müdafiəsiz hiss edirlər. Onların digər bir niyyəti isə,
Qərbdən demokratik və iqtisadi islahatlara lazımi dəstək
almaq, ümumiyyətlə Qərbi Avopa ilə aradakı əlaqələri
bərkitməkdir».
1992-ci ildən başlayan Azərbaycan-NATO əməkdaşlığı
1994-cü ildən daha intensiv xarakter almışdır. 1994-cü il 3-
4 may tarixlərində Belçikaya rəsmi səfəri zamam
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO-nun
«Sülh Naminə Tərəfdaşlıq» proqramının Çərçivə sənədini
imzaladı.
Bununla
da,
Azərbaycan
NATO
ilə
genişmiqyaslı əməkdaşlığı nəzərdə tutan SNT proqramım
imzalamış 15-ci dövlət oldu. Həmin dövrdən başlayaraq,
NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün
münbit şərait yaranmışdır.
NATO ilə əməkdaşlığın məqsədlərindən bəhs edən
Ümummilli lider bu məqsədləri aşağıdakı kimi ifadə edir:
«...biz NATO ilə əməkdaşlığa başlayarkən, «Sülh Naminə
Tərəfdaşlıq» sənədini imzalayarkən bunu əsas tuturuq ki,
öz məqsədimizi həyata keçirmək üçün yeni imkanlarımız
yaranacaqdır. Məqsədlərimiz isə münaqişənin dincliklə
aradan qaldırılmasından, atəşin və bütün hərbi əməliyyat
ların dayandırılmasından, işğal olunmuş Azərbaycan
ərazilərindən Ermənistan silahlı birləşmələrinin çıxarılma
sından, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin
toxunulmazlığının təmin edilməsindən ibarətdir».
ABŞ-ın və Qərbi Avropa ölkələrinin regiondakı iqtisadi
maraqlan da Azərbaycanın NATO-ya inteqrasiyasını labüd
edir. 1994-cü ilin 4 may tarixində Çərçivə sazişini
imzalayaraq «Sülh Naminə Tərəfdaşlıq» proqramına
qoşulan Azərbaycan,
sonrakı dövrlərdə NATO-nun
tədbirlərində yaxından iştirak etməyə başladı.
172
Azərbaycan mətbuatında, həm müxalifət, həm də
iqtidar partiyalannm nəzarətində olan KİV-də bəzən
ölkənin NATO-ya inteqrasiyasının zəruriliyi təbliğ edilir.
Belə inteqrasiyanın Azərbaycanın təhlükəsizlik siyasətinin
strateji məqsədi olduğu da bildirilir. İctimaiyyətə təlqin
edilir ki, BTC neft boru kəmərinin qorunmasında və
Xəzərin təhlükəsizliyinin təminatında NATO qüvvələrinin
iştirakı məqbul sayıla bilər. Hərbi-siyasi alyans kimi
formalaşmış NATO-ya «demokratiya keşikçisi» kimi
yanaşanlar və ona «kollektiv müdafiə vasitəsi» kimi
baxaraq, Azərbaycanın gələcəkdə mümkün təhlükələrdən
qorunması üçün bu bloka qoşulmasının vacibliyini qeyd
edənlər də az deyildir. Fəqət onlar belə bir faktın
üzərindən sükutla keçirlər ki, NATO regionun ictimai-
siyasi həyatına ciddi təsir imkanında olan ABŞ-ın hərbi
təcavüzünün əsas icraçısıdır və ABŞ-ın beynəlxalq
miqyasda hərbi cinayətlərinin (gizlədilməsini) edilməsini
və
beləliklə,
bəşəriyyət
qarşısında
məsuliyyətinin
bölüşdürülməsini öz üzərinə götürmüşdür.
Azərbaycamn
ictimai-siyasi
həyatında
NATO-
Azərbaycan əlaqələrinin zəruriliyinə əsas kimi göstərilən
arqumentləri belə qruplaşdırmaq mümkündür:
1) Bu əlaqələr Azərbaycanın gələcəkdə təhlükəsizliyi
nə tam əminlik yaradır;
2) Azərbaycan üçün həllini gözləyən vacib problemin-
Dağlıq Qarabağ probleminin həlli reallaşacaq;
3) Neft hasilatının və ixracının təhlükəsizliyi təmin
ediləcək;
4) Xəzərin statusunun həlli başa çatdırılacaq;
5) Azərbaycan ordusu NATO standartlarına uyğun
olaraq formalaşacaq.
173
Azərbaycan
ictimaiyyətinə
təlqin
edilən
bu
arqumentlərin nə dərəcədə əsaslı olmasına həsr edilmiş
elmi və ya siyasi tədqiqatlar demək olar ki, yox
dərəcəsindədir. Son 10-15 ildə ölkəmizdə bu mövzuda
nəşr olunmuş kitablar və digər tədqiqatlar NATO haqqında
faydalı məlumatlarla zəngin olsa da, lakin NATO-
Azərbaycan əlaqələri, respublikamızın bu əməkdaşlığın
dan hansı dividentlər əldə edə biləcəyi məsələləri kifayət
qədər əsaslandırılmır. NATO-Azərbaycan əlaqələrinin
zəruriliyini təbliğ etməklə öz siyasi məqsədlərini inkişaf
etdirən Azərbaycan müxalifətinin əksər nümayəndələri də
bu əlaqələrdən Azərbaycanın necə faydalana biləcəyini
əks etdirən konkret siyasi platformaya malik deyillər.
NATO-Azərbaycan münasibətlərini tədqiq edənlərin və
siyasi
ekspertlərin
əksəriyyəti
NATO-nun
Şərqə
genişlənməsinə haqq qazandıraraq, belə genişlənmənin
məhz təhlükəsizlik üçün vacib olduğunu arqument kimi
irəli sürürlər. Lakin belə təhlükəsizliyin mahiyyəti və ya
hansı tərəfin təhlükəsizliyinin nəzərdə tutulduğu adətən
aydın ifadə olunmur. NATO-nun son 15 ildəki hərbi
əməliyyatlarının mahiyyəti göstərir ki, belə əməkdaşlıq
heç
də yerli əhalinin təhlükəsizliyinin qorunması
məqsədilə
həyata
keçirilmir.
NATO-nun
Balkan
yanmadasında və Əfqanıstandakı hərbi əməliyyatları da bu
regionda ABŞ-ın gələcəyə yönəlmiş maraqlanndan xəbər
verir.
Azərbaycan
cəmiyyətində
NATO-Azərbaycan
əlaqələrinin mahiyyətinin geniş müzakirə olunmaması
səbəbindən bir çoxları belə əlaqələrə ölkənin gələcək
təhlükəsizliyinin təminatı kimi yanaşır və beləliklə ictimai
fikirdə NATO-ya kor-koranə vurğunluq sindromu kök
salır. Eyni zamanda belə bir təsəvvürlər formalaşır ki,
174
NATO Dağlıq Qarabağ münaqişəsinin həllində real
mexanizmləri yarada bilər və onu uğurla tətbiq edə bilər.
Başqa sözlə, Azərbaycanın NATO-ya inteqrasiyasını təbliğ
edən siyasilərin və politoloqlann əksəriyyəti düşünür ki,
Azərbaycan NATO ilə əməkdaşlığını genişləndirərsə,
Ermənistan isə NATO-nu öz ərazisinə yaxın buraxmazsa,
bu halda NATO Azərbaycan tərəfində dayanaraq Dağlıq
Qarabağ
probleminin
həllinin
hərb
variantını
dəstəkləyəcək. Başqa fikir müəllifləri isə iddia edirlər ki,
ABŞ və digər Qərb ölkələrinin regiondakı maraqlan bunu
deməyə əsas verir ki, Dağlıq Qarabağ probleminin həlli
üçün hərb variantı seçildiyi halda NATO tərəfindən
Azərbaycana təzyiqlər ciddi sürətdə artacaq. Çünki
NATO-nun Qafqazdakı missiyası Dağlıq Qarabağın
erməni separatçılarından və ya Ermənistan qoşunlanndan
azad edilməsi deyil, ABŞ-m və NATO üzvü olan Avropa
ölkələrinin
təhlükəsizliyinin,
o
cümlədən
enerji
təhlükəsizliyinin təmin edilməsidir. Bu «təhlükəsizlik
kəmərinin»
Qafqazdan
keçən
hissəsi
isə
«Əsrin
Müqaviləsi», BTC və CQBK layihələri ilə bağlıdır. Odur
ki, hər iki halda NATO yalnız bu missiyanı həyata
keçirəcəkdir.
175