Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə26/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   22   23   24   25   26   27   28   29   ...   75

bilərəkdən, erməni tərəfin təbliğatı və təzyiqiylə atmışdılar, illərlə beyinlərinə
yeridilmiş fikirləri bir söhbətlə silib təmizləmək olmazdı. Qorbaçova yazılan
məktublar və teleqramlar qırx arşın quyunun dibinə düşürdü. Leninin
mavzoleyindən səs gəlir, ondan yox. Azərbaycan rəhbərliyini bu cinayətin şəriki
sayır, çünki hər nə qədər boyun qaçırsalar da onlar ordunun şəhərə soxulacağından
xəbərsiz ola bilməzdilər, qabaqcadan məlumatlanıbmışlar və ya bəlkə də özləri
dəvət edibmiş ordunu. O ki qaldı Xalq Cəbhəsinə, onlar da bu işdə özlərini
dünyadan xəbərsiz, uzaqdan daş atmaqla işini bitmiş sayan küçə uşaqları kimi
apardılar; bir neçə yerə bölünüblər, hərəsi bir yana dartır, əlinə quşatan almamış
dılğırlara komandir paltarı geyindirib salıblar ortalığa. Moskvadan baxan da elə
bilir, Azərbaycan Xalq Cəbhəsi təpədən-dırnağa silahlanıb, bu gün-sabah SSRİ-ni
yıxa bilər, tez üstünü almaq lazımdır ki, sərhədləri söküb İran Azərbaycanını da
Bakıya qatıb erməninin gününü qaraltmasın və ya gəlib Moskvanı da ələ
keçirməsin. Mayor Mahmudov, podpolkovnik Sultanov, polkovnik Mazıyev... Gör
kimlərlə oturub-durmusan akademik; Mozdokdan Berlinə kimi nemesin burnunu
ova-ova getdin, birini it-bata salsalar da, hər halda, iki dəfə Stalinin əmriylə
Sovet İttifaqı Qəhrəmanlığına layiq görüldün, ancaq kapitan rütbəsindəydin,
Vətəni qorumaq haqqında düşünürdün, rütbə haqqında yox, burdasa ağzından süd
iyi gələnlər, riyaziyyat və zoologiya müəllimləri, əsgər getməmək üçün xəstəlik
kağızı düzəltdirənlər hərəsi bir zabit paltarı geyinib düşüb ortalığa. Bakı
dərzilərinin işi düzəlib. General, marşal forması tikdirə bilsələr, utanmadan onu
da geyərdilər. Mirzə Xəzərin “Azadlıq”ı da olmasa, ümumiyyətlə, Azərbaycanda
nə baş verdiyindən dünya xəbər tutmaz. Sumqayıt öz əməlləriydi, özləri təşkil
eləmişdilər deyə, qabaqcadan bütün mətbuatı doldurmuşdular ora, dünya
indiyədək “Sumqayıtda azərbaycanlılar erməniləri qırdılar!” – deyib durur, amma
kimsə “gör azərbaycanlıları nə günə salıblar” deyib səsini çıxarmır...
Oğlu bunları bilməliydi. Zabitdir, əmrə tabedir, düzdür, ancaq damarlarında
mənim qanım axırsa, haqqı tapdalaya bilməz, nəyin necə olduğunu bilməlidir və
yeri gələndə səsini ucaltmağı, sözünü deməyi də bacarmalıdır... Bilməlidir ki,
Sovet ordusunun bütün topu, mərmisi onun atasına atılıb, bütün tanklar, təyyarələr,
gəmilər atasının üstünə gəlib, bədəndə iynə kimi daim hərəkətdə olan güllələr
onun atasının ürəyinə dolub. Gərək bunları bilsin və imtina eləsin Bakının
komendantı olmaqdan, “mən də bu millətdənəm, ona qarşı vəhşilik törədən orduda
mən qala bilmərəm!” desin, istefa versin. Rusiyada qala bilməsə, gəlsin, daş atsın
Bakı karxanalarında, maşallah, güclüdür, acından ölməz.
– Sən gəlməməliydin Bakıya! Sənin familiyan bunlarla yanaşı çəkilməməliydi!..
– Mən zabitəm, ata! Bunun nə demək olduğunu sən hamıdan yaxşı bilirsən.


– Zabit olanda adam öz millətinin faciəsinə dö​zər?
– Mən Bakıya orduyla girməmişəm. İndi gətirib​lər məni!
– Başımı qaldırıb gəzə bilmərəm. Sən bir bizim kitablarını qürurla oxuduğumuz,
hər çıxışını heyranlıqla din​lədiyimiz, əsl patriot saydığımız alimimizə bax! Bu da
zay çıxdı... Üstünə öz oğlunu göndərdilər, səsini qısıb oturur. Kimə deyəcəyəm ki,
mən səsimi qısmamışam. Sözümü deyəcəyim bütün kürsüləri əlimdən alıblar, öz
doğma oğlumun əliylə susdurmaq istəyirlər məni...
Vladimir Bakıya gəldiyi ilk gündən atasıyla bu müba​hisənin olacağını bilirdi.
Bakıda yaşamağa illər uzunu necə can atdığı təkcə özünə bəlliydi. Bu şəhərin adı
gə​lən​də ürəyi titrəyir, “kaş orda xidmət etmək imkanım ola, birdən-birə polkovnik
formasında çıxam atamın qabağına” düşünürdü. Bu, təkcə öz vətənində məşhur
olan atasını sevindirmək istəyi deyildi, bu arzunun arxasında həm də atasından
gizli bir narazılıq vardı. Əlbəttə, yetimlik ancaq onun alnına yazılmamışdı və
yaşadığı yerlər belə uşaqlarla doluydu, bunun sıxıntısını adlamaq çətin deyil,
onlar hamısı müharibənin, yarımçıq eşqlərin, vətənə qurban gedən sevgilərin və
nakam ailələrin övladlarıydı. Bu dərd çəkiləndir. Əksinə, müharibədəki böyük
qələbənin hələ ölkədə hakim olan coşqunluğu içində ona bənzər uşaqlar özlərini
daha ürəkli hiss edirlər – ataları Vətən yolunda qurban gedənlərə kim nə deyə
bilər? Əsas sıxıntı və dərd sonra, uşaqlıq illərini ləzzətlə yaşadığın bir vaxtda,
parkın içindəki su köşkünün qabağında, burdakı adamların hamısından seçilən, uca
boylu, o qədər də yaşlı olmayan yaraşıqlı, şux bir kişiylə görüşən anasının “Tanış
ol, kimliyini sonra deyəcəyəm sənə!” – dediyi vaxtdan başlamışdı. Əvvəlcə
adamın sinəsindəki Qızıl Ulduz çəkmişdi diqqətini; sanki kişinin üzü hündür
ağacların arasından düşən gün işığında bərq vuran ulduzdan işıqlanırdı; ona elə
gəlmişdi ki, bu adam nədənsə onlara saymazyana, üstdən aşağı baxır. Ancaq sonra
gördü ki, o elə hamını və bütün ətrafı hardansa çox-çox kənardan və ucadan seyr
edir, sanki ayrı bir aləmdən təsadüfən düşdüyü bir mü​hitdədir və ətrafda baş
verənlərə etinasızlıqla göz qoymaqdan başqa çarəsi qalmayıb və bu dünyanın
işlərinin ona heç bir aidiyyəti yoxdur. Kişinin üzündə o gün gördüyü qəribə ifadəni
ömrü boyu unutmadı. Təbəssümdü, istehzaydı, qüssəli bir təəssüfdü – ayırmaq
mümkün deyildi. Yad adam anasının təqdimatını yetərli saymamışdı: “Niyə sonra?
İndi demək olmur bəyəm. Uşaq deyil ki!”
Həmin gün desəydilər, Ay öz məhvərindən çıxıb və elə bu gecə Yerlə toqquşsa,
onu bu qədər təəccübləndirməzdi. Çünki bu yaşına qədər ona atasının sağ olması
və onunla görüşə biləcəkləri barədə bircə kəlmə də söz deyən ol​mamışdı...
İnansın, inanmasın, sevinsin, kədərlənsin, bil​mirdi; ümu​miyyətlə nə deyəcəyini, nə
deməli olduğunu anlamırdı, eləcə donub qalmışdı və küt nəzərlərlə bu yad adama


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə