Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 48 
 
Ağız açmağa olduqca çox sayda adam qatılmışdı. İftara gələn din 
adamları hər zaman kənardan baxdıqları Universitetin yeni binalarına 
ilk dəfə girirdilər. Otelin yeməkxana hissəsi Türkistana gələn 
Prezidentlərə də ziyafət verilən, olduqca müasir bir salon idi. Fikrimcə, 
qonaqlarımızın bir çoxu ilk  dəfə belə bir lüks yerdə iftar edirdilər. 
Biz əsla heç bir şeyin reklamını etmirdik. Evimizdə qonaqlarımızı  
qəbul etmək nəzakətiylə onları qarşılayıb izzətlə qonaq edirdik. Onsuz 
da bura bizim evimiz sayılırdı, çünki biz burada yaşayırdıq. 
Əzanı gözlədiyimiz zaman aramızda “Bu gün bütün Xocalar 
buradadırlar,  Türkistan  iftar edə bilməyəcək” kimi zarafatlar da oldu. 
Əzan oxundu, Qazax adətincə hamımız oruclarımız açmaq üçün əzanın 
bitməsini gözlədik. Sonra dua oxundu və hamımız eyni zamanda 
orucumuzu açdıq.  
Otelimizin düz yanında tələbə yataqxanaları vardı. Sovet 
dönəmində tələbə qızlar və oğlanlar eyni yataqxanalarda yaşayarmışlar. 
Yesəvi Universitetləri yataqxanalarında isə qızlar və oğlanlar ayrı-ayrı 
binalarda qalırdılar və Türkiyədəki kimi bir-birilərinin yataqxanalarına 
girib-çıxmaqları qadağan idi. Qonaqlarımız bu qaydadan son dərəcə 
məmnun olduqlarını bildirdilər.  Söhbət şirinləşirdi. Gecə namazının 
vaxtının yaxınlaşdığını xatırladaraq icazə istədilər. Dəvətimizi qəbul 
edib gəldikləri üçün hər birinə ayrı-ayrılıqda təşəkkür edərək,  bayır 
qapısına qədər hörmətlə yola saldıq. 
Bu iftar mollalarla əlaqələrin yaradılması prizmasından bir dönüş 
nöqtəsi olmuşdu. Artıq cümə namazlarına getdiyimiz zaman bizi daha 
səmimi qarşılayırdılar. Hətta bir neçə dəfə Ramazan xocaya imamlıq 
təklif edərək cümə namazını onun qıldırmasını istədilər. Əzan oxuya 
bilmədiyimiz halda, namaz qıldırana çevrilmişdik. 
Bu  səmimiliyi davam etdirərək Ramazan xoca yeni bir hücuma 
başladı. Özü dərslərindən boş vaxt tapanda Ahıska Türklərinin yaşadığı 
məhəllədə uşaqlara Quran dərsi verirdi. Qazax Xocalarına öz uşaqlarına 
Quran öyrətmələrini təklif etdi. Xocalar uşaqlara  pulsuz dərs 
keçəcəkdilər, ancaq biz onlara hər bir şagird üçün pul ödəyəcəkdik. 
Layihəmiz həyata keçmişdi. Qısa müddət ərzində müxtəlif məscidlərdə 
kurslara gələn uşaqların sayı səksəni  ötmüşdü. Bir-iki məsciddə cüz 
oxumağı bitirib Quran oxumağa keçən uşaqlar üçün tədbir də 
görmüşdük. Oğlan uşaqlarına köynək, qızlara yaylıq,  hədiyyə  və təbii 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 49 
 
ki, hamısına bir ədəd Qurani-Kərim  almışdıq. Ahıska Məscidindəki 
gedən tədbirdə on uşaq hədiyyələrini aldılar. Ahıskalı uşaqlara bizimlə 
bərabər dostlar bir-bir, iki-iki hədiyyələri paylayırdılar. O anlarda 
diqqət etdim ki, uşaqlar Qurani-Kərimi əllərində elə necə gəldi 
tutmuşdular. Odur ki, onlara müraciətlə dedim:  “Uşaqlar, digər 
millətlərdə başqa cür ola bilər, lakin biz Türklər Qurani-Kərimi heç bir 
zaman belimizdən aşağıda tutmarıq”. İzləməyə dəyər bir mənzərə 
yarandı. Hamı birdən kitablarını qaldırıb sinələrinə tutdular.  
Bayram namazlarında da əgər vaxtında gedən olursa ön sıralara 
dəvət edilirdik.  Təbii,  bu fəaliyyətləri müntəzəm  davam etdirmək 
mümkün olmadı. Bu anlatdıqlarımız 1998-1999–cu  təhsil illərində 
edilənlərdi. Daha sonrakı illərdə yeni gələn bir məmur Ramazan xocanı 
təhsil ilinin başlanğıcında “saqqalı” olduğundan ötrü “Universitetin 
imicini pozması” səbəbiylə Türkiyəyə geri göndərdi.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 50 
 
STANSİYA 
 
 
Türkistanın taleyində mühüm rol oynayan binalardan biri, heç 
şübhəsiz Daşkənd-Orenburq dəmiryolu üzərində XIX əsr rus memarlığı 
ilə tikilən orta böyüklükdə olan stansiya binasıdır. 1902-ci ildə tikilən 
bu binanın ətrafında salınacaq şəhərciyin də sanki ilk toxumudur. Daha 
sonra düz onun yanında tikilən dəmir zavodu, dəmiryol xəstəxanası və 
digər kiçik bir neçə müəssisə ilə Yesidən qopan, Yesi xalqını bir az 
uzaqlaşdıran, hətta bəlkə bir az da yuxarıdan aşağı baxan, Barisovka adı 
ilə yeni bir rayon bu ətrafda yaranır. İnkişaf prosesi  davam etdikcə 
köhnə Yesi rus qarnizonunun yerləşdiyi bölmələrlə birləşərək bu gün 
Türkistanın bir məhəlləsi halında öz fəaliyyətini davam etdirir.  
Stansiya binası bu gün üzərində mavi rəngli hərflərlə “Qazaxıstan 
dəmiryolu” yazısını daşısa da,  memarlıq nöqteyi-nəzərdən tarixini və 
buradakı vəzifəsini bir anda xatırladaraq Türkistana gələnləri və 
gedənləri qarşılayır  və yola salır. Yaxın vaxtlara qədər binanın 
qarşısındakı ərazidə qoyulan Marksın və Engelsin heykəlləri də binanın 
memarlığında olan boşluqları tamamlayırdı.  Bir metr ucalığındakı bu 
iki saqqallı insan başı heykəli Türkistanın sovet dönəmindən qalan 
heykəllərindən ən son dağıdılanları oldu. Dünyanı bürüyən bu iki 
nəzəriyyəçi xalqın gözündə Lenin və Stalinlə müqayisədə daha az 
nüfuzdan düşüblər.  Bu səbəbdən onların heykəllərini götürmək üçün 
Türkistanın 1500 illik yubiley tədbirlərinə qədər gözləmək lazım gəldi. 
2000-ci ilə təsadüf edən bu dönəmdə də bu fikrə qarşı çıxanlar çox 
olsalar da, “tədbirlər üçün şəhərə çox sayda xarici qonaq gələcək, hələ 
də  onların heykəllərini burada görmələri Türkistan  xalqı üçün yanlış 
düşüncələrə səbəb ola bilər” fikrindən yaranan bir “ar” duyğusuyla 
heykəllər götürüldülər. 
Onu da qeyd edim ki, sovetlərin yaradıcı liderlərindən xalq 
arasında ən çox nüfuzdan düşəni Stalin olsa da, onu xüsusilə yaşlılar 
arasında istəyənlər də vardır. Bu həsrətin və “Ah, Stalin olsaydı” 
nidalarının ən çox eşidildiyi söhbət anları isə rüşvətxorluq ilə bağlı 
mövzuların danışıldığı zamanlardır. “Bir-ikisini asacaqsan, o zaman heç 
kimin bu işi etməyə cəsarəti çatmaz” məntiqi ilə çalışmağa başladığında 
yaşı altmışdan çox olanlarda Stalinə çağırış baş qaldırır. Ziyalılardan, 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə