Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 60 
 
jurnalının  Türkistan  şəhəri təmsilçisi olduğumdan “Atatürk” kitabı ilə 
məşğul olmaq mənim payıma düşmüşdü.  
Atatürk kitabı Qazax  dilində nəşr olunan və Atatürkə Türkiyə 
gözü ilə baxan ilk və  yeganə  kitabdır. Beləliklə, kitabı oxuyanlarda 
Atatürk haqqındakı düşüncələri də tədqiq etmək imkanımız olurdu.  
Cümhuriyyətimizin  yaradıcısını anladan  əsəri əvvəl havayı 
Türkiyə ilə Qazaxıstan arasında müştərək müəssisə olan Əhməd Yesəvi 
Universitetində çalışan əməkdaşlara və müəllimlərə  paylamışdıq. 
Ancaq xalqın arasında da Atatürk haqqında da məlumat əldə etmək 
istəyənlər ola bilərdi və bizim onlarla  əlaqə yaratmaq imkanımız çox 
məhdud idi. Elə  bu məqsədlə də kiçik qiymətlə Atatürk kitablarını 
bazardakı kitabçıya verdik. Artıq xalq arasında maraqlananlar varsa 
buradan kitabı ala bilərdilər.  Bir ay ərzində satılan otuz kitab bu 
mövzuya nə qədər maraq olduğunu bizə isbat etdi. Bəlkə əlimizdə daha 
çox kitab olsaydı, müəyyən vaxtdan sonra onların hamısı satılacaqdı, 
ancaq əlimizdəki kitablar məhdud sayda idi. 
Kitabı oxuyanlardan bəziləri yorumlarını bizə söyləyirdilər. 
Atatürk haqqında ən böyük çaşqınlıqları onun şəxsən döyüşlərdə iştirak 
etməsi idi. Türkiyə Cümhuriyyətinin  qurucusunu, sovetlərin qurucusu 
Leninlə müqayisə etmək  öyrəşən  şahinlər Atatürkün şəxsən 
döyüşməsinə heyrət edirdilər. Çünki Lenin inqilaba yalnız liderlik 
etmişdi. Bu fərq Qazax qardaşlarımıza görə Atatürkün lehinə 
dəyərləndirilir və “biz bunu bilmirdik” ifadələriylə qarşılanırdı. 
“Atatürk” kitabı bizə bir şeyi: “Qardaş xalqların bir-birilərini 
yetərincə tanımadıqlarını və bunu aradan  qaldırmaq üçün nə qədər az 
şey edildiyini” təkrar xatırladırdı. 
Kitab satanlardan sonra çörək, qəzet və dondurma satan 
piştaxtalardan keçərək bazarın içərisinə girmək olur.  Bazarın içindəki 
daha qələbəlik çörək piştaxtalarından çörək  almağı unudanlar bazarın 
çıxışında kəpəyi yaxşıca üyüdülmüş buğda unundan bişirilən çörəklər 
ala bilərlər. Satıcıların “nan bar nan” dəyə satmağa çalışdıqları bu 
çörəklərdir. “Nan” sözü ümumiyyətlə, çörək mənasını versə də, bu evdə 
hazırlanan pidə anlamındadır.  Ümumiyyətlə,  bu  xalqın  sevdiyi çörək 
növüdür. Dilində daha çox rus sözləri işlədənlər, nar kimi qızarmış və 
görənlərin iştahanı  açan bu çörəklərə “lipoşka” deyirlər. Başqa 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 61 
 
piştaxtalarda görünən başqa çörək növü isə,  adı da bişirmə üsulu kimi 
Rusiyadan gəlmiş olan “baton” dur. 
Baton çörəklər kürələrdə bişirilir və Türkistanda işləyən kürələr 
olmadığı üçün 30 km uzaqlıqda Kentav şəhərindən gətirilir. 1 kiloluq 
zeytun yağı qablarına bənzəyən qəliblərin içinə xəmir tökülərək 
bişirilən batonların unu daha kəpəkli olduğu üçün rəngləri də nanlara 
nisbətən qaradır. Həzm problemi olanlar xüsusi ilə bu çörəklərə 
üstünlük verirlər. Xəmirlərinə su, duz və mayadan başqa qatqı maddəsi 
qatılmayan hər iki çörək çeşidi də ləzzətli olur. 
Bazarın  qapısından girdiyin zaman musiqi kasetləri satan 
piştaxtalardan yüksələn vəlvələ ortalığı hərəkətə gətirir. Bəzən 
Türkiyəli pop musiqisi sənətçiləri Tarkan və Mustafa Sandalın 
mahnılarının da çalındığı bu piştaxtalarda özbəkcə ritmik nəğmələr  və 
ya qazaxca “termeler” ən çox çalınan musiqilərdir. Piştaxtalardakı 
kasetlərin çoxu pirat kasetlərdir. 
Satıcıların Özbək mahnılarının ritmik olanlarını  çaldırmaları 
təsadüfi deyil. Bu bir yandan xalqının yarısının Özbək kökənli olan 
Türkistanlıların diqqətini  çəkmək,  digər yandan toylarda oyun havası 
musiqi kaseti ehtiyacı olan Qazax  müştərilərə xitab edə bilmək 
üçündür. Maraqlı olanı Qazax xalq musiqisi kimi  çalınan nəğmələrin 
içində oyun havası şəklində musiqinin olmamasıdır. Bu səbəbdən 
cənubi Qazaxıstanda yaşayan Qazaxlar toylarında Özbək havaları ilə 
oynayıb əylənirlər. Son illərdə bu Özbək oyun havalarının arasına 
Türkiyədən gedən nəğmələr də qatılmağa başlamışdır. Hər halda 90-cı 
illərdə bu şəhərdə olan elə bir toy yoxdur ki, Mustafa Sandalın “Onun 
arabası var güzelmi, güzel” nəğməsi çalınmamış olsun. Bir çox Orta 
Asiyalı gəncin bildiyi Türk musiqisi o illərdə yenə “güzelmi güzel” idi. 
Piştaxtalarda yüksələn qazaxca musiqilər isə ümumiyyətlə,  sözləri ilə 
sosial və mədəni həyatın problemlərini göstərən və xalqa öyüdlər verən 
xalq ozanlarının “terme” adlanan türküləri və ya yenə eşq 
yarışmalarında qeyd edilən deyişmələrdir. Aşıq deyişmələri 
Qazaxıstanda bu gün də ən çox tamaşaçı toplayır. Xalqın bu marağı 
kaset satışlarında da özünü göstərir.  
Qəzet adıyla Türkistan bazarına çatan nəşrlər dövlət adamlarının 
fəaliyyətləri ilə bağlı xəbərlərin verildiyi, hətta yeni çıxanl “Karavan”, 
ədəbiyyat qəzeti “Kazak ədəbiyyatı” və Cənubi Qazaxıstanda nəşr 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 62 
 
olunan “Ayqaq” qəzetləridir. Bəzən piştaxtalarda ara sıra nəşr olunan 
“Türkistan” şəhər qəzetinə də rast gəlmək olur. Yeri gəlmişkən, bir 
qayda olaraq oxuya biləcəyiniz digər qəzetlər isə həftəlik çıxan “Jas 
Alaş” və “Qazaxıstan Zaman”dır. Sarı kağızda,  ağ-qara formada nəşr 
olunan bu qəzetlər Türkistanın  yazılı mətbuatdan ala bildiyi 
məlumatdır. Bunların xaricində nəşr olunan qəzet və jurnalları oxuya 
bilmək üçün abunə olmaq lazımdır. Lakin burada maraqlı olan iqtisadi 
sıxıntılar üzündən az sayda qəzet və jurnalın nəşr oluna bildiyi və nəşr 
olunanlardan da çox azının ümumi paylanmağa verildiyi bir vəziyyətdə 
“Qazax ədəbiyyatı”  qəzetinin ölkənin çox tirajlı yayımları arasında 
xüsusi yeri vardır. Qazax yazarlarının şeir, hekayə publisistika tərzində 
yazılan yeni ədəbiyyat nümunələrinə və sənət,  ədəbiyyat xəbərlərinə 
yer verən bu qəzetin satış tirajının  artması  xalqın sənət  və ədəbiyyata 
olan sevgisinin təzahürüdür. 
Bazarda bir az addımlasan, üzərində idxal yuyucu toz qutularının 
sıralandığı piştaxtalarla,  yenə idxal markaların üstünlük təşkil etdiyi 
siqaret piştaxtaları qarşı qarşıyadır. Bu piştaxtalarda amerikan və ingilis 
markalar üstünlük təşkil edir. Yuyucu tozların üzərində orijinal 
markaların kiril əlifbası ilə yazılı və rus dilində açıqlamaları olanlar 
varsa da, revanşda olanlar orijinal xarici dildə yazılanlardır. 
Siqaret piştaxtalarında da vəziyyət eynidir. Malboro, Kent, 
Maqna markaları ən çox bəyənilən məhsullardır. Hələ bunlardan 
Maqnanın xüsusi əhəmiyyəti vardır. Bu marka ilə eyni şeirin 
misrasında yer almaq kimi həddindən artıq bir yaxınlığımız 
yaranmışdır. Şair Ali Akbaşın Türkistanda olduğumuz uzun müddət 
bir-birimizi qonaq edərək çəkdiyimiz və hər nəfəsi ilə fikir dağıtmağa 
çalışdığımız anları xatırlayaraq:  
“Haydı ağa, haydı, Yaqub, 
Gəl, bir maqna da yandıraq. 
Yandırıb dumana baxaq. 
Bu yanan sərvətimizdir
Bu sərvət yeməklə bitməz, 
Bu sərvət dərya dənizdir. 
İnəklər soylu və sağmal, 
Qoyunlar saf və təmizdir. 
........................................” 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə