28
Əməl
Əməliyyat
Operatorun tipi
Nəticənin tipi
+
toplama
tam,
həqiqi
tam, həqiqi
-
çıxma
tam, həqiqi
tam, həqiqi
*
vurma
tam, həqiqi
tam, həqiqi
/
bölmə
tam, həqiqi
həqiqi
div
tam bölmə
tam
tam
mod
Bölmədən alınan qalıq
tam
tam
Məsələn:
6 div 7 = 0
8 mod 4 = 0
15 div 2 = 7
15 mod 2 = 1
( 27 div 4) * 3 + (13 mod 5) = 6 * 3 + 3 =21
Münasibət əməliyyatları
Münasibət əməliyyatlarının nəticəsi Bull qiymətləridir (true, false). Sətir qiymətlərinin
müqayisəsi ASCII –nin simvollar üzrə həyata keçirilir.
Göstərici tiplərin müqayisəsində yalnız = və < > əməliyyatlarından istifadə edilir.
Münasibət əməliyyatları:
= , < > , < , > , < =, > =.
Misal:
İfadə:
Nəticəsi:
10 = 15
false
5 < > 5
false
‘a’ = ‘a’
true
‘GDU’ < ‘ ziba’
true
‘beta’ > ‘ b’
true
Sətir əməliyyatı (konkatenasiya).
TP-da iki sətir və simvolların konkatenasiya (birləşmə) əməliyyatında ‘+’ simvollarından
istifadə olunur. Bu əməliyyatın nəticəsində ikinci operand birinci operandın
sonuncu
simvolundan başlayaraq, onunla bitişdirilir. Alınan sətir 255 simvoldan çox olmalıdır, əks halda
artıq simvollar atılır.
Misal:
‘Turbo’ + ‘Pascal’
‘ Turbo Pascal’
‘G’ + ‘D’ +‘U’
‘GDU’
‘Riyaziyyat’ + ‘- ’+ ‘İnformatika’
‘Riyaziyyat - İnformatika’
downloaded from KitabYurdu.org