üçün praktiki təhdidlər» adı altında Azərbaycan və İsveçrə
hökumətlərinin birgə seminarı keçirildi. Burada ATƏT-in
üzv dövlətlərinin, ATƏT-İn Gürcüstanda, Moldovada
fəaliyyət göstərən missiya! annın çoxsaylı nümayəndələri
iştirak etmişlər. İştirak edən nümayəndələr tədbiri BMT-
nin Yüngül və atıcı silahlar (YAS) üzrə seminarından
əvvəl regional səviyyədə problem üzrə əsaslı töhfə kimi
səciyyələndirmişlər.
Seminar
BMT-nin
tədbirlər
reyestrinə daxil edilmişdir.
2001-ci
ilin
5-17
noyabr
tarixlərində
Bakıda
«Cooperative Determination» komanda-qərargah təlimi
keçirilmişdir.
2001-
ci
ilin
16-17
noyabr
tarixlərində
Bakıda
NATO/AATŞ
çərçivəsində
«Balkanlarda
regional
əməkdaşlıqdan öyrənilmiş dərslər» adı altında seminar
keçirilmişdir.
Göründüyü kimi NATO-Azərbaycan münasibətləri yeni
əsrin başlanğıcından etibarən özünün ən pik nöqtəsini
yaşayaraq, tərəflər arasındakı qarşılıqlı anlaşma zəminində
cərəyan edən hər bir hadisə demək olar ki, hər iki tərəf
üçün də olduqca müsbət nəticələrlə yadda qalmışdır.
Təsadüfü deyildir ki, 2002-ci ilin 7 yanvar tarixində
«Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını
daha da gücləndirmək tədbirləri haqqmda» Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli
Sərəncamına dəyişikliklər edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin Sərəncam imzalaması, tərəflər
arasındakı münasibətlərin olduqca səmərəli bir məcrada
davam etdirilməsindən xəbər verməkdə idi.
2002-
ci ilin 17-18 yanvar tarixlərində NATO Parlament
Assambleyasının Prezidenti Rafael Estrada Azərbaycana
180
səfər etdi. Səfər müddətində Respublika Prezidenti
H.Əliyev, Milli Məclisin Sədri M.Ələsgərov, xarici işlər
naziri V. Quliyevlə görüşlər keçirildi.
2002-ci ilin 7-8 may tarixində Bakıda «Xəzər dənizinin
ekoloji
problemləri»
adı
altında
NATO/Müasir
cəmiyyətlərin problemləri komitəsi (MCPK) çərçivəsində
seminar keçirilmişdir. Seminar müddətində NATO Baş
Katibinin Elm və Ekologiya məsələləri üzrə müavini
cənab Jan Füme Azərbaycana səfər etmişdir. Səfər
müddətində Jan Füme Azərbaycan Respublikasının
Prezidenti H.Əliyev, Baş nazirin müavini Y.Eyyubov,
xarici işlər naziri V.Quliyev, ekologiya və təbii sərvətlər
naziri H. Bağırov, Milli Elmlər Akademiyasının prezidenti
M.Kərimov, təhsil naziri M. Mərdanov ilə görüşlər
keçinnişdir. Seminarın nəticəsi kimi, Xəzər dənizi üzrə
qısamüddətli xüsusi layihə təqdim edilmişdir.
2002-ci
ilin
27-28
iyun
tarixlərində
Bakıda
NATO/AATŞ çərçivəsində «Cənubi Qafqazda regional
əməkdaşlığa təhdidlər» adı altında seminar keçirilmişdir.
21-22 noyabr 2002-ci il tarixlərində isə Praqada NATO
nun Zirvə Toplantısı keçirilmişdir ki, burada da Prezident
H.Əliyev başda olmaqla demək olar ki, Azərbaycan
Respublikasının bütün rəsmi nümayəndə heyəti iştirak
etmişdir.
Bütün bunlar isə onu göstərir ki, Azərbaycan tərəfi
NATO ilə hərbi-siyasi cəhətdən əməkdaşlığı davam
etdirmək üçün qarşı tərəflə hər zaman dialoqlar aparmaq
və
tərəflər
arasındakı
münasibətləri
daha
da
dərinləşdirmək niyyətindədir. Bu istiqamətdə isə gələcək
əməkdaşlıq üçün sıx münasibətlərin qurulması prioritetdir.
181
25-26 noyabr 2002-ci il tarixlərində NATO-nun Mülki
Kommunikasiya Planlaşdırma Komitəsinin nümayəndələ
rinin (müxtəlif ölkələrdən ekspertlərin) Azərbaycan
Respublikasma rəsmi səfəri oldu.
2003-cü ilin 15-16 may tarixlərində NATO-nun Baş
katibi C.Robertson respublikamıza səfər etmiş və səfər
müddətində o, NATO ilə əməkdaşlıq üzrə Komissiyanın
iclasında iştirak etmişdir. Görüş zamanı Komissiyanın
sədri, Baş nazirin birinci müavini Y.Eyyubov tərəfindən
C.Robertsona Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planına (FTƏP) qoşulmaq istəyini əks
etdirən məktub təqdim olunmuşdur. Beləliklə, Azərbaycan
FTƏP-na
qoşulmaq
istəyini
bildirən
ilk
tərəfdaş
dövlətlərdən biri olmuşdur.
Azərbaycan-NATO əlaqələrinin inkişafı Azərbaycan
Respublikasının Prezidenti ilham Əliyevin dövründə daha
da sürətlənmişdir. Öz fəaliyyətində deklarativlikdən və
şablonçuluqdan uzaq olan cənab Prezident NATO ilə
əməkdaşlıqda da konkret əməli fəaliyyətə üstünlük verir.
Onun aşağıdakı sözləri və fəaliyyəti dediyimizi təstiq edir:
«Bizim Avroatlantik strukturlara inteqrasiyamız, NATO ilə
yaxın tərəfdaşlığımız və əməkdaşlığımız Azərbaycanın
əməli işi ilə bu strateji seçimə nə dərəcədə sadiq olduğunu
hər bir sözdən daha qabarıq nümayiş etdirir».
Belə
ki,
5
dekabr 2003-cü
ildə
Azərbaycan
Respublikasının Milli Məclisi «Azərbaycan Respublikası
və NATO Maddi-Texniki Təchizat və Yardım Təşkilatı
(NMTTYT) arasında maddi-texniki təchizata dəstəyə dair
əməkdaşlıq üzrə Anlaşma Memorandumu»nun təsdiq
edilməsi barədə Azərbaycan Respublikasının Qanununu
qəbul etmişdir.
182
Tərəflər arasındakı öhdəliklərin yerinə yetirilməsi
mexanizmini,
eyni
zamanda
Azərbaycan-NATO
inteqrasiyasının texniki aspektlərini özündə ehtiva edən
Qanuna iki sənəd əlavə olunmuşdur:
Əlavə A.
Azərbaycan Respublikası ilə NATO Maddi-Texniki
Təchizat və Yardım Təşkilatı (NMTTYT) arasında maddi-
texniki təchizata dəstəyə dair əməkdaşlıq üzrə Anlaşma
Memorandumu;
Əlavə B.
Azərbaycanda demilitarizasiya layihələri tətbiqetmə
Sazişi.
2004-cü ilin 12-14 yanvar tarixlərində Bakıda NATO
nun «Cooperative Best Effort» təliminin ilkin planlaşdırma
konfransı
keçirilmişdir.
Konfransda
30-a
yaxm
NATO/AATŞ ölkəsindən nümayəndələr iştirak etmişlər.
2004-cü
ilin 27
yanvar tarixində
«Azərbaycan
Gənclərinin Avro-Atlantika Təşkilatı» adlı qeyri-hökumət
təşkilatının təsisat görüşü keçirildi. NATO yay mək
təbinin məzun gəncləri tərəfindən yaradılan bu təşkilatın
təsisat görüşündə hökumət nümayəndələri, ölkəmizdə
akkreditə olunmuş NATO ölkələrinin səfirləri (eləcə də,
səfirliklərin nümayəndələri) və kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak etmişlər.
2004-cü ilin 29 mart tarixində NATO-nun növbəti
genişlənməsi baş verdi. Belə ki, hələ 2002-ci il Praqa
Sammitinin qərarına uyğun olaraq 7 Şərqi və Cənubi-Şərqi
Avropa ölkəsi (Latviya, Litva, Estoniya, Sloveniya,
Slovakiya, Rumıniya, Bolqanstan) NATO üzvlüyünə
qəbul edildi.
183