Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə27/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   23   24   25   26   27   28   29   30   ...   84

 
54
- Düz deyirsən. Bu dil, doğrudan da sənin nəyinə lazımdır? – dedim və kresloya yaslanıb gözlərimi yola dikdim. 
 
*** 
 
Düzdür, rusdillilər arasından - ümumi qaydaları pozmayan – istisnalar da çıxır arada-bir. Məsələn, Elmar Hüseynov kimi 
istisnalar. Qənirə Millini Mariya Antuanettaya oxşatdığı üçün qətlə yetirilən Monitor jurnalının baş redaktoru. 
O məşum gecəni bu gün yaşanmış kimi xatırlayıram. 2 il əvvəl, mart ayının 2-si, yaşadığı binanın pilləkənlərində killer 8 
güllə  sıxmışdı onun bədəninə. Bu, “Müasir Mariya Antuanetta” adlı  məqaləyə görə  və başqalarına görk olsun deyə 
jurnalistə verilən, Azərbaycanla birlikdə dünyanı da silkələyən amansız cəza idi. 
Ertəsi gün insan seli yola salırdı onu son istirahətgahına. Elmarın tabutu, çiyinlərdə Yasamal qəbiristanlığına üzürdü. 
Qəbiristanlıqda baş verənləri anlamağa, dərk etməyə çalışsam da, prostrasiya vəziyyətində olduğumdan, şüurum yalnız 
bulanıq qəbir daşlarına ilişir, tanımadığım insanların adlarını və ölüm tarixlərini oxuyurdum. Sonra gördüm ki, məzarlığa 
gələnlərin üzləri görünmür, hamı başını aşağı endirib, büzüşüb qalıb. Daha bilmədim dərddən, yoxsa sazaqdan əyiliblər. 
Bahar qışın qalıqlarına yenicə əncam qılırdı deyə, hələ soyuq və küləkli idi hava. Bu qədər adamı bir yerdə çoxdandı 
görmürdüm. Elmar bu insanların əksəriyyətini tanımırdı heç. Amma hamı onu tanıyırdı.  
Sənan o gün demişdi ki, Elmarın ölümü də həyatı kimi performanslı oldu. Doğrudan da, nə gözəl ölümdü onun ölümü! 
Əlində, iki yaşlı oğluna aldığı meyvəli yoğurtla pilləkənləri qalxan və üstünə güllə seli tökülən ata, qana buladığı yoğurtu 
bərk-bərk tutub, ağrıya müqavimət göstərərək pilləkənləri qalxmağa davam edir. Divarları al qana boyayaraq mənzilinə 
çatıb qapını döyür və  yıxılır sevdiklərinin qollarına, “Buyurun, mən gəlmişəm” deyə. Maraqlıdır, görəsən onun qatili, 
Elmarın əlindəki yoğurtu, canının parçası olan övladına aldığı bu üç quruşluq sovqatı görmüşdümü?  
İki ildir ki, yoxdur bizimlə Elmar. Onu öldürməklə, “etiraz etməyin sonu budur” mesajını verən rejimin acığına, hələ  də 
xoşbəxt gələcəyin və al şəfəqlərin sərxoşedici ümidləri ilə yaşayan insanlar var bu ölkədə. Kaş ki, ölümün əbədi həyatın 
başlanğıcımı yoxsa hər şeyin sonumu olduğunu dəqiq bilsəydik. Nə qədər cəsur olsaq da, əbədi yoxolma qorxudur bizi. 
Ölüm adlanan tragik sonu beynimiz qəbul etmək istəmir. Fiziki yoxolma ilə barışa bilmirik. Halbuki vücudun sərhədlərini 
aşmaq, həyat adlanan dar və sönük geometriyanın fövqünə yüksəlmək, sonsuzluğa pərvazlanmaq, sırf ölümü görmək, 
onunla təmas etmək, onu kəşf etmək üçün böyük bir məchula doğru yola çıxmaq deyilmi əsl qəhrəmanlıq, əsl ehtiras? 
- Çatmışıq. Eşidirsən?! Heey! 
Diksinib üzümü Toğrula çevirdim.  
- Nədi? Nə qışqırırsan? 
- Deyirəm çatmışıq – Toğrul başı ilə doqquz mərtəbəli binanın altındakı göy rəngli, neon lövhəyə işarə eləyib, - Buradı – 
dedi və maşını hündür çinar ağacının altında saxlayıb motoru söndürdü.  
 


 
55
Rənanın yataq otağı 
 
 
 
Nədir sevgi? Ləzzətini nədə, necə duymaq olar? Sevən insan müstəsnalığını, vəhdətini inkar edib, özü ilə bahəm, 
sevdiyini də həyatın mərkəzinə qoyursa, deməli bunun üçün ciddi səbəbləri olmalıdır, elə deyilmi? Özümüz sevməyənə 
qədər, bunu başa düşmürük. Məhəbbət mövzulu gözyaşı bol kinolara, şirin romanlara indilərdə “trivial” deyib dodaq 
büzmək, istehza etmək dəbdə olsa da, hər birimiz bu “triviallığın” əsiri olmamışıq bəyəm?  
Böyrü üstə uzanmış  Rəna, gicgahını sağ  əlinin ovcuna qoyub dirsəkləndi. Sevişəndən sonra bu pozanı alıb, mənə 
yuxarıdan tamaşa etməkdən xoşu gəlir. Mən isə tavana baxır, arada bir üzümü ona çevirib danışıram. Olur ki, çox təsirli 
bir söz deyəndə əyilib burnumdan öpür. 
- Çoxdandır bu qədər içməmişdin.  
- Həəə.  
- Sərxoş olanda sevişməyindən yoxdu. 
- Doğrudan? Sərxoş olanda heç özüm bilirəm ki, neynirəm? 
Qəfildən sol əli ilə xayalarımı yüngülcə sıxdı: 
- Deməli heç özün də bilmirsən necə sevişirsən? Hə?! 
- Aaah. Bir az da sıxsan, ümumiyyətlə sevişmə qabiliyyətimi itirəcəm. 
Rəna büllur səsi ilə gülüb dodaqlarını dodaqlarıma qondurdu.  
- Onda bu gecəlik bəsindir. Sənə cəza verirəm. 
- Mənim şahzadəm necə də mərhəmətsizdir. 
Qarnıma şapalaq vurub nazlana-nazlana:  
- Sən öləsən! – dedi. – Məndən mərhəmətlisini hardan tapacaqsan? Evin yenə it kökündədi, hə? 
Dərin “of” çəkib gözlərimi yumdum: 
- Sən də Toğrul oldun mənim üçün? Əl çəkin də məndən. Sizin işiniz gücünüz yoxdu? Evimlə nə işiniz var? 
Rəna barmaqları ilə sol gözümün qapağını araladı.  
- Yəqin siçovullar evini basıb. 
- Əcəb eləyiblər – dedim. – Onsuzda yeməyə heç nə yoxdu evdə. Heç şəkil də qalmayıb. 
Çoxmərtəbəli binamızda siçovullar zirzəmidən ta sonuncu mərtəbəyə  qədər maneəsiz qalxıb düşür, fürsət tapanda 
mənzillərə şığıyır, tapmayanda isə kövrək beton divarları gəmirib evlərə girirlər. Ötən yay Sənanla və Azadlıq radiosunun 
müxbiri Cavidlə Batumiyə bir həftəlik dincəlməyə getmişdik. Bakıya qayıdanda siçovul, ya da siçovulların mənzilimin 
əməlli-başlı altını üstünə gətirdiklərinə şahid olmuşdum. Gəmiricilər bir neçə yerindən televizorun kabelini, şap-şapımın 
sol tayının burnunu, mətbəxdəki içi boş çörək qabının qırağını, hətta komodun üstündəki atamın  şəkilinin olduğu 
çərçivəni didik-didik eləmişdilər. Atamın taxta çərçivəli fotosunun siçovulların qəzəbinə tuş  gəlməsi, indiyə  qədər 
dostlarım arasında ən “mırt” mövzudur. Ayda azı bir dəfə rəhmətliyin siçovullara yem olmuş fotosundan danışıb, halları 
pisləşənədək gülürlər.  
Belə baxanda, günah onlarda deyil. Dilimi dinc saxlasaydım bu söhbətdən heç kimin xəbəri olmayacaqdı.  İndi isə 
hadisəni özüm yada salmışdım. Rəna qeyri-ixtiyari güldü və birdən ciddiləşib dedi: 
- Bəsdi! Gic-gic danışma.  
Saçlarını sığallayıb üzünü üzümə yaxınlaşdırdım. Üst dodağını yüngülcə dişlədim. 
- Əşi, kişi yəqin o dünyada kef eləyir. Şəkilinin siçovulların yeməsi, dünyada neçə adama qismət olub e? 
- Bəsdi dedim sənə! Aaaa! Nə allahsız adamsan!  
- Həm allahsız, həm peyğəmbərsiz, həm imansız - əsnəyib ağzımı marçıldatdım. Rəna dodaqlarını bir-birinə  sıxıb, 
gözləri gülərək baxırdı mənə.  
- Toğrul heç bir saat da oturmadı deyirsən? 
Başımı yırğaladım: 
- Yox. Hərəmizə iki tekila içmişdik ki, zəng gəldi. Əvvəl bayıra çıxıb on beş dəqiqə danışdı. Sonra da qayıdıb dedi ki, 
getməliyəm. Çox pərt olmuşdu. Məni kluba özü dəvət eləmişdi deyə xəcalət çəkirdi. Mən də acığa düşdüm. Ondan sonra 
saat yarım da oturub, beş tekilanı tək içdim. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə