Altay cəMİl V ciLD



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə23/77
tarix01.09.2018
ölçüsü1,07 Mb.
#66107
1   ...   19   20   21   22   23   24   25   26   ...   77

91
Həyat qəbrimlə bitər, həşrim ilə başlar həyat
Yalnız hər gün ölənin bu hikməti duymağı var.
Tərki-dünya olana azdı bu gün beyət edən
Əhli dünya olana çünki qövmün uymağı var.
Çoxunun nəfsi şişib, ruhu düşüb, yox xəbəri
Nə ruha üzülməyi, nə də nəfsə qıymağı var.
Qəzəbin ziddi rizadır. Zatən qulluq, ibadət Allahın qə-
zə bini  deyil,  rizasını  qazanmaq,  yəni  Onun  razı  olduğu 
işləri görüb qəzəb etdiyi əməllərdən çəkinməkdir. Məhz bu 
vəzifəni  dərk  və  təbliğ  edənlərin  özlərinin  icra  etməməsi 
ilahi qəzəbə səbəb verən əsas xətalardan biridir.
“Ey iman edənlər! Etməyəcəyiniz şeyi nə üçün söylə­
yirsiniz? Etməyəcəyiniz şeyi söyləməyiniz Allah yanında 
böyük qəzəbə səbəb olar” (əs-Səff, 2-3).
Allahın riza və ya qəzəbinə səbəb olan əməllər Quranda 
və  hədislərdə  göstərilmişdir.  Mömin  onları  öyrənməli  və 
bildiklərini tətbiq və təbliğ etməyə çalışmalıdır.
Hər  cür  halda  yalnız  haqqı  demək  nəfsə  ən  zor  gələn 
əməllərdən  biridir.  Adətən,  qul  bir  çox  fəzilətlərə  sahib 
olsa  da,  qəzəblənərkən  riza  halında  etmədiyi  xətalara 
yol  verərək  haqdan  uzaqlaşır,  müxtəlif  günahlara  girir. 
Məsələn, qəzəb etdiyi şəxsi təhqir edər, ünvanına böhtanlar 
yağdırar, sirlərini ifşa edər, ona elədiyi yaxşılıqları şişirdib 
başına çaxar və s. Halbuki haqq, ovqata görə dəyişməz, on-
dan asılı deyil. Əksinə ovqat haqdan asılı olmalı, ona uy-
ğunlaşmalıdır. İlahi riza da bundadır.
HƏDİS Abdullah ibn Əmr (radiyallahu ənh) Rəsulullahdan 
(salləllahu əleyhi və səlləm) eşitdiklərini yazardı. Bir dəfə so-
ruşdu: “Ya Rəsulallah, qəzəbliykən söylədiklərinizi də ya-
zımmı?”
O Həzrət (salləllahu əleyhi və səlləm) buyurdu: “Yaz! Məni 
insanlığa  göndərən  Allah  Təalaya  and  içirəm  ki,  qəzəb-
lənsəm də, dilimdən haqdan başqası çıxmaz.”


92
Digər  bir  hədisdə Allah  Rəsulunun  (salləllahu  əleyhi  və 
səlləm)“Ya Rəbb! Riza halımda da, qəzəb halımda da haq-
qı söyləməyi mənə nəsib et!” deyə dua etdiyi rəvayət olu-
nur. Ya Rəbb! Bizi də o duaya şərik qıl!
Uyma çox zənnə ki, zənn əsla həqiqət olamaz
Sünnədən keçməyən yol əsla təriqət olamaz.
Əhli eşq, əhli sidqin ta özüdür, qeyri kimdi?
Allahdan başqasına vəfa sədaqət olamaz.
Hirsini məğlub edən, hər zəfərə layiq olur
Hirsinə məğlub olan əhli ləyaqət olamaz.
Qəlbə köntöy yanaşan, sanma kübar zümrədəndi
Nəfsə nazik yanaşan əhli nəzakət olamaz.
Xaliqdən qorxana dünya həyatı qazilikdir
Məxluqdan qorxana Din ömrü qəzavət olamaz.
Allahın qəzəbi cəhənnəm, əfvi cənnət, rizası camalı de-
məkdir.  İlahi  rizanı  uman  və  buna  cəhd  edən  kimsələrin 
umduqlarına  qovuşması  umulur.  Bu  isə  qulun  Allahdan 
razı  olmasıyla,  yəni  qəzavu-qədərə,  başqa  sözlə  başına 
gələn müsibətlərə “mərhəba” deyərək xoş üz göstərməsiylə 
mümkündür.
Allah  Rəsulunun  (salləllahu  əleyhi  və  səlləm)  bir  dua-
sı  beləydi:“Ya  Rəbb!  Qəzandan  sonra  Səndən  riza  halını 
istəyirəm.” Əbu Osman həzrətləri bu duayla bağlı demiş-
dir:  “Qəzadan  öncə  riza,  rizaya  əzm  etməkdir.  Qəzadan 
(başa gələndən) sonra riza isə, əsil rizadır.”
Allahın  rizası  və  məğfirəti  eyni  şey  deyil.  Məsələn, 
Rəsulullah (salləllahu əleyhi və səlləm) buyurdu: “Namazın 
vaxtın  əvvəlində  qılınması Allahın  rizasına,  sonunda  qı-
lınması məğfirətinə səbəbdir.”


93
İBRƏT Bir adam köləsinə qəzəblənir. Kölə bağışlanması 
üçün bir vasitəçi tapır. Ağası onu əfv edir. Lakin kölə otu-
rub  ağlamağa  başlayır.  Vasitəçilik  edən  şəxs  ondan  soru-
şur: “Ağan səni əfv etdi, daha niyə ağlayırsan?”
Kölə susub cavab vermir. Ağası deyir:
“O  mənim  ondan  razı  olmağımı  istəyir,  bu  isə  artıq 
mümkünsüzdür. Buna görə də ağlayır.”
Sanma, ey qul, məsələ qədərdə və qəzadadır
Haqqı bilmək diləsən, iş qədərə rizadadır.
Rəbbinin vermədiyi verdiyindən xeyirlidir
Hər şeyi arzulama, gör Allah nə arzudadır.
Nəfsin, Adəm balası, nazı ilə oynama çox
Qurdu ha bəsləsən də, gözü qoyun-quzudadır.
Dünya çoxdan cızılan taleyinə doğru gedir
Hər nə baş versə bu gün, o əzəli yazıdadır.
Cəhənnəmdən qurtuluş böyük vəslə vəsiqədi
Qul vüsal ummadıqca cənnətdə də cəzadadır.
Qələmin haqqı onu Xəlq Edən haqda yazıdır
Ey həqiqət arayan, həqiqət o mövzudadır.
Şübhəsiz  ki,  qəzəblənərkən,  haqlı  olsan  belə,  bağışlamaq 
cəzalandırmaqdan fəzilətlidir. Çünki Uca Rəbbimiz buyurdu:
“Həsənat və pislik eyni deyildir. (Pisi) daha yaxşı olan-
la dəf et. O zaman aranızda ədavət olan kimsəni həmdəm 
görərsən” (Fussilət, 34).
Biri  Rəsulullahdan  (salləllahu  əleyhi  və  səlləm)  soruşdu: 
“Ey Allahın Rəsulu, xidmətçilərin qüsurlarını neçə dəfə ba-
ğışlayım?”
O  Həzrət  (salləllahu  əleyhi  və  səlləm)  buyurdu:  “Yetmiş 
dəfə.”


94
İnsanın öz nəfsi üçün qəzəblənməsi incələnərsə, əslində 
bu  qəzəbin  nəticə  etibarilə  tam  ya  qismən  Allaha,  yəni 
Onun  qəzavü-qədərinə,  yaxud  əmr  və  yasaqlarına  qar-
şı  yönəldiyini  sezmək  mümkündür.  Çünki  nəfsani  qəzəb 
şeytan vəsvəsəsindən qaynaqlanır. Onun isə düşmən ola-
raq işi Adəm övladını Rəbbinə asi etməkdən başqa bir şey 
deyildir. Möminlər bunun fərqinə vararaq mümkün qədər 
qızmamalı, mümkün olmazsa qəzəblərini hər vəchlə cilov-
lamağa cəhd etməlidir.
İBRƏT Şəqiq Bəlxi bazardan bir qarpız alıb evə gətirir. 
Lakin  kəsəndə  yaxşı  olmadığı  üzə  çıxır.  Xanımı  bundan 
bərk qəzəblənib deyinməyə başlayır. Şəqiq Bəlxi onun qız-
dığını görüb deyir:
“Kimə qəzəblənirsən? Qarpızı satanamı, alanamı, əkə nəmi 
yoxsa onu Yaradanamı? Bu, əgər satıcılıq olsaydı, o ən dadlı-
sını və gözəlini satmasını istərdi. Alan da ən yaxşısını almaq 
istərdi.  Əkənə  gəldikdə  isə,  o  da  ən  yaxşısını  yetişdirmək 
istərdi. Allah istisna olmaqla, sənin qızdığın başqa bir kimsə 
qalmadı.  Elə  isə  sən Allaha  qızırsan. Allahdan  qorx,  Onun 
qəza və qədərinə razı ol.” 
Qadın ağlayaraq tövbədə bulundu.
İnsanlar eyni deyil, qananı var, qanmazı var
Qanana, qanmayana qədərin öz qapazı var.
Qananın fərqi bu ki, qismətinə qane olur
Qədərlə güləşənin qoltuğunun qarpızı var.
Qəflətən çarpılanlar qafillərdi, qeyri deyil
Bəla da fərqli olur, düzü, çalın-çarpazı var.
Xeyir nəfsin daha çox sevmədiyi şeylərdədir
İlan xoşlanmasa da, yuvasında yarpızı var.
Qızma, ey qul, qədərin süfrəsinə, nəfsinə qız
Çünki hər mətbəxə layiq özünün aşpazı var.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə