda bir çox islam ünsürü var idi. Hətta bir arada “siz 
bir iki nəfərə namaz qılmağı öyrənməsini tövsiyə etdiniz. Baksılıq 
şamanizmdə də var, burada bir ziddiyyət yoxdurmu?”. 
Səmimi bir təbəssümlə Xanseyid “dedikləriniz doğrudur” deyə 
cavab verdi. “Atalarımız islam dinini qəbul etdikdən sonra müsəlmanlar 
baksı adətlərinə çox müsbət baxmamışdılar. O dönəmdə yaşayan 
baksılar da baksılığın islama zidd olan qaydalarını  atıb, ancaq islama 
zidd olmayan qaydaları tətbiq etməyə davam etmişdilər. Bu arada 
zaman içində islam mistikası ilə paralel Allahın isimlərinin təkrarı, 
Peyğəmbərimizə salavat kimi ünsürləri də əlavə etmişdilər. Beləliklə, 
aradakı münaqişələr  bitirilmiş yəni, baksılıq islama  uyğun hala 
gətirilmişdir. Bizlər atalarımızın islamın qəbulu  dönəmində  olduğu 
kimi, bəzi xəstəliklərin müalicəsi ilə məşğul oluruq. Gördüyünüz kimi
biz də müsəlmanıq”. 
Xanseyidlə bu şəkildə, təsadüflə başlayan dostluğumuz uzun müddət 
davam etdi. Hətta o dönəmin baş naziri Bülənd  Ecevit tərəfindən 
xüsusilə təqib edilən və Tanıtma  Fondunun  dəstəyi ilə çəkilən “Hacı 
Bektaş sənədli filmi” üçün çəkiliş qrupu Türkistana gədiyi zaman bu 
yerdə baksı ənənəsi ilə bağlı çəkiliş etmək xahişimizi qırmayaraq 
çəkilişlərə icazə verdi.  
Bu sənədli filmlə Xanseyid, baksıları və onların adətlərini 
Türkiyədə tanıdan bəlkə də ilk baksı oldu. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 106 
 
AĞARAN SAÇLARA İNAD GƏNCLƏŞƏN ÜRƏK 
 
 
Maşında beş  nəfər  - bir Qazax, bir Qırğız, bir Uyğur və iki 
Türkiyəli Bişkekə gedirdik. Qırğız və  Uyğur dostlarımız Bişkekdə 
qalacaq, digərlərimiz Alma-ataya gedəcəkdik. Türkistan şəhərindən 
ayrılandan  çox vaxt keçmişdi. Xüsusi maşınla 8-9 saat davam edən 
Türkistan  –Bişkek yolçuluğunda Türkiyəli Ağabəyimiz fasilə verərək 
yemək yeməyimizə icazə vermirdi. Bişkekə çatınca Adana kababı 
yeyəcəkdik. 
Qırğız sərhədindən 
keçdik. Hər hansı bir problemlə 
qarşılaşmamışdıq. Bir az irəlidə polis maşınımızı dayandırdı. 
Pasportlarımızı yoxladı və Uyğur  dostumuzla mənim pasportumda 
“əskiklik”  tapdı.  DTK-nın xaricilər üçün şöbəsi olan PVQİ-ə 
gedəcəkdik.  PVQİ-dəki  məmurlar məsələni daha da böyütmək 
niyyətində idilər. Qazax dostumuz da bizimlə bərabər idi. Digərləri 
PVQİ binasının qarşısında maşında gözləyirdilər. Üç saata yaxın PVQİ 
macərasından sonra Türk–Qırğız qardaşlığına istinadən sərbəst 
buraxıldıq və həmin dəqiqə Bişkeki tərk etmək tövsiyəsi aldıq. 
Yarı tövsiyə, yarı təlimat xarakterli qərara baxmayaraq, on bir 
saatdır gözlədiyimiz Adana kababımızı yeyəcəkdik. Bir saata yaxın 
kababçıda  verdiyimiz fasilədən sonra, Qırğız və Uyğur  dostlarımızı 
Bişkekdə qoyaraq, Alma-ataya doğru yola çıxdıq.  Bişkekin Alma-ata 
çıxışına yaxın bir yerdə yol soruşmaq üçün dayanmışdıq ki, bir maşın 
sürətlə  qarşımızda saxladı. Bizə yaxınlaşan sükan  arxasındakı 
dostumuza amerikan filmlərindəki kimi bir şəxsiyyət vəsiqəsi çıxarıb 
göstərərkən “polis” dedi və sonra maşınımızın arxa qoltuğuna oturaraq 
öndəki maşını təqib etməyimizi söylədi. Gecə yarısıydı. 
Biz  PVQİ-dəki məmurların oyununa gəldiyimizi düşünürdük. 
Maşınımızın nömrəsini verərək bizi təkrar saxlamışdılar.  Qarşımızda 
gedən maşın   əsas yoldan çıxdı və qədim bir  binanın qarşısında 
dayandı. Yanımızdakı “düşün” dedi. Düşdük. Mənə baqajı açmağımı 
söyləyərkən,  Ağabəyi içəriyə apardılar. Əl çantalarımızdan başqa bir 
şeyin olmadığı baqajı göstərdikdən sonra məni də eyni istiqamətdə 
apardılar. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 107 
 
  Sağda, solda kasa qırıqlarının yatdığı boş bir koridordan 
keçərkən “ bu necə polis məntəqəsi” deyə düşünürdüm ki, kiçik bir 
otağa girdik. Əllərimi qaldırmamı və divara yatmağımı istədilər. 
Buranın polis məntəqəsi olmadığı bəlli idi, görəsən bu adamlar 
həqiqətən  polis idilər? Mən  divara söykənib,  üzərimin axtarılmasını 
gözləyərkən Ağabəy adamlara qışqırmağa başladı. Üzərimi axtaran 
adamı kənara itələyərək Ağabəyə yaxınlaşdım. Onun üzərini axtaran 
adam Ağabəyin yanındakı dollarları “yoxlayarkən” bir-ikisini 
oğurlamağa cəhd etmişdilər. 
İkimiz yanaşı, “yoxlanılan əşyalarımızı” toplayaraq  bayıra 
çıxdıq.  Qazax dostumuz maşının yanında idi. Onu içəriyə 
aparmamışdılar. Maşını tez işə salmasını xahiş etdik. 
Polis qiyafəsindəki mafiyadan xilas olmuşduq. Ağabəy təkrar 
üstündəki pulunu saydı,  100 dollar əskik idi. Onu oğurlayarkən  hiss 
etməmişdik. Bir yandan da yaxşı qurtardığımız düşünürdük. Arxa 
kresloda  oturan Ağabəy təhlil etməyə başladı: “Qırğız dövləti bu kimi 
qruplara mane olmasa, xarici sərmayənin gəlməsi azalar. Onsuz da öz 
sərmayəsi olmayan Qırğızıstanın inkişafı ləngiyər...”. 
Dodaqlarımda incə bir təbəssümlə düz arxamda oturan Ağabəyi 
dinləyirdim. Nəhayət dözmədim:  “Bir gündə canımızı iki dəfə güclə 
qurtardıq. Bu mafiya töküntüsünün etdiklərindən sonra icazə ver, bir-iki 
saat da ola Qırğızlara hirslənək. Sonra yenə Qırğızıstanın necə xilas 
olacağını və Türk Dünyasını müzakirə etməyə davam edərik”. Türkiyə 
türkcəsini çox gözəl bilən Qazax dostumla birlikdə gülməyə başladıq. 
O da bizə qoşuldu. 
Əsəblərimizin son dərəcə xarab olduğu o gərgin anda belə 
Qırğızları və Qırğızıstanın yaxşılığı üçün düşünə bilən Ağabəy, Özər 
Rəvanoğlu idi. O, gənclik illərindən etibarən özünü Türklük və Türk 
Dünyasına həsr edən nümunə bir şəxsiyyətdir. İstanbulda Ötüken Nəşr 
Evinin  yaradılması, bir çox dərnək və dərgi fəaliyyətləri, “Türklük” 
deyilən partiyanın sıralarında ac-susuz mübarizələr, Azərbaycan və 
Qırğızıstanda Osmanlı memarlığı ilə tikilən iki məscidin palçığına 
qarışan alın tərləri... 
İndi yaşı altmışı keçən Ağabəyin  dizləri avqust ayında belə 
üşüyür. Səbəbi Bişkekdə Lenin meydanında  qılınan bayram namazıdır. 
O günü xatırlayınca  Özer Ağabəyin  gözləri parıldayır: “On minlərlə 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə