Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə26/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   22   23   24   25   26   27   28   29   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Qeyrət" mətbəəsi
 
"Şərqi-rus" bağlandıqdan sonra M.Şahtaxtinski redaksiyanın mətbəəsini 
satışa çıxardı. Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışa 
çıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciət 
etmişdi. Mirzə Cəlil "Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə sən də, nə də ki 
məndə var" cavabını verib. Mətbəəni almaq üçün maddi vəsait axtarışına çıxan 
dostlar nəhayət, belə xeyirxah insanı tapırlar. Bu, əslən naxçıvanlı olan tacir 
Məşədi Ələsgər Bağırov idi. "Evinə lazım olan yeyintiləri nisyə götürüb, ayın 
axırında borclarını ödəyən Ö.F.Nemanzadəyə" Məşədi Ələsgərov Bağırov 
mətbəəni almaq üçün ilkin olaraq 7 min manat pul verir. Sonra isə "Molla 
Nəsrəddin" jurnalının çapına da vəsait xərcləyir. 
Yeni mətbəə "Qeyrət" adı ilə 1905-ci il mart ayında fəaliyyətə başlayır və 
hər üç şəxsiyyətin birgə fəaliyyəti nəticəsində 1907-ci ilə qədər bu iş davam edir. 
Fəaliyyətinin ilk aylarından "Qeyrət"in gəlirlə işlədiyini görən bu üç dost 
mətbəəni daha da genişləndirmək, istehsal gücünü daha da artırmaq istəyirlər. 
Ö.F.Nemanzadənin xatirələrindən bəlli olur ki, 1907-ci ildə bu üç yoldaş mətbəəni 
daha da böyütmək məqsədilə "Qeyrət kampaniyası" adı altında bir şirkət vücuda 


60 
gətirirlər. Onlar mətbəənin 7 min manatlıq qiymətini 28 paya bölmüş, hər paya 250 
manat hesabı ilə hər biri iki pay götürüb 22 payı satışa buraxmışlar. Bir müddət 
mətbəə "Qeyrət şirkəti" adı ilə 28 payçının ixtiyarına keçmişdir. Mətbəənin ilk 
elanında deyilirdi: "Tiflisdə "Qeyrət" mətbəəsi türkcə, farsca, ərəbcə, rusca və 
firəngcə hər növ kitab, məcmuə və hər cür tüccar və divanxana dəftər və kağızları 
ən gözəl hərf ilə çap edir". 
Ö.F.Nemanzadənin xatirələrindən bəlli olur ki, mətbəədə böyük çap 
maşını, bir amerikanka maşını, 10 mürəttib işləyəcək qədər hərf və hərf kassaları 
olmuşdur. Maşınlar Moskvadakı "Modern" alman firmasından alınmışdır. 
Mətbəənin texniki baxımdan heç nəyə ehtiyacı olmamışdı. 
Təkcə "Molla Nəsrəddin"i çap etməklə kifayətlənməyən "Qeyrət"çilər 
Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük töhvə olan kitabçalar, siyasi 
mahiyyətli intibahnamələr, müraciətlər çap etmişdi. 
Mətbəənin çap etdiyi ilk kitablardan biri Firdovsinin "Şahnamə"sindən bir 
hissə Rəşid bəy Əfəndiyevin tərcümə etdiyi "Rüstəm və Söhrab"dır. 
Çap olunan kitabların bəziləri pulsuz paylanır, bəziləri isə ucuz qiymətə 
satılırdı. Bir çox hallarda isə "Molla Nəsrəddin" jurnalının oxucularına hədiyyə 
olaraq göndərilirdi. C.Məmmədqquluzadənin "Poçt qutusu", "Usta Zeynal", 
"İranda hürriyyət", "Qurbanəli bəy" əsərlərini Əhməd bəy Cavanşirin, 
M.S.Ordubadinin, Namiq Kamalın, Ə.Haqverdiyevin, Əlimirzə Nərimanovun 
"Nəsihətül-əftal", Harun Sultanovun "Vətən yolu" kitablarını qısa vaxtda dərc edən 
"Qeyrət" mətbəəsi Azərbaycanda maarifçilik hərəkatına böyük təkan vermiş, kitab 
mədəniyyətinin formalaşmasında şərəfli tarix yazmışdı. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə