15
ifadələr (sözbirləşmələri) və operatorlardır(cümlələr). Bunlar danışıq dili olmayan Turbo
Pascal proqramlaşdırma dilinə də aiddir. Dilin
əlifbasına
aşağıdakılar aiddir:
1.
A-dan Z-ə kimi böyük və a-dan z-ə kimi kiçik latın hərfləri
2.
0-dan 9-a
kimi onluq rəqəmlər
3.
münasibət işarələri : = , < , > , < =, > =, < >
4.
hesab işarələri : + , - ,
*
, /
5.
altından xətt simvolu « - » və boşluq (probel) « »
6.
xüsusi simvollar: # , ) , @ , { , $ , [ , } , ‘ ] , ( , ^
7.
durğu işarələri : ,
.....
;
:
8.
İdarəedici simvollar (ASCII kodu 0-dan 31-ə kimi)
9.
Xidməti
(açar) sözlər. Bütün proqramlaşdırma dillərində olduğu kimi Turbo
Pascal dilində xidməti sözlər öz vəzifəsinə görə dəqiq təyin edilərək, dəyişdirilə bilməz.
Buna görə də identifikatorun yazılışında xidməti sözlərdən istifadə etmək olmaz.
Bunlardan : begin, end, read, write, if və s.
İdentifikatorlar.
İdentifikator rəqəm, hərf və altından xətt çəkmə «- »
işarələrindən ibarət olmaqla, hərf və ya «- » işarələri ilə başlayır. İdentifikatorda
probeldən
istifadə olna bilməz, uzunluğu isə ixtiyari ola bilər, kompüter onun ilk 63
simvolunu oxuyur.
Nişanlar.
Nişan operatora verilən addır. Turbo Pascalda nişanlar ədəd və simvollar
ola bilərlər. Nişan kimi identifikatordan
da istifadə oluna bilər və o, operatordan « : »
işarəsi ilə ayrılır.
Ədədlər
. Turbo Pascalda tam onluq, tam onaltılıq və həqiqi onluq ədədlərdən
istifadə olunur. Həqiqi ədədlər iki yazılış formasında təsvir olunur: adi(qeyd
olunmuş
nöqtəli) və eksponensial (tərtibli, yaxud sürüşən nöqtəli). Tam onluq ədədlər standart
şəkildə yazılır, tam onaltılıq ədədlərin isə qarşısında $ işarəsi qoyulur. Məsələn, -273,
468213, $ 0, $ E35, $ 13A4C
Sətirlər.
Sətirlər birqat dırnaq işarəsinə alınmış ASCII kodunun simvollar
ardıcıllığından təşkil ollunur. Sətirlər proqramın bir sətritnə yerləşdirilməlidir.
Dostları ilə paylaş: