Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə16/169
tarix29.11.2023
ölçüsü3,74 Mb.
#140128
1   ...   12   13   14   15   16   17   18   19   ...   169
Alqoritmlesdirme-ve-Programlasdirma

Ünvan əməliyyatı 
@ əməliyyatı unar əməliyyat olmaqla yerinə yetirilmənin nəticəsi operandın 
göstəricisidir. @ əməliyyatında operand kimi dəyişən, prosedur, funksiya və s.-dən istifadə 
etmək olar. 
İnformasiya bitləri üzərində əməliyyatlar
TP-da bitlər üzərində əməliyyatlarda yalnız tam tipli operandlar iştirak edirlər. Bu 
əməliyyatlar operandların ikilik təsvirində mərtəbələr üzrə yerinə yetirilir: 
not – tam ədədin bütün bitlərinin unar inversiya əməliyyatı; 
and – iki ədədin bitləri üzrə məntiqi Və əməliyyatı; 
or – iki tam ədədin bitləri üzrə məntiqi Və Ya əməliyyatı; 
xor – iki tam ədədin bitləri üzrə istisnalı məntiqi;
Və Ya əməliyyatı; 
shl – A shl B əməliyyatının nəticəsi, A operandının ikilik təsvirinin B bit qədər sola 
sürüşdürülməsindən alınan tam ədədidir.
shr – A shr B əməliyyatının nəticəsi, A operandının ikilik təsvirinin B bit qədər sağa 
sürüşdürülməsindən alınan tam ədəddir. Sürüşdürma nəticəsində başalan mərtəbələr sıfırlarla 
doldurulur. 
Misal, A və B Byte tiplidir. 
A = 11
(16) 
= 0000 1011, B =2
(16)
= 0000 0010; 
not A = 1111 0100 =F 4 
(16)
= 15 
4
16


= 244 
(10) 
downloaded from KitabYurdu.org


31 
A and B = 0000 0010= 2 
A or B = 0000 1011 = 11 
A xor B = 0000 1001 = 9 
A shl B = 0000 0010 = 2 
A shr B = 0010 1100 = 
44
12
16
2



Şərtsiz keçid operatoru. 
Proqramlaşdırmada bəzən operatorların yerinə yetirilmə ardıcıllığını dəyişmək 
lazım gəlir. Bunun üçün goto şərtsiz keçid operatorundan istifadə edilə bilər. Əmrin 
ümumi şəkli: 
goto nişan; 
TP-də tstifadə olunan nişanın iki tipii var: 

0-dan 999 – a kimi tam ədədlər; 

adi identifikatorlar. 
İstifadə olunan bütün nişanlar label xidmət sözü ilə başlayan nişanın təsvir 
bölməsində göstərilməlidir. Məsələn,
Label 0, 5, il_2; 
Qeyd edək ki, goto operatoru struktur proqramlaşdırmanın əksinədir və ondan 
yalnız zəruri hallarda istifadə olunur. 
Misal: iki ədədin bölünməsindən alınan qisməti tapmalı. 
proqramm «bölmə» 
label son; 
var 
x, y, nat: integer; 
begin 
write (‘bölünəni daxil edin’); 
readln (x) ; 
downloaded from KitabYurdu.org


32 
write (‘bölünəni daxil edin’); 
readln (y) ; 
if y = 0 then 
begin 
write (‘Sıfra bölmə); 
goto son; 
end 
nat: = x div y; 
writeln (‘qismət = ’, nat); 
son: 
end 
Boş operator.
Boş operator heç bir əməliyyatı yerinə yetirmir və şərtsiz keçid 
operatorunda keçid üçün istifadə olunur. Yuxarıdakı misalda son: operatoru. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə