Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 66 
 
Qurudulacaq qədər bol yetişən bir digər məhsul isə yemişdir. O 
da üzüm kimi yayın əvvəlində tez yetişən növləri ilə bazara daxil 
olmağa başlayır və bundan sonra yemiş iyi şəhərdən heç əskik olmur. 
Bu gözəl meyvə, ana Vətəni olan Orta Asiyanı,  “bura mənim 
Vətənimdir” dərəcəsində başdan-başa öz iyi ilə bürüyər. Hər yerdə ona 
yoldaşlıq edən qarpız da bu ətrafda eyni ölçüdə bol olan 
meyvələrdəndir. 
Orta Asiyanın əlbəttə bir başqa vaz  keçilməzi də heç şübhəsiz  
düyüdür. Akmərcan düyü qrupunun onlarca çeşidi vardır. Orta Asiyada 
olan düyü növündən daha çox sayda da plov çeşidi vardır. Bu diyarda 
adətən hər şəhərin, hər rayonun özünə xas plov bişirmə üsulları vardır. 
Gözəl bir mütəxəssis yediyi plovdan onu bişirənin haradan olduğunu 
təxmin edə bilər. Bundan başqa, digər yeməkləri bişirmək işi qadınların 
olsa da, xüsusilə Özbəklərdə plov bişirmək kişi işidir. Orta Asiyalı 
kişilərin hamısı plov bişirməyi bacarırlar. Qoyun əti, yerkökü və quyruq 
yağının düyülərə verdiyi ləzzət həqiqətən də Türkistan plovunun 
dünyadakı şöhrətinə layiqdir. 
 Düyü plovu bu qədər geniş yayıldığı halda, Orta Asiyalılar 
qarğıdalını heç tanımayıblar. Deyəsən, qarğıdal yerinə sovet dönəmində 
qruşa adlı bir taxıl növündən istifadə olunurdu. Buğda ilə yulaf arasında 
bir bitki olan qruşadan bişirilən plovlar və müxtəlif yeməklər bəziləri 
tərəfindən düyüyə nisbətən üstün tutulur.  
Bazarın maraq çəkən bölmələrindən biri də paltarların satıldığı 
yerdir. Palto, corab, uşaq geyimləri və hər cür geyim əşyası burada bir 
yerdə  satılır. Lakin  bu  əşyaların böyük hissəsi qadınlar üçün nəzərdə 
tutulmuşdur. Bu bölmədə alıcıların da, satıcıların da böyük əksəriyyəti 
qadınlardan ibarətdir. Bu ətrafda zərif cinsin nümayəndələri ən ağır 
iqtisadi çətinliklər içərisində belə öz lətafətlərini qoruya bilirlər
geyimlərinə diqqət edirlər. Əgər hər hansı bir xarici vətəndaş burada 
qadınların geyimlərinə baxsa və digər yerləri görmədən ayrılsa, bu 
şəhərdə iqtisadi sıxıntının olmadığını zənn edər. Orta yaş və ondan 
yuxarı yaşlardakı xanımlar üçün bu vəziyyət bir az fərqli olsa da, 
digərləri üçün həddindən artıq keçərlidir. 
Hər geyim tərzinin bir modası olsa da,  bu yerlərdə heç vaxt 
moddan düşməyən geyimlər  kürklər və papaqlardır. Tülkü dərisindən 
dovşan kürkünə qədər tüklü geyim əşyalarının hər növünə rastlamaq 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 67 
 
mümkündür. Lakin ən etibarlıları vizon və qaragül,  digər adı isə 
astraqan dərilərindən hazırlananlardır. Hər bir adamın sosial statusu ilə 
kürklərin keyfiyyət və rəngləri arasında uyğunluq olur. Dünyada yalnız 
bu coğrafiyada hazırlanan astraqanlar qaragül qoyununun quzularının 
dərilərindən hazırlanır. Astraqanların xarici görünüşü nə qədər gözəl və 
əsil olsa da,  hazırlanma şəkli son dərəcə narahatlıq doğurur. Astraqan 
istehsalı üçün nəzərdə tutulan quzular doğulan  gündə hətta həmin saat 
içərisində kəsilərək dəriləri çıxarılır. Çünki doğuşdan sonrakı hər keçən 
saat içərisində dəri üzərindəki yumşaq yunların butaları açılmağa və 
rəngi dəyişməyə  başlayır. Astraqanların butaları kiçik və rəngi parlaq 
olanları məqbul sayılır. Bunu daha yaxşı təmin etmək üçün quzunun 
daha doğuş başlamazdan əvvəl ana qarnından alınması yoluna belə əl 
atılır. Astraqanların ən geniş yayılan rəngi qaradır, daha sonra boz 
olanlar gəlir. Ən az rastlanan və dolayısı ilə ən qiymətli sayılanı isə 
“altınsur” deyilən qızıl rəngindəki dərilərdir. Bunlardan hər növünü 
Türkistan bazarında tapmaq mümkündür. 
Əhalinin sıx olduğu yerlərin dəyişməz ünsürlərindən biri olan 
dilənçilər  Türkistan  bazarında da çoxluq təşkil edirlər. Türkistan 
bazarında dilənçilik edənlər Tacik kökənlilərdir. Bir Qazaxın dilənçilik 
etməsinə əsla icazə verilmir. Bunu qadağan edən dövlət deyil, birbaşa 
Qazax  xalqının özüdür. Bir Qazax  dilənərsə,  onu ilk görən Qazax 
tərəfindən pislənərək mütləq oradan uzaqlaşdırılacaqdır. Qazaxlar 
arasındakı ailə bağlarının və bir birinə kömək etmək duyğusunun hələ 
də çox  güclü olması,  onsuz da dilənçilərin yaranmasına  heç bir şərait 
yaratmır. 
Dilənçilərin bir hissəsi insanların  mərhəmət duyğularını 
oyadaraq, qılıqlara girərək və yazıq səs və ədaları ilə Allah rizası üçün 
sədəqə istəyirlər. Digər bir qrup isə xidmətləri əvəzində pul alırlar. 
Bunlar əllərində ağac bir sap taxılmış qabların içində yandırdıqları 
üzərlik otlarını tüstülədərək çıxan dumanla insanları əhatə edirlər. 
Nəzəri qovacağına inanılan bu ayinin əvəzində onlar zəhmət haqqı tələb 
edirlər. Bu işi  görənlər yenə də Taciklərdir. Yaxşı alveri getməyən 
satıcılar da üzərlik yandırırlar.  
   


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 68 
 
QƏBİRİSTANLIQ 
 
 
Cümə məscidində bayram namazlarının çıxışında qələbəliyin bir 
hissəsi  isə Yesəvi Türbəsinə istiqamət alır. Şəhərin Özbək məzarlığı 
məscidə yaxın olduğundan, xüsusilə Özbəklər əvvəl məzarlığa, sonra 
Yesəvi Türbəsinə gedirlər. 
Özbək qəbiristanlığı Yesəvi Universitetinin ərazisinin sonunda, 
Yesi məhəlləsinə görə yolun qarşı tərəfində yerləşir. Özbək 
qəbiristanlıqları Anadolu məzarlıqlarına çox bənzəyir. Qəbirlərin ətrafı 
dəmir qəfəslərlə örtülür və qəbir başlarında adətən ağzı yuxarıya doğru 
dayanan ay olur. Sovet dönəmində qazılan bəzi qəbirlərin başlarında 
olan oraq-çəkiclər diqqəti cəlb edir. Hətta az-az rastlansa da, həm oraq-
çəkic,  həm də ay şəklinin  birlikdə  olduğu məzarlar da vardır. Özbək 
məzarlarını Anadoludakılardan ayrılan ən bariz tərəfi, məzar daşlarında 
orada yatanın adı, doğum,  ölüm tarixi ilə birlikdə,  bir də mərmərə 
işlənmiş şəkillərin olmasıdır. Demək olar ki, hər qəbrin məzar daşında 
orada yatanın bir şəkli var. 
Tanış olmayanlar üçün Qazax məzarlıqları bir kənd zənn edə 
biləcəkləri böyüklükdə olan tikililərlə doludur. Atalar mədəniyyətinin 
daha sıx  olduğu  Qazax  ənənələrində hər məzarın üzərinə adətən bir 
günbəz tikmək adətdir. Hətta həyat yoldaşlarına və ya qohumlarına bu 
günbəzləri  tikdirməyənlər qınaq obyektinə çevrilirlər. Adətən bu 
günbəzlər sanki bir kənd  əmələ gətirir. Günbəzlərin təpələrində isə 
mütləq metal parçasından ay şəkli olur. Şair Ali Akbaşa “Qazax 
məzarlığı” şerini yazdıran  bu məzarlıqları görmədən Qazax 
mədəniyyətini anlatmaq mümkün deyildir.   


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə