Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 72 
 
Qazax musiqisi deyildiyində,  əlbəttə  bu coğrafiyada ilk yada 
düşən  aşıqlardır. Qazax dilində aşıqlara “Tökmə Akın” deyilir. Digər 
şairlərə isə “Jazma Akın” (Yazma Akın) deyilir. Qazax xalqı şifahi şeir 
deyən  şairləri yazılı  şairlərdən üstün tutur. Səbəbi isə çox aydındır: 
bədahətən deyən aşıqlar çox az düşünərək şeirlərini deyirlər, yazılı 
şairlər  isə bəlkə aylarla, bəlkə də illərlə düşünmək imkanına malik 
olurlar. Bu şərtlər altında xalq haqlıdır. 
Aşıqların hünərlərini göstərdikləri, alışdıqları yarışmalar yəni, 
“aytıslar” xalqın ən çox marağını çəkən mədəniyyət tədbirləridir. Hər il 
regionlar üzrə və ölkə miqyasında təşkil olunan yüzlərlə aytıslara olan 
marağın yeganə  səbəbi xalqın aşıq sazına və sözünə  olan marağıdır. 
Ayrıca hər “akın”nın bir də tərəfdar qrupu vardır. Bu tərəfdarlar ilk 
olaraq aşığın qohum-əqrəbası və yerliləridir. Aşığın aytısda qalib 
gəlməsi eyni zamanda  onu tanıyanlar arasında böyük bir şərəfdir. Bu 
səbəbdən aşıqlar deyişərkən öz nəsillərini tərifləyib başqalarına 
sataşarlar.  
Türkistanın qürur qaynağı olan aşıq isə,  dəyərli dostumuz və 
qardaşımız Bekarıs Joybekovdur. Qazaxıstan miqyasında keçirilən aşıq 
yarışmalarında 5 il ardıcıl olaraq 1-ci olmuş və Türkistanlı 
həmyerlilərinə qürur yaşatmışdır. Gənc yaşına baxmayaraq, çox 
şəxsiyyətli,  təvazökar, Qazax mədəniyyətini dərindən bilən Bekarıs 
Joybekov Türkistanlıların könlündə taxt qurmuşdur.  
                            


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 73 
 
BU GÜN JELTOKSAN BAYRAMI: QUTLU OLSUN 
BAVURUM* 
 
 
Türkistan  şəhərində hər il ciddi  şəkildə  və önəm verilərək qeyd 
olunan günlərdən biri, 16 Jeltoksandır. Bu söz, Qazax Türkcəsində 
Dekabr ayı mənasını verir. Dekabr  ayının yaxın dövrlərdə Qazax 
tarixində çox mühüm bir yeri var. 1986-cı ilin dekabr hadisələri və 
1991-ci il Qazaxıstanın müstəqilliyinin elan olunması,  ikisi də dekabr 
ayında həyata keçdi.  Qazax Türklərinin Sovet imperiyasına qarşı ən 
böyük etirazı 16 dekabr 1986-cı il tarixdə baş verdi. 
Qazaxların rus tabeçiliyinə daxil olduğu 1734-cü ildən bu yana 
tarixləri üsyanlarla (etirazlarla) dolu, ancaq sayı 40-a çatan bu 
etirazların heç birisi 16 dekabr 1986-cı ildəki hadisə kimi nəticə 
vermədi. Bu üsyanlar Kenesarı üsyanı kimi bəziləri 30 ilə kimi davam 
etdi; Yeddusu üsyanı kimi bəziləri bir gündə səksən min Qazaxın 
birdən öldürülməsi kimi çox qanlı və ağır nəticələr verdi, amma 
söylədiyimiz kimi, heç biri dekabr hadisələrinin verdiyi tarixi nəticələri 
vermədi. 
Qazaxıstanı 30 il idarə edən Dinməhəmməd Kunayev 1986-cı 
ildə vəzifədən çıxarılmışdı. Qazaxlar üçün Kunayev bir simvoldur. 
Qazaxıstanda son texnologiyaya uyğun tikilən yollar, açılan zavodlar
məktəblərin bir çoxu Kunayevin əsəridir. O, yalnız Qazaxıstana gələn 
iqtisadi rahatlığın, sənayeləşmənin simvolu deyil, eyni zamanda 
“Qazaxıstan Qazaxlarındır” arzusunun və ideyasının da simvoludur. 
Kunayevlə birlikdə Qazaxlar Qazaxıstanın idarəçiliyində söz sahibi 
olmağa başlamışdılar. Qazax kökənli olan  Qazaxlar üçün çalışan ilk 
Qazaxıstan Kommunist Partiyası baş katibi yenə də Kunayevdir. 
Sovet idarəçiliyi uzun zaman Kunayevi millətçilik etməkdə 
günahlandırdı. Bir gün Moskva Kunayevin vəzifədən çıxarıldığını və 
yerinə bir rusun təyin edildiyini elan etdi.  Qazax xalqı ya bu qərarı 
qəbul edəcək və illərdir kommunist idarəçiliyinin o ağır basqılarına 
qarşı müxtəlif yollarla dirhəm-dirhəm qazandığı milli qazanclarını 
itirəcək və ya “xeyir” deyəcəkdi: “Qazaxıstan Qazaxlarındır”. 
Alma-ata için-için qaynayırdı. 
Qazaxıstan için-için qaynayırdı. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 74 
 
Adlarını müstəqillik tutqularından alan Qazaxlar taleyin onlara 
yazdığı rus əsarətinə illər boyu üsyan etmişdilər, ancaq onu heç zaman 
məğlub edə bilməmişdilər. İndi Kunayev bu müstəqillik tutqusunun, bir 
cür simvoluydu. Olanları sakit şəkildə müşahidə edə bilərdimi? 
Ziyalılar bunu müzakirə edirdilər. 
Universitetlərin yataqxanalarında işıqlar sabaha kimi yanırdı, 
gənclik bunu müzakirə edirdi: “Boyun əyməli, ya etiraz etməli?” 
Gözlənilən oldu: adı  azad olan Qazax baş qaldırdı. Moskvaya 
“yetər!” deyildi. “Yetər! Qazaxıstan Qazaxlarındır”. 
On minlərlə gənc küçələrə çıxmışdı. Universitetlər boşalmışdı.  
Muxtar Şahanovlar, Mekimtas Mirzəəhmədovlar, Rəhmanqul 
Berdibaylar... Yüzlərlə adam küçələrdə idi. 
Xalq küçələrdə idi. 
Generallar, mayorlar, polkovniklər  Qızıl Ordunun verdiyi 
ulduzları söküb atmış, “bizə ulduzlarınız deyil, al bayraqdakı günəşimiz 
lazımdır” deyirdilər. Onlar da küçələrə çıxmışdılar. 
Qazax Qazaxıstanı istəyirdi. 
Polis çaşıb qalmışdı. 
Təhlükəsizlik qüvvələri çaşıb qalmışdılar. 
Moskva çaşıb qalmışdı. 
16 dekabr SSRİ–də millətlər məsələsinin aysberqi idi. Ardınca 
qoca bir dağ vardı: illərin yox edə bilmədiyi,  təbliğatın ən incə 
texnologiyalarının zəiflədə bilmədiyi Vətən və istiqlal istəyi vardı. 
Əllərində yalnız “Qazaxıstan Qazaxlarındır” inancından başqa 
heç nəyi  olmayan gənclərin üzərinə kalaşnikovlar atəş püskürürdü. 
Alma-ata qan gölünə dönmüşdü. Qızıl Ordu Alma-ataya batalyon 
üzərinə yeni batalyonlar göndərirdi. 
Bu gün Qazax bir xalq, bir ürəkdir  və o ürək tək bir şey 
hayqırırdı: “Qazaxıstan Qazaxlarındır”. 
Yetmiş ildə qazanılanlar əldən verilməməliydi. 
Və nəhayət Moskva ordusunu geri çəkdi. 
Alma-ata Qazax qanıyla sulandı. Minlərcə insan şəhid oldu. 
O gün dekabr şəhidlərinin ruhu şahin olub günəşli göy bayrağa 
yerləşdi. İndi onlar azad səmadan müstəqil Qazaxıstan torpaqlarını seyr 
edirlər. Qazaxıstan müstəqil yaşadıqca əbədi aləmdə rahat olacaqlar. 
Ruhları şad olsun! 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə