АЛАТОРАН № 15, YANVAR 2010
27
Elçin Əfəndiyevdə nə baş verir?
Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev növbəti dəfə öz
aləmində çağdaş ədəbi pros-
esin diaqnozunu qoymağa çalışıb. “Azərbaycan ədəbi prosesində nə baş verir?” - Elçin müəllimin so-
nuncu yazısı belə adlanır. Yazı nə yazı? Başı ilə ayağı məlum olmayan söz yığını. Saxta intellektuallığın,
yalançı akademizmin olmayan istedadla sintezindən yoğrulmuş sicilləmə. Bəli, məhz sicilləmə! Çünki
yazı üç hissədən, 7 qəzet səhifəsindən ibarətdir.
El çin Əfən diyevin yazısının ana xəttini adını tənqidçi qoyub, ortada əlini-qolunu sallayaraq gəzən
anti-ədəbiyyat ünsürlərinin ədəbi müxalifət qarşısında susqun dayanması təşkil edir. Baş nazirin müavini
cavanşir yusifliləri, tehran əlişanoğluları, rüstəm kamalları-zadı “niyə bunların ağzının payını ver-
mirsiniz?”,- deyə qınayır. “Bunlar” - yəni azad və yenilikçi ruhlu gənc yazarlar, həşəmətli Əfəndiyevin
leksikonundakı sevimli ifadəsi ilə desək, lümpenlər, küçə uşaqları.
Oysa mən Elçin Əfəndiyevdən soruşuram: adını çəkdiyim-çəkmədiyim “tənqidçiləri” qabağa ver-
məyə çalışınca, onun özü niyə bizimlə açıq müharibəyə girməkdən çəkinir? 7
səhifəlik sicilləməni kim-
lərisə bizə qarşı qaldırmağa həsr edincə, elə azad yazarların tənqidi üzərində qura bilməzdimi? Bu
sualların cavabı çox sadədir: Elçin Əfəndiyev qorxur! Bilir ki, azad yazarlarla savaşa girmək onun yemi
deyil. İki-üç cavab yazısından sonra darmadağın olacaq. Yenə
Anarın, Əkrəmin ortada az-çox dişə
dəyən əsərləri var, bəs Elçin Əfəndiyev nəyə güvənsin? Bu adam cümlə qurmağı belə bacarmır.
Yazıçılığa parodiya
Elçin Əfəndiyev bir neçə ay əvvəl müsahibə verib demişdi: “Hansı vəzifədə olmasından asılı ol-
mayaraq, Elçin ilk növbədə yazıçıdır”. Sözün də çubuq kimi iki başı var. Bu məntiqdən çıxış etdikdə
Elçin müəllimin dediklərini belə anlamaq lazımdır: “Hansı vəzifədə olmasından asılı olmayaraq, Elçin
Nəinki hansısa vəzifədə olanda, hətta yazı masası arxasına keçəndə,
əlinə qələm alaraq, nəsə yazıb-
pozanda belə, Elçin yazıçı deyil”. O, yazıçılığa parodiyadır.
Bu adamın cild-cild kitabları var. Amma soruşsan, insanlar Elçin Əfəndiyevin
bir dənə də qəhrə-
manının adını bilmir. Yazdıqlarını üst-üstə yığsaq, Eyfel qülləsini də vurub keçər. Ancaq yaddaşlarda
bircə cümləsi də yoxdur. Mənim onun külliyyatından yadımda qalan hansısa tamaşasındakı bu sözlərdir:
“İnsan dəli olanda, özü də bilmir dəlidir”.
O qatarın dalınca baxma!
Elçin müəllimin bəhs olunan yazısından bir sitat (əsəbi zəif olanların oxumaması məsləhətdir):
“Bu gün ədəbiyyatımızın bir küll halında zəif yeri, çatışmazlığı, mənim fikrimcə, mövzu yeknəsəqliyidir
Elnur Astanbəyli
və ən qəribəsi (bəlkə də əlamətdarı!) budur ki, həmin yeknəsəq-
lik, misal üçün, əgər poeziyamızı şərti olaraq iki yerə ayırsaq -
istedadlı poeziya (ədəbiyyatın yaratdığı) və istedadsız poeziya
(anti-ədəbiyyatın yaratdığı) - bu yeknəsəqlik hər ikisində özünü
göstərir”.
Əvvəlcə gəlin dərindən nəfəs alıb, bir stəkan su içək,
özümüzə gələk. Sonra baxaq görək, bu cümlə hansı dildədir?
Hansı təfəkkürün məhsuludur? Adını yazıçı
qoymuş bir adam,
belə cümlə yazmağı özünə necə sığışdırır? Deyək ki, özünə
sığışdırır, bəs oxucuya necə rəva görür? A kişi, yazı yaza
bilmirsən, yazma də, nə məcburdur? Dünyada mənə elə bir
yazıçı cümləsi göstərin ki, orada bütün bağlayıcılara, durğu
işarələrinə rast gəlmək mümkün olsun. Bəla orasındadır ki, bu
cür uzun-uzadı, ayağını oxuyanda başını,
başını oxuyanda
ayağını unutduğumuz cümlələr Elçin Əfəndiyevin
yaradıcılığı üçün adi haldır.
Əslində Elçin müəllim də yaxşı başa düşür ki, o,
ədəbiyyat üçün yad fiqurdur. Digər yaşıdları ilə müqayisədə
tamamilə uğursuzluğa uğrayıb. Son sicilləməsindən də bunun
depressiyasını yaşadığı aydın hiss olunur. Onun çağdaş ədəbi
prosesi yanlış yerlərə istiqamətləndirməkdə də bir məqsədi var:
özünü xilas etmək. Elçin müəllim anti-ədəbiyyatı ikiəlli dəstək-
ləməklə uğursuzluğunu sığortalayacağını düşünür. Amma çi-
fayda. Qatar artıq gedib. Ədəbi proses ölü nöqtədən tərpənib.
Əfəndiyev isə bu qatarın sərnişinləri arasında yoxdur.
Zənnimcə, nə qədər ağır olsa da, Elçin müəllim artıq
bu aqibəti ilə barışmalıdır. Ədəbiyyatdakı məğlubiyyətini
qafaya taxmamalıdır. “Nə etməli, məndə alınmadı”,- deyib,
üstündən keçməlidir. Əks halda “Elçin
Əfəndiyevdə nə baş
verir”,- sualının cavabını axtarmaq tibb elminin boynuna düşə
bilər.
Hüseynbala Mirələmov, kimdir əxlaqsız?
Dörd-beş ay əvvəlin söhbətidir. Hüseynbala Mirələ-
mov hansısa qəzetə müsahibə verib, azad yazarları əxlaqsı-
zlıqda suçlamışdı. Bunda təəccüblü heç nə yoxdur. Dostunu
göstər, deyim kimsən. Bir adam ki, səhərdən axşama Anarla-
zadla hərlənə, ondan daha nə gözləmək olar? Nə isə, sözüm
onda yox.
Vaxt vardı, Hüseynbala Mirələmov Qaz Emalı Zavo-
dunun direktoru idi. Pulunu balta kəsmirdi. Fürsəti fövtə ver-
məyən
ədəbiyyat tüccarları Mirələmov haqqında hər gün
palaz-palaz yazılar dərc edir, ədəbiyyatla yaxından-uzaqdan
heç bir əlaqəsi olmayan bu cızmaqaraçının dahi obrazını
yaradır, adamın roman, povest deməyə dili gəlməyən
“əsər”lərini qaldırıb dağ başına qoyur, sonra da qapısının ağzını
kəsdirib, beş-on manat çırpışdırır, işlərini aşırırdılar. Belələrinin
arasında AYB-nin
Elçin Hüseynbəyli, Vaqif Yusifli, canım sizə
desin,
Əsəd Cahangir, Elxan Zal Qaraxanlı, Qəşəm
Nəcəfzadə kimi bərkgedənlərindən, hətta və hətta
Anarın
özündən tutmuş, adı it dəftərində olmayan qəzetciklərə, jurnal-
istciyəzlərə qədər ən müxtəlif növdən adamlar vardı.
Gün gəldi, Mirələmovu Qaz Emalı Zavodunun direk-
torluğundan uzaqlaşdırdılar.
Həmin vaxtdan da Hüseynbala
unudulmağa başladı. Haqqındakı bəh-bəhli yazılar sürətlə
buxarlandı. Bir sözlə, bağda ərik var idi, salam-əleyk var idi,
bağdan ərik qurtardı, salam-əleyk qurtardı. Həə, yoldaş Mirələ-
mov, indi
deyin görək, əsl əxlaqsız kimdir: ədəbiyyat naminə
sizi səmimi-qəlbdən eninə-geninə tənqid edən bizlər, yoxsa
yaxşı gününüzdə böyür-başınızda bəslənib, dar gününüzdə da-
banına tüpürən ədəbiyyat dəllaları? Əsl ədəbiyyat budur e,
Hüseynbala müəllim, istedadınız çatırsa, bunu yazın.
Anarın səsyazma “studiyası”
Neçə vaxtdır Yazıçılar Birliyindən yazmıram. Əslində
bizlər AYB-nin adını tutmasaq, Azərbaycanda belə bir qurum
varmı, yoxmu, heç kimin vecinə olmaz. Amma Yazıçılar Bir-
liyində son vaxtlar elə şeylər baş verir ki, üstündən sükutla
keçmək çətindir. Bunları oxucularla paylaşmamaq ən azı
qəzetçilik missiyası baxımından böyük eşşəklikdir.
Məsələ nədir? Yazıçılar Birliyində müxtəlif postları
tutanların hər biri bu günlərdə cibində bir diktafon gəzdirir. Dik-
tafon olmasa belə, bu vəzifəni
cib telefonunun uyğun menyüsü
yerinə yetirir. Birliyin istənilən otağında iki və daha çox adamın
arasındakı
söhbətin səs yazısı uzağı yarım saata AYB sədri
Anar Rzayevin stolunun üstündədir. Hamı bir-birini satmağa,
sədrə daha çox sadiq olduğunu sübut etmək üçün ən yaxın dos-
tunun yaxasını ələ verməyə hazırdır. Anar müəllim isə yaranmış
bu iyrənc situasiyadan çox məmnundur. Hətta deyilənə görə, o,
prezident təqaüdü siyahısına daxil edilən adları da
“kim daha
yaxşı yazır?” meyarı ilə yox, “kim daha yaxşı işverənlik
eləyir?” kriteriyası ilə müəyyənləşdirir.
Artıq AYB-nin gələn ilki büdcəsini ən müasir kom-
püterlərin, yoxsa, ən modern diktafonların alınmasına xər-
cləmək üstündə möhkəm mübahisə gedir. Yalnız
Fikrət Qoca
bu mübahisələrin heç birinə qarışmır. Niyəsini yazmıram,
Allahın məsləhətinə şükür.
АЛАТОРАН № 15, YANVAR 2010
28