II BÖLMƏ
NATO-nun sülhməramlı əməliyyatları və strateji
proqramlarında Azərbaycan Respublikasının yeri və rolu
1-ci fəsil
Azərbaycan transatlantik təhlükəsizlik və
əməkdaşlıq strukturlarına inteqrasiya prosesində
Azərbaycan
Respublikası
ümumi
və
bölünməz
təhlükəsizlik, qanunun aliliyi, dövlətlərin suverenliyinə və
ərazi
bütövlüyünə
hörmət
prinsiplərinə
əsaslanan
ümumavropa təhlükəsizlik və əməkdaşlıq prosesində fəal
iştirak edir, öz milli mənafelərini, təhlükəsizliyinin təmin
edilməsi yollarını və vasitələrini müstəqil seçmək kimi
suveren hüququnu əsas tutaraq beynəlxalq əməkdaşlığın
inkişafına fəal surətdə layiqli töhfəsini verir, Avropa və
transatlantika təhlükəsizlik və əməkdaşlıq strukturlarına
inteqrasiya istiqamətində mühüm addımlar atır.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası
ümumavropa təhlükəsizlik və əməkdaşlıq prosesinin
inkişafında, Avropa qitəsində sülhün, təhlükəsizliyin və
sabitliyin
qorunmasında NATO-nun rolunu
yüksək
qiymətləndirir. Azərbaycan Şimali Atlantika Alyansı
ölkələrinin belə inamına tamamilə şərikdir ki, regionda
təhlükəsizlik və sabitlik yalnız əməkdaşlıq və birgə
tədbirlər yolu ilə, ümumi dəyərlər və prinsiplər əsasında
təmin edilə bilər. Buna görə də Azərbaycan Respublikası
ilk addım kimi Şimali Atlantika Əməkdaşlıq Şurasının
fəaliyyətinə və NATO-nun «Sülh Naminə Tərəfdaşlıq»
Proqramına qoşulmuşdur.
Azərbaycan Respublikası artıq əldə olunmuş nəticələr
əsasında NATO ilə
siyasi və hərbi əməkdaşlığı
168
keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, habelə yeni
yaradılmış Avro-Atlantika Tərəfdaşlıq Şurası və NATO
nun genişləndirilmiş «Sülh Naminə Tərəfdaşlıq» Proqramı
çərçivəsində
əməkdaşlıq
üçün
yaradılmış
yeni
mexanizmlər
və
imkanlardan
fəal
istifadə
etmək
niyyətindədir. Azərbaycan Respublikası tərəfdaş ölkələrə
Brüssel şəhərində, NATO-nun qərargah-mənzilində öz
diplomatik missiyalarını açmaq hüququ verilməsi barədə
Madrid şəhərində 1997-ci il iyulun 8-9-da NATO üzvü
olan ölkələrin dövlət və hökumət başçılarının görüşündə
qəbul edilmiş qəran son dərəcə müsbət qarşılayaraq
NATO-da öz siyasi və hərbi təmsilçiliyini gücləndirmək
üçün yaxın vaxtlarda bu imkandan istifadə edərək tezliklə
Brüssel şəhərində, NATO-nun qərargah-mənzilində öz
diplomatik nümayəndəliyini açılması yolunda bir sıra
addımlar atır.
Yuxanda qeyd edilənləri əsas tutaraq, Avro-Atlantika
Tərəfdaşlıq Şurasında və NATO-nun «Sülh Naminə
Tərəfdaşlıq» Proqramında Azərbaycan Respublikasının
iştirakının xüsusi əhəmiyyət kəsb etdiyini, NATO-ya
təqdim edilmiş Azərbaycan Respublikasının prezentasiya
sənədini, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il
19 aprel tarixli 302 nömrəli «Azərbaycan Respublikasının
Şimali Atlantika Birliyinin «Sülh naminə Tərəfdaşlıq»
Proqramı çərçivəsində hazırlanmış prezentasiya sənədi
haqqında» Sərəncamını, NATO üzvü olan ölkələrin və
tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının 1997-ci
il iyulun 8-9-da Madrid şəhərində keçirilmiş görüşünün
yekunlarını
nəzərə alaraq Azərbaycan Respublikası
Prezidentinin 14 noyabr 1997-ci il tarixli «Azərbaycan
Respublikasının NATO ilə əməkdaşlığını daha da
gücləndirmək tədbirləri haqqmda» 692 №-li Sərəncamı ilə
169
Azərbaycan
Respublikasının
Prezidenti
yanında
Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə
Komissiya yaradılmışdır. Eyni zamanda, müvafiq dövlət
qurumlarına bu Sərəncamdan irəli gələn vəzifələri yerinə
yetirmək tapşırılmışdır:
1997-ci il 14 noyabr tarixli 692 nömrəli bu sərəncama
Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2002-ci il
və 5 sentyabr 2003-cü il tarixli sərəncamları ilə zəruri
əlavə və dəyişikliklər edilmişdir. Ümummilli liderimizin
NATO ilə əməkdaşlığa uzaqgörənliklə belə önəm verməsi
sayəsində gənc müstəqil ölkəmizin Alyansla əlaqələri
xeyli möhkəmlənmiş və daha işgüzar xarakter almışdır.
1990-cı illərin əvvəllərindən etibarən NATO-nun
strukturlarında siyasi və hərbi dəyişikliklər prosesi
başlamışdır. 1990-cı ilin iyulunda yeni təhlükəsizlik
mühitinə
uyğunlaşmaq
üçün
London
sammitində
Dəyişilmiş Şimali Atlantika Alyansına dair London
Bəyannaməsi, bir il sonra isə Roma sammitində yeni
Strateji konsepsiya və Sülh və əməkdaşlığa dair
bəyannamə qəbul edildi. Nəzərdə tutulmuş əməkdaşlığın
gələcək inkişafım istiqamətləndirən Şimali Atlantika
Əməkdaşlıq Şurası (ŞAƏŞ) təsis edildi. ŞAƏŞ-m ilk açılış
görüşü 1991-ci il dekabrın 20-də keçirilmişdir. Azərbaycan
Respublikası
1992-ci ilin martında əməkdaşlıq və
məsləhətləşmələr üçün forum rolunu oynayan ŞAƏŞ-na
qoşulmuşdur.
NATO-nun Cənubi
Qafqaz regionunda yaranmış
vəziyyətlə bağlı narahatlığı 1994-cü ilin yanvar ayında
Şimali
Atlantika
Şurası
tərəfindən
qəbul
edilmiş
Bəyannamədə öz əksini tapmışdır. Bəyannamədə ərazi ələ
keçirmək məqsədilə gücdən istifadə edilməsi pislənir və
Cənubi
Qafqaz
dövlətlərinin
ərazi
bütövlüyünə,
170
müstəqilliyinə və suverenliyinə hörmət regionda sülhün,
sabitliyin və əməkdaşlığın bərqərar olmasının vacib
elementi kimi səciyyələndirilir.
1994-cü
il
10-11
yanvar tarixlərində Brüsseldə
keçirilmiş NATO Şurasında Sülh Naminə Tərəfdaşlıq
(SNT) proqramı qəbul olundu. SNT proqramına dəvət
ŞAƏŞ-da iştirak edən bütün tərəfdaş dövlətlərə, o
cümlədən ATƏT-in üzvü olan dövlətlərə göndərildi.
Terrorun dialektikasım tədqiq edən Peter Maklaren bu
prosesləri nəzərdə tutaraq haqlı olaraq qeyd edir ki,
qloballaşma
adlanan
hadisə
imperialist
dövlətlərin
tüfənglərinin lüləsindən inkişaf edən hadisədir. Xaricdə
olan kapitalını gələcəkdə qorumaq üçün ABŞ və Aİ
onların iqtisadi maraqlarına təhlükə ola bilən ölkələrə
qarşı Avropadan kənarda hücum xarakterli müharibələri
qanuniləşdirən yeni NATO doktrinası yaratdılar... NATO
Şərqi Avropadakı keçmiş sosialist dövlətlərini və sabiq
SSRİ respublikaları arasından yeni sülh tərəfdaşlarını öz
sırasına daxil etmək üçün genişlənir. Avropa və Birləşmiş
Ştatlann hər hansı hücumdan rəsmi müdafiəsinə əminlik
üçün imperialist dövlətlərin hərbi alyansı daha çox ölkəni
və onların müxtəlif hərbi və qeyri-hərbi strukturlarını öz
sıralanna daxil edir.
Bu dövlətlərin özləri də təhlükəsizlik maraqlarını əsas
tutaraq prosesdə
iştirak edirlər.
Onlar Rusiyadan
qaynaqlanan təhdidlərdən sığortalanmaq üçün Qərbin
hərbi-siyasi bloku - NATO-ya bu qədər can atırlar.
Almaniyalı professor Lotar Rühl bu münasibətləri
araşdıraraq belə qənaətə gəlir ki: «Onlar Alyansa üzv
olaraq
Rusiyanın
artan
təhdidlərinə
qarşı
öz
müstəqilliklərini
və
təhlükəsizliklərini
sığortalamaq
istəyirlər. Bu ölkələr hazırda Rusiyaya qarşı özlərini
171