«Qarapapaqlar».-2010.-№5(35).-S.8-14.
ALIN YAZIMIZDAN YARPAQLAR
ATA YURDUMUZ BORÇALI XX ƏSRDƏ
Şurəddin MƏMMƏDLI,
filologiya elmləri doktoru, professor
VI yazı
Əvvəli "Qarapapaqlar"ın öncəki saylarında
...Ehey, Alın Yazım, Qan Yaddaşım - Ulu Tarixim! Nə Qədər Sirli-Sehirlisən!..
1905 ilində Erməni - Müsəlman çatışması Borçalıya və Borçalılılara da sirayət etdi, özəl qatışıq komissiya
oluşduruldu, noyabrın 21-22-də Tiflisin Meydan, Hallavar məhəllələrində Erməni - Müsəlman toqquşmasında 34
adam öldü, 55 adam yaralandı. Borçalı ağsaqqalları Bolus-Kəpənəkçidən Emin Ağa, Faxralıdan Oruc Ağa, habelə
Gürcü Xeyriyyə Cəmiyyətinin xəttiylə knyaz Çavçavadze və başqaları Bolnis-Xaçınlıda, Bolnis-Kəpənəkçidə,
Şüləverdə, Başkeçiddə, Boslebdə... qırğını dayandırdılar.
Bu vaxtlar qəza mərkəzi Şüləver idi. Yerli (zemstvo) yönətim üsulunun tətbiqinə dair 1909-cu il oktyabr
müşavirəsinə Dəmirçihasanlıdan Osman Sadıq oğlu da qatıldı. Borçalıda 46 qlasnı (məclis üzvü) seçildi, bunun 40
nəfəri qəza və nahiyə məclislərində, qalanı quberniya və vilayət məclislərində təmsil olundu. Qəzada 6 zemstvo
birimi (vahidi) oluşduruldu.
1913-də Qafqaz Canişin Şurasının hazırladığı mövcud quberniyaların sərhədlərində dəyişikliklər layihəsində
etnik prinsiplərə görə, Borçalı qəzasının güney-günbatar qismini İrəvan quberniyasına, quzey-gündoğar budağını
Yelizavetpol (Gəncə) qubernyasına birləşdirmək ön görülürdü. Eyni il noyabrın 6-da və dekabrın 18-də Mehdi Ağa
Sultanovun, Əhmədmirzə Məmməd oğlunun, Şamil Abbas oğlunun, Əbdürrəhman Qayıbovun da daxil olduqları
özəl komissiya bu səmtin iqtisadi baxımdan daha çox Tiflislə ilişkidə olduğunu diqqətə alaraq, "Borçalı qəzasını
Tiflis qubernyasının tərkibindən ayırmağın arzuedilməzliyinə" yekdilliklə tərəf çıxdı. 24 yanvar 1914-də Tiflis
Quberniya Şurası bu qərarı təsdiqlədi.
1917-dəQafqazda yenidən sınır bölgüsü məsələsi qalxdı. Ermənilər Borçalının Loru nahiyəsi və başqa
ərazilər hesabına Gümrü (Aleksandropol) quberniyası oluşdurmaq xəyalına düşdülər. Həmən il Borçalı qəza
komissarı Əbdürrəhim Bəy Haqverdiyevin sədrliyilə Loru nahiyəsi bütün camaatları təmsilçilərinin qurultayı
çağırıldı və qərara alındı: "Tiflis qubernyası hüdudlarından heç vəchlə ayrılmamalı və yeni oluşdurulan
Aleksandropol quberniyasına birləşməməli". Noyabrın 10-da Tiflisdə keçirilmiş əlahiddə müşavirə də Borçalının
parçalanmamasının lehinə qətnamə qəbul etdi.
Rus əsgərləri Türkiyədən qayıdarkən 1918 ilin fevralın 18-də Borçalı bəylərindən Mursaqulların Almaz Ağa,
Cöyrü oğlu Qara başlarına dəstə yığıb, Candar stansyasında şalonlara həmlə etdilər, silahlar ələ keçirmək istədilər.
Xalq dilində "Şalon qırğını" olaraq bilinən bu atışmada yüzlərcə yurddaşımız öldürüldü, bir çoxu zindanlara
yollandı. Arçil Yadigarov rus əsgərlərindən camaatı qurtardı. Öldürülənlər arasında Mursa-qullardan Almaz Ağa,
Əbzər Ağa, İsmayıl Ağa, leytenant Abdulla Ağa da var idi.
1918-in mayında Güney Qafqazda üç xalq respublikasının istiqlal bəyannamələri oxunandan sonra, Borçalı
üç respublika arasında son dərəcə mürəkkəb mübahisəli əraziyə çevrildi. Gürcüstandakı bütün müsəlmanlar
adından Borçalının sünnü qazısı Yusif Əfəndi Allahyarzadə, şiə qazısı Məhəmməd Şeyx Məhəmmədəli, Borçalı
xeyriyyə cəmiyyətinin sədri Qurbanəli Əfəndi Xəlilzadə və başqaları müraciət qəbul edərək, "mərkəzi üsul-idarə
Tiflis şəhərində olmaqla Türkiyənin himayədarlığı altında Qarapapaq adıyla yarımmüstəqil xanlıq kimi tanınması"
haqqında məsələ qaldırdılar. Borçalı məsələsi haqqında Gürcüstanla Azərbaycan arasında yazışmalar bir yana
qaldı, üçüncü dövlətin - Ermənistanın iddiaları gücləndi. Erməni siyasətbazları fitnələrə əl atdılar, qəfildən
Ermənistan qoşun hissələri Gürcüstanın sərhəd postlarına basqına keçdilər. Gürcüstanın ultimatumuna məhəl
qoymayan erməni qoşunu hücumu davam etdirdi. Şüləver-Sadaxlı qisminin savaş səhnəsinə çevrilməsiylə ilgili
olaraq qəza inzibati idarələri Şüləverdən Yekaterinenfeldə köçdü. Ermənilər qan tökə-tökə irəlilədilər. Yerli
müsəlmanlar öz başlarına özləri çarə qılmaqdan ötrü tədbirlər tökdülər. Təcavüzdən qorunmaq üçün Qars İslam
Şurasının bünyəsində Borçalı Milli Şurası oluşduruldu, onun rəisi Qars İslam Şurasının rəisi-cümhuru (prezidenti)
olmuş Kəpənəkçi Emin Ağa Hacalıyev (Hacallı) seçildi.
Dekabrın 17-də Borçalı üstündə Ermənistan - Gürcüstan müharibəsi rəsmən bəyan olundu. Voronsovka,
Yekaterinenfeld, Sadaxlı, Dəmyə, Ləmbəli, Saral, Ağammədli, Bəytərəfçi, Axlılələ, Allahverdi tərəflərdə qanlı
savaşlar getdi. Dekabrın 31-də ingilislərin müdaxiləsiylə hərb dayandırıldı. Yanvarın 9-dan 17-dək Tiflisdəki
Ermənistan - Gürcüstan konfransında Loru neytral (tərəfsiz) bölgə elan edildi. (Borçalı üstündə müharibə və onun
sonucları müəllifin "Paralanmış Borçalı..." kitabında ayrıntılı şərh olunmuşdur).
...Borçalı qəzasının ərazisi 1902-də 6.567 km
2
, 1905-də 6.870 km
2
, 1915-də 6.408 km
2
, 1917-1921 illərində
4.360 km
2
idi.
...XX əsrin əvvəllərində Tiflis quberniyasında türklər 107.623 nəfəriydilər, bunun 63.337-si Borçalı
qəzasında, 7749-u Tiflis qəzasında, 6635-i Tiflis şəhərində yaşayırdı. Türklər Loru-Borçalı nahiyəsində 36.065,
Trialet nahiyəsində 10.560, Yekaterinenfeld nahiyəsində 13.762, Loru nahiyəsində 3.058 nəfəri təşkil edirdilər.
1918-də də Borçalıda və Qarayazıda əhalinin çoxu müsəlman türklər idi. Öncəliklə, Borçalının orta hissəsində
əhalinin 93 faizi (36.615 nəfər), Qarayazıda 88,8 faizi (7.419 nəfər) qarapapaqlar idi.
...Yüzilin başlarında Borçalı qəzasına Türkiyədən, İrandan ermənilər, yunanlar, Tiflis quberniyası və ətraf
regionlardan da gürcülər gətirilirdilər. Örnəyin, Kaspidən Apsiauri, Xevsuretdən Tsiklauri, Racadan Xomasuridze,
Burduladze, Metreveli, Lobjanidze, Sxirtladze, Davlianidze, Pşavdan Miqriauli, Xizanaşvili, Cavaxetdən
Aspanadze, Kaxetdən Zirakaşvili... nəsilləri gəlib Marabda, Qomaret, Muşevan, Cavax kəndlərində məskənləşdilər.
...Üzdə olan, seçilən öndər adamlarımızdan yüzilin ilk illərində ata yurdumuzun ellərində kətxudalar olmuş
Baydarda Molla Abdulla İbiş oğlu, Dəmirçihasanlıda Osman Sadıq oğlu, Görarxıda Məmmədsöyün Süleyman
oğlu, Sadaxlıda Nağı Adıgözəl oğlu, Arıxlıda Yolçu Nəbi oğlu, Qızılhacılıda Hümbət Nəzərəli oğlu, Qaçağanda
Kərbəlayı İsmayıl Miki oğlu, Körpülüdə Aslan Mürşüd oğlu, Qırxlıda Xəlil Mustafa oğlu, Saralda Məşədi Balı
Bala oğlu, Bolnis-Kəpənəkçidə Allahverdi Göyüş oğlu, Darbazda Alı Əhməd oğlu, Saraclıda Paşa Ağa Naibzadə,
Sarvanda Əliməmməd Söyün oğlu, Faxralıda Təhməzqulu Dünyamalı oğlu, Ərçivan-Sarvanda Hümbət Kərbəlayı
Əhməd oğlu, habelə Ağtəhlədə Həsənəli Kərbəlayı Əli oğlu, Qaraçalarda Ömər İbrahim oğlu, Gölkənddə (Candar)
Həsən Çopur oğlu. Qaracalarda (Kosalı) Cəlil Əhməd oğlu, Sığnaq qəzasının Muğanlı icmasında Əli Dünyamalı
oğlu, Qanlıkənddə Murtuzəli İsmayıl oğlu, Telavın Qaracalarında İlyaz ağa Səfiyev, Tiflisdə öncül vəzifələrdə
işləmiş Həsən və Sadıq Yadigarovlar, 1912-də "Bəsdir, oyan" kitabını yazmış, 1915-də Tulada haqqında kitab
çıxmış, 1918-də Qars İslam Şurasının rəisi seçilmiş Emin Ağa Hacallı, 1916-da Rus əsgərlərinə divan tutmuş
Qaçağanlı Mustafa Tağı oğlu, Məmmədtağı Axund oğlu, Qasımlı Kərəm, 1919-da Gürcüstan Müəssisan Məclisinin
üzvü seçilmiş Hüseyn-qulu Məmməd oğlu Məmmədov, ayrıca Tiflisə gəlib Borçalılıların içtimai işlərinə yaxından
qatılmış Borçalı qəza komissarı, Özəl Güney Qafqaz Komitəsinin Borçalı qəzasının vəkili Əbdürrəhim Bəy
Haqverdiyev, Gürcüstan Milli Şurasının üzvləri, Borçalı qəza qlasnısı Əziz Şərif, Əliheydər Qarayev, Mirzə
Hüseyn Həsənzadə, Gürcüstan Müsəlman Milli Məclisinin sədri Əlimirzə Nərimanov, ağsaqqallardan Yüzbaşoğlu
Kərim Ağa, Uzunbaşoğlu Məhəmməd, Molla İsə, Dəli Nəsib, Məmmədəli Bəy, Qurban Ağa, Haqverdi, Yusuf
Əfəndi, Yunus Əfəndi, İsaoğlu Nuru, Hacılıların İsa, Qobeslərin Kərim, Kəlbi Ağa, Rüstəm Ağa, Aslan Ağa, İsrafil
Ağa, Süleyman Ağa, Rəşid Ağa, Çopur Mustafa, Molla Paşa, İsmayıl kişi, Qazı Əfəndi, Ağ Molia, Kolqıranoğlu
İsmayıl, Alıoğlu Paşa, Molla Musa, Şatıroğlu İsmayıl, Əsgər kişi, Ömər kişi, Dünyamalı kişi, Çıraq kişi, Əlləzli
Əbdüləli, Şirətli Söyünqulu, Həsənli Təhməzqulu, Balammədli İman, Böyük Ağa, Ayorta Qaranın hörmət-izzətii
böyüküydü.
...1910-da Kəpənəkçi Emin Ağanın təqdim etmiş olduğu, indi Gürcüstan Dövlət Muzeyində qorunan
"Borçalı azərbaycanlı qadınının geyim dəsti" - arxalıq, çəmbərə, çalma-kələğay, şərf, şalvar-tuman, məzər, corab,
köynək o vaxtkı etnoqrafik geyim tərzimiz haqqında qiymətli saxlancdır.
...Bu illərdə quberniyada toplam 114müsəlman məktəbi varıydı və onlarda 680 şagird oxuyurdu, habelə
1901-də Arıxlıda, 1903-də Sadaxlıda, 1910-da Görarxıda, sonra Qaçağanda, Qasımlıda, Saraclıda, Faxralıda,
Saralda, Qızılkilsədə, Lök-Candarda, Soyuqbulaqda dünyəvi məktəblər açıldı. Yüzə qədər məscid və dini
məktəblərimiz, Cəlil Məmmədquluzadənin şəxsi məktəbi, "Leyli" qızlar məktəbi, Tiflisdəki Azərbaycan Xalq
Universitəsi, Azərbaycan məktəbləri, ev təhsili ocaqları da maarifimizə təkan vermişlər. Arıxlıdan Hüseyn,
Sirəcəddin və Ziyəddin Əfəndizadələr, Tiflisdən Teymur Qulubəyov, Əlimirzə Nərimanov, Məmməd Bəy
Ömərbəyov, Məmməd Bəy Məmmədov, Ələsgər Abbasov, Faxralıdan Mirzə Rza Əlizadə, Sarvandan Kərim
Şərifli, Rüstəm Şərifli, Hüseyn Minasazlı, Təcisdən Ziyad Şərifov, Telav-Qaracalardan Əbdül Manafi-Sofiyev və
başqaları Qori Müəllimlər Seminaryasının Borçalı yetirmələriydi.
1918-1920 illərində ana dilində tədrisə keçidlə bağlı milli maarifimiz də inkişaf etdi. Tiflisdə üç məktəb,
habelə Şeyx Nizami adına yüksək dərəcəli ibtidai məktəb, Arıxlı, Bolnis-Kəpənəkçi, Görarxı, Qızılhacılı, Sarvan,
Sadaxlı, Təcis, Qaçağan, Kosalı, Muğanlı kəndlərində ibtidai məktəblərimiz fəaliyyət göstərirdi. Ancaq yenə də
genəl durumdan narahatlıq var idi. Nəriman Nərimanov yazırdı: "Borçalı bəyləri, ağaları kimi qeyri ölkələrdə
xabiqəflətdə qalanlara təəccüb etməlidir! Nə əcəb bunlar qeyri şəhərlərdə din qardaşlarının hümmətini görüb, ya
eşidib hümmətə gəlməyiblər?".
...Tiflisdə yaşamış ilk maarifçi qadınlarımızdan Rəhilə Hacıbababəyova, Azərbaycanın ilk peşəkar qadın
rəssamı Qeysər Kaşıyeva, gözəl musiqiçi, pianoçu Kişvər Əliyeva, görkəmli xanəndə Məcid Behbudov, akvarel,
portret, tablo ustadı Abbas Hüseyni, əslən Sarvan kəndindən olan Abdulla Şaiq, yazıçı-publisistlər Ömər Faiq
Neymanzadə, Hüseyn Minasazlı, aşıqlar, el şairləri Nəbi, Ağacan, Sadıq, Bayram, Balakişi, Güllər Pərisi, Dollu
Əbuzər, Tüləhmədoğlu, Yetim Söyün, Usuf, Abbas, Şikəstə Pəri, Alxas Ağa, Hüseynxan, Hüseyn, İbrahim
Abdulla, İsmayıl, Hasan, Nədir, Şaban, dramaturqlar Kərim Şərifli, Mirzə Əli Abbasov və başqaları Borçalı-Tiflis
ədəbi-mədəni mühitin yetirmələri olmuşlar.
"Molla Nəsrəddin" dərgisinin Borçalı təmsilçisi Mirzə Həsən Məcruh onun səhifələrində ata yurdumuzun
həyatını işıqlandırmışdır. 1918-1920 illərində Tiflisdəki "Şərq" basmaxanasında Azərbaycanca kitablar (o sıradan
Kolayır kəndindən şair Məhəmməd Rzazadə Mühəqqərin "El şeirləri" toplusu) buraxılmışdır, "Gələcək", "Al
Bayraq", "Yeni Dünya", "Tartan-Partan", "Vətən" dərgiləri, qəzetləri çıxmışdır, teatr truppaları fəaliyyət
görsətmişlər.
1921-ci il 12 fevral gecəsi sovet ordusu Şüləverdə sovet bayrağı dalğalandırdı.
Gürcüstanda sovet hökuməti qurulan kimi oluşdurulmuş İnqilab Komitəsi özəl bəlgəylə Borçalının taleyini
yerli əhalinin öhdəsinə buraxdı. Rusya Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun
qərarıyla ərazi məsələlərini tənzimləyən komissiya iyunun sonlarında Tiflisdəki iclasında Loru probleminə ayrıca
baxdı, iyulun 7-də Qafqaz Bürosu Stalinin iştirakıyla öz iclasında bütün neytral (tərəfsiz) zonanın Ermənistan
tərkibinə daxil edilməsi haqqında qərar çıxardı. Ermənilərə "beynəlmiləlçilik" siyasətilə peşkəş verilən Loru -
Voronsovka bölgəsi 2.575 kvadrat kilometrə yaxınıydı, bu, Borçalının, demək olar, yarısı, parasıydı.
Gürcüstan Müsəlmanlarının İşləri Şurasının sədri Ömər Faiq: "Əhalisinin 80 - 85 faizini Müsəlmanlar təşkil
edən Borçalı qəzasında heç kəs onlarla hesablaşmır... Bütün Borçalı qəzası öz-özlüyündə qarşı-qarşıya duran iki
düşərgəyi xatırladır: bir tərəfdən azlıq təşkil edən Almanlar, Ermənilər, Aysorlar, Malakanlar, Gürcülər, Yunanlar -
yönətənlər; digər tərəfdən çoxminlik Müsəlmanlar kütləsi - yönətilənlər kimi".
1929-da Borçalı qəzası rayonlara bölündü. Bölgədə kəndliləri kütləvi şəkildə kollektiv təsərrüfatlara
(kolxozlara) yazmağa başladılar, ilin sonlarında Borçalı rayonunda MTS (maşın-traktor stansiyası) yaradıldı.
Kolxoz quruluşunun gedişatı Borçalıda qarmaşıq oldu. Sovet hökumətinin tərəfdaşlarıyla əleyhdarları üzləşdilər.
Sarvan, Görarxı, Qızılhacılı, Qaçağan, Sadaxlı, Arıxlı, Faxralı... ellərini silahlı üsyanlar bürüdü. Dəmirçihasanlıda
İsaxan üsyanı da bu vaxt oldu. Kulaklığı ləğv etmək, "təmizlik" bəhanəsiylə, xalqın gözünü qırmaqdan ötrü bir
çoxları güllələndilər, yaxud çox-çox uzaqlara sürgünə göndərildilər. 1932-də kollektivləşmə başa çatdı. Kolxoza
girməyənlərə vergi qoyuldu, köhnə zənginlərə birər inək saxlandı, qalan mal-qarası kolxoza verildi.
1937-nin repressiyası (bulanımı) ata yurdumuzu, öz yurddaşlarımızı da göynətdi...
1941-1945 illəri İkinci Cahan Hərbində sovet ordusu sıralarında Alman faşistlərinə qarşı Borçalıdan on
minlərlə gənc vuruşdu, yarıdan çoxu geri qayıtmadılar.
1950-li illərdə bərpa, altmışlı-yetmişli illərdə, qismən də sonra aqrar-sənaye təsərrüfat-iqtisadiyyat
yönlərində gəlişim Borçalıda da rahat getdi, beşillik planlar artıqlamasıyla ödənildi, bir çox sənaye obyektləri
oluşduruldu, inşa-tikinti genişləndi.
Səksəninci illərin sonlarına doğru yaşayışda qarmaşıqlıq görülməyə, duyulmağa başladı. 1989 iyunun 24-də
Marneuli şəhər meydanındakı mitinqdən sonra bölgədə toplumsal-siyasi durum gərginləşdi.
...1922-1929 illəri arası Borçalı qəzasının ərazisi 2.952 km:, 1949-da Dmanisi rayonu ərazisi 1.223 km
2
,
Marneuli rayonu ərazisi 970 km
2
, Bolnisi rayonu ərazisi 747 km
2
, Qardabani rayonu ərazisi 714 km
2
olmuş,
1979-da Dmanisi rayonu ərazisi 1.208 km
2
, Marneuli rayonu ərazisi 955 km
2
, Bolnisi rayonu ərazisi 804 km
2
,
Qardabani rayonu ərazisi 1.734 km
2
olmuşdur. 1926-da Borçalı qəzasında 16 nahiyə, 185 kənd, 1949-da Marneuli
rayonunda 70, Bolnisi rayonunda 44, Qardabani rayonunda 19, Dmanisi rayonunda 18 kənd varıydı.
Rəsmi statistik hesabatlarda Azərbaycanlıların sayı 1922-də Borçalı qəzasında 47.562, 1923-də 42.036 (68,9
%), 1926-da 50.979 (59,3 %), 1959-da Gürcüstanda 153.600 (3,8 %), 1970-də 217.800 (4,6 %), 1989-da 307.556
(5,7 %) qeydə alınmışdır.
1926 ili əhali sayımına görə, Türklər (bizi belə adlandırırdılar) Borçalı qəzasında çoxluğu tuturdular, belə ki,
Borçalı (Sarvan) rayonunda 37.005 nəfər genəl əhalinin 23.680-i (64%), Lüksemburq rayonunda 25.174 nəfərin
15.060-1 (60%), Başkeçid rayonunda 24.468 nəfərin 12.254-ü (50%) türklər idi, bundan əlavə, Zalqa rayonunda
1.856, Ağbulaq rayonunda 834 nəfər soydaşımız varıydı.
Kəndlər üzrə bizimkilər (ailə-nəfər):
Borçalı rayonunda
Araplı - 258,
Aşağı Saral 81 - 320,
Yuxarı Saral 61 - 267,
Axlılələ 42 - 182,
Axlımahmudlu 44 - 194,
Bəyazitli 20 - 56,
Dəmyə-Görarxı 56 - 340,
Daştəpə 20 - 37,
İmir 53 - 175,
Seyidxoçalı 30 - 105,
Qayaxoçalı 20 - 99,
Qırıxlı 89 - 216,
Yuxarı Qullar 22 - 48,
Aşağı Qullar32 - 104,
Hacıisəkənd 8 - 61,
Baydar 160 - 582,
Gültəpəli 24 - 126,
Ləcbəddin 95 - 546,
Böyük Muğanlı 133 - 617,
Kürtlər 167 - 556,
Əzizkənd (İvanbəyli) 131 - 1050,
Görarxı 325 - 2378,
Səbriyəkənd (Mamğallı) 155 - 914,
Ambarovka (Ambarlı) 21 - 133,
Dəmirçihasanlı (Kəpənəkçi) 135 - 480,
İlməzli 41 - 240,
Kosalı 171 - 734,
Böyük Keşəli 113 - 602,
Bala Keşəli 24 - 198,
Ağkörpü 8 - 34,
Ağqula25 - 109,
Zirəkli 4 - 17,
Mamey 52 - 96,
Mollaoğlu 45 - 192,
Sadaxlı 445 - 2033,
Bala Muğanlı 65 - 198,
Sarvan 484 - 2493,
Qızılhacılı 404 - 1888,
Candar 93 - 366,
Hallavar 38 - 129,
Böyük Bəylər 36 - 106,
Bala Bəylər 29 - 89,
Ağməmmədli 105 - 575,
Baytallı 19 - 51,
Bəytərəfçi 33 - 140,
Təkəli 150 - 495,
Quşçu 29 - 90,
Qaçağan 266 – 1246,
Ulaşlı 70 – 258,
Qasımlı 140 – 688,
Qırxlı-Muğanlı 50 – 207,
Xacıkəzli 13 – 72,
Canəhmədli 8 - 33,
Xocornu 148 - 172,
habelə Şüləver 48 nəfər (qatışıq),
Marneuli 109,
Sandar (stansiya) 26 nəfər;
Lüksemburq rayonunda
Bolnis-Kəpənəkçi 408 - 2257,
İnçəoğlu 23 - 117,
Mığırlı 24 - 102,
Sarallar 20 - 155,
Dəmirsu 11 - 44,
Görcülər 18 - 67,
Abdallı 40 - 232,
Ağayurt 79 - 290,
Araqala 36 - 191,
Bəytəkər 22 - 123,
Musapirilər 32 - 288,
Muşəvlər 53 - 314,
Seneb 8 - 36,
Zol-Güvəc 91 - 474,
Qaradaş 11 - 68,
Qaratikən 6 - 33,
Çürük Qəmərli 11 - 40,
Aşağı Güləver 28 - 153,
Yuxarı Güləver 39 - 231,
Darbaz 208 - 1144,
Dəmirli 20 - 109,
Kipircik 15 - 102,
Əsmələr 8 - 43,
Qoçulu 76 - 383,
Cəfərli37 - 144,
Sisqala 30 - 172,
Dəştioğullar 40 - 184,
Mollaəhmədli 9 - 54,
Saraclı 316 - 1438,
Yuxarı Qoşakilsə 33 - 168,
Aşağı Qoşakilsə 68 - 371,
Faxralı 470 - 2321,
Şahbuzlu 46 - 236,
Arıxlı 306 - 1585,
Kolagir 82 - 430,
habelə Lüksemburq 316,
İmirhasan 104 nəfər;
Başkeçid rayonunda
Hamamlı 127 - 858,
Əngirəvan 21 - 133,
Yuxarı Bəzəkli 18 - 80,
Aşağı Bəzəkli 52 - 325,
Boğazkəsən 13 - 22,
Dəllər31 - 253,
Məmişli 64 - 362,
Yuxarı Oruzman 82 - 490,
Aşağı Oruzman 45 - 273,
Səfərli 76 - 463,
Axçingil 3 - 11,
Başkeçid 12 - 45,
Bağçalar 15 - 104,
Dunus 26 - 195,
Gəyliyən 42 - 305,
Ormeşən 67 - 487,
Qızılkilsə 88 - 588,
Şindilər 70 - 462,
Şorşolet 11 - 78,
Yırğançay 174 - 1078,
Dağ Muğanlı 45 -355,
Lök-Candar49 - 325,
Saatlı 40 - 295,
Qamışlı 72 - 509,
Armudlu 23 - 112,
Gödəkdağ 26 - 155,
Göybulaq 4 - 19,
Dağ Arıxlı41 - 290,
Dağ Qızılhacılı 67 - 423,
Yaqublu 59 - 377,
Lager 38 - 198,
Məmişlər 20 - 113,
Mehtiağalar (Muzdurlar) 12 - 65,
Salamməiik 29 - 158,
Salamməlik-Səfihli 33 - 183,
Saca 87 - 476,
Soqutlu 8 - 30,
Qarabulaq 110 - 765,
Qəmərli 67 - 406,
Şahmarlı 40 - 248,
Söyünkənd 17 - 70 nəfər;
Zalqa (Barmaqsız) rayonunda
Ərcivan-Sarvan 151 - 760,
Gəldiqar 33 - 231,
Tecis 96 - 466,
Minaskənd 7 - 37,
Çölyan 64 - 355,
Ağbulaqda 4,
Dağet 8,
Şıxeli (Qəmərli) 249,
Kosalar 572 nəfər.
12 nahiyədə kargüzarlıq (dəftərxana işləri) Türkcə aparılırdı.
Cəmi Gürcüstanda 1923-də 72.926 (3,8%) Türk (yəni bizlər) qeydə alınmışdı. Borçalı qəzasından əlavə,
Tiflis qəzasında 12.711 (9,5%), Sığnaq qəzasında 5.199 (4,1%), Telav qəzasında 1.552 (1,7%), Duşet qəzasında
119 (0,2%), Qori qəzasında 249 (0,1%), habelə Tiflis şəhərində 3.255, Qori şəhərində 19, Telav şəhərində 14,
Kutais şəhərində 46 nəfər bizimki varıydı. 1926-da Tiflis rayonunda 11.444 (Avçala 24, Qrmağele 157, Ağtəhlə
1.792, Qardaban 16, Qışlaq 83, Qaratəhlə 842, Qaracala 711, Suçəkən 8, Vedzis 21, Telovan 59, Txinval 101,
Msxaldid 133, Şləməngdərə 19, Zəylilərdərə 49, Codoret 101, Soğanlıq 738, Qocor 14, Birlik 158, Qışlaq 163,
Təzəkənd 388, Mixaylovka 45, Nazarlı 1.621, Rustavi 14, Ulyanovo-Voyekovo 179, Kosalı 2.004, Qaratəpə 1.071,
Yuxarı Kəpənəkçi 338, Aşağı Kəpənəkçi 86, Candar 661); Məngilis rayonunda 280 (Göhnar 40, Zəzəkənd 68,
Nəbillər 154, Məngilis 18); Msxeta rayonıın- da 243 (Sixisdziri-Cömbərli 117, Calabaşı 126); Tiflis şəhərində
5.836; Qare-Kaxet (Saqareco) rayonunda 1.429 (Qombor 574, İkievli 70, Paldı-Çənçqərib 37, Muğanlı 1.118);
bütövlükdə Gürcüstan Sovet Sosyalist Respublikasında 72.986 nəfər soydaşımız yaşayırdı.
1989-da Marneuli rayonunda 91.923 (76,3%), Bolnisi rayonunda 53.808 (66%), Qardabani rayonunda
48.781 (42,5%), Dmanis rayonunda 33.107 (63,9%), Tiflis şəhərində 17.000 (1,3%), Saqareço rayonunda 15.804
(26,3%), Rustavi şəhərində 11.576 (7,3%), Kaspi rayonunda 2.872 (5,2%), Zalqa rayonunda 2.281 (5,1%), Msxeta
rayonunda 2.199 (4 %), Karel rayonunda 1.426 (2,8%) nəfər olmuşuq.
...1920-1924 illəri arası ata yurdumuzdan, o sıradan Oruzman, Kəpənəkçi, Darvaz, Bəzəkli, Yırğançay,
Qəmərli, Ağalıq, Faxralı ellərindən, Qarayazıdan, Lorudan, Qaraçöpdən, Ahısqadan 45 min Qarapapaq dəyişmə
yoluyla Qars tərəflərə aparıldı.
1944-də Borçalıdan, Ahısqadan 115 min əhali, 198 kənd Qazaxıstan çöllərinə sürgün edildi.
1989-1991 illərdə bəlli olaylar, Erməni - Azərbaycanlı qarşıdurmasının yurdumuza, yurddaşlarımıza da
sirayət etməsi sonucunda baş dəhlizimizin Başkeçid qapısının Dağ-Muğanlı, Saatlı elləri gizlin sövdələşmə tələsinə
urcah olub boşaldı, Bolnis şəhərindən 760, Kazret qəsəbəsindən 450, Dmanis şəhərindən 120 ailə, başqa yerlərdən
də xeyli adam Azərbaycana köçdü.
...1924-1925 illəri arasında Qorunçaq (Maşaver), Qələmçə (Qantiadi) kəndlərinə Gürcüstanın orta
bölgələrindən, 1941-də Asuretə, Bolnisə və 1956-da Racisubana İmeretdən, Svanetdən, Racadan, 1989-da ayrı-ayrı
yerlərə Svanetdən Gürcü ailələri köçürülüb yerləşdirildilər.
...Milli təhsilimiz maraqlı gəlişim yolu keçmişdir. Sovet yönətiminin ilk çağlarında kəndlərimizdə dördillik
ibtidai məktəblər, yeddiilliklər, doqquzilliklər, kəndli-gənclər məktəbləri, Tiflisdə, Sarvanda, Lüksemburqda,
Başkeçiddə, Ahısqada padaqoji texnikumlar açıldı. 1934-1935 tədris ilində Gürcüstanda cəmi 33.114 nəfər Türk
(Azərbaycanlı) balası təhsil alırdı, bunun 4840-ı Borçalı rayonunda, 3556-sı Başkeçid rayonunda, 3314-ü
Lüksemburq rayonunda, 1843-ü Qarayazı rayonunda, 1055-i Tiflis şəhərində, 367-si Ağbulaq rayonunda, qalanları
başqa bölgələrdə idi. Sonralar da icbari (zorunlu) orta öyrətim gerçəkləşdirildi.
...Ellərimizin bəziləri rəsmən başqa cür adlandırıldı: Sarvan kəndi - Borçalı kəndi (1932, 13 fevral),
Barmaqsız kəndi - Zalqa qəsəbəsi, Qaratəpə kəndi - Qarayazı kəndi (1932, 22 dekabr), Şüləver qəsəbəsi - Şaumyan
qəsəbəsi (1932, 28 dekabr), Ağbulaq qəsəbəsi - Tetrisxaro qəsəbəsi (1940, 19 oktyabr), Lüksemburq qəsəbəsi -
Bolnisi qəsəbəsi (1943, 3 aprel), Valdheym kəndi - Kirovisi kəndi (1943, 5 avqust), Traubenberq kəndi - Tamarisi
kəndi (1944,18 fevral), Qarayazı qəsəbəsi - Qardabani qəsəbəsi, Başkeçid kəndi - Dmanisi qəsəbəsi, Borçalı kəndi -
Marneuli qəsəbəsi, Qarayazı rayonu - Qardabani rayonu, Başkeçid rayonu - Dmanisi rayonu, Borçalı rayonu -
Marneuli rayonu (1947, 18 mart), Qarakilsə kəndi - Vake kəndi (1949, 1 iyul), Qələmçə kəndi - Qantiadi kəndi,
Qorunçaq kəndi - Maşaver kəndi, Mahmudlu kəndi - Mtisdziri kəndi, Armudlu kəndi - Pantiani kəndi, Qaşqatala
kəndi - Sakire kəndi, Dəmirbulaq kəndi - Sarkineti kəndi, Busuqala kəndi - Kariani kəndi (1949, 12 iyul), Çatax
kəndi - Poladauri kəndi (1951, 6 sentyabr), Görarxı kəndi - Alget kəndi (1959, 3 avqust), Boğazkəsən kəndi -
Tğispiri kəndi (1959, 9 noyabr); sonra Soğanlığın adı Poniçala, Bolnis-Kəpənəkçinin adı Kvemo-Bolnisi qoyuldu...
(1994-də Bolnisidəki onlarla kəndlərimizin adları qeyri-rəsmi olaraq dəyişdirilmişdir).
1947-ci ilədək Tiflis Azərbayçan Teatrı, 20-li illərdə Gürcüstan Türk Yazıçılar Cəmiyyəti, Borçalıda ədəbi
dərnəklər, 30-lu illərdə Gürçustan Yazıçılar İttifaqının Azərbaycan bölümü, 70-80-li illərdə "Çeşmə", "Dan
Ulduzu", "Pöhrə". "Qönçə" ədəbi birlikləri, "Sevinc", "Könül", "Sarvan" musiqi ansamblları fəaliyyət göstərmişlər.
"Yeni Fikir", "Yeni Kənd", "Dan Ulduzu", "Qızıl Şəfəq", "Gənc Nəsl", "Yeni Qüvvə", "Sovet Gürcüstanı"
("Gürcüstan") qəzetləri, dərgiləri, rayon qəzetləri çıxmışdır. "Əşar Məcmuəsi", "Qığılçım", "Çeşmə", "Dan
Ulduzu" topluları nəşr olunmuşdur.
Milli ictimai, mədəni-xeyriyyə birliklərimiz - "Qeyrət", "Dayaq", "Ozan", "Birlik", "Ümid"... cəmiyyətləri
fəaliyyət göstərdilər.
...Genəl əhalisayımızda 1990-da 555 nəfər əskilmə, 1991-də 1.947 nəfər artım, 1992-də 2.904 nəfər artım,
1993-1996 illərində qismən sabit artım qeydə alınmışdı. Hesablamalarda sayımız yarım milyon civarında göstərilir.
...XX əsrdə 200-ə yaxın milli məktəbimiz, kollecimiz, Tbilisi Dövlət Pedaqoji Universitetində dil-ədəbiyyat
bölümümüz vardı. Marneulidə bir neçə ali təhsil ocağında Azərbaycanlı gənclər mütəxəssislər olaraq yetişirdilər.
Dostları ilə paylaş: |