Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 78 
 
olunaraq  silindir əmələ gətirir. Otağın damı isə “uık” və “şangrak” 
deyilən iki hissədən ibarət olur. Şangrak otağın ən yüksək və orta 
nöqtəsidir. Bu səbəbdən otağın simvolu da şanqrak deyilən və bir 
çənbərin  içərisinə ikisi şərq-qərb istiqamətində, digəri ikisi də cənub-
şimal istiqamətində bir-birini üstəgəl işarəsi şəklində kəsən çubuqlardan 
yaranır. Qazaxın həyatını, varlığını, ruhunu, mədəniyyətini, bir sözlə, 
hər şeyini simvolizə etmək  gücündəki bu şəkil, ona yüklənən 
mənalarıyla Qazaxıstan Dövlət Gerbində də yerini almışdır. 
Otağın ən yüksək və orta nöqtəsindəki şanqarakla, kənar divarları 
bir-birinə bağlayan uzun ağac parçaları isə “uik” adlanır. 
Bu üç ana hissə lazımi qaydada bir  araya gətirilib üstü yundan 
sıxlaşdırılaraq  hazırlanan keçələrlə örtülür. Otaq divarlarının işi 
xalçalarla döşənir. Orta Asiyanın bir çox yerində bu gün də gözəl 
naxışlarla bəzənmiş xalçalar evlərin divarlarına asılır. Anadolu 
kəndlərində də rast  gəlinən  bu adətin qaynağı yəqin ki,  otaqların 
divarlarına asılan xalılardır... 
Otağın ən müqəddəs yerlərindən birisi şanqrak isə, digəri də 
qapısındakı eşikdir və eşiyə basmaq  heç yaxşı qarşılanmır. Novruzda 
qurulan otaqlara girərkən də mütləq buna diqqət etmək lazımdır. 
Otaqların qurulduğu ərazidə  dolaşarkən, otaqların yanında 
duranlar sizi içəri dəvət edirlər. Bu da keçmiş  Qazax obalarının 
adətidir. Obaya gələn qonağı hər kəs dəvət edir, ancaq qonaq 
istədiyinin otağına girir. Atalar sözündə bir Qazax “Qonaq, seçib 
qonar”  deyilir. Burada da, otaqlar arasında dolaşarkən bir otaq sahibi 
sizlərdən içəriyə təşrif buyurmanızı xahiş edər. 
İçəridə o kənd tərəfindən hazırlanan qımızdan-quruda, 
qırmandan-qorğaya,  hər şey qonaq üçün hazırlanmışdır. Otağa 
girdikdən sonra təqdim olunanlardan heç deyilsə, birindən kiçik bir 
parça da olsa yemək lazımdır. Onsuz da bunun üçün otaq sahibləri israr 
edirlər. Bir şey yeməyə niyyətinizin olmadığını görüncə “ağuz 
tiygiziniz” (ağız değiniz) ricalarıyla qonaq edərlər. Ağız demək, “dem 
dadmaq”  (ləzzəti dadmaq), duz-çörək haqqı deyilən köklü törə içində 
çox mühüm bir yerə sahibdir. Bir nəfər duz-çörək daddığı, çörəyinə 
ağız vurduğu  ailənin  üzvlərinə illər boyu yaxşı duyğular bəsləməlidir. 
“Bir acı  qəhvənin 40 il xətri” olması  kimi duzuna,  çörəyinə ağız 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 79 
 
dəydiyi ailənin üzvlərinə qarşı pislik etmək böyük heysiyyətsizlik hesab 
edilir. Bəlkə də bu səbəbdən qonaq edilən otaqda bir dost qazanılır.  
Novruzda yalnız bu otaqlar içində deyil, evlərdə də süfrələr açılıb 
qonaq gözlənilir və bu gün evlərin qapıları axşama qədər açıq 
saxlanılır. Dostlar, qohumlar,  qonşular bir birinə bayram təbrikinə 
gedirlər. Hər yerdə olduğu kimi, Türkistanda da bayram əsasən uşaqlar 
və gənclər üçündür. Yeni paltarlarla və hədiyyələrlə sevindirilən 
uşaqlar müxtəlif oyunlarla axşama kimi bayram edirlər.      


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 80 
 
ADƏM OĞLUNUN QIZIL BEŞİYİ: TƏBİƏT 
 
 
Göy üzünün dünyanın hər yerində eyni göründüyünü zənn 
etməyin  yanlış olduğunu bu şəhərdə anlayacaqdım. Türkistanda 
gündüzlər geniş üfüqlərin arxasında qeyb olan göy üzü, gecələr ayrı bir 
sehrlə üstümdə durur. Elmi cəhətdən necə izah edilir, bilmirəm, ancaq 
dünyanın bu  yerində, sanki göydə daha çox sayda ulduz vardır və 
parlaqlıqları başqa yerlərdən daha güclüdür. 
Bu qənaətimi başqalarından da soruşaraq yoxlayıram. Bəli, hamı 
eyni  qənaətdədir: burada göy üzü başqa cür görünür. May ayının 
gəlməsi ilə birlikdə buludların yoxa çıxdığı gecələr ayrı bir ilham 
qaynağıdır. Hələ yaz gecələri, onu gözləyənlərə doyulmaz vaxtlar bəxş 
edər. Gündüzün yandırıcı istisindən  sərinləyən səhra bir-birinə qarışan 
işıldaquş və çəyirtkə səslərinin arasında səhərə qədər davam edəcək bir 
tamaşaya hazırlanır. Göy üzündə hər yana şəfəqlər saçar kimi parlayan 
ulduzlar  bütün səhranı kristal bir çilçırağın altında saxlayır. Bu 
bənzərsiz görüntüləri seyr etdikcə, bəlkə də tarixdə astrologiya elminin 
Orta Asiyada bu qədər inkişaf etməsinin səbəbi göy üzünün bu 
dərəcədə cəzbedici olmasındandır deyə düşünürsən. Və  ya bəyaz 
gecələrin yazarı Dostoyevski əgər Türkistan gecələrini görmüş olsaydı, 
“Bəyaz Gecələr”in yanında bir də “Brilyant gecələr yazmazdımı? 
Çoban ulduzu, qütb ulduzu, karvanqıran... İllər əvvəl 
öyrəndiyimiz ulduz adlarını və onların yerini təkrar kəşfə çıxırıq və 
bəzilərinin qazaxca adlarını öyrənirik: şolpan, dəmirkazık, eşşəkqıran 
bayaq saydığımız ulduzların qazaxca isimləridir. Göy üzünün ən parlaq, 
hər zaman sabit şəkildə yerində dayanan ulduzuna “dəmirkazık” 
deyirlər. Dəmir qarmaq  kimi göydəki yerini dəyişdirmədiyi üçün belə 
adlanır. Ancaq hər ulduz onun qədər bir yerdə dayanmaqda qərarlı 
deyildir, onun təbiətini tam bilməsəniz karvanınız gedə  bilər. Bu 
səbəbdən Yupiterə, Anadoluda Karvanqıran, Qazaxıstanda “eşşəkqıran” 
ulduzu deyiblər. Adında bir az fərqlilik olsa da,  hekayətləri eynidir. 
Karvanqıran ulduz dan ağarmadan bir müddət əvvəl görünüb qeyb 
olması xüsusiyyəti ilə  tanınır. Bu səbəbdən keçmiş dövrlərdə 
karvançılar,  sabaha vaxtında hazırlaşmaq istəyənlər bu ulduzu təqib 
edərmişlər. Gediləcək yolları uzun olan karvançılar gecələr bir növbətçi 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 81 
 
qoyaraq bu ulduzun doğulmasını gözləyər və onu görüncə  qalxıb yol 
hazırlığa başlayarlarmış. Dan yeri sökülüncə yola çıxarlarmış. Bir dəfə 
bir karvan növbətçi qoyub istirahətə çəkilmişdir. Karvan başçısı 
növbətçiyə  tapşırmışdır: “Ulduz doğunca bizləri  oyandır!” Talehsiz 
növbətçi  özü  də yatıb yuxuya qalmışdır. Oyandığı zaman gözləri 
qarşısında bir ulduzun par-par yandığını görür. O həmin dəqiqə 
karvançıları oyandırmış, hazırlaşıb yola çıxmışlar. Lakin səhər heç cür 
açılmırmış. Ağır yüklərin altında tərləyən heyvanlar gecənin soyuğunda 
bir-bir ölməyə  başlamışlar. Sən demə növbətçi yatıb yuxuya qalmanın 
təlaşı işində Zöhrə ulduzunu Karvanqıran zənn etmiş,  ikisi də göy 
üzündə bir-birlərinə yaxın yerlərdə dayanan bu ulduzları qarışdırmışdır. 
Əfsanələrə görə bu səbəbdən ulduzun adı Karvanqıran və ya qazaxcası 
Eşşəkqıran qalmışdır. Anadoluda bu ulduz türkülərin mövzusu 
olmuşdur. Aşıq Veysəlin  belə bir şeri var: “Evlər yıxan, bellər bükən, 
(Karvanqıran) doğmayaydın sarı ulduz, mavi ulduz, ulduz, ulduz hey”. 
Bax o ulduz Karvanqırandır.  
Ulduzları idarə edirmiş kimi,  onları yoxlayırmış kimi, hər gecə 
göy üzünü bir başından  başına dolaşan ay da, bu diyarda ayrı bir 
gözəlliyə sahibdir. Hələ ayın 14-ü olduğu zaman əməlli-başlı böyüyüb, 
sanki yeni ölçülərinə arxayın kimi hələ günəş qeyb olmadan onunla göy 
üzündə hakimiyyət iddiasına girmiş şəkildə  erkəndən doğuşu hər 
səfərində insana ayrı bir həyəcan verir. 
Bu coğrafiyada ay və ulduzun hərəkətlərindən hesablanan bir 
təqvim haqqında da məlumat alacaqdıq. Dövlətimizin bayrağı və bütün 
Türk  Dünyasını təmsil edəcək qədər geniş yayılan ay-ulduz şəklinin
mədəniyyətimiz içində bir təqvim hesabında qarşıma çıxması doğrusu, 
məni çox həyəcanlandırmışdı. Bəli, Türk bayrağının gözəl elementləri, 
ay-ulduz yalnız Türkiyə üçün deyil,  Azərbaycan,  Özbəkistan, 
Türkmənistan kimi dövlətlərin ya bayrağında, ya da dövlət gerblərində 
yer alır. Dövlət orqanlarının emblemlərində yer almaqdan başqa, ay-
ulduza bütün Türk Dünyasında qadınlarımızın zinət əşyalarında, 
qəbirlərin məzar daşlarında rast  gəlmək olur. Bu isə burada yatanın 
Türk  və  müsəlman olduğunu bildirir. Ay və ulduz, bu möhtəşəm 
ikilikdən  bir də təqvim hesabı aparıldığı mənim üçün qəribədir. Günəş 
təqvimi və ay təqvimlərini bilir və istifadə edirdik, lakin ay-ulduz 
təqvimi  mənim üçün tamamilə fərqliydi. Qazax yaşlılarının hələ də 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə