3
Klassiklərimiz mətbuatı insanların
ruhunu təzələyən səhər mehi,
cəmiyyətin hərəkətverici qüvvələrindən biri, dövrün aynası, xalqın görən gözü,
eşidən qulağı və s. epitetlərlə təqdim və təqdir etmişlər. Doğrudan da ümummilli
mədəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını,
məişət və yaşayış tərzini, ictimai-mədəni proseslərə sosial-psixoloji
münasibətini
özündə əks etdirən, eyni zamanda onun hər hansı məsələyə münasibətinin
formalaşmasında əhəmiyyətli rol oynayan bir vasitədir. Ona görə mətbuatın elmi-
nəzəri, metodiki və təcrübi baxımdan dərki və inkişaf mərhələlərinin şərhi də
diqqət mərkəzində olmuş, bu barədə şeir, məqalə və kitablar yazılmış, bir-birindən
maraqlı fikirlər söylənmişdir. İş clə
gotir-mişdir ki, mətbuata, onun əhəmiyyətinə
dair ilk qiymət verib fikir söyləyən qələm əhli də elə şair, yazıçı və publisistlər
olmuşlar. Milli mətbuat tariximizin keçdiyi yolu araşdıran,
onun ümumi
mənzərəsini canlandırmağa çalışmaq təşəbbüsü ilə qələmə sarılanlar da mətbuat və
ədəbiyyat
xadimləri
olmuşlar.
F.Köçərli,
Ə.Ağayev,
M.Şahtaxtlı,
M.B.Məhəmmədzadə və başqaları bu qəbildəndir. Akif Aşırlı da ixtisasca tarixçi,
peşəcə jurnalistdir. Onun baş redaktor kimi nəşr etdiyi "Şərq" qəzeti çağdaş media
məkanında özgün yeri olan bir mətbuat orqanıdır. A.Aşırlı jurnalistliklə yanaşı,
tədqiqatçılıqla da məşğuldur. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun
dissertantı, bir neçə kitabın müəllifidir. Ali təhsil müəssisələrimizdən birində öz
peşəsi ilə bağlı mühazirələr də oxuyan A.Aşırlı milli mətbuatımızın inkişaf yoluna
dair araşdırma aparmışdır.
Azərbaycan mətbuatının inkişaf yolu və nəzəri məsələlərinə dair görkəmli
alimlərimizdən Ə.Şərif, Ə.Mirəhmədov, N.Axundov, M.Məmmədov, Ş.Hüseynov,
M.İbrahimov, Ş.Qurbanov, A.Zeynalzadə, İ.Həbibbəyli, Ş.Vəliyev və b. qiymətli
elmi əsərlər, monoqrafiya və kitablar nəşr etdirmişlər. N.Zeynalovun "Azərbaycan
mətbuat tarixi" dərsliyi uzun müddət müəllim və
tələbələrin istifadəsində
olmuşdur. Bu əsərlər qiymətli cəhətləri ilə yanaşı, təbii olaraq bəzi ideoloji
xüsusiyyətləri də özlərində əks etdirməkdədir. Ancaq dövlət müstəqilliyimizin
bərpasından ötən iyirmi ilə yaxın bir müddətdə son elmi və metodiki nai-liyyətləri
özündə oks etdirən, hər hansı ideoloji təsirdən uzaq olan mətbuat tarixi dərsliyimiz
yazılmayıb. Ona görə mövcud boşluğun doldurulmasına bu və ya başqa dərəcədə
kömək edə bilən bu cür kitabların yazılması lazımlı və indilikdə faydalıdır.
Akif Aşırlı mətbuata dair fikir və mülahizələrini
bu sahədə indiyə qədər
yazılıb çap etdirilən elmi-tədqiqat işlərinin üzərində qurmuşdur. Bununla yanaşı,
həmin tədqiqat və dərsliklərdə olan ideoloji baxış və münasibətlərdən uzaq olmağa
çalışmışdır. Nəticədə mətbuat tariximizə dair müasir baxış mövqeyini özündə
əsasən əks etdirən bir kitab yaza bilmişdir. Xüsusən "Ziya" ("Ziyayi-Qafqaziyyə").
"Fyuzat" jurnalı, Ə.Hüseynzadə, H.Vəzirov və b. haqda son dövr elmi
araşdırmalarının nəticələrinə əsaslanan fikirlər gənc nəsli əvvəlki mənbələrdə olan
4
ideoloji və bəzi elmi-tarixi təhriflərin təsiri altına düşməkdən qorunmasına kömək
edə bilər.
Müəllif bəzi mətbuat orqanları, məsələn, "Şərqi-rus", "Molla Nəsrəddin",
"Açıq söz", "Azərbaycan", "Bəsirət" və s. təsvirçiliyə yol verib,
bəziləri haqda
(uşaq mətbuatı, satirik jurnalların əksəriyyəti və s.) ötəri məlumat versə də, 1920-ci
ilə qədərki Azərbaycan mətbuatının ümumi mənzərəsi, onların istiqamətləri və
ictimai fikir tariximizdəki xidmətləri haqda özünün imkanları daxilində mövcud
mənbələrdən istifadə yolu ilə müəyyən təsəvvür yarada bilmişdir. Odur ki, bu kitab
jurnalistika və mətbuat tarixi sahəsi ilə maraqlanan oxucu və tələbələr üçün faydalı
hesab edilməlidir. Şübhə yoxdur ki, əsl mətbuat tarixi və nəzəriyyəsi mütəxəssisləri
və ali məktəbdə çalışan alimlərin səyi ilə yaxın illərdə mükəmməl mətbuat tarixi və
bu
sahəyə dair dərsliklər, dərs vəsaitləri yazılaraq oxucuların istifadəsinə
veriləcəkdir.
Dostları ilə paylaş: