Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
22
o, möhkəm əlləri ilə jestlər edir), özü isə yarıdonmuş çaya
tullanır. O, bir saata yaxın donmuş suda qalır, nəfəsini dərib gah
suyun altında gizlənir, gah da üzə çıxır, nəhayət əmin olur ki,
onu izləyənlər çıxıb gediblər. “Ay, - deyə atam söhbətini bitirir
və xatirələrini silkələyib atırmış kimi kəskin hərəkətlər edir. –
Daha nə deyim? Olan olub, keçən keçib...”
Anam hər şeyi bilməyimi istəyir və mən onun
söhbətlərini, qara biser kimi, detallarına qədər yaddaşımda
saxlayıram. Xatırlamaq – vicdan işidir, yəhudiliyini etiraf
etdiyin kimi. Lakin mən xatırladıqlarımı anlamıram. Bu
xatirələri unutmaq üçün onlarla birlikdə keçmişə baş vurmaq
lazımdır... Yox, doğru deyil. Mən lazımi qədər bu ağrıya
yaxınlaşa bilmirəm. Həm də ondan uzaqlaşmağı da
bacarmıram.
Böyüyəndən sonra bütün bu xatirələrdən uzaqlaşmağa
çalışacağam. Əzabları artırmağın, onlara öz ağrımı da əlavə
etməyin nə mənası var? Bu təcrübə mənə nəyi öyrədəcək ki?
Bu, mənim həyatıma uyuşmur, məni yolumdan edir, qorxu və
pessimizm aşılayır. Beləcə öz-özümlə danışaraq, anamın
hekayələrini şüurumun dərin qatlarında gizlətməyə çalışıram.
Lakin uzun illər sonra, bir dəfə Nyu-Yorkun səsli-küylü
kafesində valideynlərimi müharibəyə qədər tanıyan bir qadınla
rastlaşıram. O, kənardan gələn yeganə şahiddir; təsadüflər
nəticəsində, mənim valideynlərimi axtarıb tapmağa müvəffəq
olub, indi mənimlə söhbətləşmək istəyir. Və ilk dəfə
valideynlərimin tarixçəsi – mənim üçün bir növ arxetipdir –
metahekayənin içində olsa da, fərdilik əldə etdi. Bu qadın
mənim anama oxşamır; o sərtdir, ərindən boşanmışdır, işləyir.
Onun qızı məndən ümumiyyətlə, fərqlənir – işgüzar qadındır,
rəqs dərsləri deyir və öz keçmiş həyatı barədə azca da
düşünmür, - bu da həmçinin təəccüblüdür. Biz daha çox bir-
birimizə oxşamalıyıq, axı bizim eyni keçmişimiz var. Qadın özü
ilə fotoşəkil də gətirmişdi – bir neçə qız, onların arasında
anamın bacısı da var. Onlar qış mənzərəsi fonunda kiçik
körpüdə dayanıblar, əyinlərində tüklü yaxalıqları olan palto var,
öz yaşlarından böyük və şən görünürlər. Deməli, o belə olub:
hə, bir qədər Alinkaya oxşayır. Amma bu şəklə baxmaqla çox
az şey öyrənmək olar, bu, pərdəni qaldırmağa kömək etmir.
Burada, Union-skver kafesində, əvvəllər bilmədiyim əhvalatı
eşidirəm. Valideynlərim talaya qaçanda, anam uşaq saldıqdan
sonra ucu-bucağı bilinməyən qarla addımlamağa çətinlik
çəkirmiş. Kilometrlərlə yolu atam onu belində aparmışdı. Bu,
mənim yaddaşda saxlamalı olduğum daha bir obrazdır, sapa
düzdüyüm daha bir qara mirvaridir. Mən başımı aşağı salaraq
dinləyirəm və anlayıram ki, mənim vətənim elə bu ağrıdır və
mən bundan heç yerə qaça bilmərəm. 
Balaca olanda, atam bəzən məni acıqlandırmaq
istəyərək soruşurdu ki, əgər onlar ayrılsalar, kimi seçər, məni
yoxsa anasını? Sonra üzümdəki dəhşəti görərək – onlar tez-tez
mübahisə edirdilər və bu hədə reallığa oxşayırdı, - deyirdi:
“Qorxma, bütün bu yaşadıqlarımızdan sonra, bizim nigahımız
daha da möhkəmlənib, çin divarı kimi etibarlıdır. Onu heç nə
məhv edə bilməz”. Lakin o vaxt mənim ürəyim bu hissin
ağırlığından sıxılırdı.
Krakovda aydın, günəşli gündür. Mən anamın əlindən
tutaraq sevimli parkımız olan – Krakovski parkının yanından
keçirik. Bu qayğısız gəzinti zamanı birdən onun səsi dəyişilir,
sanki mənə nəsə əhəmiyyətli bir şey demək istəyir. “Sən kifayət
qədər böyümüsən, dediklərimi anlaya bilərsən, - anam deyir. –
Kilsədə xaç vurmaq lazım deyil. Biz yəhudiyik, biz belə
etmirik”. Əslində mən təəccüblənmədim. Əlbəttə, özümü
tanıdığım vaxtdan bilirəm ki, biz yəhudiyik. Elə buna görə
bizim qohumlarımızın hamısını müharibədə öldürüblər. Amma
bu qeyri-aşkar, aydın olmayan bilikdir; mən tam anlaya
bilmirəm ki, bu nə deməkdir. Yəhudi olmağımın rəsmi təsdiqi
mənə yüngüllük gətirir.
Antisemitizm problemi tez-tez müzakirə edilir, lakin
valideynlərim bu haqda danışanda - əsasən anam danışır –
onların səsində utanc yox, qəzəb duyulur. “Bu qədər əzab
çəkdik, bəlalara düçar olduq, amma yenə onlar bizə nifrət
etməyə davam edirlər! – anam hirslə deyir. – Bu qədər
primitivlik olar?! Onlar bu nifrəti analarının südü ilə birlikdə
əmirlər”. “Əxlaqsız” yaxud “qəddar” kimi sözlərlə müqayisədə
“primitivlik” daha ağır söyüşdür. Primitivlik – “vulqarlıq,
kobudluq” deməkdir – heç kim belə olmaq istəməz.
Antisemitizm - əxlaqi prinsiplərdən sapma deyil, gerizəkalılığın
tutqun düşüncəsidir. Prinsiplər polyak idrakına hökm edə
bilmir. Polyak mədəniyyəti – frankfil mədəniyyətidir, mənim
əhatəmdə olan insanlar üslubu, iti ağıllılığı (“axmaqlıq” - ən
tez-tez işlədilən və ən aşağılayıcı ibarədir), eleqantlığı, gözəlliyi
(naqolaylığa əks olaraq), qiymətləndirirlər, əxlaqi dəyərlərin
möhkəmliyini yox.
Antisemitizm barbar gerizəkalılığıdır, bu məndə
üstünlük hissi oyadır. Lakin bu gerizəkalılığa hər yerdə rast
gəlinir. Atam deyir ki, bir dəfə küçədən keçənlərin: “Hitlerin
gördüyü ən yaxşı iş yəhudiləri məhv etməsidir” – dediyini
eşidərək dava-dalaşa başlamışdı; bu - ən zəhərli nifrətini
boşaltmağa çalışan polyakın klassik şərhidir. Başqa bir vaxtda
anam hirsindən pörtətək evə qayıdır. Rəfiqəm Krısyanın anası,
“yaxşı ailədən çıxmış insan”, həkim arvadı, ali təhsilli pani
Orlivskaya yaxın rəfiqəsi sandığı anamdan gizlində soruşub ki,
yəhudilərin Pasxada bişirdikləri fətirə xristian qanı qatması
doğrudurmu? “Bu da intellektual qadın?!” – anam ucadan deyir.
Lakin o, elə də hirslənmir ki, pani Orlovskaya ilə
münasibətlərini kəssin yaxud heç olmasa aralarını soyutsun.
Onsuz da onun başqaları kimi ana südü ilə canlarına hopmuş
öz ləyaqəti var. Lakin biz onların arasında yaşayıb, onlarla
dostluq edirik – mehribançılıq və acıq möcüzəli şəkildə bir-
birinə sarmaşıb.
Mən tədricən anlamağa başlayıram ki, yəhudi
olduğumu etiraf etmək – namus işidir və başımı dik tutub öz
yəhudiliyimi təsdiq edirəm. Elə yəhudi olmaq da budur – bütün
barbar və qara hisslərə öz etinasızlığını bildirmək. Bu
etinasızlıqdan ləyaqətlilik hissi doğur. Əlbəttə bu, mənim
tərəfimdən Sartrın şüuri seçimi deyil, sadəcə uşaqlarda güclü
şəkildə inkişaf etmiş dərin və təbii qürurun üzə çıxmasıdır. Bu,
ədalətlilik, düzgünlük, aydınlıq hissindən başqa bir şey deyil,
yəhudilər də başqaları kimi insandır – deməkdir. Mən yalnız öz
gözümlə gördüklərimə inanıram; mən: “Kral lütdür!” – demək
üçün hələ çox balacayam. Bundan başqa qeyri-yəhudi
dostlarımdan ayrılmaq mənim üçün çətindir – buna hələ hazır
deyiləm. Onların pis olduğundan şübhələnmək, həmişə ehtiyatlı
olmaq, tənələri gözləmək istəmirəm. Anam mənə xəbərdarlıq
edib deyir ki: hər bir polyakın içində antisemit oturub, ehtiyatlı


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə