Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   2   3   4   5   6   7   8   9   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 19 
 
Ömər Xan “Xoca  Əhməd Yesəvini ziyarət edəcəyəm”  deyərək 
Türkistana qabaqcıl əsgərlər göndərir. O dönəmdə Türkistanın başında 
Buxara Xanlığının təyin etdiyi Qazax Törəsi Tokay Törə  dayanırdı. 
Ömər Xanın əsgərləri səhərə yaxın yatan növbətçiləri əsir alıb şəhərin 
qapısını açır və xalq yuxuda ikən Türkistanı döyüşsüz  ələ keçirir. 
Tokay Törə uşaqlarıyla birlikdə fürsət tapıb Buxaraya qaçır. Bundan 
sonra Ömər Xan ordusuyla Türkistana gəlib ətrafdakı Qazaxları da 
özünə tabe etdirir. Ömər Xan Türkistanda Yesəvi Türbəsində bir 
müddət qalır və 70 qoyun qurban kəsir. Ömər Xan ziyarətindən sonra 
Şihalbtalı  Türkistanı  idarə etmək üçün məsul edib Xokanta  qayıdır. 
Ömər Xan Xokanta daxil olan zaman böyük şənlik edilir. Xan xalqa 
gümüş axçalar paylayır və şəhərin qabaqcıl adamlarını bir yerə yığaraq 
özünü “Emirül-Müslimin” elan etdirir.  Tac qoyur və yeni tituluyla 
möhür düzəltdirir. O, artıq  özünü  Çingiz Xan və Teymurilərlə bərabər 
tutur.  
Qeyd etmək lazımdır ki, Türkistan  şəhərinin hakimiyyətini 
almaqla özünə Əmirül-Müslimin titulu verməyə haqq görə bilən Ömər 
Xanın bu davranışı, bu şəhərin nə dərəcə mühüm olduğunun da gözəl 
izahıdır.  Buxara Xanlığı da Türkistanın əlindən getməsini asan qəbul 
edə bilmir və Tokay Törə Buxaradan qoşun götürüb  təkrar  Türkistana 
gəlsə də,  müvəffəqiyyət  qazana bilmir. Bu uğursuzluqların əvəzini 
Buxarada canıyla ödəyir. 
1821-ci ildə Tentek Törə isimli Qazax Törəsi Xokantdan 
ayrılmaq istəyir. Buna görə  Ömər Xan Ebulqasımın  başçılığı  ilə ordu 
göndərir. Tentek Törə 12 min adam toplayaraq Sayramda Ebulqasımı 
qarşılayır, ancaq məğlub olar. 
Türkistan 1864-cü ili təkrar Xokantdan ayrılmaq istəsə də,  yenə 
müvəffəqiyyət qazana bilmir. Şəhər eyni il, 12 iyun 1864-cü ildə 
rusların əlinə keçir. Bu arada Abılay Xanın nəvələrindən və Kensarı 
Xanın oğlu Sadık Törə  də  Türkistanın rusların əlinə keçməməsi üçün 
adam toplayıb döyüşə qoşulur. 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 20 
 
ÇARLIQ VƏ SOVET DÖNƏMLƏRİ 
 
Rus ordusu 1864-cü ildə iyun ayının əvvəllərində Türkistana 
hücuma keçir və Əhməd Yesəvi Türbəsi yox olmaq təhlükəsi ilə üz-üzə 
qalır. Türkistan şəhəri bu hücuma 12 gün davam gətirir. Hücum zamanı 
rus topçularının atəşindən türbə 11 yerdən zərbə alır. Ruslar şəhər 
təslim olmazsa, türbəni yıxacaqları ilə təhdid edirlər. 12 gün hücuma 
davam gətirən  şəhərin  qabaqcıl  adamları bu təhdidlərin həqiqət ola 
biləcəyini görüncə ağ bayraq qaldırmaq məcburiyyətində qalırlar. 
Ruslar Türkistan şəhərini işğal edərkən Yesəvi Həzrətlərinin xalq 
üzərindəki dərin mənəvi təsirini istifadə etdikləri kimi,  daha sonrakı 
illərdə xalqı öz yanlarına çəkmək üçün də bu amili dəyərləndirirlər. 
Qaynaqlar Türkistanın işğalından sadəcə 5 il sonra A.Kun isimli 
bir tarixçinin, 1871-72-ci illərdə orijinal fotolarla Türkistan albomu 
hazırladığını bildirir. O illərdə dünyada tarixi sənət əsərlərinə olan 
maraq da artırdı. Bu gün Yesəvi Türbəsi Muzeyinin arxivində bir neçə 
surətini görə bildiyimiz bu şəkillərdə türbənin ətrafı uçuqlarla dolu 
görünür. 1884-cü ildə Çar idarəsi Türbənin təmiri üçün böyük miqdarda 
pul  ayırır, lakin bu təmir nəticəsində türbə pozulur.  Çarlığın bu səyi 
müsbət nəticə verməyincə, 1907-ci ildə xalqdan yardım toplanaraq 
təmir işlərinə başlanılır. 1910-cu ildə təkrarlanan bu kampaniya ilə bəzi 
bölmələr təmir olunur. 
Ruslar 1875-ci ildə Türkistanda yeni şəhər planını müzakirəyə 
çıxarırlar. Yesəvi Türbəsinin şimal şərqinə əsgər qarnizonu və onun 
ətrafına da zəruri tikililər inşa edirlər. Yeni şəhər bir-birini kəsən iki 
prospektə yol açılan küçələrdən əmələ gələcəkdi. Daha sonra cənub 
şərq  nöqtəsində birləşməli olan yeni şəhərlə qədim Türkistanın 
haradasa əlaqələri yoxdur. Bu gün Türkistanın  İcra Hakimiyyəti, 
məhkəmə, vergi idarəsi kimi qurumların olduğu bölgə bu yeni şəhər 
səmtindədir. 
Türkistan  üçün mühüm inkişaf istiqamətlərindən biri də 1901-
1902-ci illərdə  şəhərdən 4,5 km qərbdə Daşkənd-Orenburq dəmiryolu 
üzərində stansiya qurulmasıdır.  Bu illərdən etibarən stansiyanın 
ətrafında Barisofka adıyla bir kənd yaranır. Stansiya kəndi başlanğıcda 
şəhərdən ayrı  ikən, 1909-cu ildə stansiyadan şəhərə doğru uzanan bir 
prospekt  salınır. Bu prospekt daha sonrakı illərdə Türkistanın ən 
hərəkətli bölgəsi  olacaqdır. Stansiya prospekti inkişaf edir və 1960-cı 
illərdə isə stansiya şəhəri ilə Türkistan birləşir. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 21 
 
Qazax xalqının ilk milli mətbuat orqanlarından  olan  “Qazax 
Qəzeti”ndə 1913-cü ildə Böyük Qazax milliyyətçisi Mircakıp Dövlətin 
“Həzrət Sultan” başlıqlı yazısı  o günlərdəki Türkistan  şəhəri ilə  bağlı 
mühüm məlumat verir. “Həzrət Sultan” bu gün də Əhməd Yesəvi üçün 
Qazaxlar arasında tez-tez istifadə olunan ifadələrdən biridir. Mircakıp o 
illərdəki  Türkistana olan marağı və xalqın vəziyyətini aşağıdakı kimi 
təsvir edir: 
“Hansı yörənin Qazaxı olursa olsun, hər Qazax Həzrət Sultan adını 
bilir.  “Həzrət Sultana gedirik” ifadəsi Qazaxlar arasında tez-tez 
işlədilir.  Həzrət Sultanı ziyarətə istəkli təqva əhli və sufilər, Qazaxlar 
arasında çoxdur. Həzrət Sultana baş çəkib qayıdanlar  həccə 
gedənlərdən etibar  cəhətdən bir az olurlar. Onlar ziyarətlərini həcc 
qiyafətləri içində edirlər və məmləkətlərinə o geyimlərlə dönürlər. Xalq 
onlara Məkkədən gələn hacılar kimi hörmət edib əllərini sıxır. Qazaxlar 
Türkistana belə hörmət göstərsələr də, Həzrət Sultanın orada olduğunu 
bilsələr  də,  əksəriyyət onlar  haqqında çox az şey bilir. May ayının 
birində Daşkəndə gedərkən mən də Türkistana dönüb Həzrət  Sultanı 
ziyarət etdim. 
... 
Hazırda  Həzrət Sultan Türbəsinin hər tərəfi yarılmış və uçacaq 
kimi bir görünür. “Xoca  Əhməd Yesəvinin nəsliyik”  deyə yüz illərdir 
türbəyə  sahib  çıxaraq  bura gələn ziyarətçilərdən faydalanan xocaların, 
türbənin sonsuza qədər yaşaması üçün bir iş görməyə niyyətləri yoxdur. 
1910-cu ildə “Xoca Əhməd Yesəvi Türbəsini təmir edəcəyik” deyərək 
xalqdan külli miqdarda (12 min som) vəsait toplandı. Kozloviski adında 
bir mühəndis təmir işlərinə başladı.  Daha işin onda biri belə  bitmədən 
xocalar mühəndislə dalaşıb onu geri göndərdilər. Onlardan hesab soran 
heç kim yoxdur. Xocalar kənd-kənd gəzib Qazaxlardan Türbənin təmiri 
üçün mal toplayırlar.” Mustafa və Gulamkadir adlanan xocaların 1910-
cu ildə Atbasar yörəsi Kayıtavıl adlanan kənddən topladıqları pulları nə 
etdikləri məlum deyildir. Yenə Evliyaata yörəsi Qazaxı, Botbay 
Boyundan Hurməhəmməd Beki oğlu isimli bir varlı, Həzrət Sultanın 
ziyarətinə böyük miqdarda pulla gedir və Şuham adlı Xocaya, 100 atla 
birlikdə çoxlu pul verir. Onun da nəticəsindən xəbər yoxdur. 
... 
Bu hadisələr də göstərir ki, Türkistanlı  Xocaların Türbəni təmir 
etdirməyə niyyətləri yoxdur. Türkistan  rəhbərliyindəki müsəlmanları 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə