Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 54 
 
BEYNƏLXALQ TÜRK-QAZAX XOCA ƏHMƏD YESƏVİ 
UNİVERSİTETİ 
 
 
Türkistan şəhərinin Çimkənd girişində qranitdən olan müasir, 
iddialı görünüşlü böyük binalar gələnləri qarşılayır. Bunlar Türkiyə ilə 
Qazaxıstanın birgə yaratdıqları Xoca  Əhməd Yesəvi Universitetinin 
tədris binalarıdır. Bura,  Qazaxıstanın müstəqilliyinin qazanılmasından 
sonra Türkistanın taleyini dəyişdirən müəssisə oldu. Əslində 
Universitet Türkistan Universiteti adı ilə Qazaxıstanın Prezidenti 
Nursultan Nazarbayev tərəfindən ölkənin müstəqilliyinin 
simvollarından biri kimi yaradılmışdır. Müstəqil Qazaxıstan yalnız 
yaradılması  ilə deyil,  yaradılma  prosedurası ilə Türkistana və onun 
adını daşıyan Universitetə  xüsusi bir əhəmiyyət verdiyini göstərir. 
Qazaxıstanın qaydalarına görə bir universitet açmaq üçün baş nazirin 
imzası lazımdır. Əgər baş nazir bir universitet açmaq üçün qərarı 
imzalayarsa,  yeni bir təhsil ocağı fəaliyyətə başlamış olur. Lakin 
Türkistan Universitetinin yaranma qərarını birbaşa Nursultan 
Nazarbayev imzalayaraq, türklüyün ortaq tarixi, elm və mədəniyyət 
mərkəzi olan Türkistan şəhərini təkrar kimliyinə qaytarmağa verdiyi 
önəmi göstərmiş oldu. Yaranmasından iki il sonra Türkistan 
Universiteti Türkistan şəhərinin 
mənəvi sahibinə və Türk 
mədəniyyətinin əvəzsiz simalarından olan Xoca  Əhməd Yesəvinin adı 
ilə Türkiyə və Qazaxıstanın ortaq Universitetinə çevrildi. 
Bu layihə böyük iddialara sahibdir. Bir yandan Türkiyə və 
Qazaxıstan Əhməd Yesəvi Türbəsində birlikdə təmir işinə başlayarkən, 
digər tərəfdən isə onun adı ilə bir elm yuvasında türklüyün elm, 
mədəniyyət və mənəvi mirasının bərpasına qoşulmaq üçün bir 
universitet yaradılır.  
Doğrusu,  Xoca  Əhməd Yesəvi Universitetinin yaranma 
fəlsəfəsindən həyəcanlanmamaq mümkün deyildir. Hələ də eyni 
həyəcanı ürəyində hiss edən bu sətirlərin müəllifi də universitetin 
emblemində olan Türkiyə və Qazaxıstan bayraqlarından təsirlənərək bir 
toplantıda təhsil işçilərinə bu ifadələrlə duyğularını anlatmışdır: 
“Dostlar, bu universitetin embleminə  diqqətlə  baxın. Bir yanda ay və 
ulduz, digər yanda günəş var. Bu bayraqlar bu emblemdə yan-yana 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 55 
 
dayandıqca bu universitetdə qaranlıq olmayacaqdır. Əhməd Yesəvi 
babamızın adını daşıyan universitetimizin aydınlığında yetişən azad 
düşüncəli şahinlərimiz türklüyün parlaq səmalarında hər zaman 
yüksəklərə uçacaqlar”.  
Bu səmimi duyğulardan  aldığımız güclə Türkistan  şəhərinin 
həyatı çətinləşdirən bəzi mənfiliklərinə fikir vermədən şahinlərin 
yetişməsi üçün çox zəhmət çəkdik. Bu kitabın  anlatdıqları da bu 
səbəbdən  burada keçirdiyimiz dörd il içində tanıya bildiyimiz və 
qüdrətimiz çatdığı qədər anlatmağa çalışdığımız Türkistandır. 
Qazaxıstan bayrağında günəşi qanadlarının arasına alan şahin 
fiquru hər dəfə baxdığım zaman mənim üçün çox böyük mənalar ifadə 
edib. Məlum olduğu kimi,  şahin imici Türk mədəniyyət tarixində hər 
mərhələdə olmuş və mühüm əhəmiyyət daşımışdır. Şahin quşu təlim 
veriləndə o ovuna heç bir zərər vermədən sahibi üçün çalışan və onun 
verdikləri ilə kifayətlənən sadiq bir dost halına gəlir. Bu səbəbdən Türk 
fəlsəfəsində şahinik mühüm bir mərtəbədir. Onlar xarakterlərini və 
şəxsiyyətlərini yetişdirərək bu mərtəbəyə yalnız yaxşılıqları yaymaq və 
insanları pisliklərdən uzaqlaşdırmaq məqsədilə yaşamağa başladılar. 
Özlərinə şahini simvol götürən Türk xalqları isə,  pisliklər üstünə 
göndərilmiş Tanrının qəzəbi, yer üzərində ədaləti və yaxşılıqları 
yaymağa məmur Tanrının  qılıncı olaraq hər zaman xeyirxahlığın 
insanlar arasında daha çox yayılması məqsədilə yaşamışdılar. İqtidar 
gücünü əllərində tutan xaqanlar şəxsi zövq və səfaları yerinə “ac milləti 
tox, az milləti çox qılmaq”, yer üzərində ədaləti bərpa etmək və yaymaq 
ideyalarına özlərini həsr edərək yaşamağa başlamışlar və bəlkə də bu 
səbəbdən böyük dövlətlərin sahibi olublar. Kaş ki, tarixin hər 
mərhələsində hər zaman belə ola bilsəydi. Ancaq ən azı bunu söyləmək 
mümkündür. İnsanlığın yaradılışında var olan yaxşılıq Türk 
mədəniyyətinin də gizli şifrlərində  tarixin hər mərhələsində üstün 
dəyərlər uğrunda  yaşamaq fəzilətlərinin  yaşaması,  xeyirxahlıqların 
insanlar arasında daha çox yayılması məqsədini saxlamış və yaşada 
bilmişdir. Türklüyün uğrunda mübarizə apardığı tarixi “qızıl alma”sı 
məncə əslində bu məqsədlə olmuşdur. Qızıl almanı realizə etmək lazım 
olduğu zaman onu günəşlə simvolizə etmişdir: xeyirxahlığın 
hakimiyyətini günəşə qədər yaymaq istəmişdir; günəşi fəth etmək və 
Tanrının ədalətini günəşə qədər hər yerə hakim etmək. Qazaxıstanın 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 56 
 
bayrağında mavi zəmin üzərində günəşi qanadları arasına almış şahin 
mənə hər zaman bu dərin mənaları ifadə etmək üçün nəzərdə tutulmuş 
təsiri bağışlamışdır. Qazaxıstan bayrağını hazırlayan qrafikaçılar və ya 
ona rəy verən komissiyalar mənim bu hiss etdiklərimi düşünməmiş 
olsalar belə,  nəticədə  Türk mədəniyyətinin gizli şifrləri  şəkil 
formasında hazırlanıb göylərə yüksəldilmişdir. 
Bu iki Türk dövlətinin bayraqlarını  emblemində yan-yana 
daşıyan universitet yeni dönəmdə Türkistan  şəhərinin iqtisadi və 
mədəni həyatında mühüm rol oynamağa başlayır. Hələ uzaq iddialarına 
çatmaq üçün çox məsafə qət etməsi lazımkən iqtisadi qaynaqlar 
Türkistanın simasının bu gündən dəyişməyə başlamasına şərait 
yaratmışdır. Bölgədə əhalinin sayının ən yüksək artım sürəti Türkistan 
şəhərində olmuşdur. Ətrafda, Türkistan böyüklüyündə olan şəhərlərin 
hamısından əhali digər yerlərə köç edərək sayı azaldığı halda, bunun 
əksinə olaraq Türkistana gələnlərin sayı artmışdır. Bunun səbəblərindən 
biri də universitetlə bağlıdır. Tələbələr, müəllim heyəti, xidmətçilər və 
qoyulan  sərmayələr son illərdə Türkistanın iqtisadi cəhətdən inkişaf 
etməsinə səbəb olmuşdur.  
Universitetin yaranmasında iki ölkə prezidentinin Nazarbayev və 
Dəmirəlin zəhmətini də qeyd etmək lazımdır. Və əlbəttə Türkistan 
Universiteti dönəmindən etibarən rektor akademik Murat Jurinov və 
Türkiyənin iştirakı ilə birlikdə keçmiş Mədəniyyət Naziri Namiq Kamal 
Zeybəkin fəaliyyətləri də xüsusi vurğulanmalıdır. 
Türkiyə Cümhuriyyətinin  keçmiş nazirlərinə və universitetin 
yaranmasından bəri İdarə Heyətinin sədri vəzifəsində çalışan Namiq 
Kamal Zeybək üçün “Türkistanın Bayburtda doğulan oğlu”  deyilsə 
yerinə düşər. O, türbənin restavrasiyasının başlanması və universitetin 
yaradılması və davamlı çalışmaları ilə müstəqillikdən sonra Türkistanda 
mühüm işlər görmüşdür. Deyilənlərə görə o, ölümündən sonra burada 
dəfn edilməyi arzulayır. Bunu bacara bilsə, Türkistan şəhərinin 
tarixində simvollaşaraq yerini alacaqdır. 
Rektor, akademik Murat Jurinov Qazaxıstan Elmlər Akademiyası 
üzvü, 27 elm adamından biri, keçmiş Milli Təhsil Naziri olaraq böyük 
şəhərlərin həyat standartlarını bir kənara buraxaraq, Türkistan şəhərində 
yaşamağa üstünlük vermiş və bununla da böyük bir fədakarlıq 
göstərmişdir. Fikrimcə, Yesəvi soyundan olmasının bu seçimdə rolu 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə