Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 41 
 
Qeyd etmək lazımdır ki, səkkiz guşəli ulduz hazırkı Türk 
Dövlətlərinin simvolları arasında ən geniş yayılanıdır.  Azərbaycanın 
Bayrağında,  Özbəkistanın  Dövlət  Gerbində, Türkmənistan və 
Qazaxıstanın bir çox rəsmi orqanlarının emblemlərində səkkiz guşəli 
ulduz var. Bir vaxtlar Osmanlı Bayrağında da bu ulduz vardı. Bu gün 
də Türkiyədə polislərimizin alınlarının üzərində daşıdıqları səkkiz 
guşəli ulduz da, Yesəvi Türbəsindəki Türkistan ulduzudur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 42 
 
TÜRBƏNİN DİGƏR BÖLMƏLƏRİ 
 
 
Türbənin  qazanlı böyük salondan koridorlarla  ayrılan ana 
bölmələrinin sayı da səkkizdir.  Bu bölmələrdən qəbir otağının cənub 
qərbindəki məscidə və kitabxanaya eyni koridordan girilir. Məscidə 
namaz qılmaya gələnlər, namazdan sonra kitabxanada oxusunlar deyə 
düşünülmüşdür. Bu kitabxanada keçmişdə çox sayda  kitab olduğu 
məlumdur, hətta bu gün Qazaxıstan Muzeyində olan 300-dən çox 
əlyazma kitab buradan götürülmüşdür.  
Digər bölmələrdən biri də “Halimxana” adlanan mətbəx 
hissəsidir.  Halim,  ət və buğdadan  bişirilən xüsusi bir yemək adıdır. 
Burada halim yeməyi bişirilərək  bazar ertəsi və cümə günləri ziyarətə 
gələnlərə verilirmiş. Digər vaxtlarda isə dərvişlərin yeməkləri buradakı 
ocaqlarda qaynayırmış. Burada bişən yeməklərin suyu isə “qudukxana” 
deyilən və ortasında quyu olan otaqdan təmin edilirmiş.  
Türbənin digər mühüm bölmələri isə Böyük və Kiçik Ağsaray adı 
verilən salonlardır. Sufilərin öz toplantılarını etdikləri bu salonların 
akustikasının  ən yaxşı olanı Böyük Ağsaraydır. Burada, 16-cı əsrin 
əvvəllərində Qazax Xanlarının siyasi və diplomatik görüşlərinin 
keçirildiyi məlumdur. 
Onsuz da, bura xanların və Sultanların  da məkanıdır. İlk Qazax 
xanlarından Esim xan və daha sonra Abılay xan burada dəfn edilmişdir. 
Hazırda  bu xanların qəbrini simvolları  qəbirxananın sağ tərəfindəki 
koridorda yerləşir. Mənim də ziyarətim zamanı olduğum sevimli yer bu 
koridorlar idi. Əslində ziyarətçilərin bu bölməyə keçmələrinə çox icazə 
verilmir, ancaq türbədəki bələdçilərlə 
tanışlığımızı 
möhkəmləndiyimizdən bizim bu koridora keçməyimizə göz 
yumurdular. Bu dar koridor sanki ana salonun sıxıcı böyüklüyünün 
əmələ gətirdiyi psixoloji  vəziyyətdən  qurtarmağı təmin edir və dar 
divarların arasında maddi varlığımın əhəmiyyətindən daha əmin hala 
gəlirdim. Amma daha da vacib  olanı buradan Yesəvi Həzrətlərinə 
yaxından baxmaq imkanım idi. 
Türbə səkkiz bölmə  və dörd eyvan üzərində yaradılmışdır. 
Bundan başqa, üst mərtəbələrdə dərvişlərin istifadə etməsi üçün tikilmiş 
hücrələrlə birlikdə təxminən 35 otaq yerləşir. Bu dörd rəqəminin 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 43 
 
təsadüfi olmadığını söyləyənlər də var. Dörd eyvan, kiməsə  görə dörd 
kitabdır, kiməsə görə isə şəriət, təriqət, mərifət və həqiqətdir. Yesəvinin 
Hikmətlərində də dörd sayı tez-tez təkrar olunur və onun Anadoluya 
saçdığı atəş Hacı Bektaşda isə dörd qapı qırx məqamına dönür.  
          


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 44 
 
CÜMƏ MƏSCİDİ 
 
 
Çimkənd yolunun üstündə kiçik bir meydanın arxasında qırmızı 
kərpiclərlə  örtülü geniş bir həyət və içərisində adına “Cümə məscidi” 
deyilən Türkistan şəhərinin ən böyük məscidi yerləşir. Həyət çox 
baxımlı  deyil,  bir neçə ağac və həyət gülləri ilə qaydaya salınmışdır. 
XIV  əsrdə, 40 məscidin olduğu Türkistanda bu məscid sovet 
dönəmində uzun müddət xalqın namaz qıldığı yeganə məkan olmuşdur. 
Bu gün müxtəlif məhəllələrdə tikilən  kiçik məscidlərlə birlikdə 
Türkistanda 19 məscid var. Xalqın dinə  münasibəti hər gün bir az da 
artır.  Türkistana gəldiyimiz birinci  il cümə namazlarında yalnız 
məscidin üst hissəsi  dolduğu halda, üç il ərzində şəhərdə məscidlərin 
sayının artmasına baxmayaraq, alt mərtəbələr də insanlarla dolmağa 
başlamışdı. Lakin bu məsciddə ən çox insan bayram namazlarında olur. 
Qış və ya yaz fəslinin olmasına baxmayaraq, 3-4 min nəfər məscidə 
toplaşır,  Çimkənd  yolunu başdan-başa doldururlar. Qarın üzərində də 
olsa bayram namazları qılınır. Bu namazlara yaşlı qadınların da 
qatıldığı vaxtlar olur. Bayram namazının xütbəsini şəhər valisi oxuyur. 
Bayram namazları sanki şəhərdə sovetlər dönəmindən sonra 
yüksələn dini həyatın bir tablosudur. Bu, daha çox gənclərdə və 
yaşlılarda  hiss olunur. Yaşı 50-dən  çox  insanların namaz surələrini 
əzbərləmələri, heyrət duyğularımızı qabardır. Hələ bu Qazaxların 
“molda” dedikləri din adamlarının qatı dini mühafizəkarlıqları olmasa, 
hər halda dini həyat daha sürətlə yayılacaq. Fikrimizcə, yaşadığımız bu 
qısa hekayə mollaların “asanlaşdırmayıb çətinləşdirmələrinə” bariz 
nümunədir. 
Bir ramazan günü universitet tərəfindən bizə verilən avtomobilin 
sürücüsü Xıdırəli əkəylə bir gəzintidən qayıdırdıq. Uzun müddət bir 
yerdə olduğumuzdan 50 yaşındakı qara, arıq bu uzun boylu Qazaxla, 
büroda müdir-işçi, şəxsi həyatımızda böyük və kiçik qardaş kimi 
olmuşduq. Xıdır əkə təmiz ürəkli, inanclı adamdı. O gün uzun müddət 
bərabər olmuşduq və Xıdır  əkə mən oruc olduğum üçün yanımda heç 
bir  şey yeyib-içməmişdi. Hətta yemək vaxtı gəldiyi zaman bir şey 
yeməsini rica etdiyim halda,  heç yerə getmədi. İftara yaxın saatlarda 
avtomobildə gedərkən “Xıdır  əkə sən niyə oruc tutmursan?”  deyə 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə