Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 37 
 
RƏHMƏT QAZANI VƏ YA TAY QAZAN 
 
 
     Quşların hər  axşam konsert verdikləri tac qapının kəmərləri 
arasında duran, Türkistan ulduzu motivlərinin sədəflərlə  işləndiyi 
qapıdan keçildiyi zaman ortada  rəhmət qazanının  olduğu ana salona 
girmək olur. Lakin bu qapını istifadə etmək bilet alıb gələn ziyarətçilər 
üçün mümkün deyildir. Onlar tac qapının sağ sütununun yanında olan 
kiçik bir qapıdan içəri keçirlər. Qapını keçəndən sonra dar koridorla ana 
salona gedən bu aralıqda, kiçik hücrədə bilet nəzarətini həyata keçirən 
xidmətçilər var. Koridorun  sonunda isə arzu edənlərə türbə haqqında 
məlumat verən bələdçilərin istifadə etdikləri hücrə yerləşir. O böyük 
tikilidə bu iki hücrə gündəlik istifadə olunan yerlərdir.    
Bu dar koridordan ana salona çıxanların ürpənməməsi mümkün 
deyildir. Ən yüksək nöqtəsi 37,5 metr və eni 18 metrdən uzun olan 
tuğla qübbəsi ilə bu geniş salon, adətən insana acizliyini xatırlatmaq 
üçün inşa edilmiş kimi dayanır. Orta Asiyada olan ən geniş tuğla qübbə 
olaraq tanınan bu örtüyün altında ətrafa gözlərini gəzdirən hər ziyarətçi, 
o böyük həcmin içərisində öz varlığının əridiyini hiss edir. 
Salonun ortasında olan rəhmət qazanı ilk baxışda bu hissdən xilas 
olmaq üçün bir ümid kimi görünür. Dünyada analoqu olmayan, üç ton 
su ala bilən, ağırlığı iki ton, həcmi 2,45, yüksəkliyi 1,62 metr olan bu 
əsər, qübbənin əziciliyi ilə müqayisə edildiyi zaman nisbətən rahatladıcı 
olduğundandır ki,  salonun ümumi atmosferindən xilas olmaq üçün bir 
ümid qapısı kimi görünür. Bəlkə də, bu səbəbdən türbənin detalları 
arasında ən çox maraq doğuran  element rəhmət qazanıdır. Hər bir 
ziyarətçi qızıl, gümüş, mis, dəmir, qalay qarışığından hazırlanan bu 
qazanın ətrafında dolanıb ona diqqətlə baxır. 1399-cu ildə Təbrizli 
Şərafəddin  usta  tərəfindən, Dədə Qorqud hekayətlərində də adı keçən 
Qarnaqda  hazırlanaraq bura gətirilmiş qazanın, ziyarətçilər, oxuya 
bilməsələr də, ətrafına yazılmış ayətlər, onu hazırlayan ustanın kitabəsi 
və 22 dəfə “Dünya Allahındır” ifadəsi, qazanın qulpuyla birlikdə diqqət 
mərkəzində olur. 
Dünyada tayı-bərabəri olmayan qazanla ruslar da yaxından 
maraqlanmış və 1935-ci ildə Peterburqdakı Ermitaj Muzeyinə 
aparmışlar. Xalqı dərindən yaralayan bu ayrılıq 54 il davam etmişdir. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 38 
 
Qazan 1989-cu ildə təkrar gətirilib yerinə qoyulmuşdur. O zaman, 
Türkistan şəhərinin idarəçiliyində kim varsa, qazanın onların səyləriylə 
geri gətirildiyini anladaraq, bu böyük hadisədən şərəf hissi duyurlar. 
Həmin dönəmdə Türkistanın icra başçısı Erkin Corebekov bəyin evində 
qazanın gətirilməsinin video kasetlərini seyr edirik. Görüntülərdə 
insanlar  yığılmış, üzlər gülür, tam bir bayram havası var.  Hələ də bu 
böyük hadisənin ildönümündə Erkin bəyin evində qonaqlıq verilir, 
dualar edilir. 
Deyilənlərə görə, bu qazana, türbənin içində olan quyudan su 
doldurulur və şəfalı olduğuna inanılaraq dərvişlərə və ziyarətçilərə 
paylanılırmış. Qazan bəlkə də burada yaşayan dərvişlərin  və ziyarətə 
gələnlərin çoxluğu səbəbiylə bu qədər böyük hazırlanıb. 
Məscidi-Nebevi ilə başlayan İslam memarlığındakı silsilə 
ənənəsi, Yesəvi Türbəsində də gözlənilmişdir. Qul Xoca Əhmədin 
qəbrindən başqa,  türbədə məscid, kitabxana, mətbəx, dərviş hücrələri 
və hətta adına “kukukxana”  deyilən bir quyu otağı daxildir. Buradakı 
quyudan çıxan su zəmzəm suyu ilə eyni tutularaq müqəddəs sayılır. 
Burada yaşayanların su üçün də olsa, bayıra çıxmağa ehtiyac duymadan 
qalmaları nəzərdə tutulmuşdur. Su ehtiyacının qarşılanacağı quyu isə su 
çıxarmaq  həcmi məhdud olduğundan,  suyun saxlanması ehtiyacı 
müəyyənləşdirilmiş ola bilər. Qazana doldurulan üç ton su zərurət 
halında qənaətlə istifadə olunaraq 100 nəfərin 10 gündən daha artıq bir 
müddət su ehtiyacını ödəyə bilir. Bu müddət  ərzində quyudan da su 
verilərsə, o zaman 15-20 günə qədər uzadıla bilər. 
Bizim gördüyümüz zaman qazanın dibi Qazax tengələri və Özbək 
somlarından olan rəngli pullarla doluydu. Türbəni ziyarət edən insanlar 
qəbirxana bölümünə getməzdən əvvəl qazanın önündə dayanıb böyük 
hörmətlə ilk dualarını burada edirlər və dualarının qəbulu üçün qazanın 
içinə pul atırlar. Türbədə xidmət edənlər gələnlərin pullarını rahat 
şəkildə ata bilmələri üçün qazanın kənarına kiçik bir nərdivan qoyublar. 
Qazana pul atmaq ənənəsi gərək ki, Anadoluda müqəddəs sayılan 
yerlərdə quyulara və ya hovuza pul atmaq adətiylə eynidir. 
Yunusun Hacı Bektaş dərgahına əli boş getməyi kimi burada da, 
törəyə uyaraq xüsusilə, Qazaxlar yanlarına “Xalq nanı” yəni “Haqq 
çörəyi” almadan gəlmirlər. Dualarla alınıb gətirilən çörəklər yenə 
dualarla qazanın yanında çantalardan çıxarılır. Böyük hörmətlə iki əllə 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 39 
 
tutulur. Hər  halda keçmişdə bu “Haqq nanları”  dərvişlərə hədiyyə 
edilirdi. İndi isə ziyarətdən sonra kasıblara paylanılır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 40 
 
QƏBİRXANA VƏ TÜRKİSTAN ULDUZU 
 
 
Kəmərli qapıdan girildiyi  zaman qazan otağının düz qarşısında 
Yesəvi Həzrətlərinin sandığının olduğu qəbirxana yerləşir. Müxtəlif 
naxışlarla bəzənmiş qapının arxasında dünyada çox az tapılan və 
Səmərqənddən gətirilən yaşıl mərmərlərlə örtülmüş sandıqda Həzrət 
Sultanın mübarək nəşi yerləşir. 1954-cü ilə kimi qəbirxananın giriş 
qapısının qarşısında 12 metr uzunluğunda tuğ asılı imiş. Bu tuğun 
orijinal fotoları muzeyin arxivində saxlanır. Qəbir xaricində tuğ, orada 
yatanın böyük mütəfəkkir olduğunun bir işarəsidir. Səmərqənddə Əmir 
Teymur Şeyxinin qəbrində və Buxarada Burhanəddin Nəqşibəndin 
Türbəsində və ən maraqlısı “Övliya dağ Qazıqurd”un zirvəsində də belə 
bir tuğa rast gəlmişdim.  
Qəbir otağının iki yanında səkkiz guşəli ulduz şəklində 
pəncərələr yerləşir. Səkkiz guşəli ulduz Türk tarixindəki ən qədim 
simvollardan biridir. İki kvadratın
  küncləri ulduzun uclarını əmələ 
gətirəcək şəkildə yerləşdirilməsiylə meydana gəlir. Səkkiz guşəli 
ulduzun mənası isə bağlı müxtəlif  fikirlər mövcuddur.  Bu baxışlardan 
ilki, kvadratların biri bu dünyanı, digəri o biri dünyanın simvoludur və 
bu ulduzu simvol olaraq istifadə edən hər iki dünya içində bərabər 
yaşadığını izah edir. Səkkiz guşəli ulduzun digər mənası isə hər küncün 
bir cənnət qapısına işarədir. Bunlara səkkiz cənnət qapısı deyilir. 
Bundan başqa, Divanlarda 
səkkiz ummaq olaraq dəyərləndirilir. Hər bir 
ulduz küncü mərhəmət və şəfqət, doğruluq, sədaqət, igidlik,  səbir 
etmək, sirr saxlamaq, yoxsulluğunu və acizliyini bilmək, Rəbbinə şükür 
etmək xüsusiyyətlərini simvolizə edir. Xarakteri və yaşantısında bu 
vəsflərlə dolanan və bunları mənliyinə şamil edənlər cənnətin o 
qapılarından keçəcəklər.  
Səkkiz guşəli ulduzda  təcəssüm olunan  digər bir məna, ilk iki 
mənaya görə daha siyasidir: dörd ana istiqamət və dörd ara istiqamətləri 
səkkiz guşəli olaraq dəyərləndirilən bir baxış; səkkiz guşəli ulduzu 
simvol qəbul edənlər dünyanın hər yerinə hökm etməyi arzuladıqlarını 
ifadə edirlər  mənasındadır. Yesəvi Türbəsinin ana giriş qapısında, 
çinilərində,  pəncərələrində  işlənən səkkiz guşəli ulduz bütün simvolik 
mənalarıyla da türbəyə və onun sahibinə uyğun gəlmirmi? 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə