Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 63 
 
deyərək bizi və əlimizdən heç düşməyən Maqnanı  şeirdə bir 
araya gətirmişdir.  
Tütündən bəhs edərkən Türkistanda tütünün istehsalı yalnız 
siqaret çəkmək ilə bağlı deyildir. Anadoluda bəlkə də yalnız Qəhrəman 
Maraş yörəsində olan “od atma” vərdişi çox geniş yayılmasa da, 
Türkistanda da vardır. Ön kəsici dişləri ilə dodaq arasına qoyulan meşə 
külü ilə qatışdırılmış və toz halına gətirilmiş tütün yarpağının, suyu 
tüpürcəklə qarışır və nikotin ağızdan əmilir. Vərdiş etməyənlərin 
ağzının içini bir anda yara edəcək qədər sərt olan bu qarışıq siqaretdən 
üstün tutulur. Bu maraqlı və dünyanın çox az yörəsində olan vərdiş, 
insanı Maraşlılar ilə Türkistanlılar arasında bir əlaqənin olub-olmadığı 
insanı düşünməyə vadar edir. 
Çay paketlərinin üzərindəki markalara siqaretlərin üzərindəkilərə 
bənzəyir. Yalnız Səmərqənddən gələn kök çayların (yaşıl çaylar) 
üzərində özbəkcə ifadələr var. Digərləri kəkilləri görünən şəkildə 
üzərilərinə  bir örtü atmış hindli qızların rəsmlərinin  olduğu seylon 
çaylarıdır və məqbul sayılanlar Hindistandan  gələnlərdir. Bu işin 
ustaları, yəni xanımlar bir baxışda bu fərqi ayırd edə bilirlər. 
Geniş bir ərazidə qurulan bazar ilk gedənlər üçün qarışıq görünsə 
də,  öz içərisində bir qayda-qanuna malikdir. Məsələn, meyvə-tərəvəz 
satanlar bir bölmə, ət satanlar ayrı bir bölmə, parça, elektrotexnika 
avadanlığı,  quru meyvə, istifadə olunmuş əşya satanlar  və hətta salat 
satanlar ayrı bölmələrdə yerləşmişdir. Və əlbəttə, ayaqüstü valyuta 
dəyişən səyyar valyuta dəyişmə köşkləri. Onlar bazara gələn Türklərin 
hamısını  tanıyırlar. Çünki Türkiyəlilər onların ən yaxşı müştəriləridir. 
Hətta hər kəsin ayrıca valyuta dəyişəni vardır. Onu xüsusi ilə  axtarıb 
tapırlar. Bəzən müştəri tapmaq yarışında mübahisə belə yarana bilər. 
Müştəriləri özlərinə çəkmək üçün bir-biriləri ilə yarışmaq Qazax bazar 
satıcılarının davranış formasıdır. Özbək satıcılar bu mövzuda başqa 
tərbiyəyə malikdirlər. Sıralar halında dayanan  piştaxtalar üzərindəki 
mallar bir-birlərinə qarışacaq qədər yaxın dururlar. Bir malla 
maraqlanarkən malını tərifləyən satıcı müştərisi yanında duran eyni 
cins bir malla maraqlanmağa başlayınca,  o dəqiqə susar və ondan 
etibarən qonşusu sizə malını anlatmağa başlayar. Bax, bu davranışı 
göstərən satıcı böyük ehtimalla Özbəkdir. Özbək satıcılardan birisi əsla 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 64 
 
qonşusunun malı ilə maraqlanan müştərini öz piştaxtası önünə çəkmək 
üçün mallarını tərifləmək kimi bir hərəkətə yol verməz.  
Bazar yeri davranışlarına ilk öyrənilməsi lazım olan isə “Kaş! 
Kaş! (Qaç! Qaç!)” nidası eşidildiyi zaman ən yaxın piştaxtanın kənarına 
sığınmaq lazımdır. Yoxsa bəziləri  sizi itələyərək  arxalarında 
sürüdükləri arabalarıyla keçərlər. Arabaçılar haqq alaraq bazardan 
alınan ərzaqları taksilərə və ya xüsusi maşınlara qədər daşıyırlar. 
Qazaxca araba sözü yalnız bu daşıyanların istifadə etdikləri əl arabaları 
və bir də at arabaları  üçün istifadə olunur. Türkiyədə avtomobillər 
üçün istifadə etdiyimiz araba yerinə isə “maşın” sözü işlədilir. 
Türkistan bazarının ən diqqət çəkən bölmələrindən biri də heyvan 
mənşəli    qidaların satıldığı qapalı bölmədir.  Bu hündür, zavod 
atelyelərini xatırladan binanın girişində yumurta satanlar, sonra isə bal 
satanlar və içəridə ət və süd satanlar düzlənmişlər. Qarşı tərəfdəki çıxış 
qapısı isə idxal toyuq ətlərinin satıcıları tərəfindən işğal edilmişdir. 
Yumurta satanların önlərində duran yumurtaların üzləri kiçik 
damğalarla bəzəkli isə bu, onların gəldiyinin işarəsidir. İstisnasız hər 
yumurtanın üzərində köynək düyməsi böyüklüyündə siyah rəngli 
möhürlər olur. Kənd  yumurtalarında isə bu möhür yoxdur və onlar 
digərlərindən hər zaman bir az  bahadır.   
Bal  satanlar vedrələrə doldurduqları süzmə balları sıra-sıra 
piştaxtaların üzərinə qoyurlar. Bunlardan vedrələrin içində şəkər 
ağlığında görünənləri pambıq çiçəyinin ballarıdır. Pambıq tarlalarının 
yaxınlığında saxlanılan arılar bu ağ çiçəklərdən onların rəngində ağ bal 
hazırlayarlar. Lakin təəssüf ki, şəfalı olması ilə məşhur olan bal, 
pambıq təsərrüfatında həddindən çox istifadə olunan yarpaq tökən 
gübrələr və kimyəvi gübrələrin qalıqları ilə qarışıq halına gəldiyindən 
insan sağlığı üçün riskli yeməyə çevrilir. Bu xüsusiyyəti bilənlər 
pambıq balına üstünlük vermirlər.  Digərləri  isə qızılı rəngdə çiçək 
ballarıdır və istehsalı geniş yayıldığından  hər mövsümdə bol və ucuz 
tapılır.  
Bu böyük binanın ümumi görüntüsünə bir qismi beton 
piştaxtaların üzərində olan, bir qismi də  piştaxtalardakı qarmaqlara 
asılan ətlər hakimdir. At və qoyun ətləri ən sevilən ətlərdir. Sığır və 
keçi ətləri isə daha ucuz və yoxsulların istifadə etdikləri ətlərdir. Bazar 
satıcıları arasında kişilərin üstünlük təşkil etdiyi tək bölmə bu ət satılan 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 65 
 
yerlərdir. Digər hissələrin hamısında satıcılar ümumiyyətlə, orta yaşdan 
yuxarı qadınlardır. Bu yaş qrupu qadınlar geyimlərindən çox işləri ilə 
maraqlanırlar. Lakin aralarındakı gənc qızlar yayda, yeriyən insanların 
ayaqlarından tozların qalxdığı, qışda soyuqların hakim olduğu bazar 
şəraitində belə makyajlarını təzələmədən piştaxtaların arxasına 
keçmirlər. Soyuqdan üşüyən və titrəyən əlləriylə piştaxtanın arxasında 
ənlik-kirşanlı çalışan gənc qızların bu halı doğrusu kədərlidir. 
Hər bazarda olduğu kimi, bu bazarın da ən yaxşı hissəsi meyvə-
tərəvəz satılan bölmələrdir.  Hündür sütunların  altındakı bu bölmə 
Türkiyə bazarlarına öyrəşənlər üçün və ya Daşkənd bazarlarını görənlər 
üçün görüntü etibarı ilə çox zəngin deyildir. Kartof, yerkökü, soğan, 
sarımsaq kimi yer altında yetişən tərəvəzlər olduqca boldur.  Bu çeşid 
tərəvəzlər bazarın kənarına  yığılırlar. Kələm,  badımcan,  bibər və 
pomidor yer üstündə yetişən tərəvəzlər arasında  asan tapılanlardır. 
Bunların arasında bibər haqqında bir neçə söz söyləməyə dəyər. Bunlar 
Türkiyədə  Arnavut  bibəri,  xalq arasında bəzən acılığın gücünü ehtiva 
edən  cin bibər adlanan növə bənzər kiçik bibərlərdir. Ancaq bunların 
acılığını dadanlar Türkiyədəkilərə  “cin bibər” deməklə haqsızlıq 
etdiklərini anlayacaqlar. Çünki cin bibərlərin acısı bunların yanında 
mələk xasiyyətlidir. O dərəcədə acıdırlar ki, şorbaların içinə parça 
halında atmazlar. Acı sevənlər bu bibərlərin qurusunu bütöv halda 
şorbaların suyunda bir-iki saniyə saxlayaraq  istədikləri ləzzəti təmin 
edirlər. Bunları beş saniyədən çox saxlamaq şorbanı yeyilməz hala 
gətirir. 
Meyvə çeşidi baxımından da çox seçim yoxdur: alma, ərik, 
armud, nar və iri xurma ən çox tapılan meyvələrdir. Bir də 
mövsümündə çiyələk və albalı. Naringi, banan, kivi kimi lüks meyvələr 
xaricdən gəlir və olduqca bahalıdır. Bir də çox tapılan meyvə üzümdür. 
Üzüm növü baxımından Özbəkistan qədər zəngin olmasa da,  yayın 
əvvəlində tez yetişən növlərdən başlayaraq bir çox sayda çeşidini 
dadmaq mümkündür. Ancaq ən yaxşısı  kişmiş deyilən tumsuz qara 
üzümlərdir.   Bunların da içində  irisi, balacası, daha şəkərlisi kimi 
onlarca çeşidi vardır. Bol olan bu meyvələr qurudularaq hər mövsümdə 
satılır və xalq onları tez-tez  istifadə edir. Adətən Türkistanda açılan 
süfrələrdə hər boşqabın içində mütləq kişmiş qurusu, rəngli kağızlara 
bükülmüş şəkərlər və ərik  tumu da olur. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə