Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 95 
 
haqqında  lətifələr  söyləyib,  xalq arasında yaymağa qərar verdik. 
Beləliklə, xalq missionerləri gördüyü zaman onun təlqinlərini dinləmək 
əvəzinə,  lətifələri xatırlayıb güləcəkdi. Heç kimin burnu qanamadan 
Türkistanı missionerlərin başına dar edəcəkdik. Çoxlu lətifə 
fikirləşmişdik. Doğrusu,  bəziləri  bərbad  olsa da, artıq onları xalq 
arasında yaymağa başlamışdıq. 
Bir axşam saat 10-da iş otağında əyləşmişdim ki, Dinislam, 
Noyabr və Jipekin də aralarında olduğu altı tələbə dostum yanıma 
gəldilər. Gərgin olduqları üzlərindən məlum idi. Əvvəlcə öz aralarında 
bir problem olduğunu və məni hakim etməyə  gəldiklərini düşündüm. 
“Necəsiniz” deyə soruşdum, “yaxşı deyilik, çox pis xəbər almışıq” 
dedilər. 
Yesəvi  Türbəsinin düz qarşısında keçmiş bir otel binası vardı. 
Uzun illərdən bəri boş qalan bu binanı missionerlər satın almaq 
istəyirdilər. Üç mərtəbəli və böyük bir tikili olan bu yerin  aşağı 
mərtəbələrini məktəbə, bir hissəsini isə kilsəyə çevirəcəkmişlər.  
Eşitdiklərim doğru ola bilməzdi. Yer seçiminə baxın,  cürətə 
baxın! Düz Yesəvi  Türbəsinin qarşısında kilsə tikmək! Bu 
provokasiyanın  bütün Qazaxıstanda və hətta bütün Türk Dünyasında 
əmələ gətirəcəyi  çaxnaşmanı düşünmək belə istəmirəm.  Hər nə 
səbəbdən olursa olsun,  bu gün burada yaşayanların  gözləri önündə bu 
hadisənin cərəyan etməsinə müşahidəçi olanları tarix bağışlamazdı. 
Bu məsələnin həqiqət olduğunu dəqiqləşdirmək lazım idi. 
Haradan öyrəndiklərini ətraflı şəkildə soruşdum. Söylədiklərindən mən 
də əmin oldum. Səhər saat on birin yarısında onlar İcra Hakimiyyətində 
olacaqdılar və dostların verdiyi məlumata görə binanın satış müqaviləsi 
imzalanacaqdı.  
Nə edəcəklərini soruşdum. Əvvəlcə məktəblər arasında imza 
toplayacaqlarını söylədilər. Əlbəttə,  bu etiraz etməməkdən daha yaxşı 
idi. Lakin imza toplayaraq bu məsələyə mane olmaq mümkün deyildi. 
“Başqa nə edə bilərik?” deyə soruşdum. 
Aralarından birisi “İcra Hakimiyyəti qarşısında mitinq keçirmək 
istəyirik,  ancaq...” dedi. Onun  halından mənim bu fikrə qarşı 
çıxacağımı yəqin etdiyi bəlli idi. Məndən hər zamankı kimi “heç bir 
dostumuzu sıxıntıya salacaq bir şey etməyin” kimi sözlər gözləyirdilər.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 96 
 
«Neçə nəfər toplaya bilərsiniz?»  deyə  soruşdum. 300-400 
nəfərdən az adam olmayacağından əmindilər. “Haydı, elə isə nə 
edəcəyimizi düşünək”. 
Üzləri açılmış, könülləri coşmuşdu. 
İlk işimiz idarəetməsi  məndə olan tələbə yataqxanalarının 
müdirlərinə bu gecə yataqxanalara baş çəkməmələrini söyləmək oldu. 
Tələbə  yataqxanalarında  gecə elektrik kəsilməsi də bu gecə tətbiq 
olunmayacaqdı. Yataqxanalar tələbələrin ixtiyarına verilmişdi. 
Bir qrupumuz da ertəsi günə  çatdırılması  vacib  olan şüar və 
plakatları hazırlayacaqdı. Bu işlər üçün lazım olan karton, parça və 
digər ləvazimatları Vecih Ağabəy təmin edirdi. Gecə 12-də açılan 
emalatxanalar da gənclərə təslim edilmişdi. 
Oğlan yataqxanasında toplantı üçün ən uyğun yer həyət idi. 
Tələbələrin hamısı buraya çağırılmış və öz dostları tərəfindən onlara 
missionerlərin cürəti və sabahkı  nümayiş qərarından bəhs edilirdi. 
Təmiz qəlbli  Qazax gəncləri həyəcanlanmışdılar. Bu nümayişin 
atalarının etdiyi Jeltoksan hadisələrinə də oxşar tərəfləri vardı. Qazax 
gəncləri arasında şüar söyləmək ənənəsi olmadığı üçün həyəcanlarını 
“Allahü-Əkbər” deyə bağıraraq ifadə edirdilər.  Bu səslər yaxınlıqdakı 
qız yataqxanasında da həyəcanı bir anda yüksəltmişdi. Hər iki 
yataqxanadan səslərin yüksəlməsi təzyiqi əməlli-başlı artırırdı.  
Nümayiş planımız bəlli idi: səhər saat 10-a yaxınlaşarkən hamı 
Universitetə gedir və ya oradan keçirmiş kimi İcra Hakimiyyətinin 
qarşısında Esim Xan Meydanının ətrafındakı küçələrdə  toplaşmalıydı. 
Düz saat 10-da, bir an içində meydan çıxaraq şüarlar səsləndiriləcəkdi. 
Bu təlaşın içində Türkiyə tərəfindən prorektor Ziya Başqan Bəyi 
tapmışdım. “Ağabəy, sənə yataqxanalar tərəfindən bir pas atsam, sinəni 
qabağa verərsənmi?”  Cavabı qısa və dəqiqdi: “At, səndən gələn hər şey 
üçün sinəmi qabağa verərəm”. Ziya bəylə dialoqumuz sadəcə bu qədər 
idi. İcra Hakimiyyəti və rektorluq  binası eyni meydanın kənarında yan-
yana durduqlarından, Qazaxıstanın ilk icazəsiz mitinqi Ziya bəyin 
otağının pəncərəsinin düz qarşısında olacaqdı. 
Ertəsi gün saat ona yaxınlaşırdı  və mən yerimdə dayana 
bilmirdim. Mənim mitinqə  qatılmağım doğru deyildi, ancaq olduğum 
yerdən  baş verənlərdən  xəbər almağım çətin olacaqdı. İki dost mənə 
xəbər gətirəcəkdi, amma onlar da mitinq bitdikdən sonra gələcəkdilər. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 97 
 
Saat on birə beş dəqiqə işlədiyi zaman gözlədiyim xəbəri Doğan bəy 
gətirdi. 
Yataqxanaların texniki işlərinə baxan dostumuz təsadüfən 
meydanın yanından keçərkən tələbələri görmüşdü. “Xoca! Xoca! 
Meydan çiçək açmışdı. Bizim tələbələr əllərində plakatlar  missionerləri 
protest edirdilər”. Allaha çox şükür, mitinq başlamışdı. Artıq davamı 
gəlirdi. Allah köməkləri olsun! “Mən  bu dəqiqə kameranı alıb 
gedirəm” Doğan dedi. Doğan bəy çiynindən düşürmədiyi kamerası ilə 
Türkistanda mühüm bildiyi hər hadisəni çəkərdi. Gəlməyinin  səbəbi 
kamerasını götürmək idi. “Dayan!” dedim. “Nə edirsən? Polisə, KQB-
yə öz əlimizlə sənəd verəcəyikmi? Olmaz. Özün gedirsən, get. Ancaq 
bu dəfə kameranı götürmək olmaz!” Nə dediyimi anladı. Onu gözləyən 
taksiyə minib meydana getdi. 
Mitinqin arxasını Ziya bəy danışdı: missionerlər mitinqdən 
təşvişə düşmüşdülər. Yalnız missionerlərmi? İcra hakimiyyəti
rektorluq, polis və şəhərin bütün  öndə  gedənləri təlaş içindəydilər. 
Rektorun köməkçiləri tələbələrdən dağılışmalarını tələb edirdilər, lakin 
heç kim dağılmaq istəmirdi. 
Şahid olanlardan aldığımız məlumatlara görə, missionerlərin 
heyəti on birin yarısında icra başçısının otağına əsəbi bir şəkildə girərək 
yüksək səslə:  “Bayırda olanlar nə deməkdir?” deyə soruşmuşdur. O 
zamana  qədər kim bilir, hansı təsirin altında qalaraq onlara tərs cavab 
verməyən  Türkistanın icra başçısı: “Yesəvi torpağında kilsə açdığınız 
zaman sizi güllə qarşılamayacaqlar ki... Çıxın bayıra!” deyərək 
missionerləri  otağından qovmuşdur. Hətta Türkiyə türkcəsi ilə eyni 
şəkildə söylənən və Qazax kişilərinin bir çoxunun çox yaxşı bacardığı 
sin-kaflı cümlələrdən də bir çoxunu üzlərinə qarşı və arxalarından 
söyləmişdir. 
Pisniyyətli  missionerlərin İcra Hakimiyyətinə girmələri ilə 
çıxmaları bir olmuşdur.  Onların İcra Hakimiyyətindən çıxdıqlarını 
görüncə mitinqi sona çatdırmaq  Ziya bəyin üzərinə düşmüşdür. Bir az 
əvvəl şəhərin  öndə  gedənlərinin sözünə etibar etməyən tələbələr Ziya 
bəyin “Bitdi, yoldaşlar məqsədə nail olduq” sözü ilə səssizcə dağılırlar.  
Bu mitinqdən sonra Türkistanda missioner fəaliyyətləri bıçaq 
kimi kəsildi.  


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə