Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   2   3   4   5   6   7   8   9   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 22 
 
başqa işlərdə çox məsuliyyətli olsalar da, xocaların bu hərəkətlərinə 
niyə etiraz etmədiklərini heç cür anlamadıq. 
Hazırda icra hakimiyyətinin qərarıyla türbənin bəzi hissələri 
təhlükəli adlandırılaraq ziyarət üçün bağladılmışdır. Abılay Xanın 
tikdiyi bölmə Aksaray adlanan bölmə, müsafirxana və türbənin quyusu 
bağlıdır. Bu türbənin idarəsi xocalarda olduğu müddət ərzində xalqdan 
milyonlarla pul toplansa da, faydası yoxdur. Türbənin tarixi bir xatirə 
olduğunu düşünüb sonsuza qədər qalmasını istəyənlər onun təmiri və 
idarəsini bir Arxeologiya İnstitutuna verməlidirlər. Xalqdan toplanan 
pulun qəpiyinə zərər gəlməmək şərtiylə bu institut mühəndislərlə təmirə 
başlamalıdır. Bu məqsədin reallaşması üçün  başqa çarə yoxdur. Bu 
günə qədər beş-altı əsr yaşayan Xoca  Əhməd Yesəvi Türbəsinin 
yerində gələcəkdə böyük bir torpaq yığınını görmək qəribə bir iş 
olmayacaq. 
Türkistana olan xalqın marağına bir başqa nümunəni də Qazax 
Qəzetinin  1915-ci ilin mart ayında nəşr olunan başqa saylarından 
görmək olar: Türkistan şəhərini inkişaf etdirmək üçün Peterburqda bir 
bank hesabı açılır. Qəzet “Ötegenoğlu Sadık və Bayzakoğlu Mevlenkul 
adına açılan hesaba arzu edən müsəlmanların yardım edə biləcəklərini” 
yazır.  Türkistandan xəbəri qələmə alan Mahmud Mirzənin ifadələrinə 
görə, “bu yardımlar bir komissiya vasitəsilə Türkistanda məktəb 
açılması və  hazırlanan bir kitabın nəşr olunması üçün istifadə 
ediləcəkdir. Ayrıca, mətni Türkistanlı Süleyman Mirzə tərəfindən 
qələmə alınan “Ak Jayna Karar taptı” (Ak Parıltı qərar verdi) isimli 
tamaşa Türkistanda səhnələşəcəkdir”. 
1917-ci il inqilabından  sonra paytaxtı Daşkənd olan “Türkistan 
Cümhuriyyəti” və daha sonrakı illərdə Qazaxıstanın yaranmasıyla 
Əhməd Yesəvi Türbəsinə böyük maraq göstərilir. Mərhələ-mərhələ 
Özbəkistanla da türbənin təmiri mövzusunda işbirliyi aparılır. Milli və 
mənəvi dəyərlərinin ortadan  qaldırılıb sovetlərin “homo sovyetikus 
yaratma” istiqamətindəki məlum mədəniyyət siyasətləri və təzyiqləri 
altında aparılan bu çalışmalar heç cür təqdir oluna bilməz.  
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 23 
 
MÜSTƏQİLLİKDƏN SONRAKI TÜRKİSTAN 
 
 
“Türkistan, iki dünya eşiğidir! 
Türkistan, ər Türkün beşiyidir! 
Gözəldir Türkistanda doğulmaq, 
Türkün Tanrıdan gələn nəsibidir”. 
Qazax şairi Maqcan Cumabayın bu sətirləri, Türkistan  şəhərinin 
girişində böyük lövhə üzərində bizi qarşılayır. Türk xalqlarının birliyini 
arzulayan Maqcanın bu sətirlərindəki niyyəti yəqin ki, Ulu 
Türkistandır. Ancaq onu Türkistan şəhəri olaraq dəyərləndirsək də, 
yanılmarıq. Türkistanlılar da onu belə dəyərləndirib ana yolun 
kənarında böyük lövhəyə yazıblar. 
Türkistanlıların qurur duyduqları sözlərdən biri də Qazaxıstan 
Prezidenti  Nursultan Nazarbayevə aiddir: “Dünən Türklük aləminin 
mənəvi mərkəzi olan Türkistan  şəhəri, bu gün mədəniyyət və sənət 
mərkəzi olmaq yolundadır”. Doğrusu, Türkistanlılar Ölkə Prezidentinin 
bu sözü çox şüurlu şəkildə  söylədiyini bilirlər, çünki Qazaxıstan 
müstəqilliyini qazanan kimi görülən ilk işlərdən biri, əsrlər boyu Türk 
aləminin mənəvi mərkəzi olmuş bu şəhərdə “Türkistan Universiteti” 
adıyla bir universitet yaratmaq oldu. Qazaxıstanda universitet 
yaradılarkən, yaranma qərarını baş nazirin imzalaması kifayət  ikən, 
Türkistan 
Universitetinin qərarını şəxsən Nazarbayevin özü 
imzalayıbdır. Bu simvolik münasibət çoxmənalıdır. Bu zaman, vaxt 
itirilmədən,  Türkistan  şəhərinin idarəetmə statusu yüksəldilir. Daha 
əvvəl qəsəbə
  səviyyəsində  bir idarəetmə quruluşuna malik olan 
Türkistan inkişaf etdirilərək qabaqcıl rayonlardan biri  halına gətirilir. 
Türkistan  şəhərinə verilən əhəmiyyətin xüsusi səbəbi əlbəttə, 
yenə  Xoca  Əhməd Yesəvidir. 1913-cü ildə Qazax Qəzetində  Mirjakıp 
Dövlətin irəli sürdüyü fikir kimi, Yesəvi Türbəsini Qazaxıstan 
Arxeologiya  İnstitutunun nəzarətində sonsuza qədər yaşatma cəhdi və 
marağı başlayır. Bu türbə tarixinin ən ciddi bərpa işi olur və 24 dekabr 
1992-ci ildə Türkiyə ilə Qazaxıstan arasında imzalanan müqavilə ilə 
başlayır. 1999-cu ildə tamamlanan  təmir-bərpa işləriylə Türküyə Türk 
mədəniyyət tarixinə çox ciddi bir qatqı edir. Zəhməti olan  hər kəsi 
təbrik etmək lazımdır.      


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 24 
 
Doğrusu,  Türkistan  özünə verilən xüsusi əhəmiyyətin digər 
nəticələrini də almaqda gecikmir. Ətrafındakı o biri şəhərlər kiçildiyi, o 
yerlərdə yaşayanların adambaşına düşən milli gəlir payı azaldığı halda, 
Türkistanda  həm əhalinin sayı, həm də  xalqın  rifahı yüksəlməyə 
başlayır. Sovetlərin dağıldığı dönəmdə yetmiş yeddi min olan Türkistan 
əhalisinin sayı  müstəqilliyin ilk on ilində daha on min nəfər artır. 
Bunlar əlbəttə, şəhərə verilən xüsusi əhəmiyyətin nəticələri və müstəqil 
Qazaxıstan yaşadıqca Türkistanı gözləyən aydın gələcəyin ilk 
təzahürləridir. 
Beləliklə, müstəqillikdən sonra yeni bir dönəmə daxil olan 
Türkistan şəhərinin inkişafının ilk görüntüləri hələ şəhərə girərkən belə 
nəzərə çarpır. Şəhərin Çimkənd  adlanan girişində yolun sağında və 
solunda, bəziləri yeni tamamlanmış, bəzilərinin hələ də tikili halında 
olduğu, onlarla kərpic  ev diqqətləri  çəkir. Qazaxıstan ərazisində hər 
hansı bir şəhərdə bu yeni inşaat mənzərələrinə kütləvi halda rast gəlmək 
mümkün deyildir desək, mübaliğə etmərik. Yenidən formalaşdırılmağa 
başlayan bu bölgə icra hakimiyyətinin  şəhər planında məskunlaşmaq 
üçün nəzərdə tutulan yeni ərazilərdir. Sovet dönəmindən sonra 
Türkistanda da icra hakimiyyəti və bələdiyyə orqanlarının 
funksiyalarını, adına “İcra Hakimiyyəti” deyilən bir qurum idarə edir və 
şəhərin idarəçisinə də “icra başçısı” deyilir. İcra Hakimiyyəti yeni 
evlənənlərə, şəhərə yeni köçənlərə  bu bölgədən 500 metr torpaq ərazi 
verir və xalq da öz imkanları ilə evlərini tikir. 
Bu yeni məskunlaşma bölgəsini keçərkən  yolun sağ tərəfində 
1993-cü ildə bir müqavilə ilə Türkiyənin  də ortaq olması nəticəsində 
yaranan  və şəhərin son dövrdə  inkişafında  əsil lokomotiv rolunu 
oynayan  “Xoca  Əhməd Yesəvi Türk-Qazax Universitetinin” ərazisi 
gəlir.  Universitetin  qarşısında isə  yüksək həyət divarlarıyla əhatə 
olunan  kərpic evlərdən ibarət olan Türkistanın böyük məhəllələrindən 
“Yesi” gəlir. Bu məhəllənin müstəqillikdən əvvəlki adı “Kommunizm 
məhəlləsi” imiş. Məhəllə sakinlərinin ortaq təklifi və icra 
hakimiyyətinin qərarı ilə adı “Yesi” olaraq dəyişdirilmişdir. Beləliklə, 
şəhərin tarixi adlarından biri bir məhəllədə də olsa, təkrar yaşadılmağa 
başlanmışdır. Yesi məhəlləsi yolun sol tərəfində şəhərin içinə Yesəvi 
Türbəsinin şərq cəbhəsinə, Kültəpəyə qədər uzanır. Hazırda Türkistan 
şəhəri köhnə, yeni, bütün bu hissələrin  ahəng  içində bir araya gəldiyi 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə