95
Düşünmək üçün suallar
1. Qızarkən qəzəbiniz adamadır yoxsa əməlinə?
2. Rəbbiniz üçün çox qəzəblənirsiniz yoxsa nəfsiniz
üçün?
3. Allah üçün qəzəbiniz şiddətlidir yoxsa nəfsiniz üçün
sevginiz?
4. Allah üçün sevginiz böyükdür yoxsa nəfsiniz üçün
qəzəbiniz?
5. Hansı təhlükə daha böyükdür: Allahın bağışladıqla-
rını bağışlamamaq yaxud Allahın bağışlamadıqlarını ba-
ğışlamaq?
6. Qəzəblənməyiniz çox olur yoxsa qəzəbləndirməyiniz?
7. Sizdən zəifə qəzəbinizi yenə bilməyəndə Allahın
sizdən daha güclü, qəzəbinin daha şiddətli olduğunu dü-
şünürsünüzmü?
8. Özünüzdən qüdrətliyə qəzəbinizlə özünüzdən zəifə
qəzəbiniz eynidirmi?
9. Qəzəblənərkən sünnəyə uyursunuzmu: 1) Rəcim
şey tandan Allaha sığınırsınızmı? 2) Dəstəmaz alırsınızmı?
3) Ayaq dasınızsa oturursunuzmu, oturmusunuzsa uzanır-
sınızmı? 4) Susursunuzmu yaxud yalnız haqqı söyləyir-
sinizmi?
10. Sevdiyiniz adama qəzəblənərkən hansı daha böyük
görünür: Ona olan sevginiz yoxsa onun işlədiyi xəta?
11. Sevmədiyiniz adama qəzəblənərkən hansı daha şid-
dətli olur: ondan intiqam almaq duyğusu yoxsa onu əfv
etmək hissi? Bağışlamağı xoşlayırsınız ya cəzalandırmağı?
12. Eyni adamı neçə dəfə bağışlaya bilirsiniz?
13. Qəzəbləndiyiniz adama qarşı etmək istədiklərinizi
qəzəbləndirdiyiniz adamın sizə qarşı etməsini istərdinizmi?
96
5. SUİZƏNN
“Ey iman edənlər! Çox zəndən çəkinin. Həqiqətən,
zənnin bəzisi günahdır” (əl-Hucurat, 12).
“Su” pis, zənn isə düşüncə anlamındadır. Sui-zənn baş-
qasının haqqında yaxşı olmayan fikir, güman, rəy deməkdir.
Mənəvi mərəzlər içində ən yayğın olanıdır. İmanlı da,
imansız da bu xəstəliyə mübtəladır. Kiminsə ondan qurtul-
ması zor, hətta mümkünsüz görünür. Hədisdə buyuruldu:
“İnsan üç şeydən qurtula bilməz: Sui-zənn, tayərə (uğur-
suzluğa inam) və həsəd.”
Əslində, zənnin nəinki pisi pisdir, elə yaxşısı da yaxşı
deyil. Yəni zənnin özü bəyənilməz. Çünki haqq mənbədən
yox, şəxsi mülahizədən qaynaqlanır və bir qayda olaraq,
səhvdən, xətadan, hətta günahdan xali olmur.
“Onların əksəriyyəti zəndən başqa bir şeyə uymaz.
Şübhəsiz, zənn haqq olan heç bir şeyi əvəz etməz” (Yu-
nus, 36).
İBRƏT Abdullah ibn Utbə ibn Məsud (radiyallahu ənh)
rəvayət etmişdir: “Hz.Ömərdən (radiyallahu ənh) eşitdim:
“Allah Rəsulunun (salləllahu əleyhi və səlləm) sağlığında bəzi
insanların gizli əməlləri nazil olan vəhylərlə ifşa edilirdi.
Artıq vəhy kəsildi, ayə enməyəcək və bundan sonra biz
sizinlə əməllərinizə görə rəftar etmək məcburiyyətindəyik.
Davranışları yaxşı olan adamı etibarlı qəbul edər, onu ara-
mıza qatarıq. Onun qəlbində olanlar bizi ilgiləndirməz, ba-
tini təmamilə Allaha aiddir. Davranışları pis olan adama
da, ürəyinin təmiz olduğunu söyləsə belə, əsla güvənməz,
etibar etmərik.”
Düz əgər üzdədisə, hər cürə zəndən çəkinin
Düz əgər altdadısa üzdə üzəndən çəkinin.
Yalnız öz fikrini rəhbər tutana cahil uyar
Haqqa üz qırışdırıb dodaq büzəndən çəkinin.
97
Dərdin ən müdhişi dərmanların səhv düşməsidir
Dünyanı əzizləyib Dini əzəndən çəkinin.
Nagüman olduğunuz hər kişidən gen yürüyün
Naməhrəm olduğunuz hər cür zənəndən çəkinin.
Həqiqət əhli azadlıqda və azlıqda olur
Xaliqə üsyan edib xalqa dözəndən çəkinin.
Yaddısa zəhmətə qul, zənni xilas etməz onu
İşrətdən çəkinməyib işdən bezəndən çəkinin.
Quran elmin özü, sünnət əməlin kəndisidi
Kitab haqq, sünnə haqdır, haqsız gəzəndən çəkinin.
Sui-zənnin ən pisi Haqq Təala haqqında bulunandır.
Çünki bütün nöqsanlardan pak olan Uca Rəbbimizə iftira
yaxılır.
“Şirk qoşanlar deyəcəklər: “Əgər Allah diləsəydi, nə
biz ortaq qoşardıq, nə də atalarımız. Və heç bir şeyi də
haram qılmazdıq.” Onlardan öncəkilər də əzabımızı da-
dıncaya qədər bu cür təkzib etmişdilər. De: “Yanınızda
Bizə qarşı çıxara biləcəyiniz bir elmmi var? Siz, sadəcə,
zənnə uyursunuz və yalan söyləyirsiniz” (əl-Ənam, 148).
Haqq Allahın Özüdür, Ondandır. Başqasından, o cüm-
lədən insanlardan haqq gələ bilməz. Adəm oğlu bilmədiyi
şey barəsində yalnız zənnini ortaya qoya bilər ki, bu da şəxsi
düşüncəsinin məhsulundan qeyri bir şey deyildir. Onun
bildiyi doğru şeylər isə ancaq hər şeyi bilənin, yəni Allahın
bildirdiyidir. Mələklərdən dürüst və pak məxluq yoxdur.
Halbuki onlar Allahın Adəmə (əleyhissalam) öyrətdikləri ilə
əlaqədar demişdilər:
“Sən Subhansan! Sənin bizə öyrətdiklərindən başqa
biz heç bir şey bilmirik. Şübhəsiz, Sən Bilənsən, hikmət
Sahibisən” (əl-Bəqərə, 32).
98
Allah haqqında nəinki gözəl olmayan, hətta gözəl olan
sözləri də zənnə qapılaraq söyləmək caiz deyildir. Onun
vəsfi də Özünün öyrətdiyi şəkildə olmalıdır. Allah Rəsu-
lunun (salləllahu əleyhi və səlləm) bir duası beləydi:
“Allahım! Sənin cəzandan Sənin əfvinə, qəzəbindən riza-
na və Səndən Sənə sığınıram. Allahım, Səni öyməyə acizəm.
Sən, ancaq Özünü öydüyün kimisən!”
İBRƏT Bəyazid Bistami həzrətləri bir gün əlindəki al-
maya: “Nə lətif almadır” deyərkən gizli bir səs eşitdi:
“Ya Bəyazid, utanmazmısan ki, adımı (Lətif Uca Allahın
gözəl isimlərindən biridir) meyvəyə qoyursan?”
Bəyazid Bistami andda bulundu: “Nə qədər ki, diriyəm,
Bistam meyvəsindən yeməyəcəyəm.”
Həqiqət daima var, əhli həqiqət varmı?
Təriqət indi də var, əhli təriqət varmı?
Haqqa sadiqliyini zənn eləyən boldu bu gün
Zənn, güman hamıda var, amma sədaqət varmı?
Sidq, şəhadətdən uca, nübüvvətdən aşağıdır
Nəbilər olmayacaq, alt məqamlar fəqət varmı?
Həyat cənnətlər üçün yarış deyil, başqa nədir
Behişt haqdır, şübhəsiz, amma rəqabət varmı?
Əvvəli xoşbəxt olan gör nə qədər bədbəxt var
Xoşbəxtlik ummaq üçün kafi məşəqqət varmı?
Düşmüşük bir yola ki, vəslə qədər dincliyi yox
O niyyət, əlbəttə, var, amma o taqət varmı?
Mövladan qeyrisinin yox ləyağı həmdə, qələm
Bəs Onun vəsfi üçün səndə ləyaqət varmı?
Mömin və müttəqi kimsələr, şübhəsiz ki, Allahdan bəd-
güman olmazlar. Bundan çəkinərlər. Lakin söhbət təqva
Dostları ilə paylaş: |