103
Rəhmanın qullarının baxma səfil görkəminə
Ruhuna eylə nüfuz, səfalətdən yuxarıdı.
Bədbəxtlər bədbəxtidir həşrə üzü qarə gələn
Xoşbəxt o kimsədi ki, xəcalətdən yuxarıdı.
Din qardaşı haqqında sui-zəndən qurtula bilməyən
kim sənin gözəl bir niyyətlə o qardaşının yanına gedərək
məsələni ona açması daha uyğundur. Bu isə iki xeyirin
birindən və ya hər ikisindən məhrum deyildir. Əgər pis
zənn etdiyi adam zənn etdiyi kimidirsə ona nəsihətdə bu-
lunmuş və islahına kömək etmiş olar. Əgər zənn etdiyi
kimi deyilsə, özü şəkdən qurtulub qəlb rahatlığı əldə edər.
İBRƏT Türk yazarı Əhməd bəy Şahinin bir kitabın-
da belə bir hadisəyə yer verilmişdir. Vəhbi bəy zöhr na-
mazından sonra Caminin həyətində köhnə bir dostu ilə
söhbətləşib ayrılarkən bir tanışı yaxınlaşıb ona deyir: “Sən
bu sapıqla səmimi olma. Etiqadı pozuqdur. Namazlarını
dəstəmazsız qılır.”
Vəhbi bəyi inandıra bilməyib belə bir təklifdə bulunur:
“İstəyirsən əsr namazına erkən gəl, həyətdə gözlə, mənim
gördüyümü sən də gör. Ayaqyoluna girəcək, sonra çıxıb
dəstəmaz almadan camiyə yönələcək.”
Vəhbi bəy elə də edir və tanışının dediyi təsdiq olunur.
İşin əslinə varmaq üçün əsr namazından sonra tanışıyla
birgə köhnə dostuna yaxınlaşır və ümumi sözlərdən sonra
soruşur: “Suyunuz gəlirmi? Dəstəmaz məsələsini necə yo-
luna qoyursan?” Dostu dərindən köks ötürüb deyir: “Heç
soruşma. Dəstəmazda vəsvəsəyə qapılıram.” Ardınca da
səbəbini açıqlayır: “Bir müddətdir ki, göbəyimin altında
bir çiban çıxıb. Yaxşılaşmaq bilmir. Yol boyu çibanın qana-
mış ola biləcəyindən dolayı dəstəmazın pozulmasını dü-
şünüb vəsvəsəyə uyuram. Vəsvəsəni yenmək üçün camiyə
girməzdən öncə ayaqyoluna keçir, açıb baxıram. Çibanın qa-
104
namadığını, namazımın pozulmadığını görür, bundan son-
ra arxayın bir şəkildə camiyə girib rahat namazımı qılıram.
Məlum məsələdir ki, dəstəmazsız nə namaz olur, nə niyaz.”
Vəhbi bəyin yanında dayanmış tanışı da bu sözləri eşi-
dirdi. Göz yaşlarını tuta bilməyib söhbətə qarışır, etiraf
və üzrxahlıqda bulunur: “İndi xətamı anlayıram. Mən
də zahirə görə hökm verməyib Vəhbi bəy kimi soruşmalı
idim... Abi, ver əlini öpüm, mənə haqqını halal et. Səndən
üzr diləyirəm.”
Qucaqlaşıb halallaşırlar. Halbuki sui-zənnə uğrayan zat
olanlardan bir şey anlaya bilməmişdi.
Elmin yoxdursa, könül, hər isrardan, inaddan qaç
Elmin vardırsa əgər, hər gümana isnaddan qaç.
Demirəm hər zənn zərər, hər güman da günahdı, yox
Deyirəm bilməsən də, bilsən də hər cür anddan qaç.
Sən bu dünyanı satın alsan əgər, udduğun nə?
Ya dəmirdi, ya kağız, qəpikdən qaç, manatdan qaç.
Səni haqq məqsədə vasil eləyən vasitə bul
Yarı yolda qırılandırsa, qoşa qanaddan qaç.
Fitnə ifratə varan zənn və gümandan doğulur
Haqqa uymuşsan əgər, fitnəçidən, fanatdan qaç.
Sui-zənnə uyanlar özləri haqqında yüksək yaxud yaxşı
fikirdə olan və ya ən azından, pis zənn etdikləri şəxsdən üs-
tün olduqlarını düşünən kimsələrdir. Belələri şeytan kimi
düşünür, amma bunun fərqinə varmırlar. Çünki o da özü-
nü insandan şərəfli sanaraq demişdi:
“Mən ondan xeyirliyəm. Məni oddan yaratdın, onu isə
palçıqdan xəlq etdin” (Sad, 76).
105
Sui-zənn xəstəliyinin qabarıq xüsusiyyətlərindən biri
budur ki, sui-zənnə uyanlar uğrayanların bir fənalığını
yadda saxlayır, çoxsaylı fəzilətlərini isə yaddan çıxarır ya-
xud inkar edirlər. Halbuki o fənalıq bir zəndir və yanlış
da ola bilər. Üstəlik, zənn sahibinin özündə də bulunması
mümkündür. Fəqət bu cür xəstələr özgələrin fənalıqlarını,
özlərinin isə fəzilətlərini görməyə meyilli olurlar.
İBRƏT Biri Rəsulullahın (salləllahu əleyhi və səlləm) hü-
zuruna gələrək dedi: “Ya Rəsulallah, filan kimsə arxamdan
danışmış, Allah üçün mənə qəzəb etdiyini söyləmişdir. Onu
Hüzurunuza çağırın, mənə qəzəbinin səbəbi olan qüsurumu
açıqlasın. Əgər o qüsur məndə varsa, özümü islah edim.”
O adam hüzura gələrək nə üçün çağırıldığını biləndə
deyilənləri təsdiqlədi. Rəsulullah (salləllahu əleyhi və səlləm)
ondan soruşdu: “Nəyə görə qəzəb edirsən, qüsuru nədir?”
Adam bu cavabı verdi: “Mən bu adamın vaxtıyla
xidmətçiliyini etmişəm. Bütün hallarını bilirəm. Ona görə
qəzəb edirəm.”
Şikayət edən şəxs müdaxilədə bulundu və aralarında
belə bir söhbət keçdi:
– Ya Rəsulallah, soruşun bundan, namazımda,
dəstəmazımda, rüku və səcdəmdə bir qüsur gördümü?
– Xeyr, bunlarda bir qüsurunu görmədim. Amma qıldığı
da bundan ibarətdi. Əsla artığını qılmazdı.
– Soruşun bundan, ya Rəsulallah, zəkatımda bir qüsur
gördümü?
– Xeyr, görmədim. Amma verdiyi də zəkatından ibarətdi.
Daha çox verdiyini heç görmədim.
– Soruşun, ya Rəsulallah, orucumda bir qüsurumu gör-
dümü?
– Xeyr, heç görmədim, amma tutduğu da, sadəcə Rama-
zan orucundan ibarətdi.
Allah Rəsulu (salləllahu əleyhi və səlləm) Din qardaşı haq-
qında sui-zəndə bulunanı məzəmmət edərək ona buyurdu:
“Bəlkə sənin qəzəb etdiyin insan səndən xeyirlidir!”
106
Zaman işlərmi bizə, biz zamana işləməsək?
Məkan işlərmi bizə, Asimana işləməsək?
Xeyir İslama sarılmaq və daha sapmamaqdır
Şər müzəffər görünür müsəlmana işləməsək.
Müşrikdən, münafiqdən müqəddəslər düzəltməyin
Yaman yaxşı olmazmı biz yamana işləməsək?
Haqqı zənn etməz əvəz, bu Allahın kəlamıdı
Haqq bizə işləməzmi biz gümana işləməsək?
Yazıq olsun Dini dərd, dünyanı dərman edənə
Dərd bizə dəstək olur, biz dərmana işləməsək.
Bu yola dağ-dərə yox, çən və duman maneədi
Dağ bizə bələdçidi, biz dumana işləməsək.
Tərki-dünya olana verdi bu dünyanı o Rəbb
Dünya işlərmi bizə, biz Rəhmana işləməsək?
Sui-zənnin ziddi hüsni-zəndir, yəni yalnız yaxşı şeyləri
düşünməkdir. Bu isə biri Xaliq, digəri məxluq haqqında ol-
maqla iki cürdür. Birinci, yəni Allah barəsində hüsni-zənn
Onun cəlal sifətlərindən daha çox camal sifətlərini, başqa
sözlə, bağışlayan, rəhm edən, tövbələri qəbul buyuran, du-
alara cavab verən olduğunu anaraq ümidlənmədir. Əslində,
Rəbbimizdə gözəl olmayan heç nə yoxdur. Sadəcə, bəzən cəlal
sifətləriylə rəftar edərək günahkar qullarını cəzalandırarar,
əksər hallarda isə camal sifətləriylə davranaraq yaxşı əməl
işləyənləri mükafatlandırar. Hər ikisi xeyirdir.
HƏDİSİQÜDSİ Allah Təala Hz.Davuda (əleyhissalam)
buyurdu: “Ya Davud! Məni sev, Məni sevənləri də sev. Və
Məni qullarıma sevdir.”
Dostları ilə paylaş: |