“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

73 
 
Bütün bu qiymətləndirmələrin işığında ortaya çıxan ən əhəmiyyətli xüsusiyyət 
iki  ölkə  arasındakı  əlaqələrin  bu  nöqtəyə  gəlməsində  Türkiyənin  hər  hansı  bir 
məsuliyyətinin olmamasıdır. 
Digər  bir  deyişlə  problemi  yaradan  tərəf    Türkiyə  deyil.  Ancaq  daha  əvvəl 
yaşanan  gərginlikdən  olduğu  kimi  bunun  da  Fələstin  problemindən  qaynaqlanması 
təsadüf deyil. Bu səbəbdən iki ölkə arasındakı münasibətlərdəki eniş-çıxış ilə Fələstin 
problemi arasında birbaşa bir korrelyasiya var. Bu səbəblə mövcud böhranın aşılması 
İsrail-Fələstin  probleminin  həllinə  və  ya  ən  azından  tərəflər  arasında  optimist  bir 
havanın doğulmasına bağlı olacaq.
80
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
80
  Ahmet Davutoğlu “Stratejik derinlik” Küre nəşriyyatı, 2001 


74 
 
Fəsil 3. AKP hakimiyyəti dövründə Türkiyənin böyük güclərlə 
münasibətləri 
 
3.1. AKP xarici siyasətində ABŞ və AB əsas aktor kimi 
Bildiyimiz kimi, Türkiyə Soyuq müharibə dövründə (1945-1990) ABŞ-la eyni 
blokda, yəni Qərb blokunda idi. Bu zaman daxilində həm Avropa işləri, həm NATO 
çərçivəsində  Türkiyənin  ABŞ-la  siyasi  və  hərbi  münasibətləri  çox  yaxın  idi.  Bəzi 
regionlarda  bu iki dövlətin siyasəti üst-üstə düşmür. Məsələn, Yaxın və Orta Şərqdə. 
Bu  əsasən  2000-ci  illərdən,  AKP  (Ədalət  və  İnkişaf  partiyası)  hökümətinin 
qurulmasından sonra başladı.
81
  
AKP Türkiyə xarici siyasətində kifayət qədər dəyişiklik etdi. Belə ki, get-gedə 
pisləşən  İsraillə  münasibətlər  ortamında,  Türkiyənin  ABŞ  və  Avropa  dövlətləri 
tərəfindən terrorçu sayılan HƏMAS-la əlaqələrə girməsi, “Mavi Marmara” məsələsi, 
Fələstin dövlətinin qurulması ideyasının dəstəklənməsi, İran siyasəti və s. göstərdi ki, 
ABŞ həmişə Türkiyəni, Türkiyə də həmişə ABŞ-ı dəstəkləmir. 
Obama administrasiyasının Türkiyə ilə olan əlaqələrə xüsusi bir önəm verdiyi 
hələ se-  çim  kampaniyasının gedişi zamanı  aydın  müşahidə  olunmuşdur. Daha  öncə 
qeyd  etdiyimiz  kimi  ilk  dəfə  olaraq  prezidentliyə  namizədin  xarici  siyasət 
proqramında  Türkiyə  ilə  əlaqədar  bir  bölüm  yer  almış,  buna  bağlı  olaraq  Kipr 
məsələsindən də bəhs olunmuşdur. Barak Obama və Joe Biden tərəfindən imzalanan 
mətn  ikitərəfi  əlaqələrin  son  dönəmində  niyə  və  necə  zəiflədiyini  və  bunu 
dəyişdirmək üçün edilməsi labüd olan proseslərin cəmi kimi göstəriilə bilər.  
Sabit,  demokratik  və  qərb  yonümlü  Türkiyə  ilə  yaxın  əlaqədə  olmaq  ABŞ-ın 
beynəlxalq  maraqları  baxımından  çox  önəmlidir.  İkitərəfli  əlaqələr  yaxın  zamanda 
Buş idarəçiliyinin İraqa yersiz və səhv müdaxiləsi üzündən gərginləşmiş bu da PKK-
nın Türkiyəyə  yönəlmiş terror təhdidini artırmışdır. Bunun nəticəsində NATO üzvü 
və müsəlman dünyasının ən təkmil demokratiyası olan bu strateji müttəfiq qərbə qarşı 
dönməkdədir.  Araşdırmalara  görə  türklərin  sadəcə  12%i  ABŞ  haqqında  müsbət 
                                                           
81
 Faruk Sönmezoğlu. XXI yüzyılda Türk dış politikasının analizi. İstanbul 2012 


75 
 
fikirlərə sahibdirlər. Barak Obama və Joe Biden türk və Şimali İraqlı məsul şəxslərin 
PKK  təhdidi  qarşısında  bir  razılıöğa  gələ  bilmələri  Türkiyənin  ərazi  bütövlüyü 
təhlükəsizliyi  və  Şimali  İraqın  böyük  ehtiyac  duyduğu  türk  sərmayələrinin 
reallaşması  üçün  gərgin  çalışacaqlar.  Barak  Obama  və  Joe  Biden  Türkiyədə 
demokratiya  insan  haqları  və  söz  azadlığının  inkişafını  və  bu  ölkənin  Avropa 
Birliyinə  üzvlüyünü  dəstəklə-  yəcəklər.  Bunlarla  bərabər  Kipr  məsələsinin  iki 
toplumlu  və  iki  bölgəli  tək  bir  dövlət  formulu  ilə  adil  və  daimi  şəkildə  həll 
olunmasının,  mülkiyyət  qaçqınlar  torpaq  və  təhlükəsizlik  problemlərinin  həll 
olunmasına,  adanın  bölunməsinə  və  qeyri-müəyyənliyə  son  verilməsinə,  sülh  və 
rifahla  birlikdə  türk-yunan  əlaqələri  və  Türkiyənin  AB  üzvlüyü  müddətində 
maneələri  aradan  qaldırılmasına  yol  açacağı  bildirilir.  Bu  yanaşma  ABŞ-ın 
əvvəlcədən dəstəklədiyi Annan planı ilə ört-basdır edilir.  
Qeyd  oluna  bilər  ki  Obamanın  iqtidara  gəlməsi  ilə  Türkiyə  ilə  əlaqələr 
mövzusunda Vaşinqtonda pozitiv siqnallar gəlməyə başlamış, lakin yenə də nə xarici 
işlər naziri Hilari Klintonun nə də prezident Obamanın Türkiyəni bir-iki ay içərisində 
dalbadal  ziyarət  edəcəyi  təxmin  edilmişdir,  hətta  bəzi  mütəxəssislər  qlobal  maliyyə 
böhranı  və  həllini  gözləyən  xarici  siyasət  problemləri  dolayısı  ilə  yeni  idarəçiliyin 
türk-amerikan  əlaqələri  ilə  normaldan  da  az  maraqlanacağı  təsbit  edilmişdir.  Bunun 
əksinə  Türkiyə  daxilinə  bu  sürətli  giriş  Vaşinqtonda  2003-cü  il  böhranından  sonra 
geniş  müzakirə  olunan  “  Türkiyəni  kim  itirdi?”  müzakirəsinin  əldə  olunan  yeni  bir 
xarici siyasətin yaranmasının göstəricisi idi.
82
 
2009-cu  ilin  martında  xarici  işlər  naziri  Hilari  Klintonun  Türkiyəyə  ilk  rəsmi 
səfəri yeni Türk-Amerikan dialoquna təkan verdiyi kimi prezident Obamanın bir neçə 
həftə sonrakı səfərinin ictimaiyyətə aşıqlanması ikili əlaqələrdə adətən bir elektroşok 
təsiri yaratmışdır. Baş Nazir və prezidentdən sonra həmkarı Ali Babacanla keçirdiyi 
uzun görüşmədən sonrakı ortaq açıqlamada Türkiyə-ABŞ münasibətlərini bir “ittifaq 
və  strateji  ortaqlıq”  kimi  səciyyələndirən  Klinton  bunun  təməlini  2006-cı  ildə  ortaq 
görüş  sənədinə  əsasən  hər  iki  ölkənin  sülh  ,  demokratiya  ,  azadlıq  və  rifahı  olan 
inamının  təşkil  etdiyini  ifadə  etmişdir.  Hər  iki  nazir  Orta  Şərq  ,İraq,  Əfqanıstan, 
                                                           
82
 Tayyar Arı. Yükselen güç.Türkiye-ABD ilişkileri ve Ortadoğu. Marmara 2010 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə